Hüquqi dövlət və dəyər atributları

 

 

Məlum olduğu kimi, ABŞ-da, siyasi həyatı fırlanmağa məcbur edən dəyər atributlarını ictimai (sosial) səhnəyə gətirən, məhz bu mənəvi cəhətdən təsdiqlənmiş fərdi subyektdir (müasir fərddir). Beləliklə, öz-özlüyündə, sosialya ictimai məkan, orada başqa yerlərdəkindən daha çox özünüidarə dəyərindən (və mən özünüidarə elementini xüsusi vurğulayıram) məhrum olunub. Bu, ictimai məkanın dəyərinin yoxluğu deyil, onun məhz özünüidarə dəyərinin yoxluğu deməkdir. İctimai məkan üçün yığılmış dəyər ictimai mühitdə fəaliyyət göstərən və bir-biri ilə qarşılıqlı təmasda olan sosial iştirakçılara (mənəvi cəhətdən özünü idarə edə bilən fərdlərə) verilmiş ümumbəşəri dəyərin bir funksiyasıdır. Başqa yerlərlə müqayisədə, Amerika hər biri "ontoloji" cəhətdən təmkinli, "metafiziki bərabərlik" vəziyyətində mövcud olan və yalnız rasional mübadilənin məntiqi ilə birləşmiş mütləq subyektlərin icması kimi səciyyələnir.

A.Seliqman yazır: "Mən anlayıram ki, bu, son dərəcə mübahisəli bir fikirdironu inkar etmək məqsədi ilə oxucu dərhal abortla bağlı mübahisələr barədə düşünəcək. Bununla belə, abortla bağlı mübahisələr, əslində, ictimai dəyərlərin yeri kimi təmsilçilik statusuna nail olmuş özəl mühitin ən əsas nümunəsidir. Üstəlik, vətəndaş cəmiyyəti ideyası və müasir liberal-fərdçilik cəmiyyətinin təsisatı ilkin şərtləri arasındakı müasir ziddiyyəti məhz abort məsələsində görə bilərik. Təəccüblü deyil ki, məhz həyat tərəfdarı olan fəallar abortla bağlı tənqidi çıxışlarında vətəndaş cəmiyyəti ideyasına oxşar bir şey təqdim edirlər. Beləliklə, həyat tərəfdarı olan fəalların münasibətləri və qaldırdıqları problemlərlə bağlı azsaylı araşdırmaların birində, antropoloq Fey Qinsburqun araşdırmasında, bu üç mövzu üstünlük təşkil edir:

1. Kişilər üçün təbii, qadınlar üçünsə qeyri-təbii kimi hesab olunan "məsuliyyətsiz seksual davranışa" müqavimət;

2. Müəyyən şikəstliyə, bədbəxtliyə və ya qocalığa görə özləri sərbəst hərəkət edə bilməyən və məhsuldar əməklə məşğul ola bilməyən... İnsanların sosial və mədəni baxımdan dəyərsizləşməsi barədə narahatlıq;

3. İnsanlararası münasibətlərdə getdikcə təhlükəli meyillər kimi görünən və mütləq dəyişdirilməli olan, habelə "qohumluq və icmanın bəhrələndirici əlaqələrinin yerini tutan" bazar rasionallığı və vasitəçiliyinin tənqidi".

Buradan görürük ki, onların mövqeləri belə səciyyələndirilə bilər: (1) fərdin mənəvi bütövlüyünü qorumaq cəhdi kimi (tamamilə fərqli baxımdan prinsipial mövqe kimi dərk olunsa da, seçim tərəfdarı olan fəalların mövqeyinə son dərəcə oxşar olan) və (2) vətəndaş cəmiyyətinin klassik ənənəsindən heço qədər fərqlənməyən, qarşılıqlıq və icma məsuliyyəti modelini açıqlamaq cəhdi. Bu sonuncu mövqe fərdi "hüquqların" mövqeyini icma mühitini təsdiqləyən qarşılılıqdan kənarlaşdırılmış tərzdə bəyan edən seçim tərəfdarı olan fəalların mövqeyinə hiss olunacaq ziddiyyətdədir.

