Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin IV konfransı keçirilib

 

 

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin IV konfransı keçirilib. Konfrans Azərbaycan Dövlət Himninin oxunması ilə açıq elan edilib. Sonra YAP GB-nin fəaliyyətini əks etdirən filmin nümayişi olub. Hesabat məruzəsi ilə çıxış edən YAP GB-nin sədri Seymur Orucov deyib ki, konfrans gələn ay təntənəli açılışı olacaq I Avropa Oyunlarının keçirilmə ərəfəsinə təsadüf edir: “I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmiz üçün, ümumilikdə isə bütün Avropa Olimpiya hərəkatı üçün tarixi hadisədir. Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə, o cümlədən dünya, Avropa çempionatlarında, “Avroviziya” mahnı müsabiqəsində əldə etdiyimiz təcrübə I Avropa Oyunlarının da yüksək səviyyədə keçiriləcəyinə əminlik yaradır. Regionun lider dövlətinə çevrilən Azərbaycanın sürətli inkişafı, dünya birliyində tutduğu mövqe, mövcud ictimai-siyasi sabitlik, ölkəmizin bu mötəbər tədbirə ev sahibliyi etməsi, şübhəsiz ki, Azərbaycanın növbəti qələbəsidir”.

S.Orucov vurğulayıb ki, Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda əldə edilən sosial-iqtisadi uğurların əsasında dahi Heydər Əliyevin siyasi kursu dayanır: “Xalqımız və müstəqil dövlətimiz üçün alternativsiz olan bu siyasi kurs dövlət başçımızın uğurlu fəaliyyətinin başlıca amilidir. Son illər gələcəyə istiqamətlənmiş elm və texnologiyaların inkişafını şərtləndirən, iqtisadiyyatın müxtəlif sahələrinin davamlı tərəqqisinə yönəlmiş və cəmiyyətin hər bir üzvünün rifahına xidmət edən mühüm əhəmiyyətli tədbirlərin həyata keçirilməsi ölkəmizin yüksək inkişafını təmin edib. Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycanımızın beynəlxalq qurumların hesabatlarında islahatçı ölkə kimi yer tutması, dünyanın nüfuzlu təşkilatlarının Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etməsi bir həqiqəti ortaya qoyur ki, ölkəmizin seçdiyi yol düzgündürbu yol bizi daha uğurlu gələcəyə aparır”.

YAP GB sədri qeyd edib ki, Azərbaycanın dövlət siyasətində gənclərlə prioritet sahələrdəndir: “Bu sahədə görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verir, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayır. Azərbaycan Prezidenti İlham Əliyevin gənclərə müraciət edərək “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” fikirləri Azərbaycan gənci qarşısında yeni vəzifələr qoyur. Bu vəzifələrdən ən başlıcası, dövləti qorumaq, onun milli maraqlarının təmini istiqamətində çalışmaq və dövlətin inkişafı naminə aparılan islahatlarda fəal iştirakçı olmaqdır.

S.Orucovun sözlərinə görə, dinamik inkişaf edən Azərbaycanın əldə etdiyi yüksək nailiyyətlərdə YAP-ın əhəmiyyətli rolu var: Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası ölkəmizin həyatını kökündən dəyişdirib, eyni zamanda siyasi mübarizələrlə dolu şərəfli bir yol keçib. İctimaiyyətin bütün təbəqələrini birləşdirən Yeni Azərbaycan Partiyasının üzvləri arasında gənclər böyük üstünlük təşkil edirpartiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti də gənclərdən ibarətdir. Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiq qalan Yeni Azərbaycan Partiyası hər zaman fəaliyyətində gənclərə geniş imkanların yaradılmasına, onlarda milli təfəkkürün, vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirir. Beləliklə, partiyamız gənclərin inkişafı üçün bütün imkanları yaradır və gənclərlə sıx işləməyi başlıca hədəflərdən biri hesab edir. Məhz bu səbəbdəndir ki, ölkəmizin intellektual gəncliyi öz siyasi talelərini Yeni Azərbaycan Partiyası ilə bağlayır.

