Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

 

Dünyanın ən qədim dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqı iyirminci yüzilliyin sonlarında yenidən müstəqilliyini bərpa etdi. Çoxəsrlik tarixi olan Azərbaycanın dövlətçilik tarixində mürəkkəb mərhələlər çox olsa da, bütün çətinliklərə rəğmən heç bir qüvvə xalqımızın dövlətçilik arzularını, ənənələrini məhv edə bilməmiş, müstəqil respublika yaratmaq yönündə səylərin qarşısını almaq cəhdi qeyri-mümkün olmuşdur.

Azərbaycan dövlətinin yaradıcısı və qurucusu olan Ulu Öndər Heydər Əliyevin ölkənin ictimai-siyasi vəziyyətinin olduqca kəskin bir dövründə hakimiyyətə qayıdışı müstəqil dövlətin dayaqlarını möhkəmləndirməklə yanaşı, onun inkişaf etdirdi, dövlətçilik tariximizin müasir mərhələsinin təmin edilməsi kimi şərəfli vəzifəni yerinə yetirdi. Azərbaycan mədəniyyətinin, milli-mənəvi dəyərlərinin, adət və ənənələrinin inkişaf etdirilməsinə xüsusi önəm verdi. "Biz nadir irsin varisiyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır"- deyən Heydər Əliyev milli-mənəvi dəyərlərin qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirdi. Dövlət müstəqilliyinin bərpası Azərbaycanda klassik irsin yeni meyarlarla dəyərləndirilməsinə təsirsiz ötüşmədi. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi altında "Kitabi-Dədəm Qorqud" eposunun 1300 illik, Məhəmməd Füzulinin 500 illik yubileylərinin geniş miqyasda keçirilməsi və hər iki tədbirin zirvə toplantılarında dünyanın bir sıra dövlət başçılarının iştirakı azad Azərbaycanda ədəbiyyatın, mənəviyyatın, bütün mədəniyyətin parlaq təntənəsinə çevrildi. Füzulinin 500 illiyi təkcə Azərbaycanda deyil, Türkiyə, İran, İraq, Rusiya, Özbəkistan, Çinbaşqa ölkələrdə də geniş qeyd olundu. Buya digər istiqamətdə milli dəyərlərimizin təqdimi istiqamətində görülən işlər dünya dövlətləri tərəfindən maraqla qarşılandı.

MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZİN, ADƏT-ƏNƏNƏLƏRİMİZİN KÖKÜNDƏ TARİXİ FAKTORLAR DAYANIR

Ümummilli Lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident Cənab İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində dövlətçilik ənənələri, milli ənənələr nəzərə alaraq ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatın bütün sahələrində ciddi dəyişikliklər edildiuğurlar qazanıldı. Azərbaycan bu gün dünyada ən sürətlə inkişaf edən, iqtisadi sahədə dünyada ən böyük nailiyyətləri əldə edən ölkə olaraq dünyada söz sahibinə çevrilib, etibarlı tərəfdaş kimiözünü təsdiq edib. Dünyaya inteqrasiya olunduğumuz zamanda Azərbaycan milli-mənəvi dəyərləri, sənəti, mədəniyyəti, incəsənəti ilə heyrət doğura bilib. Bu dəyərlərin əsasında xalqın tarixi köklərini, tarixini, mədəniyyətini, qəhrəmanlığını,  məişətini, sosial həyatını əks etdirən faktorlar dayanır. Belə bir tarixi irsin daşıyıcısı olan xalqın qürürla səhifələdiyi vərəqlər zənginləşir, Azərbaycanın dünyaya töhfələr verən abidəsi olduğunu sübut edir. Təbii ki, bu abidələr fərdlər tərəfindən milli düşüncənin məhsulu olaraq ortaya qoyulur. Cənab İlham Əliyev tərəfindən ardıcıl olaraq imzalanan sərəncamlarda bu ifadə təsdiqini bir daha tapır. Prezidentin Sərəncamı ilə Bakıda Beynəlxalq Muğam Mərkəzinin tikilməsi, Xalça Muzeyinin inşası, regionlarda yeni muzeymusiqi məktəblərinin yaradılması və s. qədim və zəngin mədəni irsə olan diqqətdir. Eləcə də ölkə başçısının Azərbaycanın dünyaya inteqrasiya tempinin artmasına töhfələrini verən, milli-mənəvi dəyərlərin keşiyində duranonun inkişafına ömrünü həsr edən ziyalıların yubiley mərasimlərinin keçirilməsi, fəxri ad və mükafatların verilməsi ilə bağlı imzaladığı sərəncamlar milli dəyərlərimizə verilən qiymətin bariz nümunəsidir.