Bu iki düşərgə arasındakı münaqişədə bizim (mənəvi və iqtisadi cəhətdən özünü idarə edən və "hüquqlara" malik fərdə əsaslanmış) liberal-fərdçilik cəmiyyətinin ilkin şərtlərinin vətəndaş cəmiyyəti ideyası ilə əhatə olunmuş qarşılıqlığın ilkin şərtlərilə necə münaqişədə durmasını göstərən bir ən əsas misalımız var. Bizim, bir-biri ilə rəqabət aparan mənəvi iddiaları kompromisə getmək şansı vermədən barışmaz münaqişəyə çevirən, şəxsi mühitin ictimaietik aura ilə necə əhatə olunduğunu göstərən bir başqa misalımız da var. Con Qrey bu yaxınlarda yazırdı: "Abortla bağlı məsələyə, bir-biri ilə rəqabət aparan maraqlarideallar arasında tarazlığın əldə oluna biləcəyi qanunvericilik deyil... konstitusiya hüquqlarının tətbiqilə bağlı məsələ kimi yanaşmaqla, Amerikan yurisprudensiyasının aparıcı təsisatları onu elə vəziyyətə salıb ki, onun  haqqında heç bir kompromis əldə oluna bilmədiyi üçün bu məsələnin həlli maraqlı tərəfləri qane edə bilməz. Bununla onlar, ABŞ-a imkan vermir ki, o, təkcə Yeni Zellandiya və Birləşmiş Krallıq kimi ingilisdilli ölkələrdə deyil, əsasən katoliklərdən ibarət Fransaİtaliya kimi ölkələrdə də abortla bağlı məsələnin əldə olunmuş dinc həll yolundan istifadə etsin".

Əslində, məsələnin məğzi də bundadır. Çünki (köməkçi vasitəçiliyə və beləliklə də maraqların təmsil olunduğu idarəçilik sferasının səlahiyyətinə, yəni qanunvericiliyə verilmiş) maraqlar baxımından deyil, lakin ictimai-mənəvi prinsip (və beləliklə də qərarların, ABŞ-da "mənəvi səlahiyyəti", cəmiyyətin Durkhaymın müəyyənləşdirdiyi, öncədən bağlanmış müqavilə və müqəddəs prinsiplərin keşikçilərini, yəni Ali Məhkəməni təmsil edən təsisatçı sferanın daxilində qəbul olunduğu) baxımından nəzərdən keçirilən sfera məhz şəxsi sferadır. Belə olan halda, abortla bağlı məsələ, ictimai səhnənin özünüidarə dəyərindən məhrum olmadığını deyil, yalnız onu əvəz edən şəxsi sferanın heç də həmişə adi olmadığını sübut edir. Şəxsi amil davamlı olaraq ictimai mühitə proyeksiya edib, onunla birləşdikcə, şəxsi sferanın çox vaxt adi şeylərə çevrilməsinə tez-tez rast gəlinir və onun barəsində biz ayrıca danışacağıq.

Başqa yerlərlə müqayisədə, ABŞ-da, biz Veberin elə bir "dəmir qəfəsində" yaşayırıq ki, bir vaxtlar orada mənəvi səlahiyyətin yeri olmuş müqəddəslər icmasının dağılması nəticəsində başqaları ilə bölüşülən, ictimai mənadan məhrum edilmiş fərdi maraqların ardınca qaçan fərdlər kimi tənha qalmışıq. Veberin sözləri ilə desək: "Çağırışın icrasının ən yüksək ruhi və mədəni dəyərlərlə birbaşa əlaqələndirilmədiyi yerlərdə və ya digər tərəfdən, onun sadəcə iqtisadi məcburiyyət kimi hiss olunmasına ehtiyac olmayan hallarda, fərd adətən onu əsaslandırmaq cəhdindən tamamilə əl çəkir. Özünün ən yüksək inkişaf sahəsi olan ABŞ-da dinietik mənadan məhrum edilmiş var-dövlət dalınca qaçmaq həvəsi sırf dünyəvi ehtiraslarla eyniləşdirilir ki, bu da ona, əslində, çox vaxt idman xarakteri verir".

