Hüquqi dövlətdə ictimai proseslərin elmi idarə olunması

 

 

 

Hüquqi dövlətdə və vətəndaş cəmiyyətində çoxlu proseslər getməkdədir. Bu, təbiidir, hər bir fəaliyyətdə olan cəmiyyətdə müxtəlif proseslər getməlidir. Həm də, zaman keçdikcə, cəmiyyətin yer üzü ilə əlaqələri gücləndikcə, yer üzündə gedən proseslərin ritmi bu cəmiyyətdə daha da artdıqca cəmiyyətdə proseslər daha da çoxalır. Bu proseslər ahəng qanunlarına və prinsiplərinə uyğun olaraq baş verdikcə, cəmiyyətdəki müəyyən problemləri həll edir. Əksinə, baş verən proseslərdə ahəng qanunlarına zidd nəsə varsa, həmin proses yeni problemlər yaradır.

Əgər bu "nəsə" çoxdursa, o zaman baş verən prosesin yaratdığı problernlər də çox olur. İnsanlar bəzən cəmiyyətdə yaranan problemlərin günü-gündən artdığını görüb qorxurbunun günahını zamanın üzərinə yıxırlar. Bəzən belə bir fikir yaranır ki, zaman keçdikcə cəmiyyətdə problemlər də çoxalmalıdır. Hətta bəziləri buna görə gələcək zamanlardan qorxur, pessimist proqnozlar verirlər. Yaşadığırnız dövrdə də elə Bakıda son illər neçə prosesin uğurla getdiyini, şəhərimizə ahəng gətirdiyini müşahidə edirik. Misal üçün, şəhərin səliqəsinin, təmizlik işlərinin artması, yeni yollar, körpülər salınması, çiçəklər əkilməsi, asayişin qorunması və s. amma eyni zamandamənəviyyatla bağlı bir çox problemlərin yarandığını da müşahidə olunan çox hallarda baş verən prosesin ahəng prinsipləri haqda qərar çıxarmaq çətin olur. Amma hər hansı prosesin davranışın, yəni onun getməsi ilə ortaya yeni çıxan nəticələri, problemləri araşdırmaqla prosesin mahiyyəti barədə qərar vermək olar. Yaxşı cəmiyyət o cəmiyyətdir ki, ahəngi pozuq prosesləri vaxtında müəyyənləşdirib onları düzəltməyə, "müalicə etməyə" vaxtında başlasın.

İndiki dövrün xüsusiyyəti elədir ki, cəmiyyətdə, sosial sahədə baş verən proseslərin əksəriyyəti əhalinin iqtisadi vəziyyəti ilə bağlıdır.

H.Bali yazır ki, bu, təbiidir. Bütün başqa postsovet ölkələrində, ümumiyyətlə bütün yer üzündə indiki vaxtda iqtisadi amillər mühüm rol oynamaqdadır. Bunun bir səbəbi ortada olan müasir iqtisadi nəzəriyyələrin olduqca qüsurlu olmasıdırsa, digər səbəbləri yer üzündə baş verən qlobollaşma dövrünün xüsusiyyətləri, hər bir ölkədə baş verən tarixi, siyasi proseslər və s.

