Hüquqi dövlət, modrenləşmə
və KİV
Hər şeydən əvvəl KİV cəmiyyətin tarixi inkişaf mərhələsində və müasir dövrdə ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni-mənəvi sahələrinin modernləşməsinə təsir edərək "dördüncü hakimiyyət" rolunu oynayır.
Sosial münasibətlər strukturunda KİV tipologiyası bütün postsovet məkanında senzuralı vahid partiya - dövlət mediasını müstəqillik və modernləşmə dövründə demokratik, müstəqil, iqtidaryönlü, müxalifətyönlü, dövlət və özəl, senzurasız KİV əvəz etdi. Medianın tipologiyasında kəmiyyət və keyfiyyət dəyişikliyi baş verdi, dövri nəşrlərin mövzu-məzmun xarakteristikası genişləndi. KİV liberal-demokratik və milli-mənəvi dəyərlərin təbliğini gücləndirdi. İnformasiya sahəsində plüralizm reallaşdı.
Fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev yazır: "Yeniləşən KİV həm üfüqi, həm şaquli təsir gücünə malik olub aşağıdakılardan yuxarılaradək modernləşməni reallaşdırılır. Təbiiliyin, sosiallığın və mənəviliyin vəhdətindən ibarətdir.
Dövlətin modernləşmə siyasəti və ideoloji fəaliyyəti KİV vasitəsilə əhalidə vətənpərvərlik hissləri formalaşdırır, aparılan siyasi, iqtisadi, mədəni islahatların zəruriliyi və obyektivliyini xalq arasında təbliğ edir.
KİV dövlətin modernləşmə siyasətinə və ideoloji fəaliyyətinə ciddi təsir göstərir. Medianın cəmiyyətin əsas siyasi ünsürü olan dövlətlə qarşılıqlı təsiri Azərbaycanın müasir modernləşmə siyasətindən asılıdır.
Azərbaycan liberal-demokratik inkişaf yolu ilə gedir. Azərbaycançılıq ideologiyası hüquqi
dövlət və vətəndaş cəmiyyəti
quruculuğu prosesində
həlledici amillərdən
biridir. Bu mərhələdə KİV-in Azərbaycanda vəziyyəti
unikaldır, azad, müstəqil və məsuliyyətlidir. Demokratik KİV-in fəaliyyətində azadlıqla
məsuliyyət vəhdət
təşkil edir.
Jurnalist fəaliyyətində peşə
etikası onun identikliyinin əsasını
təşkil edir.
KİV sosial məsuliyyət
modelinə uyğun olaraq jurnalistin mənəvi və peşə vəzifələrini
yerinə yetirməyə
borcludur, massmedia obyektiv, qərəzsiz informasiya yaymaqla yanaşı, hökumət
üzərində nəzarəti
həyata keçirməlidir.
KİV məlumat verməli,
əyləndirməli, lakin
şəxsiyyətin hüquqlarının
müdafiəsinə riayət
etməlidir. İctimai mülkiyyəti hesab
olunan informasiyalar mass
-media tərəfindən ümumi
maraqları naminə obyektiv, qərəzsiz xürafatdan azad şəkildə təqdim
olunmalıdır. Hökumət KİV-in azadlığını, sərbəstliyini,
demokratikliyini, müstəqilliyini
təmin etməklə
minimal dövlət müdaxiləsi
şəraitində onun
fəaliyyətini etik
kodeks vasitəsilə
tənzimləməlidir.
Özünəməxsus tarixi inkişaf mərhələlərinə malik
KİV demokratiya, azadlıq,
milli ideya, milli maraqlar və müstəqillik uğrunda mübarizə tarixilə paralel inkişaf etmiş müasir dövrdə modernləşmə siyasətinə
öz töhfəsini
bəxş edir".
F.ü.f.d. B.Quliyevin fikrincə,
vahid ideologiyaya, totalitarizmə xidmət edən senzuralı partiya - sovet KİV-i öz yerini
demokratik, müstəqil,
iqtidaryönlü, müxalifətyönlü,
dövlət və özəl, senzurasız
KİV-ə verdi. Ənənəvi yazılı KİV-lə yanaşı, elektron, auidovizual, telekommunikasiya media növləri
də meydana gəldi. Yeniləşən
KİV idraki inikas, ideoloji, informasiya, şərhedici, qiymətləndirici,
sosiallaşdırma, tənqid,
nəzarət, səfərbərlik,
ictimai rəy yaratma funksiyalarını yerinə yetirməklə bir tərəfdən, dövlət modernləşmə
siyasətinin, gerçəkləşməsinə,
digər tərəfdən
kütləvi şüura
təsir edərək
mənəvi-əxlaqi, liberal-demokratik, milli və ümumbəşəri
dəyərlərin formalaşmasına,
milli həmrəylik və tolerantlıq mühitinin yaranmasına kömək edir.
KİV modellərinin bazar iqtisadiyyatına transformasiyası
prosesi zamanı media iki ciddi problemlə:
mətbuat azadlığı
və sosial məsuliyyətsizliklə qarşılaşdı.
