Hüquqi dövlətdə KİV-in tipologiyası
2004-cü il noyabrın 9-da "İctimai Televiziya və Radio Yayımı" haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindi. 2005-ci il avqustun 29-da Azərbaycanda İctimai Televiziya və Radio Yayımları Şirkətinin fəaliyyətə başlamasına həsr olunmuş təntənəli mərasimdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev demişdir: "Azərbaycanda fəaliyyət göstərən müxtəlif kütləvi informasiya orqanları, o cümlədən televiziya kanalları əhaliyə kifayət qədər dolğun məlumat çatdırırlar. Ancaq tam şəkildə müstəqil ictimai televiziyaya da böyük ehtiyac var idi... Mən ümid edirəm ki, bir müddətdən sonra Azərbaycanda, sözün əsl mənasında müstəqil KİV-lər yaranacaqdır... Ümid edirəm ki, Azərbaycanın hərtərəfli inkişafı, Azərbaycanda gedən siyasi proseslər, demokratikləşmə prosesi ölkəmizə yeni ab-hava gətirəcəkdir... Azərbaycanda baş verən hadisələr, o hadisələrin təhlili, regionda gedən proseslər və Azərbaycanın bu prosesdə rolu və əhəmiyyəti, əlbəttə, böyük maraq doğurur. Şübhəsiz ki, ictimai televiziyanın fəaliyyəti bu istiqamətdə çox maraqlı olacaqdır. Eyni zamanda, ümid edirəm ki, ölkəmizi ən çox narahat edən problemlər də televiziyanın fəaliyətində böyük yer tutacaqdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin üzləşdiyi problemlər, işsizlik, yoxsulluq, korrupsiya ilə mübarizə, demokratik və hüquqi dövlətin qurulması prosesi və cəmiyyətimizin əsas hissəsini narahat edən məsələlərdir".
Mətbuata həmişə dəstək olan Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev müstəqil KİV-lərin, o cümlədən İctimai Televiziyanın fəaliyyəti üçün demokratik şərait yaratmışdır. Bununla da O, söz azadlığının həyata keçməsini ölkədəki müsbət proseslərin, eləcə də Onu düşündürən ciddi problemlərin işıqlandırılmasını təmin etmişdir.
K.Niftəliyeva KİV-in tipoloji xarakteristikasından bəhs edərkən buraya nəşrin məzmunu, tematikası, oxucu auditoriyası, dizaynı, xarici görünüşünü və məqamlarını aid edir. Halbuki rus tədqiqatçısı S.M.Qureviç KİV-in tipologiyasına nəşrin məqsədini, konsepsiyasını və oxucu auditoriyası kimi faktorları daxil edir. Mətbu nəşrin əsas məqsədinin müəyyən edilməsində təsisçinin, redaktorun, baş menecmentin də mühüm rolu diqqətə çatdırılır. Müəllifin fikrincə, KİV-in konsepsiyası onun tematikasını, məzmununu, kompozisiyası və qrafikasını ifadə edir. Şübhəsiz ki, bütün bunlar onun tipologiyasında vəhdət təşkil edir.
Fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev yazır: "Azərbaycan müstəqillik qazandıqdan sonra KİV-ə aid hüququ baza yaradıldı ki, bu da onun tipologiyasına təsir etdi. Milli KİV üç istiqamətdə inkişaf etdi:
1. Milli tarixi kökümüzə qayıdan, milli-mənəvi dəyərlərimizi təbliğ edən KİV; 2. Qərb KİV standartlarını tətbiq etməyə üstünlük verən KİV; 3. Qərb və milli standartları vəhdətdə götürən, milli və ümumbəşəri dəyərləri vəhdətdə təbliğ edən KİV".
Azərbaycan tədqiqatçısı M.A.Mehdiyev "Azərbaycanın dövri mətbuatı" əsərində keçid dövründə Azərbaycanda kütləvi mediasının tipologiyasından bəhs edərək cəmiyyətdə hakim olan mərkəzçi, solçu və sağçı qüvvələrə uyğun olaraq Azərbaycan mediası üç qrupa bölmüşdür: 1. Mütərəqqi, yaxud demokratik; 2. Mərkəzçi, yaxud liberal; 3) İrticaçı, yaxud mühafizəkar. Fikrimizcə, müəllif demokratik və liberal xarakterli KİV-in mahiyyətcə eyni olduğunu göstərməli, "irticaçı" deyil, yalnız "mühafizəkar" xarakterli KİV-dən bəhs etməlidir.