Veberin "dəmir qəfəsi" sadəcə iqtisadi məcburiyyətin libası deyil, onun mülkiya vətəndaşlıq nəticəsidir, yəni artıq marağın "Hyumsayağı" hesablamasından, bölüşülən etik məkandan fərqli şərtlər baxımından tərtib oluna bilməyən maraqla motivləşən bu fərdlərin arasındakı münasibətlərin libasıdır. Bu mənada, Con Dann yaxşı demişdi ki: "...müasir ABŞ-ın dünyəvi baxışlı "Lokksayağı" liberalları kalvinizmin bərabərlik vədinin sələfləri ilə müqayisədə düşündüklərinə nisbətən daha çox qapalıdırlar. Əgər çağırışın dini məqsədi və göstərişləri Lokkun nəzəriyyəsindən kənarlaşdırılmış olsaydı, onda həm fərdi insani həyatın və sosial həyatın məqsədi, hər ikisi, faydalanmanın son dərəcə artırılması məqsədilə müəyyənləşərdi".

Beləlilklə, bu, Veberin "dəmir qətəsinin" digər tərəfidir. Çünki yalnız hər bir fərdin özü ümumbəşəri şərtlər baxımından müəyyənləşdiyi zaman, onlar arasındakı münasibət utilitarmaraqla motivləşən olur, bölüşülən etik məkanda əsasını itirir. Asket-protestantlar arasında fərdi vicdanın etik təsdiqlənməsi ilə başlamış bu proses sonda fərdlər arasındakı (ictimai) məkanı hər hansı özünüidarə dəyərindən məhrum etdi. Bu fərdlər arasındakı bir-birini qarşılıqlı tədricetmə, fərdlərin əhatəli bir quruluş daxilində mövcud olmasını görməsinə baxmayaraq, Veberin məhz ABŞ-da mövcud olan sosial qruplar arasında rast gəldiyi şeydir. Bəlkə də buna görə təəccüblü deyil ki, başqa yerlərdən fərqli olaraq, Amerika posmodernist arqumentə daha çox həssas olub. Burada başqa yerlərlə müqayisədə, sosial mövcudluğun fundamental ilkin şərtləri daha çox məxsusi amilin apofeozunun ilkin şərtləridir.

Məxsusi və ya ictimai sferanın sosial bütövlüyü təmsil edə biləcək bir status səviyyəsinə qalxması, ictimai sferanın aspektlərindən hər hansı birinin elə itkisidir ki, orada fərdçilik etik həmrəyliyin bir komponenti kimi təşkil olunur. "Ümumbəşəri" subyekt, daxilində cəmiyyət və onun təşkiledici münasibətlərinin təqdim olunduğu, dəyərsizləşmiş ictimai sferanın yeganə tərəf- müqabilidir. Bu fenomenya daha dəqiq desək, onun aspektlərindən birini 150 il əvvəl Tokvill müşahidə etmişdi. Daxilində tənqidi idrakın öz təsirini göstərə biləcəyi bölüşülən bir ictimai məkanın yoxluğu, Amerikan həyat tərzinin ən təhlükəli aspektlərindən biri kimi Tokvilli pərt eləmişdi. O, qeyd edir ki: "Nəzərə çarpan ilk şey, çoxlu sayda bərabərhüquqlu və bir-birinə oxşar, həyatlarını xırda və mənasız şeylərdən həzz almaqla doldurmağa gecə-gündüz səy göstərən insanların olmasıdır. Onlardan hər biri, ayrı yaşayaraq, yerdə qalanların taleyinə biganədir. Bütün bəşəriyyət onun anlamında yalnız ailə üzvlərindən və özəl dostlarından ibarətdir. Onun yerdə qalan həmvətənlərinə gəldikdə, o, onlara yaxın olsa da, onları görmür; onlara toxunsa da, onları hiss etmir. O, yalnız özündə və özü üçün mövcuddur. Əgər o, hələ də öz qohumlarına bağlılıqla yaşayırsa, onda demək olar ki, o öz vətənini itirib".

