Azərbaycançılıq
ideologiyasından qaynaqlanan layihələr
Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə görülən işlərin miqyası geniş və çoxşaxəlidir. Ölkənin tərəqqisi və xalqımızın rifahı naminə Ümummilli Lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı proqram və layihələrın reallaşmasında Heydər Əliyev Fondunun gördüyü işləri qeyd etmək vacibdir. Elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələrin hazırlanıb həyata keçirilməsində təşəbbüskar olan fond qısa zamanda uğur və nailiyyətləri ilə seçilib və xalqın məhəbbətini qazanıb.
Sosial problemlərin həllinə yardımçı olmaq, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərmək, insanların yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardım etmək. Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlərə kömək etmək kimi dəyərlərin həyata keçirilməsinə fondun Moskva nümayəndəliyinin gördüyü işlər məhz azərbaycançılıq ideolgiyasına söykənən faktorlardır. Heydər Əliyev Fondunun vitse-prezidenti, fondun Moskva nümayəndəliynini rəhbəri Leyla Əliyeva uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidməti daim diqqətdə olub. Bütün bunların əsasında maarifləndirməni genişləndirmək, dünya təcrübəsindən istifadə edərək onun Azərbaycan milli-mənəvi dəyərləri zəmində aşkara çıxarıb tədbiqinə nail olmaq dövlətin milli maraqlarına söykənir.
Leyla Əliyevanın Moskvada gördüyü işlər milli-mənəvi dəyərlərimizin təbliğində atılan doğru yoldur. Məlumdur ki, onun təşəbbüsü ilə Moskvada “Qloballaşma şəraitində mədəniyyətlərin qarşılıqlı fəaliyyəti” kitabı çapdan çıxmışdır. Kitab Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin dəstəyilə ərsəyə gəlmişdir. Nəşr Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuşdur. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın kitaba yazdığı ön sözdə deyilir ki, Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra ciddi iqtisadi və siyasi problemlərlə üzləşmiş və yalnız 1993-cü il iyunun 15-də Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra vəziyyət kökündən dəyişmiş, Ulu Öndər suveren Azərbaycan dövlətinin yaradılmasının əsasını qoymuşdur. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri yazır: “Heydər Əliyev bütün həyatını öz ölkəsinə həsr etmişdir. Onun müdrikliyi, siyasi uzaqgörənliyi sayəsində bu gün Azərbaycan tərəqqi edir... Bu gün Heydər Əliyev sıralarımızda yoxdur, lakin müstəqil Azərbaycan yaşayır, Onun bütün həyatını həsr etdiyi iş yaşayır. Onun ideyaları yaşayır...”.
Bəli, Onun ideyaları yaşayır və geniş sferada təbliğ olunur. Elə Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə yardımçı olan nümayəndəlik Azərbaycan həqiqətlərini dünyaya çatdırılmasında bir vasitəçi, ötürücü rol oynayaraq Ulu Öndər Heydər Əliyev ideyalarına sadiqliyini nümayiş etdirir. Leyla Əliyeva bu missiyanın öhdəsindən uğurla gəlir və bu gün Rusiyanın azərbaycanlı gəncləri fəaldırlar. Son illərdə həyata keçirdikləri “Qanın milləti yoxdur!”, “Sağlam olduğunu yəqin et, xəstəliyə “yox” de!” və s. aksiyalar reallaşıb.
“HƏYATIMIZI NƏİNKİ SAĞLAM, HƏM DƏ MARAQLI VƏ
RƏNGARƏNG EDƏN NƏ VARSA HAMISININ QORUNUB
SAXLANMASINA BİRGƏ
TÖHFƏ VERMƏLİYİK”
Leyla xanımın layihələri
sırasında gənclərin yeni qlobal ekoloji kampaniyası olan İDEA-nı xüsusilə qeyd etmək lazımdır. İDEA ətraf mühit kampaniyası regionda
ətraf mühit məsələlərilə
məşğul olan ən böyük təşkilatdır. Gənclərlə
əməkdaşlığa xüsusi
önəm verən kampaniyanın ətraf mühitin
qorunması ilə bağlı yaradıcı yanaşması
vardır. Bu kampaniya
çərçivəsində artıq ilk
addımlar atılıb. Belə ki, BMT İnkişaf Proqramı ilə saziş imzalanıb, Qəbələdə gənc
ekoloqlar üçün
beynəlxalq düşərgə keçirilib.
İDEA müasir dövrün
çağırışlarına cavab təşəbbüsüdür.
