Siyavuş Novruzov: “Azərbaycan
istənilən oyunları keçirməyə tam hazırdır”
SİA Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun gün.az-a müsahibəsini təqdim edir.
- Siyavuş müəllim, Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarına çox az vaxt qalır. Bu oyunları necə dəyərləndirirsiniz, Azərbaycan bu oyunlara tam hazırdırmı?
- Bir müddət öncə mətbuata açıqlamamda da qeyd etdiyim kimi, Avropa oyunları çox vacib oyunlardır, Azərbaycan tarixində çox böyük əhəmiyyət kəsb edir. Çünki bu, ilk dəfə olaraq keçirilir və oyunların Azərbaycana salınması onu göstərir ki, Avropa məşəli artıq Azərbaycandan başlayaraq bütün Avropaya yayılacaq.
Bu baxımdan da Azərbaycan burada tarix
yazır. İkinci bir tərəfdən, bu oyunların keçirilməsi adi
püşkatma və
yaxud başqa bir məsələ ilə əlaqəli deyil. Təbii ki, bu səsvermə yoluyladır,
səsverməyə də
kifayət qədər
əsaslar olmalıdır
və var.
Əsaslar da ondan ibarətdir
ki, gərək həm ölkənin vəziyyəti, həm idman qurğularının
səviyyəsi, o cümlədən,
digər məsələlər
qaydasında olsun.
Bildiyiniz
kimi də Azərbaycan bundan öncə dəfələrlə
dünya, Avropa çempionatlarına, müxtəlif
qran-pri mükafatlarına
ev sahibliyi edib.
Digər
tərəfdən Azərbaycanda keçirilən
beynəlxalq tədbirlərdə
bütün Avropanın
və dünyanın aparıcı dövlətlərinin
nümayəndələri, keçmiş, hazırkı
prezidentləri, parlament
sədrləri, baş
nazirləri iştirak
edib və onlar görüblər ki, Azərbaycanda bu məsələlərlə
bağlı nə qədər təşkilatçılıq
var.
Azərbaycan hər bir tədbirə çox böyük məsuliyyətlə
yanaşır və bu da Azərbaycanın
həm iqtisadi göstəricidir, həm Azərbaycanın demokratik
dövlət, azad ölkə, azad fikir, söz azadlığının olmasıdır,
insan haqlarının qorunmasıdır. Odur ki, bu günə qədər Azərbaycanda
keçirilən hər
bir tədbir çox yüksək səviyyədə baş
tutub.
“Avropa Olimpiya Komitəsinin sədri özü qeyd etdi ki, Azərbaycan
qısa müddət ərzində belə bir tədbirin hazırlanıb keçirilməsinə
tam hazır olmasına
görə, Ginnesin rekordlar kitabına düşə bilər”
Bu yaxınlarda elə Avropa Olimpiya Komitəsinin sədri özü qeyd etdi ki, Azərbaycan
qısa müddət ərzində belə bir tədbirin hazırlanıb keçirilməsinə
tam hazır olmasına
görə, Ginnesin rekordlar kitabına düşə bilər.
Buna qədər də Azərbaycanda çoxlu sayda idman qurğuları,
Olimpiya Kompleksləri tikilib, ayrı-ayrı Federasiyaların öz yarışlarını keçirməsi
üçün böyük
idman zalları formalaşıb və bunlar hamısı da yüksək standartlara uyğundur ki, bu gün
Azərbaycan istənilən
dünya, Avropa çempionatını, Olimpiada
və digər oyunları keçirməyə
tam hazırdır.
Ona görə
Azərbaycanın iqtisadi
inkişafı, ölkədə
olan siyasi sabitlik, Azərbaycanda sosial problemlər həll olunması, abadlıq-quruculuq işləri,
hər biri bizi əhatə edən bəzi təşkilatların, bəzi
dövlətlərin gözügötürməzliyinə
səbəb olur.
Xüsusilə də erməni
lobbisi ilə yaxın olan dövlətlər, erməni
lobbisindən maliyyələşən
təşkilatlar və
digər bu qabildən olan insanlar var ki,
bu gün Azərbaycanda keçirilən
Avropa oyunlarına qarayaxmaxla məşğul
olurlar, qara piar kampaniyası aparırlar, bu və ya
digər şəkildə
özlərinin öyrətdiyi,
burada ayrı-ayrı cinayətlər törətməklə
məsuliyyətə cəlb
olunmuş və istintaqda olan adamlara “siyasi məhbus” donu geyindirib Azərbaycanda gedən bu proseslərə bir ləkə salmaq istəyirlər.
Bu da mümkün olan iş deyil.
Bütün dünya da yaxşı bilir ki, hər bir
yerdə hər kəs törətdiyi cinayətə görə
məsuliyyət daşımalıdır.
İstənilən bir ölkəni
götürək, orada
vergidən yayınmadı,
xarici kəşfiyyata
xidmət etmədi, vətənə xəyanətdi
ən ağır cəzalarla cəzalandırılır.
Azərbaycanda da bu yöndə qanunlar var və bu
qanunlarla da həmin adamlar məsuliyyətə cəlb
olunurlar. O baxımdan da bu gün
Azərbaycan tam şəkildə
bu oyunların keçirilməsinə hazırdır.