Bu, şişirdilmiş özəllik və bölüşülən ictimai həyatın müvafiq itkisinin nəticəsi odur ki, ömrün yaşanmış hər günü insanın azad vasitəçiliyindən istifadəni daha az faydalı və daha az rast gəlinən edir; o, istəyi daha dar çərçivəyə salır və tədricən insanın özünə edə biləcəyi bütün faydalardan məhrum edir: "Müəllif üçün qeyd edilməli mühüm amil "insanları bu şeylərə hazırlamış olan, insanları onlara dözməyə və çox zaman onlara faydalar kimi baxmağa meyil etdirmiş bərabərlik prinsipidir". Belə bir vəziyyətin yekun nəticəsi budur: "Müasir cəmiyyətdə hər şey o dərəcədə bir-birinə oxşarlaşmaq təhlükəsi ilə qarşılaşır ki, elə bil hər bir fərdin məxsusi xüsusiyyətləri tezliklə dünyanın ümumi aspektində tamamilə itəcək".

A.Seliqman göstərir ki, bütün müasir cəmiyyətlərin prototipi olan Amerikada, biz vətəndaşların bərabərliyi ilə köməkçi səbəbdən qidalanan bərabərliyin məntiqi arasındakı, özünün asılı olduğu həmin ictimaietik məkanı məhz öz tərəqqisi ilə zəiflədən, təfərrüatlarını öncə izlədiyimiz münaqişəni aydın görürük.

Cəmiyyətin öz təşkiledici üzvləri üçünonlar arasında necə təmsil olunmaq məsələsi şəxsi və ictimai amillərin bir-birindən çox fərqli mühitlərinin düzgün dərk olunmasından asılıdır. Onların hər ikisi arasındakı münasibətləri postulat kimi irəli sürərkən, klassik modernist siyasi nəzəriyyəsi idrak və vətəndaşların bərabərliyinin birləşdirici kateqoriyalarına təsis olunmuş, öz ilkin şərtlərinin ziddiyyətli tələbləri arasında ilişib qaldı. Bərabərliyin ilkin şərtlərinin ümumbəşəriləşdirilməsi işində atılan hər bir addım idrakın artan reallaşmasını nəzərdə tuturdu. Bununla belə o öz-özlüyündə ictimai sferanın təmsilçilik əlamətlərinin itkisinə gətirib çıxardı. Tokvill üçün bu, Amerikanın səciyyəvi məntiqi idi. Bərabərlik artdıqca, ictimai sfera insan istəyinin reallaşdığı səhnə kimi əhəmiyyətini itirir. Kant üçün həm praktik idrakın, həm də bərabərlik və azadlığın davamlı təsirləri üçün vacib olan ictimai sfera məhz bərabərliyin reallaşması nəticəsində dəyərsizləşmişdi.

Liberal humanizmə radikal feministlesbian hücum bu vaxtadək özəl hesab olunan məsələlərin məhz ictimai problemlərə proyeksiya olunmasını göstərir. Maraqlısı odur ki, bu cür siyasəti və eyni zamanda qadınların ayrılması mövqeyini dəstəkləyən ən hay-küyçü tərəfdarlara da məhz ABŞ-da rast gəlmək mümkündür.