Müasir dövrümüzdə ekologiya və ətraf mühitin
qorunması vacib məsələlərdən
olduğundan ekoloji
problemlərin nəticələri diqqətdədir. Leyla xanım
Əliyevanın müsahibələrinin birində dediyi kimi, biz
planetimizə görə məsuliyyət hiss
etməli və bioloji müxtəlifliyin,
həyatımızı nəinki sağlam,
həm də maraqlı və rəngarəng edən nə varsa hamısının qorunub
saxlanmasına birgə töhfə verməliyik. Məhz bu münasibətin məntiqi olaraq
İDEA qlobal gənclik ekoloji
kampaniyasına start verilib.
Qeyd edək ki,
İDEA kampaniyası artıq bir sıra ekoloji təşkilatlar tərəfindən dəstəklənib.
İDEA xətti ilə həyata keçirilən tədbirlərdə
gənclərin və tələbələrin demək olar ki, bütün
iri təşkilatları iştirak
edir. Bu, “Bir planet - bir gələcək” devizini bir daha
təsdiq edir. İDEA Azərbaycanda
“böyük Qafqaz beşliyi” deyilən, yox olmaq təhlükəsi
ilə üzləşən
beş heyvan
növünü müəyyən
edib. Bunlar ayı, qartal,
canavar, ceyran və Qafqaz bəbiridir. Kampaniyanın
rəhbəri problem barəsində Azərbaycan
və dünya ictimaiyyətini maksimum məlumatlandırmaq və
yox olmaq təhlükəsi qarşısında
olan növlərin qorunub saxlanması üçün konkret layihələr həyata keçirməyi qarşıya məqsəd qoyub.
“MÜHARİBƏ
CİNAYƏTİNİN
XOCALI ŞAHİDİ. ERMƏNİSTAN MÜTTƏHİM
KÜRSÜSÜNDƏ”
Heydər Əliyev Fondunun dəstəyi ilə artıq neçə illərdir ki, “Xocalıya ədalət” kampaniyası çərçivəsində
dünyanın bir çox ölkələrində
qeyd olunur. Soyqırımına həsr olunmuş silsilə tədbirlər fondun nümayəndəliyi
tərəfindən silsilə
olaraq təbliğat materialları əsasında
bir sıra şəhərlərdə keçirilir.
“Xocalı soyqırımı”
filmi, ermənilərin
Xocalıda törətdikləri
vəhşilikləri əks
etdirən fotoşəkillər
və müxtəlif illərdə xarici ölkələrin nüfuzlu
nəşrlərində Xocalı
soyqırımı haqqında
dərc edilmiş materiallar nümayiş olunur. “Qarabağ
həqiqətləri” bukleti
də bu sırada önəmlidir.
Buklet Qarabağın tarixi, münaqişənin başlanması,
Xocalı soyqırımı,
erməni təcavüzünün
nəticələri, erməni
terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti haqqında
ətraflı informasiya
almağa imkan verir. Dünya ictimaiyyətinə Xocalı soyqırımı
haqqında obyektiv və dürüst informasiya çatdırmağa,
ictimai rəyi formalaşdırmağa yönələn
belə tədbirlərə
müxtəlif qurumların,
diplomatik missiyaların
nümayəndələri, şəhər sakinləri,
eləcə də xarici kütləvi informasiya vasitələrinin
əməkdaşları dəvət
olunurlar. “Xocalıya ədalət” musiqi manifestinin təqdimat mərasimi də bu sırada
görülən işlərdəndir.
Azərbaycan xalqı Xocalı
qurbanlarının xatirəsini
daim yad edir və bu
həqiqətlərin dünya
ictimaiyyətinə çatdırılması
üçün dövlətimiz
bütün imkanlardan
geniş istifadə edir. XX əsrin
sonunda Azərbaycan xalqına qarşı törədilmiş Xocalı
soyqırımı tariximizin
ən acı səhifəsi kimi gənclərimizin vətənpərvərlik
tərbiyəsində mühüm
rol oynamalıdır.
Gənclər tarixdən nəticə
çıxarmalı, gələcəkdə
bu kimi faciələrin
bir daha baş verməməsi üçün daha mübariz olmalıdırlar.
Xocalı faciəsinin və
bütövlükdə ermənilərin
Azərbaycan xalqına
qarşı apardıqları
etnik təmizləmə
və soyqırımı
siyasətinin konkret tarixi faktlarla gənclərimizin diqqətinə
çatdırılması hər bir dövlət
orqanının ümdə
borcu və vəzifəsi olmalıdır.
