Hüquqi dövlətdə informasiya siyasətinin xüsusiyyətləri

 

Azərbaycanın müasir KİV sistemi xeyli dərəcədə formalaşmış və dünya təcrübəsinə inteqrasiya etmişdir. İnformasiya texnologiyalarının sürətli inkişafı ilə beynəlxalq aləmdə - müxtəlif ölkələrin işlək lüğət tərkibinə düşmüş "yeni jurnalistika", "yeni dönəm jurnalistikası", "yeni media", "mediologiya" və s. kimi anlayışlar Azərbaycan gerçəkliyi üçün də adiləşmişdir. Könül Niftəliyeva yazır: "Azərbaycanın müstəqillik əldə etməsi və bununla da bazar münasibətlərinə keçməsi bütün sahələrdə olduğu kimi, jurnalistikada da özəl sektorun meydana gəlməsini şərtləndirdi. KİV-in özəl sektoru isə bütöv bir sistemin formalaşma prosesini şərtləndirdi. Bununla da kütləvi informasiya vasitələrinin çoxçeşidli tipoloji strukturu formalaşdı. Eyni zamanda, hər tip KİV faktının özünəməxsus informasiya siyasəti ortaya çıxdı. Bu fakt isə jurnalistin özünün də yaradıcılıq kredosunu müəyyənləşdirdi və o, jurnalistikanın yaradıcılıq prinsipləri ilə birlikdə əqidəsinə uyğun informasiya siyasətinə malik mətbuat orqanı axtarmalı oldu. Məsələnin elmi aspektlərini aydınlaşdırmaq üçün, ilk növbədə, "informasiya siyasəti" anlayışının mahiyyətinə diqqət edək." Mətbuatın, kütləvi informasiya vasitələrinin informasiya siyasəti ilə siyasi fəaliyyəti qarışdırmaq olmaz. Məlumdur ki, ilkin mənasında siyasət yunancanın "politika" sözündən olub, dövlət idarəçiliyi mənasını bildirir. Siyasət sözün müstəqil, birbaşa mənasında "ayrı-ayrı partiyaların, siniflərin, qrupların, dövlət strukturlarının maraqlarını ifadə edən bir anlayışdır". Qəzetin informasiya siyasəti isə "hər hansı bir mətbuat orqanının öz fəaliyyətini istiqamətləndirən, prinsiplərində üstünlük verdiyi amilləri ehtiva edir."

Daha anlaşıqlı ifadə etsək, qəzetin informasiya siyasəti onun öz fəaliyyətində nəyə üstünlük verməsi, hansı auditoriyaya ünvanlanması, informasiyaya, xəbərə yanaşma tərzi, təhlili, analitik yazılarında daha çox nələrə, hansı mövzulara üstünlük verməsi və s. kimi amillərlə şərtlənir. Bütün bunlar bir tərəfdən qəzetin tipoloji xarakterini formalaşdırırsa, digər tərəfdən həmin qəzetdə fəaliyyət göstərən jurnalistin tipoloji xarakterini, yaradıcılq üslbunu, prioritetlərini, hansı məsələyə necə münasibət göstərməsini müəyyənləşdirir. Beləliklə, qəzetin, mətbuat orqanının tipoloji faktı kimi, həmin orqanda çalışan jurnalistin də tipoloji xarakteri formalaşır, yaxud həmin informasiya siyasətini özündə çoxdan formalaşdırmış jurnalist məhz iş yeri seçimində öz yaradıcılıq prinsiplərinə uyğun qəzet redaksiyası seçir.

BDU-nun müəllimi Zaur Babayev yazır: "Bu gün artıq İnternetdən istifadə etməyi bacarmayan junralistə rast gəlmək çox çətindir. Belə ki, öz işində jurnalist müxtəlif informasiya mənbələrindən istifadə etməli olur. Büzim günümüzdə isə belə mənbələrdən biri məhz elə İnternet dünya kompüter şəbəkəsidir.

 Azərbaycan uzun illərdir ki, keçid dövrünü yaşayan ölkələr arasında adambaşına düşən xarici investisiyaların həcminə görə liderlik etməkdədir. Hazırda Azərbaycanda iri həcmli enerji layihələri həyata keçirilməkdədir. Növbəti beş il ərzində Xəzər dənizində neft və qaz sektorunun inkişafına, neft və qaz kəmərlərinin inşasına təqribən 10 milliard dollar investisiya ayrılacaq. Xarici sərmayələr üçün yaradılan münbit şərait, Azərbaycanda şəffaf və siyasi sabitlik investisiya bunun üçün önəmli faktorlardır."