Hər halda, indiki vaxtda hər bir cəmiyyətdə iqtisadi amillərin mühüm rol oynadığı sosial problemlər, yəni sosial - iqtisadi problemlər vardır və bu problemlər həll olunmalıdır. Bir çoxlarına elə gəlir ki, ortada olan belə problemləri həll etmək çox çətindir və bu işə çox uzun vaxt lazımdır. Məsələ o qədər də məyusedici deyil. Sosial-iqtisadi proseslər idarə olunan proseslərdir və onların ortaya çıxardığı problemlər də çox da uzun olmayan vaxtda uğurla həll oluna bilər. Sadəcə olaraq bu işdə etibarlı elmi idarəetmə metodlarından düzgün istifadəyə böyük ehtiyac vardır. Elmi idarəetmə olmadıqda, bu sosial-iqtisadi problemlərin həll olması doğrudan da çox çətindir və nəinki illər, bəzən əsrlər tələb edir. Məsələn, mənim də qatıldığım bir televiziya verilişində cəmiyyətimizdəki meşşanlıq problemi müzakirə olunurdu. Verilişdə iştirak edən yaşlı yazıçılardan biri dedi ki, məsələ olduqca qəlizdir və ölkəmizdə bu problemin həll olunması üçün yüz il vaxt lazımdır. Amma əslində, mənim həmin verilişdə dediyim kimi, bu problemi cəmiyyətimizdə on ilə qədər bir vaxtda da ortadan götürmək olar. Dərhal qeyd edim ki, sosial sistemin miqyasından və problemin xarakterlərindən, onun həll olunması üçün iradədən və imkanlardan asılı olaraq müxtəlif sosial-iqtisadi problemləri azya çox zaman gedişində həll etmək olar. Bizim ölkənin miqyası-əhalisinin sayı, ərazisi kiçikdirindi bu problemlərimizi həll etmək üçün iqtisadi imkanlarımız da yaranmaqdadır. Ona görə də elmi idarəetmə metodlarının köməyi ilə əksər sosial-iqtisadi problemləri tez bir zamanda həll etməyimiz mümkündür.

Hüquqi dövlətdə olan sosial-iqtisadi problemlərin həll olunması üçün Ə.Qəşəmoğlu göstərir ki, idarəetmə metodlarından kompüterin köməyi ilə aşağıdakı kimi istifadə oluna bilər:

1.Ən əvvəl ortada olan problemin təzahürlərini, davranışını, cəmiyyətdəki nəticələrini, əlamətləıini öyrənib təhlil etmək lazımdır.

Adətən cəmiyyətdəki problemlər barədə danışanlar çox olur. Bir də baxırsan ki, bütün KİV-lər, siyasi qüvvələr, mütəxəssislər və s. cəmiyyətdəki bir sosial-iqtisadi problem barədə danışır, onu müxtəlif yöndən işıqlandırır. Kimi "SOS" siqnalı çalır, kimi isə, bir qorxulu hadisənin baş vermədiyini deyirs. Bəzən isə olduqca ciddi bir sosial-iqtisadi problem barədə heç kim danışmır. Ona görə də əvvəlcə həmin problem üzündən cəmiyyətdə baş verən hadisələri, faktları, müxtəlif tipli məlumatları toplayıb təhlil etməyə ehtiyac var. Burada müxtəlif təhlillərin aparılması lazımdır. Həm stastistik, həm də analitik təhlilə böyük ehtiyac vardır. Bu təhlillər həm problemin xarakterinin, təhlükəlilik dərəcəsinin, yayılma ehtimalının və s. müəyyən edilməsinə, həm də onun mahiyyəti barədə müəyyən mülahizələrin, hipotezlərin irəli sürülməsinə kömək edəcəkdir.

2.Sonra problemin mahiyyətinin nədən ibarət olduğu dəqiqləşdirilməlidir.

Həll edilməsi istənilən sosial- iqtısadi problemin mahiyyətinin nədən ibarət olduğunu, onun cəmiyyətə nə kimi fəsadlar verəcəyini dəqiqləşdirmək lazımdır. Bu işdə də ən yaxın köməkçi məhz sistemli yanaşma metodları ola bilər. Problemi xarakterizə edən sistemi müəyyən etmək lazımdır. Yəni dəqiqləşdirmək lazımdır ki, bu problemi xarakterizə edən əsas xüsusiyvətlər nədən ibarətdir və bu xüsusiyyətlər hansı amillərin qarşılıqlı əlaqədə baş verməsi nəticəsində ortaya çıxmışdır. Yəni hansı amillər (elementlər) hansı səbəbdən (mühit) qarşılıqlı əlaqəyə girib bu xüsusiyyətləri əmələ gətirərək, belə nəticələr verir - belə bir sistem yaradır?

