Hüquqi dövlət, KİV və informasiyalar

 

Hüquqi dövlətdə mürəkkəb dinamik sistem olan KİV dövri mətbuatın daxilində aşağıdakı elementlər mövcuddur: "nəşrin məqsədi, məzmunu, siyasi istiqaməti, oxucu auditoriyası".

Digər rus tədqiqatçısı U.V.Axmadulin "Mətbuatın tipoloji modelləşdirilməsi" məqaləsində mətbuat üçün əsas tipoloji ünsür kimi kommunikatoru (informasiya istehsalı mətbuatın idarə edilməsinə münasibəti) və resipienti (oxucu auditoriyasını) göstərir: "Naşir (geniş mənada) KİV-in nəşri zamanı öz sinfinin və cəmiyyətin siyasi strukturu, eləcə də onun dövrilik həcmi, əhatə dairəsi nöqteyi-nəzərdən məqsəd və vəzifələrini müəyyən edir. Auditoriya öz sinfi, sosial, peşə-sahə, demoqrafik və digər əlamətləri üzrə differensiasiyası ilə müxtəlif qəzet və jurnalların yaranmasına təsir edir". Müəllif mətbuatın tipologiyasının yaranmasında oxucu auditoriyasının sosial tərkibinin mühüm rol oynadığını göstərir. Fikrimizcə, mətbuatın tipologiyasının yaranmasında təkcə oxucu auditoriyası deyil, mətbuatın forma və məzmununun vəhdəti də əsas həlledici amil hesab edilir.

Fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev yazır ki, naşirinoxucu auditoriyasının tələbləri mətbuatın məzmununda öz təcəssümünü tapır. Bunun sayəsində nəşrin sistemi müəyyən forma kəsb edir. Məhz mətbuatın forma və məzmununun vəhdətində qəzet və jurnalların tipoloji xarakteristikası öz əksini tapır. Mətbuatın sistemində məzmun kimi bu sistemin fəaliyyətinin məhsulu olan informasiya axını çıxış edir.

R.E.Hiebert, D.E.UngiraytT.V.Vohn "KİV VI. Müasir Kommunikasiyaya giriş" əsərində göstərirlər ki, "KİV kimi tanınan qurumlar kommunikasiyanın mərkəzində dayanırlar. Hazırda kütləvi informasiya vasitələri bir-birindən az fərqlənirlər; indi onlar dəqiq, operativ informasiya və əyləncə sistemlərinin tərkibi kimi müxtəlif cəmiyyətlərdə, azsaylı xalqların mədəniyyətlərində, ailələrdə və fərdlərin fikirlərində dəyişikliklər yaradırlar". Müəlliflər çox düzgün olaraq KİV-in təşviqatçılıqdan və təbliğatçılıqdan daha çox xəbərdaredici, əyləndirici, ruhlandırıcı, yolgöstərici və inandırıcı vasitəyə çevrildiyini qeyd edirlər: "Kommunikasiya bizi başqa fərdlər, qruplarqurumlarla emosionalintellektual şəkildə birləşdirir. Bunu çox vaxt "Təcrübənin bölüşdürülməsi və ya "mənanın, yaxud dəyərlərin ötürülməsi" kimiizah edirlər. İnformasiya vasitəsinin qloballaşması bu məsələni o dərəcəyə gətirib çıxarmışdır ki, bir çox mədəniyyət təəssübkeşləri ona qarşı çıxır və özlərinin milli saydıqları ünsürləri qorumağa çalışırlar".

B.Quliyev göstərir ki, Azərbaycan Respublikasının inkişafı naminə İKT üzrə Milli Strategiyada ölkəmizdə informasiyakommunikasiya texnologiyalarının geniş tətbiq edilməsi məqsədilə aşağıdakı əsas prinsipləri müəyyən etmişdir:

Maarifləndirmə - İKT haqqında əhalinin məlumatlandırılması; Şəffaflıq - informasiyalaşdırmanın aşkarlıq şəraitində reallaşdırılması; Bərabərlik - sosial ədalətə riayət olunması; İnnovasiya - müasir elmi-texniki imkanlardan istifadə edilməsi; Mərhələlilik - informasiyalaşdırmanın mərhələlər üzrə gerçəkləşdirilməsi; Beynəlxalq əməkdaşlıq - milli informasiyalaşdırmanın ümümdünya informasiya məkanına inteqrasiyası; "Birinci rəhbər" prinsipi - dövlət idarəetmə və yerli özünüidarəetmə orqanlarının rəhbərlərinin informasiyalaşdırmanın həyata keçirilməsini bilavasitə idarə etmələri; Millilik - milli informasiya resurslarının hazırlanması, Azərbaycanda yaşayan digər xalqların informasiya resurslarının formalaşdırılması üçün şərait yaradılması. Göründüyü kimi, bu prinsiplərin həyata keçməsi dövlət, cəmiyyət və vətəndaşların qarşılıqlı əlaqəsini daha da möhkəmləndirmək, idarəçilik formalarını təkmilləşdirmək, ümumiyyətlə informasiya cəmiyyətini inkişaf etdirmək, milli informasiya resurslarını formalaşdırmaq və ümumdünya informasiya məkanına inteqrasiyanı təmin etmək məqsədi güdür.

Kommunikasiyanı daima dəyişən məqsədlərə doğru gedən şəxsi, korporativ, mədəni fəaliyyətlərin və reaksiyaların toplusu kimi qiymətləndirən tədqiqatçılar onun dörd formasını göstərirlər: 1. Fərddaxili kommunikasiyalar; 2. Şəxslərarası kommunikasiya; 3. Qrup kommunikasiyası; 4. Kütləvi kommunikasiya.