S.Orucov bildirib ki, hesabat dövründə YAP GB sıraları həm kəmiyyət, həm də keyfiyyət baxımından daha da genişlənib və güclənib: “ 1 yanvar 2015-cil ildə tərtib olunan statistik məlumata görə, partiya sıralarında təmsil olunan gənclərin sayı 250 mindən yuxarıdır, bu isə ümumilikdə YAP üzvlərinin 40 fazini təşkil edir. Gənclər Birliyinin üzvlərinin məşğulluğuna görə 58 046 nəfəri təhsil, 28277 nəfəri səhiyyə, 13757 nəfəri elm, mədəniyyət və incəsənət, 11094 nəfəri idarəetmə, 72826 nəfəri digər sahələrdə fəaliyyət göstərir. Üzvlərimizin 120 mindən çoxu ali təhsillidir, 135 minə yaxın orta ixtisasorta təhsillidir. 190 nəfəri isə müxtəlif elm sahələri üzrə fəlsəfə doktorudur. Gənclərimzin 50 mindən çoxu aliorta ixtisas məktəblərinin tələbələrdir. Respublikada elm və təhsil qədər idman sahəsinə də çox böyük önəm verilir. Üzvlərimizin 887 nəfəri idman sahəsində titullara və fəxri adlara layiq görülənlərdir. Onlardan 220 nəfəri respublika çempionu, 57 nəfəri Avropa, 37 nəfəri dünya, 5 nəfər isə olimpiya çempionudur. Üzvlərimizn ümumi sayının 49 faizini isə xanımlar təşkil edir”. YAP GB-nin təşkil etdiyi tədbirlərdən söz açan S.Orucov əlavə edib ki, il ərzində keçirilən tədbirlər bir neçə istiqamətə bölünür: “Tədbirlərimiz azərbaycançılıq fəlsəfəsinin, Heydər Əliyevin irsinin təbliği, Prezident İlham Əliyevin fəaliyyətinin öyrənilməsi, hərbi-vətənpərvərlik, erməni cinayətlərinin ifşası, gənclərin sosialsiyasi maarifləndirilməsi istiqamətində keçirilir. Fəaliyyət dövrü ərzində 37 təlim, 161 layihə, 416 tədbir, 52 görüş, 44 seminar, Azərbaycan həqiqətlərini əks etdirən 15 videoçarx, 17 fləşmob hazırlanıb və 500 nəfərə yaxın gəncin iştirakı təmin olunmaqla İKT və xarici dil kursu təışkil edilib. Təşkil edilən ekskursiyalardan isə 100 nəfərdən çox gənc faydalanıb. Bu tədbirlərlə yanaşı Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xeyriyyəçilik fəaliyyətinə gənclər tərəfindən dəstək məqsədi ilə ötən illər ərzində əlamətdar tarixibayram günlərində rayon gənclər təşkilatlarının iştirakı ilə qayğıya ehtiyacı olanlara, ahıllara, şəhid ailələrinə qayğı və diqqətlə yanaşmaqla xeyriyyə marafonları təşkil edilib”.

Çıxış edən YAP Gənclər Birliyi sədrinin müavini Samirə Quliyeva Azərbaycanın inkişafında maraqlı olmayan xarici qüvvələr olduğunu vurğulayıb: “Həmin qüvvələrə bildirmək istəyirik ki, biz haqq yolundan dönməyəcəyik. Heydər Əliyev yolu ilə inkişaf edən Azərbaycana böhtan atan qüvvələrə cavab verəcəyik. İnşallah, Laçında, Şuşada görüşəcəyik”. YAP Gənclər Birliyi sədrinin müavini Ramin Məmmədov isə YAP GB-nin beynəlxalq arenadakı fəaliyyəti barədə danışıb. Prezident İlham Əliyevin gənclərin böyük dostu olduğunu vurğulayan R.Məmmədov bildirib ki, YAP gəncləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüskarı olduğu “Xocalıya ədalət!” kampaniyasında fəal iştirak edir. Daha sonra Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, İrəli İctimai Birliyinin sədri Mirhəsən Seyidov, fəal gənclər YAP GB-nin fəaliyyəti barədə xoş sözlər ifadə ediblər.