 Biz inanırıq ki, ölkəmiz nəinki İKT-nin bölgədə, ümumiyyətlə, bütövlükdə, inkişafı baxımından sistemli inteqrator rolunu oynaya bilər. Biz, məhz belə bir təkliflə bütün maraqlı tərəflərə müraciət etmək istəyirik. Z.Babayevin fikrincə, kütləvi informasiya vasitələrinin inkişaf perspektivlərini informasiya cəmiyyətinin formalaşması kontekstində nəzərdən keçirərkən, yeni informasiya və kommunikasiya texnologiyalarının inkişaf perspektivlərini də müəyyənləşdirmək zəruri olur. Ümumi geriləmədə, informasiya strukturları və informasiya ilə bağlı sahələr digər sahələrlə müqayisədə daha sürətlə inkişaf edirlər. Çoxsaylı kompaniyalar naqilsiz telefonlar, internetə və elktron poçta çıxış təklif edirlər. İstənilən halda biz, ola bilsin ki, çox geridə qalmamışıq. Hətta deyə bilərik ki, bəzi hallarda qəzet və digər ənənəvi kütləvi informasiya vasitələrini əldə etmək imkansızlığı, internetə qoşulmaqla əvəz edilir.

 Beləliklə, postiqtisadi münasibətlər və virtual iqtisadiyyat, özlüyündə üstün proseslərə təkan verir ki, bu da rəqəmsal manipulyasiya formasında diskurs xarakter daşıyır, yəni onlar informasiya və kommunikasiya sahəsində insan fəaliyyəti sferasına daxil olurlar. İnformasiya cəmiyyəti - biliklərin sənayesinin cəmiyyətidir. Postindustrial (informasiya) cəmiyyətinin xüsusiyyətlərinin jurnalist fəaliyyətinə nə dərəcədə təsir göstərməsini nəzərdən keçirək:

  İqtisadiyyatın əmtəə istehsalından xidmətə istiqamətlənməsi. Jurnalistika qarşısında tələb: bazarın informasiya və kommunikasiya sahələrinin idarəedilməsi.

• Cəmiyyətın texnoloji və sosial-sıyasi strukturlarının əsasları kimi, biliklərin əhəmiyyətinin artması. Bilik yayımını təmin edən ictimai institutlara, yəni qlobal informasiya-kommunikasiya şəbəkələrinə və bu sahədə çalışan mütəxəssislərə ehtiyacı formalaşdırır. Jurnalistika qarşısında tələb: jurnalistikanın elm və təhsil yönünə üstünlük verilməsi;

Jurnalistika bilik tədarükçüsü rolunu yərinə yetirir.

• Aparıcı "universitet"lərin (təhsil, elm) ictimai faktorun sistem qenerasiyası kimi formalaşması. Jurnalistika qarşısında tələb: jurnalistikanın, sosial təhsil institutlarının məsuliyyət sferasına aktiv şəkildə əlavə edilməsi. Jurnalistika sahəsində birbaşa interaktivlik, gələcəkdə əhəmiyyətli dərəcədə intellektual mülkiyyətin müdafiəsini təmin edəcək.

Bəhruz Quliyev yazır: "Müasir qloballaşma dövrü, XX-XXI əsrlər özü ilə elmi dövriyyəyə "taransformasiya", "modemləşmə", "modem" proseslər, ənənəvi, yazılı media ilə yanaşı, yeniləşən "elektron kütləvi informasiya vasitələri", "informasiya və kommunikasiya texnologiyaları", "media iqtisadiyyatı", "mediatexnologiya", "multimedia", "mobilmedia", "sosial media", "massmedia", "mediakratiya", "şəbəkə mediası", "mediademokratiya", "hipermətn", "vebnəşr", "onlayn", "e-mail", "rəqəmsal xəbərlər", "İnternet" kimi bütün dünya ilə əlaqə və ünsiyyət vasitələri olan anlayışlar gətirmişdir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Bakıda keçirilən Avronestin Parlament Assambleyasının II sessiyasındakı nitqində demişdir: "Mən çox şadam ki, Azərbaycanda İnternet istifadəçilərinin sayı aydan-aya artır. Artıq əhalinin 50%-dən çoxu məhz internet istifadəçisidir və geniş zolaqlı İnternetdən istifadə edir".