KİV-in ideal sosial məsuliyyət modeli
liberal-demokratik, milli-mənəvi
dəyərlər formalaşdırmağı,
cəmiyyət qarşısında
vəzifələrin yerinə
yetirilməsini tələb
edir. Söz və mətbuat
azadlığından sui-istifadə
məsuliyyətsizliyə, qərəzkarlığa,
qeyri-obyektivliyə, intriqaya,
böhtana, yalana, qarayaxmaya səbəb olur. Bu isə,
KİV-ə əxlaqi-mənəvi, inzibati-hüquqi cəhətdən
nəzarət edilməsini
zərurətə çevirir.
Azadlığa anarxiya və
özbaşınalıq kimi
baxanlar ciddi hüquqi məsuliyyətə
cəlb olunurlar.
F.ü.f.d. B.Quliyev göstərir ki, modernləşmə proseslərinə təsir
etməklə kifayətlənməyən,
özü də modernləşən, informasiya-kommunikasiya
texnologiyalarının, rabitə-peykin,
internetin nailiyyətlərinin
tətbiq olunduğu milli sədləri aşan, ümumdünya hadisəsinə çevrilən
media kütləvi və
ictimai şüura təsir edən amil kimi çıxış
edir. Bu zaman KİV-in ictimai
şüura iki müxtəlif qütbdən
təsiri özünü
göstərir:
* KİV ictimai və kütləvi şüurda
milli-mənəvi və
ümumbəşəri dəyərləri
formalaşdırır;
* KİV zərərli, dağıdıcı,
mənfi təsir edərək parnoqrafiya, əxlaqsızlıq, qeyri-insani
dəyərləri, zorakılığı,
vəhşiliyi təbliğ
etməklə əxlaqi,
deqradasiya və deformasiyaya səbəb olur.
Bu problemlərin həlli üçün aşağıdakı
çıxış yolları
göstərilir:
* Cəmiyyətin qarşılaşdığı
mənəvi-psixoloji problemləri
aradan qaldırmaq üçün KİV-in özünə
münasibətdə mənəvi,
inzibati, hüquqi və qanunverici prinsipləri vəhdətdə
tətbiq edilməli;
* KİV milli-mənəvi dəyərlərin
keşiyində duran vasitəyə çevrilməli;
* dil, din, mədəniyyət,
mənəviyyat, əxlaqi
ideala dair elmi-nəzəri, elmi-publisist
və elmi-kütləvi
məqalələr çap
etməklə, verilişlər
təşkil etdirməklə
gənc nəslə və insanlara yüksək mənəvi
keyfiyyətlər aşılamalı;
* Yalan və mənəviyyatsızlıq
təbliğ edən
KİV-ə qarşı ciddi
tədbirlər görmək
üçün məqsədyönlü
fəaliyyət göstərilməli;
* Ailə dəyərlərinə-
məhəbət, sədaqət,
dostluq, məsuliyət,
çoxuşaqlılıq istəyi və dəyərlərə zərbə
vuran əsərlərin
KİV-də çap
olunması qadağan edilməli, bunun üçün böyük
məbləğdə maliyyə
cərimələri və
lazım gələrsə
cinayət məsuliyyəti
tətbiq olunmalı;
* Zorakılıq, ölüm,
işgəncə, seksual
xarakterli filmlərin, serialların, verilişlərin
nümayiş etdirilmə
vaxtının məhdudlaşdırılması,
gecəyarı verilməsi.
* Alkoqollu içkilərin reklamının qadağan
edilməsi.
* Teleradio verilişlərinin
kommersiya tipli informasiya ilə yüklənməsinin qarşısının
alınması, əxlaqi
deqradasiya üçün
şərait yaradan
KİV rəhbərləri məsuliyyətə cəlb
olunmalı;
* Efir məkanı və digər KİV uşaq və yeniyetmələrin vətənpərvərlik,
elmə, təhsilə
maraq, milli-mənəvi
dəyərlərə hörmət
ruhunda tərbiyəsinə,
onların intellektinə
və əxlaqına təsir edən verilişlər, yazılar
hazırlaması nəzərdə
tutulmalıdır.
Azərbaycanda medianın yaranması
XIX əsrdə baş vermiş, ilk qəzetlər
əsasən maarifləndirmə
funksiyasını yerinə
yetirmişdir.
Mühacirət mətbuatı, əsasən,
Türkiyədə və
Avropada fəaliyyət
göstərən Şimali
və Cənubi Azərbaycandan olan mühacir təşkilatların
və ziyalıların
köməyilə fəaliyyət
göstərən, xaricdə
Azərbaycan həqiqətlərini
dünyaya yaymış,
azadlıq, müstəqillik
ideyalarını yaymış
və antisovet təbliğatı ilə
məşğul olmuşdur.
Cənubi
Azərbaycanda XIX əsrdən
müasir dövrədək
fəaliyyət göstərən
sayca az
KİV-ləri ciddi fars millətçiliyi və senzura şəraitində milli ideyaları yaymaqla məşğul olmuşdur.
