Yeni Azərbaycan Partiyası beynəlxalq müstəvidə güclünüfuzlu siyasi qüvvə kimi tanınır

 

 

 Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva

-  Sevinc xanım, bu yaxınlarda Malaziyanın Kuala Lumpur şəhərində səfərdə oldunuz. Səfər barədə məlumat veməyinizi xahiş edirik...

- Bilirsiniz ki, Yeni Azərbaycan Partiyası geniş beynəlxalq əlaqələrə malikdirbir çox dövlətlərin nüfuzlu partiyaları ilə sıx münasibətləri mövcuddur. Eyni zamanda, YAP siyasi partiyaların birləşdiyi beynəlxalq təşkilatların həm üzvüdür, həm də bu qurumlarla fəal əməkdaşlıq edir. Bu mənada Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı (İCAPP) çərçivəsində fəaliyyəti xüsusilə vurğulamaq istəyirəm. Bu təşkilatda təxminən 50 ölkənin 340-dan çox  siyasi partiyası təmsil olunur. Təşkilata Daimi Komitə rəhbərlik edirbu komitəyə 20-ə qədər  siyasi partiya üzvdür. YAP da Daimi Komitənin üzvüdür ki, bu qurumun rəhbər orqanında təmsil olunur.

Səfərin məqsədinə gəlincə, İCAPP-ın Malaziyada növbəti toplantısı keçirildi. Eyni zamanda, qurumun Daimi Komitəsinin iclası keçirildi. Toplantıda üzv ölkələrdə vəziyyət, əməkdaşlığın perspektivləri, təşkilatın keçirəcəyi tədbirlər və digər məsələlərlə bağlı müzakirələr aparıldı.  Təbii ki, mən toplantıda çıxış edərək ölkəmizdə mövcud vəziyyət, həyata keçirilən inkişaf siyasətinin nəticələri haqqında geniş məlumat verdim. Eyni zamanda, vurğuladım ki, Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlamızın 20 faizinin işğalı ölkəmizin daha dinamik inkişafının qarşısını alır. Bildirdim  ki, müasir dünyanın qarşısında bır sıra çağırışlar durur. Bunlar  terrorizmlə və ekstremizmlə, dini dözümsüzlüklə mübarizə, bütün dünyada insanların sülh və əmin-amanlıq şəraitində yaşamasının təmin edilməsi məsələləridir. Biz terrorizminolduğunu çox yaxşı bilirik. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı bu gündavam edir. Bu işğal çoxlu sayda insanın ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilməsinə, 1 milyondan artıq insanın doğma yurdlarından didərgin düşərək, qaçqın və məcburi köçkünə çevrilməsinə səbəb olub. Bununla kifayətlənməyən terroristlər tarixi abidələrimizi, mədəni irsimizi, bütünlüklə kəndlərimizi məhv ediblər, ekologiyaya ziyan vurublar.

Biz dünya ictimaiyyətini çağırırıq ki, Ermənistanı beynəlxalq hüquq normalarına riayət etməyə məcbur etsin. Biz onların girov götürdükləri insanların geri qaytarılmasını tələb edirik. Əgər bu gün biz dünyada sülhünstabilliyin bərqərar olunmasını istəyiriksə, ən əsas və ali amilə, beynəlxalq hüquq normalarına riayət etməli, insanlığa hörmətlə yanaşmalıyıq”. Onu da vurğulayım ki, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar İCAPP hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir.

- Ümumiyyətlə, partiyamızın İCAPP çərçivəsində fəaliyyəti haqqında nə deyə bilərsiniz? Təşkilat rəhbərliyi səviyyəsindəYAP fəaliyyəti necə qiymətləndirilir?