“Xocalıya ədalət”
rep üslubunda yazılmış
mahnı Leyla Əliyevanın təşəbbüsü
ilə Azərbaycan həqiqətlərinin dünyaya
çatdırılmasında bir vasitə oldu. Mahnıya çəkilən klipin çəkilişləri
Şəhidlər Xiyabanında
və Ağcabədi rayonunu qaçqın düşərgəsində aparılmışdır.
Mahnıda müasir rep ritmləri
ilə yanaşı milli musiqimizin elementləri - muğam və balaban musiqisindən istifadə edilmişdir. Xocalı soyqırımının
23-cü ildönümü münasibəti ilə silsilə tədbirlər keçirilib. Braziliyada,
Londonda, Koreyada və onlarla dünya ölkələrində
Azərbaycan həqiqətləri
müxtəlif şəkildə
təqdim edilib. Bütün bunlarla yanaşı, bu yaxınlarda Koreya dilində Xocalı soyqırımı haqqında
videoçarx hazırlanaraq,
ən böyük axtarış saytı olan “Naver”, eləcə
də “Google” və “Youtube”da yerləşdirilib.
Videoçarxda Xocalı hadisələrinin
XX əsrin ən böyük faciəsi kimi tarixə yazıldığı, faciə
zamanı yüzlərlə
dinc sakinin erməni silahlı qüvvələri tərəfindən
vəhşicəsinə qətlə
yetirildiyi, dözülməz
işgəncələrə məruz qaldığı
və doğma yurd-yuvalarından didərgin
salındığı bildirilir. Videoçarxda, həmçinin faciə şahidlərinin dəhşətli
hadisələrlə bağlı
sadaladıqları faktlara
yer verilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyilə
həyata keçirilən
“Xocalıya ədalət!”
beynəlxalq təbliğat-təşviqat
kampaniyası çərçivəsində
“Müharibə cinayətinin
Xocalı şahidi.
Ermənistan müttəhim kürsüsündə”
adlı kitab çapdan çıxıb.
Avropa Azərbaycan Cəmiyyəti
tərəfindən Sankt-Peterburqda
və İstanbulda çap olunmuş kitab rus və
türk dillərindədir.
Kitaba ön sözü Leyla Əliyeva yazıb:”...1992-ci il fevralın 25-dən
26-na keçən gecə
müasir tarixin ən faciəli qətliamlarından biri baş vermişdir. Ermənistan silahlı qüvvələri
keçmiş sovet qoşunlarının bölgənin
mərkəzi Xankəndində
dislokasiya edilmiş hərbi hissəsinin köməyilə Xocalı
şəhərinin dinc
azərbaycanlı əhalisinə
qarşı etnik təmizləmə siyasəti
həyata keçirmişdir.
Bu hadisə dünya
mediasının o zaman
bölgədə olan
bütün nümayəndələri
və hadisədən
xəbər tutan informasiya agentlikləri tərəfindən kütləvi
qətliam kimi qiymətləndirilmişdir. Azərbaycan xalqı baş verənləri dərin kədər hissi ilə qarşılamış,
qətliam qurbanlarını
şərəflə dəfn
etmiş, bu amansız faciədən xilas olanların yenidən həyata bağlanması üçün
var qüvvəsini səfərbər etmişdir”.
“Müharibə cinayətinin
Xocalı şahidi. Ermənistan müttəhim
kürsüsündə” kitabı
Xocalı soyqırımı
haqqında Qərbdə
ingilis dilində çap edilmiş ilk müstəqil nəşrdir.
Kitabda Xocalı hadisələrinin
şahidlərinin müsahibələri,
faciə barədə
beynəlxalq dövri mətbuatın materialları,
xarici tədqiqatçıların
mövqeyi, beynəlxalq
təşkilatların hesabatları
və xarici fotoqraflar tərəfindən
çəkilmiş nadir fotolar
yer alıb.
Heydər Əliyev Fondunun Moskva nümayəndəliyin gördüyü işlərin hər birinin əsasında vətənə xidmət, Azərbaycan dəyərlərinin təbliği, eləcə də onun milli mədəniyyəti, incəsəntinin təbliği dayanır. Bu görülən işlərin də ideyası məhz bu prinsiplərə söykənir.
Nəzakət
ƏLƏDDİNQIZI
Səs.- 2015.- 4 mart.- S4.