Konfransda çıxış edən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov vurğulayıb ki, Yeni Azərbaycan Partiyası Gənclər Birliyi bu gün Azərbaycan gənclərinin avanqardına çevrilib: Bu gün hər birimiz tarixi an yaşayırıq və böyük bir tarixi ana şahidlik edirik. 1991-ci ildə müstəqilliyini bərpa etmişyeni ictimai-siyasi sistemin təşəkkülü prosesini yaşayan Azərbaycan dövlətçiliyi 24 illik müstəqil inkişaf tarixində ən müxtəlif çətinliklərlə üzləşərək mürəkkəb yol keçib. Bu illər ərzində azadlıq ideyalarına sadiq olan Azərbaycan xalqı və dövləti ölkədə mürəkkəb və sərt maneələri dəf edərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu istiqamətində qətiyyətli addımlarını atmışdır. Bu müsbət dəyişikliklər cəmiyyətin müxtəlif sahələrində olduğu kimi, gənclərlə sahəsində də öz bəhrəsini verib. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, müstəqilliyimizin ilk illərində Azərbaycan gəncliyi ayrı-ayrı siyasi qruplaşmaların maraqlarının təminatçısı rolunda çıxış edirdi. Daha doğrusu, siyasi hakimiyyət uğrunda mübarizə aparan, ölkədə xaos yaradan dəstələr dövlətçiliyin möhkəmləndirilməsi naminə səfərbər olunası gəncləri siyasi oyunların alətinə çevirirdi. Xalqımız bu təhlükələrin gələcək fəsadlarını vaxtında görərək müstəqil Azərbaycan dövlətinin xilası naminə Ulu Öndər Heydər Əliyevi hakimiyyətə dəvət etdi. 1993-cü ildə xalqın təkidli tələbindən sonra Bakıya gələn Heydər Əliyev Azərbaycan dövlətçiliyi ilə yanaşı, gəncliyimizi də məhv olmaq təhlükəsindən xilas etdi. Onun ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra respublikamızda yaranan ictimai-siyasi sabitlik və əmin-amanlıq, demokratik mühit, siyasiiqtisadi islahatlar ölkə həyatının bütün sahələrində olduğu kimi, gənclərlə sahəsində də ciddi dönüş yaranmasına, bu sahədə ciddi işlərin görülməsinə səbəb oldu. Gənclər və İdman Nazirliyi yaradıldı, Gənclər Forumlarının keçirilməsinə başlanıldı, Gənclər Günü təsis olundus. əhəmiyyətli hadisələr baş verdi”. Ə.Həsənovun sözlərinə görə, bu gün əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən uğurlu gənclər siyasətinin nəticəsidir ki, ölkəmizdə layiqli gənclik yetişir: “Azərbaycan gəncliyi yüksək biliklərə yiyələnməklə, müasir dünyagörüşünə sahib olmaqla, eyni zamanda, azərbaycançılıq ideyalarına yiyələnməklə ölkəmizin layiqli vətəndaşları kimi formalaşırlar. Hər bir xalqın gələcəyi gənclərlə bağlıdır. Bu mənada biz də Azərbaycanın gələcəyini Ulu Öndər Heydər Əliyevin tövsiyələrinə istinad edərək bugünkü ölkə gəncləri ilə bağlayırıq. Son illərdə gənclərlə bağlı dövlət proqramlarının qəbul edilməsi, İnkişaf Strategiyasının təsdiq olunması, Gənclər Fondunun yaradılması və digər tədbirlər onu göstərir ki, ölkə rəhbəri gənclərimizin öz bilik və bacarıqlarını üzə çıxarmalarına, potensiallarını effektli reallaşdırmalarına, cəmiyyətdə layiqli yer tutmalarına münbit şərait yaratmışdır. Təbii ki, gənclərimiz bu etimadı layiqincə dəyərləndirməli və yaradılmış şəraitdən səmərəli istifadə etməlidirlər. 1998-ci il fevralın 18-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyi nümayəndələrinin Ümumrespublika Toplantısında çıxış edən Ulu Öndər Heydər Əliyev xüsusi olaraq qeyd edib ki, gənclərin qarşısında duran əsas vəzifə - öz xalqına, dövlətinə, ölkəsinə sədaqətlə xidmət etmək, həyatda fəal olmaq, Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaqdır. Ulu Öndər Heydər Əliyev hər zaman gənclərin hərtərəfli hazırlıqlı olmalarını tövsiyə edərək, XXI əsrdə Azərbaycanın inkişafını təmin edən qüvvənin məhz gənclər olduğunu vurğulayırdı. Qeyd edirdi ki, bunun üçün gənclər biliklənməli, təhsil almalı, sağlam həyat tərzi keçirməli, mənəvi, milli dəyərlərimizə daim söykənməli və ümumbəşəri dəyərlərdən səmərəli istifadə etməlidir. Ümummilli Lider Heydər Əliyev əminliklə vurğulayırdı ki, gənclərimiz Azərbaycanın gələcəyini bizdən də yaxşı təmin edəcəklər. Çünki bizim çox zəkalı, çox bacarıqlı və istedadlı gənclərimiz var. Bu gün ölkə başçısı cənab İlham Əliyevin də gənclərlə bağlı siyasətinin mərkəzində dayanan əsas ideya gəncləri layiqli vətəndaş, vətənpərvər insanlar kimi yetişdirməkdir. Onun fikrincə, vətənpərvər insan sadəcə olaraq sözdə Azərbaycanı sevən gənclər olmamalı, eyni zamanda, Azərbaycanın inkişafı üçün özünün potensialını qoymağı bacaran insan olmalıdır. Azərbaycan gəncləri bilikli, savadlı, Vətənə bağlı olmalı və ölkəmizin gələcək inkişafına töhfələrini verməlidirlər. Azərbaycan dövlətinin gənclərdən əsas gözləntisi dövlətçilik və vətənpərvərlik hissləridir. Hər bir gəncin borcu daxili, xarici təqiblərdən, təhdidlərdən, bizə qarşı yönələn təzyiqlərdən qorunma işində öz çiyinlərini bu yükün altına vermək və ölkəmizə sahib çıxmaqdır. Hər bir gənc milliyyətindən, dinindən, irqindən asılı olmayaraq, öz üzərində bir azərbaycançılıq ideyası hiss etməlidir. Cənab Prezident hələ Azərbaycan Gənclərinin IV Forumunun yekun toplantısındakı çıxışında ölkə gənclərinin ictimai-siyasi həyatımızda fəal iştirakını qeyd edərək, bugünkü gəncin sabah ölkəmizi idarə edəcək qüvvəyə çevrildiyini vurğulamışdır. Buna görə də gənclərə böyük inam göstərilməsinin, onların müxtəlif vəzifələrdə irəli çəkilməsinin, gözəl təcrübə əldə etməsinin və gələcəyə hazırlıqlı olmasının vacibliyini bildirib”.

