Yeni Azərbaycan Partiyasının cəmiyyətdə aparıcı rolu gündən-günə daha da möhkəmlənir

 

 

YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov

- Hüseynbala müəllim, bu yaxınlarda Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirildi. Müşavirədə ötən dövrdə görülən işlər təhlil olunub, həmçinin, qarşıda duran vəzifələrlə bağlı geniş müzakirələr aparılıb. Ümumiyyətlə, YAP-ın cəmiyyətdə yerirolu haqqında fikirlərinizi bilmək istərdik...

- Yeni Azərbaycan Partiyası cəmiyyətimizdə böyük nüfuza sahib olan partiyadır. Ulu öndərimiz Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası, xalqımızın və ölkəmizin həyatını kökündən dəyişdirib, eyni zamanda, siyasi mübarizələrlə dolu şərəfli bir yol keçib. İqtidar partiyası olaraq, Yeni Azərbaycan Partiyası Heydər Əliyev siyasətinin avanqard qüvvəsi kimi, xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini veribbundan sonra da verəcək. Öz sıralarında ictimaiyyətin bütün təbəqələrini birləşdirən Yeni Azərbaycan Partiyası Ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə aparıcı rolunu gündən-günə daha da möhkəmləndirməkdədir.

Həyat çoxdan sübuta yetirib ki, Ulu öndər Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan Yeni Azərbaycan Partiyası ölkəmizdə ən güclü, ən monolit siyasi təşkilatdır və ictimai nüfuzuna görə onunla müqayisə edilə biləcək digər partiya mövcud deyil. Azərbaycan Respublikasının Prezidenti, partiyamızın Sədri İlham Əliyevin vurğuladığı kimi, artıq Yeni Azərbaycan Partiyası Cənubi Qafqaz regionunun ən güclü siyasi qüvvəsidir.

Yeni Azərbaycan Partiyası bütün situasiya və məqamlarda ardıcıl və məqsədyönlü şəkildə dövlətçilik, milli-mənəvi dəyərlərimizə sadiqlik mövqeyində dayanıb, xalqımızın arzularının təcəssümü, yekdil iradəsinin ifadəçisi kimi çıxış edib.

Bu gün müstəqil Azərbaycanda Heydər Əliyev missiyası şərəflə, məsuliyyətlə, fədakarlıqla davam etdirilir, nəticəsi misilsiz nailiyyətlər olan alternativsiz siyasi kursla müşayiət olunur. Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bir çox sahələrdə uğurlar qazanıb. Son 11 ilin statistikasına və siyasi xronikasına baxmaq kifayətdir ki, Azərbaycan Respublikasının uğurlu inkişaf mənzərəsi hər kəsin gözü önündə canlansın. Bu gün Azərbaycanın tərəqqisi dünyanın hər bir güşəsindən görünür. Bu həqiqətin əsasını cənab İlham Əliyevin xalqın rifahı naminə həyata keçirdiyi uğurlu və ardıcıl siyasət təşkil edir.

Azərbaycan xalqı öz Prezidentin ətrafında sıx birləşib. Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının sıraları getdikcə daha da artmaqdadır. Bu, dövlətimizin başçısına və Yeni Azərbaycan Partiyasına Azərbaycan cəmiyyətində olan dərin inamdanehtramdan irəli gəlir. Bunun nəticəsidir ki, Yeni Azərbaycan Partiyası monolit birliyi, sosial bazası və yüksək intellekti olan bir siyasi təşkilatdır. Öz sıralarında ictimaiyyətin bütün təbəqələrini birləşdirən Yeni Azərbaycan Partiyası Ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə öz aparıcı rolunu gündən-günə daha da möhkəmləndirməkdədir.

- Müşavirədə ötən ilin dekabr ayında keçirilmiş bələdiyyə seçkilərində YAP-ın qələbəsi xüsusi vurğulanıb. Sizcə, bu qələbənin əsasında hansı amillər dayanır? 

