Hüquqi dövlətdə kütləvi informasiya vasitələrinin müsbət və mənfi təsiri

 

Bədii ədəbiyyatdan, bədii sənətin digər növlərindən fərqli olaraq jurnalistika peşədir. Professor Cahangir Məmmədli yazır: "Jurnalist peşəsi həm bu mənada stereotiplər sistemindən keçir. Amma haçansa bu stereotipləri yaradan peşə fəaliyyətində onu tətbiq edib qaydalar kondisiyasına çatdıran insanlar olub. Stereotiplərə öz əlavələrini edən bunu çox böyük ustalıqla yerinə yetirən insan həmin sahədə sənətkara çevrilir. Sənətkar sözü sənətkar epiteti hər kəsə nəsib olmur. Yalnız istedad sahibləri peşəni sənətə çevirməyi sənətkar adını qazanmağı bacarırlar. Heç yazı qaydalarını, sintaksisi, cümlə tiplərini yaxşı bilən hər kəs yazıçı ola bilmir. Çünki sənət yazıçıdan ciddi ümumiləşdirmə bacarığı, tipik hadisələrdə tipikliyi görmə qabiliyyəti bütün bunları ustalıqla ifadə məharəti tələb edir. Deməli, bədii ədəbiyyat məsələn, onun çox önəmli qolu olan bədii nəsr sənətdir. Bu yaradıcılıq sahəsini sənət kimi, onun yaradıcılarını sənətkar kimi qəbul etməyimizi şərtləndirən bir çox səbəblər var. Özlüyündə jurnalistikaya xeyli yaxın olan nəsrin sənətkarlıq keyfiyyətləri ilə müqayisədə jurnalistikanın sənətdən daha çox peşəyə istiqaməti heç kimdə şübhə doğurmur".

Bədii söz sənətkarı birbaşa istedadın gücünə güvəndiyi üçündür ki, məsələn, universitetlərin filologiya fakültələrində heç yazıçı, yaxud şair hazırlamaq əsas niyyət deyil.

KİV müxtəlif verilişlərlə gənclərin əxlaqi ideallarına əks təsir göstərir ki, bu da nəticədə millətin genefonduna ağır zərbə vurur. Bunlar aşağıdakılardan ibarətdir:

"* Mənfi neqativ demokratik dəyişikliklərin güclənməsi;

* doğumun aşağı səviyyəsi, intihar hallarının artması, narkomaniya alkoqolizmə meyilin geniş yayılması, azuşaqlı, uşaqsız ailələrin çoxalması, şəxsi azadlığa meyil, ictimai təsisat kimi ailələrin zəifləməsi;

* sosiumun nəsillərin fiziki mənəvi kamilləşməsi, sağlam həyat tərzi keçirməsi üçün KİV vasitəsilə ümumbəşəri milli-mənəvi dəyərlərin təbliğinin mühüm rol oynadığı məlum məsələdir. KİV aşağıdakı istiqamətlərdə diqqəti gücləndirməlidir:

* mədəni, mənəvi irsin, tarixi ənənə ictimai həyat normalarının, bütün xalqların milli-mənəvi dəyərlərinin qorunması;

* milli-mənəvi dəyərlər, klassik ədəbiyyat, mədəniyyət əsasında yeni nəslin tərbiyəsi, eləcə , mülki-hüquqi vətənpərvərlik, millilik ümubəşərilik ruhunda tərbiyyənin gücləndirilməsi;

* xarici dini missioner təşkilatların mənvi təsirlərinə qarşı durmaq".

KİV insanlarda elə düşüncə ya təfəkkür mədəniyyəti tərbiyə etməlidir ki, onlar "praktik nəticəsindən heç kimin zərər çəkmədiyi özlərinə fayda verə biləcək şeylər haqqında düşünsünlər, öz içərilərindəki mənfi, şər, dağıdıcı, xəbis duyğu hissləri idarə edə bilsinlər, onların öz-özünə işə düşməsinə yol verməsinlər".

Deməli, KİV insanların daxili aləmindəki müsbət cəhətlərin onların antipodlarına çevrilməsinə, yəni mənəvi deqradasiyaya şərait yaratmamalıdır.

Qonşu Rusiyada cəmiyyətin ciddi sınaqlara məruz qalması bütün ictimai təşkilatları, KİV-i, ali rəhbərliyi ciddi düşündürür. 2013-cü il yanvarın 24-də Moskvada Dövlət Dumasında "Rusiya Federasiyasının rus digər xalqların mənəvi-ruhi ənənələrinin müdafiəsi haqqında" mövzusu ətrafında gedən müzakirələrdə əsas məsələlərdən biri KİV üzərində mənəvi nəzarətin gücləndirilməsi idi.

Burada təhsil, mədəniyyətin daha da inkişaf etdirilməsi KİV haqqında qanunvericilikdə dəyişikliklərin edilməsi zərurəti fikri irəli sürüldü. Dəyirmi masada göstərildi ki, Rusiya iqtisadi böhrandan çox ruhi- mənəvi böhran keçirir ki, nəticədə mənəvi dəyərlər, əxlaq normaları, şəxsiyyət, ailə dövlətin inkişafı nöqteyi-nəzərindən dağıdıcı təsirə məruz qalır. Rusiya cəmiyyətində mənəviyyat sahəsində aşağıdakı deqradasiya deformasiya halları baş verməkdədir:

* əxlaqın iki növu: varlı azlığın yoxsul çoxluğun əxlaqı arasında antaqonist qarşıdurmaların baş verməsi müşahidə olunur;

* məişət mədəniyyətinin müqayisəli tədqiqi sübut edir ki, məişət kobudluğuna, təcavüzkarlığa özünənifrətə görə Rusiya liderlik edir, ictimai həyatın daha da kəskinləşməsinə meyil artır. Bütövlükdə, Rusiya cəmiyyətinin əxlaqi deqradasiyası güclənir.