- YAP bu kimi nüfuzlu beynəlxalq qurumlarda təmsil olunmaqla Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində mühüm tribuna əldə edib. Xatırladım ki, İCAPP-ın təsis toplantısı 2000-ci ilin sentyabr ayında, Filippinin paytaxtı Manila şəhərində keçirilib. Təşkilatın məqsədi regionun müxtəlif siyasi partiyaları arasında əməkdaşlığa və təcrübə mübadiləsinə nail olmaq və birgə səylərlə Asiya qitəsinin iqtisadiictimai inkişafına töhfələr verməkdir. Hazırda qitənin 340-dan  artıq siyasi partiyası qurumun fəaliyyətində buya digər formada iştirak edir. Əməkdaşlıq münasibətlərinin qurulduğu dövrdən etibarən, Yeni Azərbaycan Partiyasının nümayəndələri Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının keçirdiyi tədbirlərdə yaxından və fəal iştirak edir, qurumun iclaslarında səmərəli müzakirələr apararaq, təklif və layihələr iləri sürürlər.

Eyni zamanda, ölkəmiz Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə bu mötəbər qurumun tədbirlərinə ev sahibliyi edib. Bildiyiniz  kimi, 22-23 noyabr 2012-ci il tarixlərində Bakıda Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyası keçirilib. “Asiyada təhlükəsizlik, sülh və tərəfdaşlıq” mövzusuna həsr olunan Baş Assambleyada 35 ölkədən 200-dən çox nümayəndə iştirak edib. Sözügedən beynəlxalq tədbirə Azərbaycandan 12 siyasi partiya qatılıb.Bu tədbirin yüksək səviyyədə baş tutması Azərbaycan siyasi partiyalarının tarixində əlamətdar bir haldır. Belə bir mötəbər tədbirin ölkəmizdə keçirilməsi, ilk növbədə, Azərbaycanda yetkin siyasi partiya sisteminin formalaşdığını və bu sistemin xarici aləmə, beynəlxalq siyasi əməkdaşlığa açıq olduğunu təsdiq etdi. Bu, o deməkdir ki, Azərbaycanda müstəqilliyin ilk illərində mövcud olan siyasi xaos sabitliklə əvəz olunub, siyasi sistemin təkmilləşməsi və demokratikləşməsi nəticəsində respublikada siyasi rəqabətlilik mühiti formalaşıb. Bu həm də Azərbaycanda demokratiyanın bərqərar olmasının bir göstəricisidir. Çünki məhz demokratiyanın mühüm indikatorlarından olan fikir plüralizmi və çoxpartiyalılıq mühitində müxtəlif siyasi partiyalar hakimiyyət uğrunda rəqabət aparmaqla yanaşı, beynəlxalq əməkdaşlıq mühitinə daxil olmaq imkanına da malik olurlar. Azərbaycanda siyasi mədəniyyətin yüksəlməsi fonunda gedən bu dəyişikliklər Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının VII Baş Assambleyasında ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyası başda olmaqla ölkəmizin bir çox siyasi partiyalarının fəal iştirakı ilə özünü göstərdi.

Onu da xatırladım ki, 2013-cü ilin aprel ayında YAP-ın  ev sahibliyi ilə Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının  Qadınlar Qolunun I iclası da Bakı şəhərində keçirilib. İclasda 25 ölkənin siyasi partiyalarını təmsil edən 60-dan çox qadın siyasətçi, bir sıra beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər. Məlumat üçün bildirim ki, bu il ərzində də   ölkəmizdə İCAPP-ın  Qadınlar Qolunun növbəti toplantısı keçiriləcək.

Bununla yanaşı, 2013-cü ilin avqust ayında Bakı şəhərində İCAPP Gənclər Qolunun ikinci toplantısı keçirilib. Toplantıda 18 ölkənin 25 siyasi partiyasını təmsil edən gənclər iştirak edib. İclasda  İCAPP-ın rəhbərliyində təmsil olunan şəxslər, o cümlədən,  İCAPP-ın həmtəsisçisi Xose de Venesia, təşkilatın baş katibi Çunq Ey Yonq və digər qonaqlar iştirak ediblər. Hazırda YAP Gənclər Birliyinin sədr müavini İCAPP Gənclər Qolunun birinci vitse-prezidentidir. Təbii ki, bu və digər faktlar YAP-ın İCAPP çərçivəsində aktiv fəaliyyətinin nəticəsidir. Ümumilikdə isə, təşkilatın rəhbərliyi və quruma üzv olan partiyalar YAP-ın fəaliyyətini çox yüksək dəyərləndirirlər. 

