Hüquqi dövlətdə
jurnalistin etik normaları
Müasir dövrdə jurnalistikada etik normalar
mövcuddur. Bu, birinci növbədə həmin kütləvi
informasiya vasitəsinin xarakteri, vəzifəsi və nüfuz
dairəsi ilə bağlıdır. KİV-də
hər hansı bir çıxış auditoriya tərəfindən
çox həssaslıqla qarşılanır. Jurnalist faktları, hadisələri dərindən
öyrənməli və qüsura yol verməməlidir.
Jurnalist xüsusən öz ifadə və bənzətmələrində
ehtiyatlı olmalıdır. Belə ki,
şəxsiyyətin nüfuzuna toxunmaq nəinki cəmiyyətdə,
ümumiyyətlə jurnalistikada belə qəbul olunmur. Jurnalist tənqid və təhqir arasında
açıq fərqi müəyyənləşdirməli, bu
fərqləri görməlidir.
Jurnalistin peşə əxlaqı ilə onun peşə
borcu bir-birinə çox yaxındır. Peşə əxlaqı
kontekstində borc mühüm keyfiyyət kimi qəbul edilir.
Borc jurnalistin cəmiyyət qarşısında
- oxucu, dinləyici, tamaşaçı qarşısında
düzgün, obyektiv informasiyaya görə məsuliyyətini
tənzimləyir.
Peşə etikası tarixən yazılmamış
"qanunlar" şəklində ortaya çıxır. İnsan hər hansı fəaliyyət
sahəsində vicdanın səsinə, ədalətə, cəmiyyətdə
müsbət qəbul olunan qaydalara söykənməklə
iki başlıca məqsəd izləmişdir: 1. Peşənin,
eləcə də bu peşənin ifaçısının
lazımlılıq, yararlılıq səviyyəsini
qaldırmaq; 2. Cəmiyyət, insan qarşısında məsuliyyətini
dərk etmək. Jurnalistika ictimai bir institut
olaraq insanlara, cəmiyyətə xidmət göstərdiyinə,
insanla ilişgili olduğuna görə hər gün müxtəlif
problemlərlə üzləşə bilər. Bu problemlərdən biri etik prinsiplərdir.
Professional etika özündə yeni mənəvi dəyərlərin
axtarışını, auditoriya və ya geniş mənada, cəmiyyətlə
jurnalistin münasibətlərində etik çərçivəni
müəyyənləşdirir. Jurnalistika sahəsindəki
özünütənzimləmə mexanizmləri (jurnalist təşkilatları,
mətbuat şuraları) Qərb ölkələrində
jurnalistlərin mənəvi məsuliyyətini nəzərdə
tutan sadə və dəqiq peşə etikası kodeksləri əsasında
işləyir. Məhz bu cəhət
jurnalistikanı digər peşələrdən fərqləndirir.
Jurnalist cəmiyyət və fərdlərlə
birbaşa təmasda olan şəxs kimi etik prinsiplərə
hörmət etməlidir. Vüqar Əliyev yazır ki, həmin
prinsipləri ümumi formada müəyyənləşdirməyə
çalışaq: 1) Həqiqət; 2) Obyektivlik; 3)
Vicdanlılıq, 4) Təmizlik və müstəqillik; 5)
Şəxsi həyata ehtiram və müdaxilənin yolverilməzliyi;
6) Ümumbəşəri dəyərlərə ehtiram; 7)
Zorakılığın, pornoqrafiya və əxlaqsızlığın
təbliğinin yolverilməzliyi; 8) Peşə həmrəyliyi;
9) Müəlliflik hüququna hörmət; 101 Təhqirin
yolverilməzliyi; 11) Cavab və təkzib vermək hüququ;
12) Professional sirrin qorunması; 13) Günahsızlıq
prizumpsiyası; 14) Şəxsi reklamın yolverilməzliyi
Konstitusiyanı və Hüquqlar haqqında Bəyannaməni
yazanlar elə düşünürdülər ki,
kommunikatorların çoxluğu həqiqətin üzdə
qalmasına təminat verəcək. Etika
"hüquq" anlamını üzə
çıxarmağa çalışır. Əgər qanun çoxlu sayda şərhlərin
yaranmasına səbəb olursa, etik davranışın verdiyi
anlam daha fərqlidir. Həqiqətən də
etikanın nəyi əhatə etdiyini müəyyənləşdirmək
sadə tapşırıq olmaya bilər. Jurnalistika
məsələləri üzrə nüfuzlu şərhçi
John C.Merrill etikanı daha çox davranış haqqında
elm adlandıraraq, bu davranışa təyinetmə,
könüllü davranış kimi baxır. Merrill və Ralph D. Barney "Etika və mətbuat"
əsərində qeyd edirdilər ki, "jurnalistika
etikası... əsas qaydalar, qanunlar və heç kimə və
heç nəyə üstünlük vermədən, çəkinmədən,
ədalətə fəal, məsuliyyətli yanaşma yolunu
tutur. Qəzet əks tərəfin fikrini də
ifadə etməyi öz boynuna götürür. Ünvanına
irad tutulmuş hər kəs bu iradlara "Washington Post"un səhifəsində cavab vermək
hüququna malikdir.