Elmin inkişafı sahəsində görülən tədbirləri də qeyd etməliyik. Məhz dövlətin həyata keçirdiyi elm sahəsindəki yeniliklər inkişaf edən Azərbaycanın elmi potensialı güclənib. Son 11 ildə həyata keçirilmiş islahatlar Azərbaycan elminin inkişafında keyfiyyətcə yeni mərhələ açmış, bu sahənin fəaliyyətini tənzimləyən qanunvericilik aktları müasirləşdirilib. Cənab İlham Əliyevin "Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında", "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında", "Elmin İnkişafına Yardım Fondunun yaradılması haqqında" Sərəncamları məhz elm inkişafında önəmli sənədlərdir.

"BEYNƏLXALQ MƏDƏNİ ƏLAQƏLƏR, QARŞILIQLI MƏDƏNİ İNTEQRASİYA AZƏRBAYCANIN DÖVLƏTLƏRARASI SİYASƏTLƏRİNİN ƏSAS PRİORİTETLƏRİNDƏN BİRİDİR"

Qloballaşan dünyada milli dövlətçilik ideyalarının yeni nəsillərə daim aşılaması, dövlətin mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası prosesi kimi ali dəyərlərə xüsusi olaraq diqqət yetirilir. Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə Ümumilli Lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək və Onun Azərbaycançılıq məfkurəsini təbliği istiqamətində Heydər Əliyev Fondu böyük layihələr həyata keçirir. Fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan muğamı, Novruz bayramı, aşıq sənəti, xalçaçılıq, tar ifaçılıq sənəti və s. YUNESKO-nun maddi-mədəni irs siyahısına daxil edilib. Bu, Azərbaycan xəzinəsinə ayrılan diqqətdir. 26 Avqust Beynəlxalq Muğam Günü kimi qeyd olunur. BMT tərəfindən Novruz bayramı Beynəlxalq Gün kimi qəbul edilib.  Azərbaycan mədəniyyətini və incəsənətini əks etdirən xalça, kilim, antik mis qablar və əşyalar, milli musiqi alətləri, ölkənin müxtəlif məkanlarını əks etdirən fotolar, milli geyimlər və s. Azərbaycanın tarixinin, bu gününün  təqdimidir.

Fondun təşəbbüsü ilə nəşr olunan  kitablarda Azərbaycan mətbəxi, mədəniyyəti, təbiəti və sair barədə məlumatlar verilib. Bu nümunələr sırasında "Qarabağ həqiqətləri" toplusu, "Azərbaycan" və s. xalqımızın qədim tarixini, ənənələrini, mədəniyyətini, etnoqrafik xüsusiyyətlərini əks etdirməklə yanaşı, ölkəmizin keçmişinibu gününü, müasir simasını da təcəssüm etdirir.

Qərb və Şərq sivilizasiyalarının kəsişməsində yerləşən Azərbaycanın mədəniyyətinə, milli dəyərlərinə bu şəkildə yanaşma yetişən nəsildə mövcud dəyərlərə məhəbbət yaradır. Qərblə Şərqin qovuşuğunda yerləşən Azərbaycan və onun paytaxtı Bakı bir çox dövrlərdə dünya mədəni irsinə layiqli töhfələr vermişdir. Bu proses indidavam edir. Bu gün Bakı Şərqin bütün gözəlliklərini özündə əks etdirən Qərb şəhəri kimi, yaxud da Qərb cazibəsini özündə əks etdirən Şərq paytaxtı kimi qəbul olunur.

Ölkəmizdə beynəlxalq tədbirlərin keçirilməsi, dinindən, irqindən asılı olmayaraq, saysız insanların Azərbaycana səfəri bu diyarın sivilizasiyaların qovuşuğunda yerləşdiyinə əsaslanır və müxtəlif tədbirlərin Azərbaycanda təşkili ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır. Mehriban xanım Əliyevanın "Beynəlxalq mədəni əlaqələr, qarşılıqlı mədəni inteqrasiya Azərbaycanın dövlətlərarası siyasətlərinin əsas prioritetlərindən biridir", - deməsi bu fikrimizi əsaslandırır. Azərbaycanda Beynəlxalq Muğam Festivalı, Mstislav Rostropoviç adına Musiqi Festivalı, VI Beynəlxalq "Qız Qalası" İncəsənət Festivalı, İkinci Beynəlxalq Aşıq Festivalı, Üzeyir Hacıbəyli, Dmitri Şostakoviç, Bülbül kimi dahi bəstəkarlar və ifaçıların yubileylərinə həsr olunmuş beynəlxalq festivallar təşkil olunub.