B.Quliyevin fikrincə, bazar münasibətlərinin təsirilə vulqar, məzmunca səviyyəsiz, "reket tipli" KİV-lə yanaşı, səviyyəli müxtəlif tematikalı kütləvi informasiya vasitələri: reklam, biznes, işgüzar, uşaq, ailə, gənclər, qadınlar, ziyalılar, etnik qruplar və sahələri əhatə edən KİV meydana gəldi. "Bazar münasibətləri dövrünün yaratdığı yeni keyfiyyətlərdən biri mətbuatın jurnal qolunun inkişafıdır. 1980-ci ilin sonunadək Azərbaycanda yalnız ədəbi-bədii, elmi-populyar, qadın və uşaq jurnalları nəşr olunurdusa,... indi bazarın diqtəsi ilə tərcümə, avtomobil, kompüter texnikası, səhiyyə, təhsil və sahələrə dair müxtəlif jurnallar nəşr olunur.
Müasir dövrdə KİV-in tipologiyasında siyasi qəzet və jurnalların artması diqqəti cəlb edir. Tədqiqatçılar hər hansı bir modelin bu və ya digər nəşrin real tipoloji simasını əks etdirmədiyini iddia edir, bu və ya digər modeli ideal model hesab edirlər. Tipoloji modelin iki növü var: empirik informasiyanın kodlaşdırılması əsasında yaradılmış sistemli model və intuitiv və ya proqram-məqsədli model. Proqram-məqsədli nəzəri model yaradılarkən diqqət verilməlidir ki, mətbuat mürəkkəb dinamik sistem olub daim hərəkət, inkişaf və dəyişmədədir. Buradan da nəşr tiplərinin əsaslandırılması və quruluşunda zaman və tarixin mühüm rolu ortaya çıxır. "Məzmunlu tipoloji model dövri nəşrin ümumi modelinin əsas hissəsini təşkil edir. Modelləşdirmə vəzifələri müxtəlif mətbuat orqanlarının məzmun strukturunun əyani təsvirindən ibarətdir. Bu zaman nəşrin müxtəlif funksiyalarının, sosial-siyasi istiqamətin, tarixi mənsubiyyətin təhlilinin tipik metodu işlənib hazırlanır".
Beləliklə, müasir Azərbaycan cəmiyyətində müxtəlif formalı və məzmunlu KİV meydana gəldi:
1. Dövlətin maliyyələşdirdiyi qəzet və jurnallar, eləcə də nazirliklərin, ali təhsil müəssisələrinin, Azərbaycan Milli Elmlər Akademiyasının dövlət hesabına nəşr edilən müxtəlif qəzet və jurnalları vardır.
2. Özəl sektorda yaranan qəzet və jurnallar.
Bu iki əsas bölgünün
əsasında müasir
mətbuat:
a) hakimiyyətin baxışlarını ifadə
edən rəsmi-ofisioz
qəzetlərə;
b) siyasi partiyaların
ideoloji prinsiplərini
ifadə edən qəzetlərə;
c) müxalif düşüncəni
ifadə edən qəzetlərə;
ç) iqtisadi həyatı
ifadə edən qəzetlərə;
d) ədəbiyyatı, mədəniyyəti və
incəsənəti ifadə
edən qəzetlərə;
e) əyləncə istiqamətini ifadə edən yönlü qəzetlərə bölünür.
Bütün bunları bir neçə əsaslı
tipoloji sistemə ayırmaq olar: 1. Ümummilli qəzetlər;
2. Dövlət qəzetləri;
3. Partiya qəzetləri;
4. Sahə qəzetləri;
5. Regional qəzetlər; 6. Elektron qəzetlər.
KİV sistemində müasir
ümummilli mətbuat
orqanları əsas yer tutsa da,
bu sahədə Azərbaycanda ümumilli səviyyəyə qalxmış
qəzetlər yox dərəcəsindədir.
Dövlət qəzetlərindən "Azərbaycan",
"Xalq qəzeti", "Respublika" qəzetləri dövlətin
siyasətinin ayrı-ayrı aspektlərinin cəmiyyətə
çatdırılmasında əsas rol
oynayır. Hazırda demokratikləşmə prosesi
qəzetlərin dövlətdən
asılılığına son
qoyulmasını tələb edir.