3. Növbəti addımda problemi yaradan səbəblər dərindən öyrənilməlidir.

Bunun üçün bu problemi yaradan proses və proseslər nəzərdən keçirilməli, bu problemin yaranmasında həmin proseslərin hansının nə kimi rol oynadığı aydınlaşdırılmalıdır. Bunun üçün, məsələn, aşağıdakı tip səbəblərə daha çox diqqət yetirilməlidir: 1) iqtisadi xarakterli amillərə; 2) mövcud mədəniyyət sisteminin xüsusiyyətlərinə; 3) Cəmiyyətdəki həyat tərzinə; 4) informasiya şəbəkəsinə; 5) cəmiyyətdə yayılan informasiyanın xarakterinə; 6) siyasi proseslərə 7) qloballaşma prosesinin xüsusiyyətlərinə; 8) cəmiyyədəki dəyərlər sisteminə; 9) cəmiyyətin idarəolunma mexanizmlərinə və s. İndi orta olan elmi metodlar belə təhlillər aparmağa imkan verir.

4. Problemin həlli uçün konkret strategiyaların seçilməsi.

Artıq problemin mahiyyəti onu yaradan səbəblər dərindən təhlil olunmuşsa, həmin problemi həll etmək üçün konkret strategiyalar seçmək olar. Strategiyaların seçilməsi problemin dərəcədə, hansı səviyyədə həll olunmasını müəyyənləşdirir. Bu strategiyanın seçilməsi üçün problemi həll etmək istəyən qüvvə sahədə, öz imkanlarını məhdudiyyətlərini dərindən təhlil etməli real fəaliyyət üçün istiqamətlər müəyyənləşdirməlidir. Yoxsa hər bir yaxşı səslənən ideyanı strategiya kimi elan etmək mənasızdır.

5. Daha sonra problemin həll olunması üçün konkret olaraq operativ tədbirlər planı hazırlanır, cari perspektiv məqsədlər müəyyənləşdirilir.

Operativ tədbirlər problemin fəaliyyətinin fəsadlar verməsinin qarşısını müvəqqəti olsa almağa yönəlir. Cari məqsədlər yaxın vaxtlarda nail olunmalı olan hədəfləri, perspektiv planlar isə problemin tamamilə həll olunması üçün hədəfləri nəzərdə tutur. Bu zaman da sistemli yanaşma metodlarından, sistemli təhlil qaydalarından dərindən istifadə olunur.

 

6.Qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün, elmi əsaslarla fəaliyyət proqramı hazırlanır.

Fəaliyyət proqramlarında, problemin həlli üçün seçilmiş strategiyalara konkret məqsədlərə nail olmaq üçün sistemlilik prinsipləri əsasında tədbirlər müəyyənləşdirilir. Bu tədbirlər elə seçilir ki, birinin, bir neçəsinin həyata keçməsi o birilərin həyata keçirilməsinə kömək edir.

7.Fəaliyyət Proqramının həyata keçirilmə mexanizmi hazırlanır. Nə qədər yaxşı hazırlanmağından asılı olmayaraq hər hansı bir Fəaliyyət Proqramının uğurla həyata keçirilmə mexanizmi hazırlanmayıbsa, o Proqram adi bir kağız parçasıdır. Proqramda nəzərdə tutulan hər bir tədbirin, ümumilikdə Proqram həyata keçirilməsi zamanı ortaya çıxacaq iqtisadi, siyasi, hüquqis. amillər nəzərə alınmaqla optimal yollar müəyyənləşdirən mexanizmin hazırlanması olduqca zəruridir. Bir çox hallarda ideya vermək, tədbir adı çəkmək asandar, daha mühüm olanı həmin ideyanı və tədbiri həyata keçirməkdir. Təəssüflə demək lazımdır ki, indi respublikamızda elmi işçilərimizin, siyasətçilərimizin, yaradıcı ziyalılarımızın əksəriyyəti ideya verməklə işi bitmiş hesab edirlər.