Mehriban Ələkbərova yazır ki, qəzetin prinsiplərinə
görə, reportyor və redaktorlar hər bir
tapşırığa vicdanla, qərəzsiz və səmimi
yanaşmalıdırlar. Qəzetin səhifələrində
toxunulmuş, bu və ya digər şəkildə
günahlandırılmış şəxslərə cavab
hüququ verilməlidir. Öz nöqteyi-nəzərini
sırımağa çalışan şəxslərin
davranış motivləri tədqiq edilməlidir. Nəzərə
almaq lazımdır ki, bu motivlər xeyirxah, bədxah və ya
qeyri-müəyyən ola bilər.
Hüquqi
dövlətdə qəzetlərin üzərinə
aşağıdakı vəzifələr qoyulur:
- səssiz çoxluğu dinləmək;
- təkəbbürlüyün istənilən təzahürlərindən
qaçmaq;
- ictimaiyyətə münasibətdə nəzakətli
və vicdanlı olmaq. Qəzet bütün
hallarda maraqların toqquşmasından və hətta belə
toqquşmaların görüntüsündən qaçmaq
qaydasına riayət edir. Qəzet belə
məsələlərə münasibətdə ciddi siyasət
yürüdür və redaksiyanın məhdudiyyətləri
özəl sektordakından da qat-qat sərtdir. Belə ki, qəzet öz nüfuzunu dəyərləndirərək,
informasiya mənbəyindən hədiyyə qəbul etmir,
başqasının hesabına ezamiyyətə getmir. Qaydadan yeganə və aydın istisna restorana dəvətdir.
Lakin o hallarda ki, bu dəvətlər təbii
olaraq meydana çıxır, müntəzəm deyil, məqsədyönlü
və planlaşdırılmış xarakter daşımır.
Qəzetin işçiləri rəhbərliyin
icazəsi olmadan başqa təşkilatlar üçün
işləmir. İşgüzar və
maliyyə məsələlərinin
işıqlandırılması ilə bağlı
maraqların real və ya qeyri-real toqquşmasından
yayınmaq üçün maliyyə və biznes şöbələrinin
bütün əməkdaşları öz maliyyə sövdələri
və sərmayələri haqqında redaktorun müavininə
informasiya verirlər. Daha sonra digər təşkilatlar
üçün materialın hazırlanmasına icazə
yalnız o halda alına bilər ki, ''Washington Post" bu
materialda maraqlı deyil və material qəzetlə rəqib olan
orqanda çap olunmayacaq. Eyni zamanda, qəzet
yeni informasiya mənbələrinin iltizamları və kiminsə
maraqları qarşısında azad olmaq üçün əllərindən
gələni edir. İnsanlara qarşı münasibətdə
diqqətli olmağı hər zaman öz iş proseslərində
yerinə yetirməyə çalışır. Qeyd olunur ki, qəzet müxbirinin şəxsi və
peşəkar rəftarı bu peşəni və qəzeti
nüfuzdan salmamalıdır. Qərəzsizlik
və ədalətlilik prinsipi qazanmış qəzet
nüfuzuna xələl gətirəcək siyasi aksiyalarda,
ictimai hərəkatlarda, nümayişlərdə fəal
iştirakdan uzaq durur. Jurnalist bütün
mümkün olanı etməyə borcludur ki, auditoriyanın
bir hissəsi olaraq qalsın. Daha ulduz kimi
hadisələri yaradan yox, hadisələri
işıqlandıran jurnalist kimi. İnformasiya
toplayarkən jurnalistin özünü başqa simada təqdim
etməyə haqqı yoxdur. Belə ki,
jurnalistlər özlərini polis işçisi, həkim kimi
təqdim edə bilməzlər.
Qəzet səhvləri minimuma endirməyə və dərhal
buraxılan bu səhvləri düzəltməyə
çalışır. "Dəqiqlik bizim işimizdir. Doğruluq-bizim müdafiəmizdir. Bizim hardaki səhvlər göstərilir hörmətlə
yanaşmalı və dinləməliyik".
M.Ələkbərova göstərir ki, "Washington
Post" mümkün qədər informasiyanın mənbələrini
göstərmək qaydalarına əməl edir. Anonim
informasiyadan istifadə etdikdə, jurnalist onun mənbəyinin
müəyyənləşdirilməsinə səy göstərməlidir.