Ə.Həsənov vurğulayıb ki, bu gün tam əminliklə demək mümkündür ki, Ulu Öndər Heydər Əliyevin və cənab Prezident İlham Əliyevin görmək istədiyi gənclik formalaşıb: “Hansı ki, onlar Azərbaycanın gələcəyinin layiqli təmsilçiləri olmağa qadir olan sağlam gənclərdir. Bu gənclərin əhəmiyyətli hissəsi Yeni Azərbaycan Partiyasının Gənclər Birliyində təmsil olunurlar. Gənclər Birliyində təkcə say etibarilə çoxlu gənc birləşməyib, eyni zamanda, kifayət qədər yüksək intellektli, vətənpərvərliyi ilə seçilən, bacarıqlı gənclər cəmləşib ki, bugünküdaha çox gələcək Azərbaycan haqqında daha aydın təsəvvürlərimizin formalaşmasına imkan verir. Həqiqətən, YAP-da təmsil olunan gənclər Azərbaycanın ictimai-siyasi həyatında yüksək fəallıq nümayiş etdirirlər. Onları YAP-da Ulu Öndər Heydər Əliyev ideyaları, cənab Prezident İlham Əliyevə inametibar, dövlətçilik maraqları və Azərbaycanın inkişafı naminə birgə səy göstərmək həvəsi birləşdirir. YAP Gənclər Birliyi sözün həqiqi mənasında özündə böyük siyasi gücü, mənəvi gücü, gənclik enerjisini birləşdirir. Bunlar bizə əsas verir ki, Azərbaycanın gələcəyi çox etibarlı əllərdədir. Ölkəmizin inkişafında Azərbaycan gəncliyi yaxından iştirak etməli, onların qarşısında duran ən müqəddəs vəzifə dövlətimizin qorunması olmalıdır. Gənclər  Azərbaycanın qüdrətinin artmasına öz töhfələrini verməlidirlər. Bu gün YAP-da təmsil olunan gənclərlə yanaşı, digər gənclərimiz də dövlətçiliyimizin qorunmasında səylərini əsirgəməməlidirlər. Bu gün YAP Gənclər Birliyinin sıraları durmadan genişlənir və xeyli sayda gənc öz gələcək talelərini partiya fəaliyyətinə bağlayır. Təbii ki, bunun əsas səbəbi Partiyanın qurucusunun ulu öndər Heydər Əliyev olması, onun ideyalarına söykənməsi və Partiyanın sədri cənab İlham Əliyevin hazırda apardığı məqsədyönlü siyasətdir. Buna görə gənclər YAP-a arxalanır və ona böyük ümidlər bəsləyirlər”.