B.Quliyevin fikrincə, internet, şəbəkə mediası ümumdünya sivilizasiyası və mədəni prosesə çevrilərək zəngin məlumat və informasiya bazası kimi jurnalistlər və media üçün yardımçı vasitə və kütləvi istifadəçilər üçün əlaqə, ünsiyyət vasitəsi kimi fəaliyyət göstərir. İnternet vasitəsilə KİV zəngin informasiya əldə edib yaya bilir. Tədqiqatçılar göstərirlər ki, müxtəlif yaş qruplarına aid insanlar internetdə informasiya və iş axtarır, yeni xəbərlərlə tanış olur, audio-video materialları köçürür, onlayn oyunlarında iştirak edir, internet radionu dinləyir, internet televiziyasına tamaşa edir, buradakı fotolara baxırlar. Bu gün mediatexnologiya inkişaf etmiş, multimediada informasiyanın müxtəlif növləri - rəqəmsal xəbərlər, videolar, hipermətnlər, veb-nəşrlər bütün dünyada geniş yayılmışdır.

 Transformasiya prosesini ifadə edən modernləşmə siyasəti isə - dövlət idarəçiliyinin təkmilləşdirilməsini, texnoloji və sosiomədəni yeniləşməni, iqtisadiyyatın müasir tələblərə uyğun innovasion inkişafını təmin etmək məqsədilə yürüdülən siyasətdir. Dünya modernləşmə təcrübəsindən istifadə edən Azərbaycanda milli modernləşmə siyasəti sayəsində dövlət idarəçiliyində, cəmiyyətin inkişafında, iqtisadiyyatda əsaslı keyfiyyət dəyişikləri, siyasi- iqtisadi transformasiya baş vermiş, ölkəmizdə müasir insan demokratik təsisatlar, hüquqi dövlət və vətəndaş cəmiyyəti arasındakı münasibətlərdə yeni mərhələ başlamışdır: "Müasir dünyanın inkişafının əsas istiqaməti kimi modernləşmə dövlət, cəmiyyət və şəxsiyyətin qarşılıqlı münasibətlərini keyfiyyətcə yeni səviyyəyə qaldırır."

B.Quliyev qeyd edir ki, texnoloji, funksional və qlobal səviyyədə baş verən modernləşmə prosesində azad, demokratik, ümumdünya fenomeni olan kütləvi infonnasiya vasitələrinin rolunun artmasının tədqiq olunması zərurətini mövzunun aktuallığına dəlalət edən amillərdən biri hesab etmək olar.

Medianın fəaliyyəti siyasi-iqtisadi, mədəni-tarixi, dini-milli proseslərdə həyata keçirilir və cəmiyyətin müxtəlif sosial təsisatlarının strukturunda elə bir mühüm rol oynayır ki, onsuz cəmiyyətin normal inkişafı qeyri-mümkündür. Demokratik KİV bəşəriyyətin əsas inkişaf meyili olan humanist yönümlü cəmiyyətin yaranmasında fəal iştirak edir.

B.Quliyevin fikrincə, demokratik vətəndaş cəmiyyətinin sosial təsisatı kimi massmedianın dövlət və özəl tipləri meydana gəlmişdir. Vətəndaş cəmiyyətinin atributu olan media vətəndaşın formalaşmasında, vətəndaş hüquq və azadlıqlarının müdafiəsində və gerçəkləşməsində həlledici rol oynayır. İqtisadi tipli KİV kommersiya xarakteri daşıyır, gəlir əldə etmək naminə nəşr olunur. Müxtəlif qurumların və təşkilatların öz KİV-i olur. Dövlət tərəfindən yardım edilən, ümummilli və dövlət maraqlarını təmsil edən media da mövcuddur.

KİV sahəsi qanunvericiliklə tənzim olunur. Media və informasiya mənbələri, jurnalistlərin informasiya yaymaq hüququ, media və oxucu, dinləyici və tamaşaçı auditoriyası arasında münasibətlər qanunla tənzimlənir. Buradan söz, mətbuat azadlığı və sosial məsuliyyət problemi ortaya çıxır.

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2015.- 7 may.- S.15.