Burada gərək izah edim ki, mən bu hadisələri siyasi yanılmalar deyil, müasir sivilizasiyanın təyinedici ziddiyyətinə xasonunla uzlaşan amillər kimi baxıram. Etik amilin ümumbəşəri kateqoriyasını məhz özəl fərd təmsil etdiyindən özəl və şəxsi məsələlər ictimai problemlərə çevrilir. Təbii rəğbət və mənəvi məhəbbətə əsaslanmış vətəndaş cəmiyyəti ideyasına qayıtmaq üçün liberal-fərdçilik ənənəsi daxilində bütün cəhdləri ləkələyən amil məhz özəl fərdin bu özünüidarəsidir. Buna aid sanballı misalı, "özəllikdə bir-birinin razılığı ilə olan homoseksual əlaqələri artıq cinayət hesab etməmək" təklifini irəli sürən, İngiltərədə (1957-ci ildə) Volfenden Komissiyasının homoseksual cinayətlər və fahişəlik haqqında hesabatı ilə bağlı ictimai müzakirələrdə tapmaq olar. Mühafizəkar vəkil lord Patrik Delvinin təklif etdiyi, sözügedən hesabatın (bütün konkret tövsiyələrinə olmasa da) prinsiplərinə qarşı yönəlmiş arqumentləri, təəccüblü deyil ki, qanuni hüquqların liberal prinsiplərindən yox, vətəndaş cəmiyyətinin klassik ənənəsindən götürülmüş şərtlər baxımından qaldırılıb. O, sübut etməyə çalışırdı ki, ictimai mənəviyyat (analitik cəhətdən) ictimai hüquqdan üstündür və əhalinin əksəriyyəti (hər hansı şəxsi) hərəkətə "iyrənc bir şey" kimi baxırsa, "belə olan halda cəmiyyətin bu cür hərəkətin kökünü kəsmək hüququnun inkar olunmasına heç bir əsas görmürəm." Durkhaymın və şotland moralistlərinin arqumentlərini xatırladan arqumentlərlə, o, məntiqi cəhətdən cəmiyyətin kifayət qədər razılıqla yanaşdığı əməlləri pisləyəcək hər cür mənəviyyatın sosial bazasına istinad edir ("Düşünmürəm ki, kimsə ictimai və özəl mənəviyyat barədə, ictimai və özəl şosse yollar barədə danışa biləcəyindən daha çox ağlabatan fikirlər söyləyə bilər") (Delvinin özünün işlətdiyi söz isə "nifrət" sözü idi).

Bölüşülən qarşılıqlı məhəbbət və adətlərə söykənmiş vətəndaş cəmiyyəti ideyası ənənəsində qurulmuş arqumentlərin müasir cəmiyyətin dərk olunması üçün təməl olan prinsipial fərdi hüquqların əsaslarını necə yox edəcəyini açıqlamaq üçün lord Delvinin fikir mövqeyi çox çalışır. O, ənənə daxilində hüquqların necə abstraktümumi olmalarını nümayiş etdirir və göstərir ki, ictimai sferada (hüquqlar vasitəsilə) reallaşmış idrak "ontoloji cəhətdən müstəqil (öz-özlüyündə ümumbəşəri) olan fərdlər arasındakı müqavilələrə vasitəçilik edən köməkçi idrak kimi dərk olunmalıdır. Çünki əgər idrak hər hansı başqa şərtlərlə, məsələn, (Veberin wertrationalitat adlandırdığı) etik şərtlər baxımından dərk olunarsa, onda biz tələb olunan ali keyfiyyətlərin ziddiyyətli və barışmaz toplularını təcəssüm etdirən səbəbin (Hyumdan əvvəlki) konsepsiyasına geri qayıdarıq. Bunun liberal-fərdçilik modelində belə olmaması, idrakın (ictimai sferada) dəyər baxımından neytral və köməkçi amil kimi görünməsi, dəyərin isə transendental cəhətdən təşkil olunmuş fərdin və beləliklə də ictimai sferanın deyil, özəl sferanın səlahiyyət sahəsində olması ilə bağlıdır.

 

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2015.- 5 mart.- S15.