* radikal islahatlar aparılsa da, iqtisadi, siyasi çatışmazlıqdan çox sosial, mənəvi yönümlərin dəyər davranış nümayəndələrinin əxlaqi çatışmazlığı baş verir. Azadlıq insanları yaxşılığa deyil, pisliyə doğru aparır;

* Rusiya cəmiyyətində azadlıq çatışmazlığından çox daxili-mənəvi nəzarət çatışmazlığı var. Əhalinin əksəriyyəti qanunların kəskinləşdirilməsini mənəvi senzuranın gücləndirilməsini istəyir.

* insanın mənəvi-ruhi əsaslarının təhlükəli dağıdıcılarından biri müasir KİV - hər şeydən əvvəl - televiziya radiodur. Hazırda KİV milyonlarla insanın ağıl qəlbini dərhal məhv etməyə qadir olan ən güclü silahdır. KİV qəsdən anlayışların yerini dəyişdirir, yalanın bu ya digər formalarından geniş istifadə edə bilir.

KİV yalanı gerçəkdən ayıra bilməyən gənclərin ictimai şüuruna ciddi təsir edərək daha təhlükəli xarakter daşıyır. Onlarda maddi dəyərləri mənəvi dəyərlərdən üstün tutmaq meyili yaradır. "Mənəviyyatın vəziyyəti məsələsi çoxsahəlidir: mənəviyyat iqtisadiyyat; mənəviyat ailə, mənəviyyat məktəb, mənəviyyat cəmiyyət. Onların həlli, müxtəlif yanaşmaları nəzərdə tutulur".

KİV ayrı-ayrı adamlardan tutmuş bütün millətə qədər özünü manipulyasiya obyektinə çevirərək, onda mənfi reaksiya, əks-qiymətləndirmə, mənfi davranış yaradır, onun sosial, mədəni, əxlaqi yönümünü dağıdır, insanları real aləmdən uzaqlaşdıraraq virtual dünyaya qovuşdurur. Cəmiyyətin aparıcı qüvvəsi olan müsbət qəhrəmanların yerini KİV- "uğurlu" sahibkarlar biznesmenlər, "kriminal avtoritetlər", "seksual azlıqların nümayəndələri, dövlət əleyhdarları, dissidentlər praqmatiklər" tutur.

Bəxtiyar Sadıqov yazır: "Hər gün oxucularının görüşünə təzə söz təzə nömrəsi ilə gələn qəzetin daim köhnəlməyən problemləri olur. Bunların içində maliyyə, senzura, oxucu, yazar problemini xüsusi vurğulamaq olar (Hərçənd ki, Həsən bəy Zərdabi qəzet nəşrinə icazə məsələsini başlıca problem kimi göstərmişdi). Dəyişən dünya qəzetçilərin problemlərinin bir qismini aradan qaldırıb. Azərbaycanın timsalında bu, daha aydın görünür. Ulu Öndər Heydər Əliyevin cəsarət qətiyyəti sayəsində düz 123 ildən sonra 6 avqust 1998-ci ildə Azərbaycanda mətbuata senzura nəzarəti ləğv edildi. Bu gün dünyada qəzet açmağın ən asan proseduru məhz Azərbaycandadır! Ədliyyə Nazirliyinə bir ərizə yazıb 7 gün gözləmək, sonra işə başlamaq olar! Azərbaycan vətəndaşına bu imkanı Ulu Öndər Heydər Əliyevin imzaladığı "KİV haqqında" Qanun vermişdir. Artıq ölkəmizdə senzura qəzet təsisi məsələsi birdəfəlik həll olunub. Digər problemlər isə..."

Maliyyə, reklam, oxucu problemi daimidir. Bunlara müxtəlif amillər təsir göstərir həm bir-birilə üzvi şəkildə bağlıdır. Qəzetin maliyyə durumunun yaxşılaşması üçün çoxsaylı oxucusu olmalıdır. Yəni hər nömrəsindən külli miqdarda satılmalıdır ki, gəliri artsın. Adətən tirajı yüksək qəzetlərə daha çox reklam verilir. Əslində, hər qəzet gəlirini əsasən reklamdan götürməlidir. Reklamla satış arasındakı mənfəət nisbətinin 70-nin 30 faizə nisbətində olması yaxşı (yəni gəlirin 70 faizinin reklamdan, 30 faizinin isə satışdan götürülməsi) hal sayılır. Bu gün Azərbaycanda qəzetin 10 min tirajla çıxması uğurlu hesab olunur (Xatırladırıq: "Kommunist" qəzetinin 1990-cı ildəki tirajı 620 min nüsxə olmuşdur). Dünyanın bir sıra dövlətlərində isə gündəlik tirajı 1 milyonu adlayan qəzetlər çoxdur. Onlar faktiki olaraq maliyyə, reklam oxucu problemlərini həll etmişlər".

 

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

 Səs.- 2015.- 24 iyun.- S.15