Prezidentin köməkçisi çıxışı zamanı bildirib ki, xalqı, milləti düşünən insanların əksəriyyəti YAP-da təmsil olunub: “Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin 250 minlik gənclər ordusu ilə daha böyük zirvələr fəth olunacaq. Hər bir Azərbaycan vətəndaşı azərbaycançılıq ideologiyasından çıxış edərək milli vətəndaş birliyinin qorunmasına çalışmalıdır. Vətəndaş birliyi olmayan yerdə dövlətdən, dövlətçilikdən söhbət gedə bilməz. 23 il ərzində Azərbaycan dünyanın aparıcı dövlətlərindən birinə çevrilib, BMT-nin, ATƏT-in, Qoşulmama Hərəkatının ən fəal üzvlərindən biridir, Azərbaycanın dünyanın enerji təhlükəsizliyində mühüm rol oynayır, Azərbaycanın iştirakı olmadan Avrasiyada böyük layihələr həyata keçirilə bilməz. Ulu Öndər tərəfindən həyata keçirilən siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin tövsiyələrindən biri odur ki, hər bir ailə və dövlət başçısı öz varisini yetişdirməlidir. Dövlət həyatında gələcək nəsil haqqında düşünmürsənsə, o dövlətin gələcəyi yoxdur. Bundan əlavə Heydər Əliyev deyirdi ki, təcrübəli nəsillə gənc nəslin birgə fəaliyyəti vacibdir. Azərbaycanda gənclər siyasətinin təməli Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycanda bu gün gənc nəslin hakimiyyətdə təmsil olunması, yaradılan qurumlar, gənclər təşkilatları göz önündədir, dövlət siyasətinin 50 faizə qədəri gənclərə yönəlikdir. Azərbaycana qarşı daxildən, xaricdən hücumlar var, milli, vətəndaş birliyini pozmaq cəhdləri var. Azərbaycanı müstəqil siyasətdən çəkindirməyə yönəlik səylər var. Gənclər gecə-gündüz Azərbaycan əleyhinə çalışanların ofislərinə petisiyalar göndərməlidirlər. Yeni Azərbaycan Partiyası Gənclər Birliyi bu sahədə fəallığını daha da artırmalıdır. Gənclər sahəsində fəaliyyət göstərən dövlət məmuru kimi Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin fəaliyyətindən razıyam”.