Fondun təşəbbüsü ilə Fransanın San-Trope şəhərində "Azərbaycanın mədəni zənginlikləri" adlı sərgisi, Fransanın Mejev şəhərində, Afinada, Hannoverdə və başqa məkanlarda Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi, Parisdə Reza Deqatinin Azərbaycana həsr olunmuş fotosərgisinin açılışı və s. Azərbaycan milli dəyərlərinin, tarixi irsinin təbliğində əhəmiyyətlidir.

2009-cu ildən Azərbaycanın gözəl guşələrindən biri olan Qəbələdə Beynəlxalq Musiqi Festivalının keçirilməsi ilə milli musiqi mədəniyyəti tarixində yeni ənənənin təməli qoyulub. Dünyanın müxtəlif ölkələrinin musiqiçilərini Qafqaz Albaniyasının paytaxtı olan, zamanın, mədəniyyətin izini daş yaddaşına həkk edən Qəbələyə toplayır. Azərbaycanın Birinci Xanımının dediyi kimi "Buraya qədəm qoyan hər bir insan əsrlərin nəfəsini hiss edir". Əbəs yerə deyil ki, MDB-nin üzv dövlətlərinin humanitar sahə üzrə Əməkdaşlıq Şurasının və təşkilata üzv ölkələrin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun Aşqabadda keçirilmiş birgə iclasında qəbul edilən qərara əsasən, 2013-cü ildə Qəbələ MDB-nin mədəniyyət paytaxtı elan olundu.

Azərbaycan buya digər nailiyyətlərlə yanaşı, mövcud olan dinlərarası, millətlərarası münasibətlərdə belə artıq dünya üçün örnək, tolerantlıq və dözümlülük ənənələri ilə zəngin olan dövlətdir. Ölkəmizdə son 11 il ərzində 250-yə yaxın məscidin tikilməsi, təmir edilməsi dini kökə bağlılığın, adət-ənənələrə sadiqliyin nümunəsidir. Bu sırada Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı kimi məscidləri vurğulamaq yerinə düşər. Bu yaxınlarda isə Qafqazın ən böyük məscidi olan möhtəşəm, əzəmətli Heydər Məscidinin tikilməsi Azərbaycanda dini ənənələrə sadiqliyinin göstəricisidir.

Bu gün paytaxtımızda keçirilən ilk Avropa Oyunlarının 68 min tutumu olan Bakı Olimpiya Stadionunda reallaşan açılış mərasimində hər kəs gözəl, möhtəşəm idman bayramında Azərbaycanın dəyərləri, milli mədəniyyəti ilə tanış oldu. Dünyanın yüz milyonlarla dinindən, iriqindən asılı olmayaraq televiziya tamaşaçısının izlədiyi açılış mərasimi Azərbaycandan bir çox tarixi məqamları dünya izləyicisinə bir daha bəyan etdi. Təqdim olunan kreativ şou çərçivəsində Azərbaycan irsi, mədəniyyəti, ədəbiyyatı, tarixi qısa zamanda təqdim olundu. Hər görüntüdə Azərbaycanın dünyaya elan etdiyi sülhsevərliyi, mədəniyyəti, multikultural ölkə olduğunu göstərirdi.

Muğamı ilə Azərbaycan ənənələrini göstərən, onun tarixindən gələn səsləri dünyaya bəyan etdi, qəhrəmanlığından, savaşından, məhəbbətindən, adət-ənələrindən danışdı. Azərbaycanın qədim xalçaçılıq sənəti ilə məşğul olduğu, möhtəşəm tarixi mədəniyyəti, Qobustan qayaların təsviri Odlar Diyarının qeyri-adi dəyərlərə malik olduğunu göstərdi. Nizami Gəncəvidən boylanan bəşəri hisslər dünyaya Azərbaycan milli dəyərlərindən bir mesaj idi.

Bəli, ölkəmiz sülh, əmin-amanlıq, təhlükəsizlik şəraitində inkişaf dövrünü yaşayır və heç şübhəsiz ki, bundan sonra da nailliyyətlərə imza ataraq tarixin zamanına möhürünü vuracaq. Təbii ki, sabitlik olmadan hansısa inkişafdan, rahat, firavan həyat tərzindən danışmaq, milli dəyərlərin təbliğindən söz açmaq qeyri-mümkündür. Bu sabitliyin, təhlükəzsiliyin qarantı isə Azərbaycan Prezidenti Cənab İlham Əliyevdir.

 

Zümrüd BAYRAMOVA

Səs.- 2015.- 16 iyun.- S.13.