-  YAP-n beynəlxalq əlaqələrinin perspektivləri haqda nə deyəbilərsiniz? Xarici ölkələrin siyasi partiyaları əməkdaşlıq münasibətləri hansı səviyyədədir?

- Ölkəmizin ən güclü siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının  beynəlxalq əlaqələri yüksələn xəttlə inkişaf edir. Partiyanın beynəlxalq  əməkdaşlığının coğrafiyası genişlənərək keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. YAP müasir qloballaşan dünyanın çağırışlarına çevik reaksiya verərək, əməkdaşlıq imkanlarından maksimum faydalanır və Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq istiqamətində geniş fəaliyyət göstərir.

Ümumiyyətlə, YAP-ın müxtəlif ölkələrin siyasi partiyaları və demokratik təsisatları ilə qurduğu işgüzar və səmimi münasibətlər ardıcıl olaraq inkişaf edir. YAP-ın beynəlxalq əlaqələrində dostqardaş Türkiyənin, MDB üzvü olan ölkələrin, Avropa və Asiyanın bir sıra aparıcı siyasi partiyaları və qurumları ilə münasibətləri prioritet istiqamət kimi əsas götürülüb. Yeni Azərbaycan Partiyası Türkiyə, Rusiya, Rumıniya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Kanada, Çin, Cənubi Koreya, Pakistan, Tacikistan və digər ölkələrin aparıcı siyasi partiyaları ilə uzun müddətdir sıx və qarşılıqlı münasibətlərə malikdir, partiyalar arasında intensiv görüşlər keçirilir, fikir və təcrübə mübadilələri aparılır.

Xatırladım ki, 2007 və 2008-ci illərdə YAP-ın təşkilatçılığı ilə Bakıda “Sivilizasiyaların dialoqu: siyasi partiyaların rolu” və “Demokratiyasabitlik naminə: əməkdaşlığın yeni imkanları” mövzusunda konfransların keçirilmişdi. Həmin tədbirlərdə dünyanın ABŞ, Çin, Rusiya Federasiyası, Türkiyə, Yaponiya, Hindistan, Fransa, Koreya, Ukrayna, İrans. kimi 60 ölkəsinin hakim partiyalarının və parlament nümayəndələrinin iştirak etmişdilər. 

Bununla yanaşı, YAP Avroatlantik məkanda siyasi təşkilatlarla əməkdaşlığını genişləndirib. Bu mənada, Avropa Parlamentində çoxluğa sahib olan Avropa Xalqları Partiyası (EPP) ilə münasibətlər də inkişaf etməkdədir. Bir sözlə, Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrinin coğrafiyası getdikcə genişlənir. Bu əlaqələr, eyni zamanda, müstəqil Azərbaycan Respublikasının siyasi partiyalar səviyyəsində beynəlxalq təşkilatlarda təmsilçiliyinin yüksək nümunəsidir.

Yuxarıda qeyd etdiyim kimi YAP Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı çərçivəsində də aktiv fəaliyyət göstərir. Eyni zamanda, Latın Amerikası Siyası Partiyalatının Təşkilatı (COPPAL) ilə də əməkdaşlığımız mövcuddur. Bir sözlə, Yeni Azərbaycan Partiyası sahib olduğu resurslara, ictimai-siyasi nüfuzuna, özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinə və siyasi sistemdəki avanqard yerinə görə nəinki ölkə daxilində aparıcı, lider institutdur, eyni zamanda, geniş beynəlxalq əlaqələrə malik olan, beynəlxalq müstəvidə güclü  nüfuzlu siyasi qüvvə kimi tanınır. Yeni Azərbaycan Partiyasının fəaliyyəti ölkə sərhədləri ilə məhdudlaşmır və müxtəlif ölkələrin aparıcı siyasi partiyaları YAP-la əməkdaşlığa və əlaqələrin möhkəmlənməsinə xüsusi əhəmiyyət verirlər. Partiyamız bundan sonra da ikitərəfli və beynəlxalq təşkitlar çərçivəsində özünün xarici əlaqələrini genişləndirməyi nəzərdə tutur. Çünki beynəlxalq müstəvidə əlaqələrin genişləndirilməsi YAP-ın fəaliyyətinin əsas istiqamətlərindən biridir.  