Ə.Həsənov deyib ki, son dövrlər ABŞ-ın və Avropanın müxtəlif dairələri, xüsusilə də onların təsiri altında olan beynəlxalq təşkilatlar və şəxslər ölkəmizin beynəlxalq imicinə zərbə vurmaq, Azərbaycandakı sabitliyi pozmaq niyyətindədirlər:Onlar Azərbaycanın mövcud dəyərlərini qaralamağa çalışırlar. Həmçinin bu qüvvələr Azərbaycanın malik olduğu milli vətəndaş birliyini pozmağa çalışırlar. Azərbaycanın yaratdığı dövlət təsisatlarını idarə etmək cəhdləri var. Eyni zamanda Azərbaycanın müstəqil siyasəti ilə barışmayan qüvvələr var. Bunlara qarşı gənc nəsil barışmaz olmalıdır. Hər gəncimiz Azərbaycanın maraqlarını qorumalıdır”. 

Çıxış edən Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi, Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov deyib ki, bu gün gənclərin Yeni Azərbaycan Partiyasında əldə etdikləri təcrübə gələcək fəaliyyətlərində mühüm rol oynayacaq. Ə.Əhmədov gənclərlə bağlı gözləntilərini də açıqlayıb: “Gənclik dövründə formalaşan xarakter bütövlükdə gəncin taleyini müəyyənləşdirir. Mən gənclərin çox oxumasını, müasir dünya görüşünə malik olmasını istəyirəm. Yeni Azərbaycan Partiyasının gəncləri dərin biliklərə malik olmalı, Azərbaycanın taleyini müəyyən edəcək insanlar kimi fəaliyyət göstərə bilməlidirlər”.

Baş nazirin müavini bildirib ki, gənclər xarici ölkələrdə keçirilən tədbirlərdə iştirak edirlər: “Gənclər dünyada Azərbaycanın nüfuzunu yüksəkliklərə qaldırmaq imkanına malikdirlər və onlar bu istiqamətdə çalışmalıdırlar. Gənclərimiz vətənpərvər olmalı, Vətənə qarşı çıxanlarla barışmaz mübarizə aparmağı bacarmalıdırlar. Gənclər Azərbaycanın imicinin dünyada yaxşı formada təqdim olunmasına kömək etməlidirlər. Həqiqi vətənpərvər gənc odur ki, qürur mənbəyi milləti, xalqı, dövləti, ölkəsi olsun. Belə olan halda hər bir gənc əsl vətənpərvər olacaq və belə vətənpərvərlərin yaşadığı ölkəyə kimsə təcavüz, təzyiq edə bilməz”. Bu gün YAP sıralarında 650 mindən çox insanın cəmləşdiyini deyən Ə.Əhmədov qeyd edib ki, bu, təkcə statistika deyil, bu insanların Heydər Əliyev ideyalarına dərin məhəbbət və sədaqətin, dövlətçiliyimizə sədaqətin ifadəsidir:Yeni Azərbaycan Partiyasının üzvü olmaq sədaqətli vətəndaş olmaq deməkdir. Gələcəkdə ölkəmizi idarə edənlər bu gənclərin içərisindən seçiləcək. Siz üzərinizə düşən vəzifəni nə qədər məsuliyyətlə yerinə yetirsəniz, Azərbaycanın firavanlığı bir qədər də artacaq”. Ə.Əhmədov YAP Gənclər Birliyinin bu konfransda seçilən yeni rəhbərliyinin başçılığı altında Gənclər Birliyinin daha böyük uğurlar qazanacağına inandığını vurğulayıb.  Daha sonra YAP Gənclər Birliyinin 63 nəfər Şura üzvü, 15 nəfər İdarə Heyətinin üzvü seçilib. Eyni zamanda Seymur Orucov yenidən Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri seçilib. Konfransa bədii hissə ilə yekun vurulub.

 

Elvin Abdulqədirov

Səs.- 2015.- 19 may.- S.12-13.