Çoxpartiyalı sistemə malik Azərbaycan
cəmiyyətində müxtəlif partiyaların öz mətbu orqanları var.
Tədqiqatçıların rəyinə
görə, hüquqi dövlət və
vətəndaş cəmiyyətinin inkişafı gedişində
çox ehtimal ki, partiya qəzetləri liberal istiqamətli müstəqil qəzetlərə
çevriləcəklər. İctimai həyatın
müxtəlif sahələrinə - ədəbiyyat, mədəniyyət,
tibb, dəb, təhsil, gənclik, iqtisadiyyat, musiqi, teatr, elm və sahələrə
aid qəzetlər də fəaliyyət
göstərir. Region qəzet və
jurnalları daha çox
təsirə məruz qalan mətbuat
orqanları hesab olunur.
Ümumiyyətlə, bütün tip KİV modernləşmə prosesi
şəraitində Qərb və milli
standartların vəhdəti şəraitində fəaliyyət
göstərməyə cəhd edir. B.Quliyev göstərir ki, KİV-in tipologiyası iki
əsas prinsipə bölünür: daxili strukturun eyniləşməsi,
fərqinə və xarici funksiyalarına
görə tipologiya. KİV-in tipologiyasında
dil və mətn primatları da mühüm amil kimi qəbul
olunur. Mətnlərin təsnifatına görə onlar işgüzar, elmi, qəzet-publisistik, ədəbi-bədii
mətnlərə ayrılır.
İnformasiyaya gəldikdə T.Q.Kazaqerovun
fikrincə, onlar praqmatik, semantik, siqmatik, konnotativ və sintaktik informasiyaya bölünür. Müasir dövrdə
- XXI əsrdə qloballaşmanın
üçüncü mərhələsində
- T.Fridmanın sözlərilə
desək, kommunikasiyanın
rəqəmsal formata,
onların mobilləşməsi
və şəbəkəyə
çevrilməsi yeni
KİV tipologiyasının formalaşmasına səbəb
olur. Qərbdə, xüsusən Avropada,
mobil media, mobil qəzet tipi yaranmışdır.
"Mobil media özündə
bütün mobil informasiya məkanında mövcud olan kütləvi informasiya vasitələri və kommunikasiyanın məcmuusunu
əks etdirir".
2009-cu ilin əvvəlində
mobil medianın inkişafında yeni mərhələ başlanmışdır. Mobil media dünyanın müxtəlif
teleradio kanalları, qəzet və jurnalları, elektron reklamları və sosial şəbəkələrilə
əlaqə saxlayır.
Az öyrənilmiş
auditoriyalara yönəlmiş
universal, əhatəli layihələr
öz yerini mobil KİV-in qruplarına
ünvanlanmış xüsusiləşmiş
tematik layihələrinə
verdi. Saysız-hesabsız xəbər, sosial,
musiqili, idman qadın, gənclər mobil gəlirlər - qəzetlər və jurnallar meydana gəldi. "Mobil qəzetlər - KİV mobil
devays əsasında istifadəsi üçün
uyğunlaşmış strukturuna
görə klassik mətbu orqanın prinsiplərinin eyni olan, eyni funksiyanı
yerinə yetirən, lakin daha geniş
imkanlara - yüksək
operativliyə və interaktivliyə, eyni zamanda auditoriyaya müxtəlif informasiya almağa şərait yaradan KİV tipidir".
B.Quliyev
qeyd edir ki, mobil qəzetlərin
aşağıdakı növləri
var: 1) qəzetlərin
mobil versiyası. 2) xüsusi mobil
nəşr. Mobil qəzetlərə
üç yolla daxil olmaq mümkündür:
1) surətini çıxarmaq
üçün xüsusi
proqramların köməyilə;
2) SMS əldə etmək
yolu ilə; 3) Minibrauzerlərin köməyilə
qəzetin oxunması.
Hazırda mobil qəzetlər
getdikcə populyarlaşır.
Beləliklə, postsovet məkanına
daxil olan ölkələr kimi Azərbaycanda da KİV-in tipoloji transformasiyası baş verdi.
Yeni texnoloji amillərin, modernləşmənin təsiri
ilə yazılı
KİV-lə yanaşı
elektron, rəqəmsal,
mobil media demokratik, müstəqil KİV meydana
gəldi.
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.- 2015.- 9 may.- S.23.