- Yeni Azərbaycan Partiyasının böyük seçki təcrübəsi var. Təsadüfi deyil ki, 1993-cü ildən ötən müddətdə ölkəmizdə keçirilən bütün prezident, parlament və bələdiyyə seçkilərinin qalibi Yeni Azərbaycan Partiyası olub. Bu qələbələr Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki yerinin möhkəm olduğunu, həmçinin, dövlətçiliyimizin möhkəmləndirilməsi, ölkəmizin inkişafı istiqamətində həyata keçirilən proqramların nəticəsi olaraq, xalqın bu təşkilata böyük etimad göstərdiyini təsdiq edir.

Məlum olduğu kimi, ötən ilin dekabrında keçirilən bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının namizədləri böyük üstünlük qazandılar.

Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi illər ərzində əldə edilən sosial-iqtisadi nailiyyətlər, ölkəmizdə hüquqi dövlət, vətəndaş cəmiyyətinin yaradılması prosesini sürətləndirməklə yanaşı, milli dövlətçiliyimizdə yeni-yeni ənənələrin əsasını qoydu.

Hörmətli Prezidentimizin yürütdüyü daxilixarici siyasət nəticəsində Azərbaycan ilbəil güclənir, inkişaf edir və beynəlxalq müstəvidə də öz mövqeyini gücləndirir. Artıq bu gün müstəqil dövlətimiz bölgədə söz sahibidir, Azərbaycanın razılığı olmadan regionda hər hansı transmilli layihələr həyata keçirilə bilməz. Bir sözlə, Azərbaycanın Cənubi Qafqaz regionunun lider dövləti olması və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolunun artması dünyanın nüfuzlu siyasətçiləri tərəfindən də etiraf olunur. 

Bütövlükdə, ölkəmizdə həyata keçirilən siyasət əhalinin rifah halının yüksəlməsi ilə müşayiət olunur. Bir sözlə, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət xalqa xidmət edirbu siyasətin əsasında milli maraqlarımız dayanır. Ona görə də, bələdiyyə seçkilərində YAP-ın namizədlərinin böyük üstünlüklə qələbə qazanmasının əsasında bu amillər dayanır.

Məlumat üçün bildirim ki, Xətai rayonunda 2 bələdiyyə  - Xətai və Əhmədli bələdiyyələri fəaliyyət göstərir. Seçkilərdə bu bələdiyyələrə ümumilikdə YAP tərəfindən 32 nəfər namizəd irəli sürülmüşdü. Onlardan 21 nəfər seçkilərdə qələbə qazandılar. Bələdiyyə üzvü seçilən YAP təmsilçilərinin 9 nəfəri qadın, 6 nəfəri gənclərdir.

 - Hazırda YAP-ın yerli təşkilatlarında gənclər birliklərinin hesabat-seçki konfransları keçirilir.Partiyamızın siyasətində  gənclərlə sahəsinə də böyük önəm verilir. YAP-ın bu siyasətinin gələcək perspektiv baxımından əhəmiyyəti nədən ibarətdir?

- YAP-ın sıralarında gənclər böyük üstünlük təşkil edirpartiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti də gənclərdən ibarətdir. Ümumiyyətlə, Ulu öndərin rəhbərlik etdiyiOnun ideyalarına sadiq qalan YAP hər zaman fəaliyyətində gənclərə geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirib.

Beləliklə, Ulu öndərə böyük inametimad göstərən Azərbaycan gəncliyi tezliklə dövlətin və Yeni Azərbaycan Partiyasının ətrafında sıx birləşdi. Ümummilli lider gənclərin cəmiyyətin fəal və aparıcı qüvvəsinə çevrilməsi, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinə aktiv cəlb olunması yönündə əməli addımlar atdı. 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması gənclərimizin dövlət quruculuğu prosesindəki iştirakına əsaslı təkan verdi. Ulu öndər Heydər Əliyevin gənclərə qayğısı geniş və əhatəli idi. Bu, həm gənclərin təhsil almasında, həm sosial-maddi problemlərin aradan qaldırılması istiqamətində görülən işlərdə, həm də gənclərin dövlət orqanlarına işə qəbulunda özünü göstərirdi.