- Beynəlxalq tədbirlərdə Azərbaycan həqiqətlərinin, xüsusiləErmənistanın ölkəmizə qarşı  təcavüzü barədə məlumatların çatdırılması işi ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı...

- Bilirsiniz ki, son illər Azərbaycanın beynəlxalq nüfuzu daha da artmaqdadır. Qlobal güclərin daim diqqət mərkəzində olan, strateji əhəmiyyəti heç zaman azalmayan Cənubi Qafqaz regionunda yerləşən Azərbaycan təbii imkanlarından və intellektual resurslarından istər daxili inkişafının təmin olunmasında, istərsə də beynəlxalq mövqelərinin gücləndirilməsində səmərəli istifadə edir. Milli maraqlara söykənən, qlobalregional proseslərə uyğunlaşdırılan çevik siyasət sayəsində Azərbaycan beynəlxalq münasibətlərdə önəmli aktor rolunu oynayır. İqtisadi gücü, siyasi nüfuzu artan Azərbaycan artıq özü bir çox regional məsələlərdə həlledici söz sahibinə çevrilib. Azərbaycanın həqiqi dövlət müstəqilliyini şərtləndirən amillərin təməlində heç şübhəsiz, güclü iqtisadiyyatsosial rifah dayanır.

İnkişaf edən Azərbaycan siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal dialoq məkanına çevrilməkdədir. Ölkədə hər il bir neçə mötəbər beynəlxalq siyasi, iqtisadi, yaxud mədəni-humanitar tədbirlər keçirilir. Müxtəlif ölkələdən çoxlu sayda nüfuzlu dövlət və din xadimlərinin, elm adamlarının qatıldığı bu cür tədbirlər Azərbaycanın dünyada tanıdılması, həmçinin müsbət imicinin formalaşdırılması baxımından çox böyük önəm kəsb edir. Azərbaycana gələn qonaqlar ölkəmizdəki tolerant mühitin, eləcə də, inkişafın, sosial sabitliyin şahidi olurlar. Təbii ki, bu amillər ölkəmiz haqqında təsəvvürlər yaradır. Bu, həmçinin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında vacib rol oynayır.

Azərbaycan Respublikasının xarici siyasətinin gündəmində duran ən ümdə vəzifə Ermənistanın Azərbaycana qarşı təcavüzünün və işğalının nəticələrinin aradan qaldırılması, ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının və qaçqın və məcburi köçkünlərin öz tarixi torpaqlarına qayıtmasının təmin edilməsi dayanır. Bu məqsədlərə nail olmaq üçün Azərbaycan ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar prosesində iştirakını davam etdirir. Lakin Ermənistan tərəfindən qeyri-konstruktiv və işğalçı siyasətin davam etdirilməsi münaqişənin sülh yolu ilə həllinə imkan verməyib. Ermənistan yalnız danışıqlar prosesi zamanı nümayiş etdirdiyi qeyri-konstruktiv mövqeyi ilə deyil, eləcə də, qoşunların təmas xəttində törətdiyi təxribatları, işğal olunmuş ərazilərin demoqrafik tərkibinin dəyişdirilməsi və orada Azərbaycan xalqına aid maddi-mədəni və tarixi irsin viran edilməsi əməlləri ilə məqsədyönlü şəkildə vəziyyəti daha da gərginləşdirməyə və danışıqlar prosesinə xələl gətirməyə çalışır.