8.Problemin həlli üçün zəruri təşkilati işlər yerinə yetirilir.

Bu mərhələyə qədər əsasən təhlillər aparılmasına üstünlük verilir. Amma artıq problemin həlli üçün hansı addımların atılması müəyyənləşmişsə, bu işləri uğurla yerinə yetirəcək komanda müəyyənləşməlidir. Səriştəli insanlar bu işlərin yerinə yetirilməsinə cəlb edilməlidir. Amma hələ bununla da bitmir. Həmin səriştəli adamlar sistemli yanaşma prinsipləri ilə təşkilatlandırılmalı, onlara problem dərindən izah edilməli və onlar uğurlu fəaliyyət üçün təlimatlandırılmalıdırlar.

Deməli, hüquqi dövlətdə ictimai problemin həll edilməsi o deməkdir ki, sistem elə bir vəziyyətə gəlməlidir ki, onun fəaliyyətində problemin ya heç bir əlaməti olmasın, yaxud da qalmış əlamətlər arasında sistemlilik xüsusiyyəti yaranmasın. Burada iki hal möcuddur. Ya sistemtamamilə ləğv olmalı, yaxud da o, elə bir vəziyyətə gəlməlidir ki, onun yeni tip davranışında, fəaliyyətində də probleminə aid heç bir xüsusiyyət olmasın. Eyni zamanda, problem o vaxt həll olunmuş sayılır ki, fəaliyyəti davam edən sistemi yeni problemlər yaratmasın. Əksinə, daha yaxşı həll o sayılmalıdır ki, sonrakı fəaliyyəti əvvəlki probleminin və digər problemlərin də ortadan götürülməsinə xidmət etsin. Sistemin fəaliyyətinin davam etdirməsi ilə problemin həlli, daha yaxşı, praktik həllidir, nəinki sistemi ləğv etməklə problemi həll etmək. Sistem texniki sistem olduqda, onu ləğv etmək o qədər də diqqəti çəkən məsələ deyil. Amma bu sistem sosial sistemdirsə yaxud bu sistemin təşkilində insanlar da iştirak edirsə, o zaman belə sistemin ləğv edilməsi zamanı ortaya mənəvi məsuliyyət düşür. Əgər bu ləğvetmə məhv etmədirsə, məsələ daha ciddidir. Ilk baxışdan olduqca sadə səslənən bu fıkirlərin arxasında indi yer üzündə baş verən bir çox münaqişənin kökü dayanır. İkinci yolun seçilməsi idaredicidən əlavə intellekt, mənəvi zənginlik və çevik bacarıq tələb edir. Bir çox idarəedicilərdə bu keyfiyyətlər bəs etmədiyindən. onlar birinci yola - sistemi ləğv etmək yoluna üstünlük verirlər.

Bir məsələni də qeyd etməyə ehtiyac vardır. Həyatda çox zaman problemi axıra qədər həll etmək mümkün olmur. Yəni sistem ən yaxşı halda elə hala gətirilir ki, onun fəaliyyətində az da olsa P probleminin bəzi xüsusiyyətləri müşahidə olunur. Bu xüsusiyyətlərin nə dərəcədə azalması konkret situasiyadan və idarəedicinin qabiliyyətindən asılıdır.

Yuxarıda deyilənlərdən alınır ki, problemi həll etməyin ən doğru yolu, bu problemi doğuran sistemdə elə dəyişikliklər etməkdir ki, onun fəaliyyətində daha P probleminin əlamətləri demək olar ki, ya müşahidə edilməsin, yaxud da qalmış əlamətlər sistemlilik münasibətində olmasın.

 

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2015.- 19 may.- S.23.