XX əsrin sonlarında
ikinci dəfə müstəqillik əldə
edən Azərbaycan Respublikasında partiya, sovet mətbuatı müstəqil, demokratik
KİV-lə əvəz
olundu. Uğurlu dövlət siyasəti
sayəsində KİV-in fəaliyyəti
qanunlarla tənzimləndi.
F.ü.f.d. B.Quliyev daha sonra yazır: "KİV sahəsində uğurlar əldə edildi:
* Azərbaycan KİV-lərinin
ümumdünya demokratikləşmə
və informasiya məkanına inteqrasiya olundu;
* Müstəqil, demokratik, dövlət, özəl,
iqtidar və müxalifət mətbuatı
meydana gəldi;
* İnformasiya-kommunikası texnologiyası,
internet vasitəsilə milli
mediada inqilabi çevriliş-modernləşmə baş verdi.
* Yeniləşən KİV Azərbaycanda
modernləşmə siyasətinə,
ictimai şüura güclü təsir edərək milli-mənəvi
dəyərləri, dövlətçilik
şüuru və ənənələrini azərbaycançılıq
və güclü Azərbaycan ideyalarını
təbliğ etdi.
* Totalitar - sovet məkanında uzun müddət dar çərçivədə fəaliyyət
göstərməyə məcbur
olan Azərbaycan mediası ölkəmizin demokratik imicinə, dövlət, cəmiyyət,
xalq qarşısında
məsuliyyətinə, texniki
təchizatına, tipoloji
politrasına görə,
məqsədyönlü dövlət
qayğısı sayəsində
dünya standartları
səviyyəsinə yüksəldi,
Qərblə müqayisə
ediləcək KİV nüfuzu
qazandı.
Bununla yanaşı,
Azərbaycanda bəzi
KİV-lər problemlərlə
qarşılaşdı. Bunlar aşağıdakılardır:
* Azadlıqdan sui-istifadə, məsuliyyətsiz
fəaliyyət;
* Qərəzli, yalan, qeyri-obyektiv, milli mentalitetə zidd informasiyaların yayılması;
* Reket tipli KİV-lərin yaranması;
* Bəzi KİV-in, xüsusilə
müxalifət mətbuatının,
dağıdıcı, anti-Azərbaycan fəaliyyəti.
Beləliklə, Azərbaycanda KİV-in yenidən qurulması, modernləşməsi Qərblə oxşar cəhətlərilə yanaşı, milli, spesifik xüsusiyyətlərlə də fərqləndi. Bazar iqtisadiyyatı şəraitində sosial məsuliyyətli, mənəvi və hüquqi cəhətdən nəzarət olunan, vətəndaş cəmiyyətinin təsisatı kimi dövlətçilik mövqeyində duran, inkişaf etmiş mass-media, sosial media təşəkkül tapdı. Avtonom, müstəqil və nüfuzlu media oxucu və tamaşaçı auditoriyasının milli-mənəvi və siyasi-mədəni səviyyəsinin yüksəlməsində, milli informasiya və dövlət təhlükəsizliyinin qorunmasında media əsas rol oynayır".
Fəlsəfə üzrə fəlsəfə doktoru B.Quliyev nəzəri-praktiki tövsiyələr irəli sürərək yazır:
-
KİV-in özünün sosial-tarixi
xarakter daşıması;
- Cəmiyyətin müasir modernləşmə şəraitində
müxtəlif mass-medianın
gücündən daha
artıq istifadə etmək, ölkəni obyektiv, qərəzsiz infomrasiyanı təmin etmək üçün onun modernləşməsini
təmin etmək, yeni, müasir modellərini yaratmaq, medianın cəmiyyətin
tolerantlığında, demokratikləşməsində
rolunun artırılması
imkanlarının proqnozlaşdırılması;
- Müasir Azərbaycanın
siyasi, iqtisadi, mədəni-mənəvi modernləşməsi,
hüquqi dövlət
və vətəndaş
cəmiyyəti quruculuğunun formalaşması
və inkişafı üçün dövlətin
strateji siyasətində
KİV-lə qarşılıqlı
əlaqənin daha da gücləndirilməsi
zərurətinin dərk
edilməsi;
- Hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu
prosesində qarşıya
çıxan çətinliklərin
və problemlərin aradan qaldırılmasında,
cəmiyyətin bütün
sahələrinin modernləşməsində
və daha da inkişaf etdirilməsində KİV-in mənəvi-fenomenoloji
qüdrətindən səmərəli
istifadə edilməsi;
-
KİV-in cəmiyyətdə, insanlarda düzgün, obyektiv münasibət yaratmaq, ictimai rəyi istiqamətləndirmək,
formalaşdırmaq imkanlarından,
modernləşmə prosesində
onun hər cür inhisardan azad olunmasının təmin edilməsi, cəmiyyətdə müxtəlif
dini, etnik, sosial qüvvələr arasında konsensus yaratmaq, vətəndaş
sülhünün, milli
həmrəyliyin yaranmasında
ictimai, fərdi şüur və davranışa təsir imkanlarından istifadə edilməsi ən ciddi məsələlərdir.
Vahid ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2015.- 20 iyun.- S.15.