Ona görə də, bizim başlıca vəzifəmiz beynəlxalq miqyasda bu reallıqları dünya ictimaiyyətinə çatdırmaq, Ermənistanın siyasətini ifşa etməkdir. Bu istiqamətdə dövlət səviyyəsində lazımi addımlar atır. Amma bu bütün cəmiyyət səviyyəsində davam etdirilməli və aktivlik daha da artırılmalıdır. Çünki müasir dövrdə ən güclü silah informasiyadır. Biz tez tez görürük ki, yanlış məlumatlar yanlış təəssüratlar  yaradır və sonunda qərəzli münasibətə səbəb olur. Ona görə də, Azərbaycan haqda real həqiqətlərinin imkan daxilində dünya ictimaiyyətinə çatdırılması hər bir vətəndaşımızın vəzifəsidir. Bu amil informasiya müharibəsində qələbəmizi şərtləndirən əsas məqamlardan biridir. Dünya ictimaiyyəti işğal Ermənistanın siyasəti haqda nə qədər geniş məlumatlar əldə etsə, onu daha çox qınaq obyektinə çevirə bilər.

- Sevinc xanım, iyun ayında Azərbaycanda ilk Avropa Oyunları keçiriləcək. Belə bir ərəfədə bəzi xarici dairələr ölkəmizin imicinə zərbə vurmuq yönündə «aktivləşiblər». Hətta bu mötəbər tədbirin boykot olunması çağırışları da səslənir. Buna münasibətiniz necədir?

- Əslində, biz birinci dəfə deyil ki, belə hallarla raslaşırıq. Bu gün Azərbaycan güclü dövlətdir, beynəlxalq müstəvidə böyük nüfuza sahibdir. Ölkəmiz Avropanın enerji təhlükəsizliyinə böyük töhfələr verirmühüm layihələr reallaşdırmaqla Azərbaycan barış və əməkdaşlıq məkanı kimi dünyaya özünü təqdim edir. Bunu isə Azərbaycan özünün müstəqil siyasi iradəsi ilə reallaşdırır. Təbii ki, ölkəmizin bu xoşməramlı siyasətini dəstəkləyənlər çox olsa da, inkişafımızı istəməyən, müstəqil siyasət həyata keçirməyimizi həzm edə bilməyən xarici dairələr də var. Bu dairələrin başında isə erməni lobbisi dayanır. Ona görə də, Azərbaycanın uğurlarına və nüfuzuna kölgə salmaq məqsədilə bu cür cəhdlər edilir.

Xatirinizdədirsə, 2012-ci ildə ölkəmizdə  «Evrovision» mahnı müsabiqəsinin keçirilməsi ərəfəsində də belə cəhdlər olmuşdu. Amma o zaman bütün dünya Azərbaycanın necə güclü, sivil bir dövlət olduğunun şahidi oldu. Bu mənada hesab edirəm ki, Azərbaycan ilk Avropa Oyunları vasitəsilə özünü bütün dünyaya yüksək səviyyədə təqdim edəcək. Bu mötəbər tədbir ərəfəsində bəzi dairələr ölkəmiz haqda mənfi imic formalaşdırmağa çalışırlar. Amma düşünürəm ki, Avropa Oyunları zamanı belə qeyri-obyektiv fikirlərin puç olacağına bir daha şahidlik edəcəyik.

İlk Avropa Oyunlarına hazırlıq ölkə başçısının şəxsi nəzarətindədir. Eyni zamanda, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə təşkilati işlər yüksək səviyyədə həyata keçirilir. Hesab edirəm ki, ölkəmizdə keçiriləcək ilk Avropa Oyunları tarixə qızıl hərflərlə yazılacaq. Bədxahlarımızın niyyətləri isə heç zaman reallaşmayacaq.

 

Səs.- 2015.- 12 mart.- S.6.