Kütləvi kommunikasiyanın məzmununa aşağıdakılar daxil edilmişdir: əyləncə, xəbərlər, şərh, təhsil, ictimaiyyətlə əlaqə və reklam.

KİV  informasiyanın kütləvi auditoriyaya çatdırılması üçün ən real vasitə kimi dəyərləndirirlər: "Kütləvi informasiya vasitələri həm mürəkkəb sənayeni, həm də sosial qurumları əhatə edir ki, onlar da cəmiyyətin tələb etdiyi işləri həyata keçirmək üçün yaradılmışdır".

KİV tipologiyasını tədqiqatçılar düzgün olaraq mətbuat mediası, kommunikatorlarla əlaqə saxlayan təşkilatlar - teleqraf xidmətləri, şirkətlər, teleradio mediası - şəbəkələr, veriliş hazırlayan şirkətlər, televiziya sindikatları yerli stansiyalara ayırmışlar.

Müasir Amerikada jurnallar xəbər jurnallarına, şəhər və bölgə jurnallarına, qadın jurnallarına, ümumi maraq jurnallarına, xüsusi maraq jurnallarına, səyahət jurnallarına, biznes və peşə jurnallarına, məlumat bülletenlərinə, komik jurnallaravideojurnallara bölünür.

İnformasiyanın xəbərə çevrilməsi üçün aşağıdakı meyarlar mövcuddur:

- Yeniliyin vaxtında verilməsi;

- Yaxınlıq (doğmalıq) meyarı;

- Məşhurluq meyarı;

- Nəticə (təsirlik) meyarı;

- İnsanların marağı.

Xəbərlər obyektiv, dəqiq və düzgün olmalıdır.

Müasir dövrdə kütləvi informasiya vasitələrinin təşviqatçılıq və təbliğatçılıq funksiyalarının mahiyyəti də dəyişib. Təbliğat və təşviqat işi müasir tələblər səviyyəsində qurulur, modern informasiya texnologiyalarından, yeni təşviqat metodlarından istifadə edilir. Azərbaycan tədqiqatçısı N.Məlikova "Beynəlxalq qurumlar informasiya müharibələri kontekstində" məqaləsində "təbliğat" və "ictimai rəy" anlayışlarının qarşılıqlı münasibətlərindən bəhs edərək yazır: "Təbliğat" anlayışı mahiyyət etibarilə hər hansı məsələ ətrafında məqsədli ictimai rəyin formalaşdırılması niyyətilə siyasi, fəlsəfi, tarixi, elmi və biliklərin məcmuusu kimi təşəkkül tapmış optimal təcrübənin ayrı-ayrı qruplara, cəmiyyətə təlqin olunmasıdır". Müəllifin təbliğat və təşviqatla ictimai rəyin qarşılıqlı əlaqədə olması fikrilə razılaşmaq olar. O, həm də doğru olaraq müasir təbliğat və təşviqat nəticəsində konkret məsələlər ətrafında "ortaq fikir və mülahizələrin formalaşdırılmasını" "ictimai rəy" kimi səciyyələndirir və düzgün bir qərara gəlir: "Bu baxımdan ictimai-siyasi, iqtisadi, hərbi və s. məsələlər haqqında ictimai rəyin səmərəliliyi və təsirliliyi ilk növbədə təbliğat işinin hansı metodlar əsasında formalaşmasından çox asılıdır. Bir sözlə, ictimai rəyin təsir gücü modern təbliğat və təşviqat metodlarına bağlıdır.

B.Quliyevin fikrincə, kütləvi informasiya vasitələrinin məzmununda gerçəkliyin obyektiv hadisələrinin, eləcə də onlar haqqında insan bilikləri və təsəvvürlərinin məcmuusu öz əksini tapmışdır. Buna görə də, burada predmet-mövzu təsnifatı diqqəti cəlb edir.

KİV üzrə məşhur bolqar tədqiqatçısı D.Georgiev bütün qəzet problematikasını üç yerə bölür: 1) əsas; 2) köməkçi; 3) sorğu-informasiya problemləri.

Bu metodoloji istiqamət elmdə konkret nəşr və KİV tipinin məzmununun modelləşdirilməsi üçün böyük əhəmiyyət kəsb edən amil kimi qiymətləndirilir.

D.Georgiyevin qəzetlərin tipoloji xüsusiyyətlərinin formalarının daxilixarici strukturla təmin olunması ilə bağlı mülahizələri də ciddi maraq doğurur. O, KİV-in formasının daxili strukturuna müəllif janrlarını, medianın dilini, stilini, mövzu istiqamətini, xarici strukturun formatını, həcmini, dövriliyi, qrafik quruluşu aid edir və yazır: "Tipoloji xüsusiyyətlərin bütün kompleksi: mövzu xarakteristikası, daxilixarici  struktur, təşkilati struktur qəzet konsepsiyasını təşkil edir. Müəllif mətbu nəşrin tipoloji spesifikliyinin üzə çıxmasında, onun sosial-informasiya funksiyasının stabilliyinin təmin edilməsində bu kompleksin mühüm rol oynadığını göstərsə də, bunları teleradio mediasına aid etmək olmaz. Əsas tipoloji xüsusiyyətləri tədqiqatçılar daha çox funksiya, forma və məzmunun qovuşmasında axtarırlar.

 

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2015.- 13 may.- S.23.