Zaman keçdikcə, YAP-ın gənclərə olan diqqət və qayğısı artdı, gənc nəslə yönələn fəaliyyəti genişləndi. 1995-ci ilin iyununda YAP Gənclər Birliyinin yaradılması isə partiyanın tarixinə əlamətdar hadisə kimi daxil oldu. Bununla Azərbaycan gənclərinin məşğuliyyət və problemləri partiyanın birbaşa diqqət mərkəzinə çevrildi.

Müstəqil Azərbaycan dövlətinin gənclər siyasətinin formalaşmasında və gənc nəslin geniş fəaliyyət meydanına çıxarılmasında Ulu öndərin təşəbbüsü və iştirakı ilə keçirilən ölkə gənclərinin I Forumu xüsusi rol oynadı. 1996-cı il fevralın 2-də keçirilən forum Ümummilli lider Heydər Əliyevin gəncliklə bağlı strategiyasının ilk təntənəsi oldu. Təsadüfi deyil ki, məhz həmin vaxt Ulu öndərin Sərəncamı ilə 2 fevral tarixi Gənclər Günü kimi Azərbaycan tarixinə düşdü.

Ulu öndərin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin və Onun rəhbərliyi ilə YAP fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi, bu gün də Azərbaycan gənclərinin hərtərəfli inkişafı, ölkənin ictimai-siyasi, sosial-mədəni həyatındakı rolunun artması, idarəçilik strukturlarında geniş təmsil olunması xüsusi diqqət mərkəzindədir.

Görülən effektiv tədbirlərin nəticəsidir ki, hazırda Milli Məclisdə, bələdiyyə qurumlarında çalışan gənc kadrların sayı hiss olunacaq dərəcədə artır, habelə, müxtəlif dövlət orqanlarına vakant yerlər üzrə keçirilən müsabiqələrdə gənclərin irəli çəkilməsi onların dövlət idarəçiliyinə fəal cəlb olunması deməkdir.

YAP-ın Gənclər Birliyi bu gün də istedadlı, cəmiyyətə və dövlətə xidmət etmək istəyən gəncləri öz ətrafında birləşdirməklə yanaşı, yeni nəslin hərtərəfli inkişafı, vətənpərvərlik ruhunun yüksəldilməsi, gənclərin aktiv ictimai fəaliyyətə cəlb olunması və digər istiqamətlərdə işlər görür. Partiyanın rəhbər tutduğu azərbaycançılıq ideologiyasının prinsipləri əsasında Azərbaycan gəncləri arasında vətənə sevgi, ölkə sərhədlərindən kənarda Azərbaycanı layiqincə təmsil etmək, milli-mənəvi dəyərlərimizi qorumaq təbliğ olunur. Birliyin 2007-ci ildən başlayaraq həyata keçirdiyi "Yay məktəbləri" layihəsi çərçivəsində təşkil olunan seminar-konfranslar layihədə iştirak edən yüzlərlə gəncin bilik səviyyəsinin yüksəldilməsinə, liderlik keyfiyyətlərinin formalaşdırılmasına xidmət edir. YAP həm də gənclərin seçkilərdə və digər ölkə əhəmiyyətli proseslərdə fəal iştirakını təmin etmək üçün seçkiqabağı dövrlərdə çoxsaylı tədbirlər keçirir. Eyni zamanda, təşkilatın bir sıra nüfuzlu dövlətlərin hakim partiyalarının gənclər təşkilatları ilə sıx əməkdaşlıq etməsi Azərbaycan gənclərinin beynəlxalq aləmə inteqrasiyası baxımından çox önəmli faktordur.

Bütün bunların fonunda gənclər birliklərinin hesabat-seçki konfranslarının keçirilməsi gənclərin fəaliyyətinin təhlil edilməsi baxımından əhəmiyyətlidir. Bu gün gənclər layiqli vətəndaşlar kimi yetişirlər və bu da gələcəyə nikbinliklə baxmağa tam əsas verir.

- Hüseynbala müəllim, rəhbərlik etdiyiniz YAP Xətai rayon təşkilatının fəaliyyəti haqqında nə deyə bilərsiniz?