Əgər bu, mümkün deyilsə, jurnalist
bu informasiyanı başqa yerlərdə axtarmalı, əgər
bu da mümkün deyilsə, jurnalist bu mənbənin göstərilməməsinin
kəsərli səbəbini göstərməlidir. İstənilən halda "Washington Post"
heç vaxt məqsədlə, qəsdən bunu etmir.
Bako
Saakyana istinadən yazır: "Dağlıq Qarabağ hər
cür kompromisə hazırdır. Amma bunun
üçün biz gərək Azərbaycanla bir masa
arxasında oturaq". Məqalədə
müəllif Dağlıq Qarabağın hər zaman iki, azərbaycanlı
və erməni icmasından ibarət olduğu faktından yayınır.
Qəzetdə olan məqalələrdə,
ümumilikdə, Azərbaycanın mövqeyinə ədalətli
diqqət göstərilməyib.
Başqa bir fakt isə "Washington Post" sifarişli
yazılar çap edir" məqaləsidir. Həmin məqalədə
də etik normaların kobud şəkildə pozulması
halları ilə qarşılaşırıq. ABŞ prezidenti Barak Obamanın seçki qərargahının
rəhbəri Devid Plafın Azərbaycana səfəri ilə
bağlı dərc olunan məqalədə müəllif
Şankar Vedentyamın hər cümləsində anti-Azərbaycan
mövqeyi duyulur. Belə məlum olub ki, qəzetdə
Azərbaycana qarşı dərc olunan materiallar ABŞ-da fəaliyyət
göstərən erməni diaspor təşkilatları tərəfindən
sifariş edilir. Ş.Vedentyam yazır ki,
guya Azərbaycanda insan hüquqları və demokratiya pozulur.
Bununla yanaşı, o, Azərbaycanda 2008-ci ildə
keçirilən prezident seçkilərinin beynəlxalq təşkilatlar
tərəfindən yüksək qiymətləndirilməsindən
də yan keçib. Çünki bu,
sifarişçilərin marağında olmayıb. Baxmayaraq ki, Avropa Şurası, ATƏT, MDB və digər
nüfuzlu təşkilatlar Azərbaycanda seçkilərin
yüksək və beynəlxalq hüquq normaları çərçivəsində
keçirildiyini bəyan ediblər. ABŞ-ın
Azərbaycanı özünə strateji müttəfiq
sayması Ş.Vedentyamın sifarişçilərini razı
salmır, ona görə də yalnız ölkədə
"insan haqlarının" pozulması məsələlərini
önə çəkdirirlər.
Milyonlarla
tiraja malik olan "Washington Post" qəzetinin bir səhvi də
Riginin fotoşəkili yerinə, Kadima Partiyasından olan
israilli nazir Tzipi Livninin fotoşəkilini yerləşdiməsi
onun nüfuzuna yaraşmayan cəhət kimi qiymətləndirilir.
Bu təsadüfən olsa belə oxucu təsadüfə
fikir vermir. Diqqətli oxucu asanlıqla bu
cür halların fərqinə vara bilir.
Bütün bunlara rəğmən "Washington
Post" qəzeti hər zaman nüfuzda olan, geniş oxucu
kütləsi ilə seçilən, ictimai həyatı
peşəkarcasına işıqlandıran mətbuat
orqanıdır.
M.Ələkbərovanın fikrincə, "Washington
Post" qəzeti 1933-cü ildən Yucin Meyerin ailəsinin
mülkiyyətindədir. Qəzeti alandan dərhal sonra Y.Meyer
bu "Prinsipləri" dərc etmişdir;
* Qəzetin
birinci dərəcəli missiyası-mümkün olan qədər
həqiqəti axtarmaq və xəbər verməkdir.
* Qəzet Amerikaya və dünyaya aid olan bütün həqiqətləri
işıqlandırmalıdır.
* Yeniliklər
barədə xəbər verən qəzet nəcib cəmiyyətin
qəbul etdiyi abıra söykənməlidir.
* Qəzetdə
dərc olunan materiallar gənclərin də, yaşlı nəslin
də oxumasına sərfəli olmalıdır.
* Qəzet
sahibinə deyil, öz oxucularına və cəmiyyətə
xidmət etməlidir.
* Həqiqəti
müdafiə edən qəzet, yeri gələndə, ictimai
maraqları naminə maddi maraqları qurban verməyə
hazır olmalıdır. Qəzet kiminsə tərəfində
dayana bilməz, yaxud xüsusi maraqları müdafiə edə
bilməz. İctimai həyatı işıqlandırmaqda
o, ədalətli olmalıdır.
Qəzetə və qəzetçilik işinə bu
yanaşma prinsipi müasir dövrümüz üçün
önəmli təcrübədir.
Vahid
ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2015.- 25 iyun.- S.13.