- Yeni Azərbaycan Partiyasının 1992-ci ilin noyabrında təsis konfransının keçirilməsindən sonra Xətai rayonunun ziyalıları, mütərəqqi insanları dövlətçilik maraqlarını və xalqın mənafeyini rəhbər tutaraq partiyanın Xətai rayon təşkilatını yaratmaq üçün fəaliyyətə başladılar. Bu insanlar çox ağır ictimai-siyasi vəziyyətə və güc strukturlarının təqiblərinə baxmayaraq, o cumlədən özlərinə və ailələrinə qarşı törədilə biləcək hər bir təxribatı, təhdid və təzyiqləri gözə alaraq qarşıya qoyduqları məqsədə çatmaq üçün tam səfərbər olundular. Təsis konfransının «Bakı»kinoteatrında keçirilməsi qərara alındı. Beləliklə, 1993-cü il fevral ayının 13-də Bakı şəhərinin rayonları arasında Nərimanov rayonundan sonra Xətai rayonunda Yeni Azərbaycan Partiyasının rayon təşkilatı yaradıldı.

Həmin dövrdə Xətai rayon təşkilatı 25 ərazi ilk partiya təşkilatında 500 nəfər üzvü birləşdirirdi. Fəxrlə qeyd etməliyik ki, ötən 22 il yaxın müddətində Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatı böyük inkişaf yolu keçib, öz sıralarını daim genişləndirib, partiyamızın proqramm və prinsiplərinə uyğun olaraq qarşıya qoyulan vəzifələrin icrasını ləyaqətlə yerinə yetirib, öz işini və fəaliyyətini daim canlandırıb.

Ötən dövrdə Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatı tərəfindən Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar, o cümlədən, regionların sosial-iqtisadi inkişafı, əhalinin sosial-rifahı halının daha da yaxşılaşdırılması, xarici siyasət sahəsində reallaşan tədbirlər və qazanılmış uğurların xalqa çatdırılması məqsədi ilə bir sıra tədbirlər keçirilib. Rayon təşkilatına əhali tərəfindən edilmiş müraciətlərin əksəriyyətində ölkə Prezidentinin yürütdüyü daxilixarici siyasət dəstəklənmiş, ölkədə aparılan böyük quruculuq işləri bəyənilib.

Son illərdə Azərbaycanın dinamik inkişafının nəticəsi olaraq Bakı şəhəri və eləcədə respublikamizin regionları inkişaf edərək öz simasını tam dəyişib. Bu dəyişikliklər Xətai rayonunda da yüksək səviyyədə gözə çarpmaqdadır. Rayonumuzun xüsusilə iqtisadi vəziyyətinin təhlili məhsul istehsalının həcminin artdığını, xidmət sahələrinin fəaliyyətinin genişləndiyini, əhalinin həyat səviyyəsini əks etdirən pul gəlirləri və əmək haqlarının yüksəldiyini göstərir. Rayonumuzda tikinti–quraşdırma işlərinə qoyulan böyük investitsiyalar hesabına bir sıra yeni  sosial-inzibati binalar, ticarət mərkəzləri, küçə və prospektləri birləşdirən körpu, tunelötürücü yol qovşaqları, yeraltı və yerüstü keçidlər inşa olunub. Bir sözlə, bütün sahələr üzrə işlər uğurla davam etdirilir.

Bu prosesdə YAP üzvləri fəal iştirak etməklə yanaşı ölkədə aparılan uğurlu siyasətin aktiv təbliğatını aparırlar. Bu il ərzində də bu işlər davam etdiriləcək. Təşkilatımız 2015-ci ilin planını təsdiq edib. İş planına uyğun olaraq il ərzində  əlamətdar günlər, dövlət bayramları və s. ilə bağlı müxtəlif tədbirlər keçiriləcək. Şübhəsiz ki, bu ilin sonlarında keçiriləcək parlament seçkilərinə hazırlıqla bağlı bütün gücümüzü səfərbər edirik. YAP-ın son ümumrespublika müşavirəsində də parlament seçkiləri kampaniyasına hazırlıq məsələləri geniş müzakirə olundu. YAP Xətai rayon təşkilatı partiya rəhbərliyinin tövsiyə və tapşırıqlarını daim layiqincə yerinə yetirməyə hazırdır.

 

Səs.- 2015.- 3 mart.- S8-9.