Bunun əsas səbəblərindən
biri də xalqla iqtidarın bir yerdə olması, xalqın öz prezidentini dəstəkləməsidir.
Bir-iki o
müəyyən qüvvələr
var ki, erməni
lobbisi vasitəsilə
maliyyə alırlar, onları çıxmaq şərtilə, Azərbaycan
xalqının 99 faizi
bu məsələlərə
hazırdır və
biz ən yüksək
səviyyədə bu
tədbiri keçirəcəyik.
“Azərbaycan haqqında illərlə çalışsaydın
o qədər informasiya
verə bilməzdin”
- Sizcə, bu oyunlar Azərbaycana nə verəcək?
- Biz elə “Eurovision”dan misal götürək ki, hətta Ermənistan daxil olmaqla orada iştirak
edən ölkələrin
hər birinin İctimai Televiziyasında
belə bir rəy vardı ki, bu tədbir
işıqlandırılmalıdır.
Yəni, qərar bundan ibarət idi, Ermənistanda da bu musiqi yarışması
işıqlandırılırdı. Fikir verdinizsə,
Azərbaycanın hər
bir bölgəsi, Azərbaycanın mətbəxi,
Azərbaycanın mədəniyyəti,
incəsənəti, təbii
sərvətləri dünyaya
nümayiş etdirilirdi.
Hansı ki, Azərbaycan
haqqında illərlə
çalışsaydın o qədər informasiya verə bilməzdin bu ölkələrə. Ancaq idman yarışı
bu musiqi yarışmasından daha
populyardır. Bu oyunlara 50 ölkənin nümayəndələri gələcək,
burada müxtəlif səpkili yarışlar keçiriləcək və
demək olar ki, dünya ölkələrinin əksəriyyəti
artıq buna tamaşa edəcək.
Və bundan da, bu
reklamdan da düzgün istifadə etməklə Azərbaycan,
Dağlıq Qarabağ
həqiqətlərini, Ermənistanın
Azərbaycan torpaqlarını
işğal etməsini
dünya ictimaiyyətinə
daha yaxından çatdırmaq mümkün
olacaq.
“Azərbaycanın mədəniyyətinə,
tarixinə müdaxilə
etməyə çalışan
qüvvələrin qarşısını
almaq imkanları olacaq ki, istər
xalça, istər saz, istər müxtəlif yeməklər,
bunlar hamısı Azərbaycanındır”
Həmçinin, bu gün Azərbaycanın mətbəxinə,
mədəniyyətinə, tarixinə müdaxilə etməyə çalışan
qüvvələrin də
qarşısını almaq
imkanları olacaq ki, istər xalça, istər saz, istər götürək ki, müxtəlif yeməklər,
bunlar hamısı Azərbaycanındı.
Eyni zamanda, Azərbaycana bundan sonra kifayət qədər turistlər gələcək. Avropa Oyunlarında elə 6 mindən artıq idmançı iştirak edəcək, bundan sonra onların məşqçiləri, digər
onlara yaxın adamlar və nə qədər turist olacaq, onların hər biri Bakı
şəhəri, Azərbaycanın
başqa-başqa rayonları
ilə tanış olduqca, gördüklərini öz dostları ilə paylaşdıqca,
yazışdıqca, gör
nə qədər insan Azərbaycan haqqında məlumatlandırılacaq.
Ona görə
də bu, çox bir vacib olan məsələdir. Hesab edirəm
ki, bu işdən
də biz lazımi qaydada istifadə etməliyik.
“Devalvasiyanın bu
oyunlara heç bir aidiyyəti yoxdur”
- Siyavuş müəllim, opponentləriniz tərəfindən
belə iddialar da irəli sürürlü
ki, bu oyunlardan
sonra Azərbaycanda manatın devalvasiyanın ikinci mərhələsi başlayacaq, ölkədə
iqtisadi krizis yaşanacaq və sair...
- Yuxarıda da qeyd etdim ki, Avropa
Oyunları ilə əlaqədar Azərbaycanda
kifayət qədər
idman qurğuları tikilir. Elə bir neçə
qurğu bu ərəfədə tikildi,
elə infrastruktur yaradıldı ki, bu da Azərbaycan
üçündür.
Yəni, bu idman oyunları qurtarandan sonra bunu sökməyəcəklər, dağıtmayacaqlar və yaxud da kimsə belinə alıb aparmayacaq ki? Bunlar, Azərbaycanda qalacaq. Məsələn, 46 minlik böyük bir stadion tikilib, çünki Azərbaycanın köhnə stadionları o qədər adam tutmur.
Bununla da istənilən dünya çempionatının bir neçə oyununu və yaxud da iki tanınmış komandanın bir-birilə görüşünü bu stadionda artıq yüksək səviyyədə keçirmək olar. Əslində, bu qurğular, stadionlar, idman zalları artıq sonradan gəlir də gətirəcək.
Həmçinin, üzgüçülük üzrə, avarçəkmə üzrə, başqa-başqa sahələr üzrə ayrı-ayrı ölkələrdən idmançılar müxtəlif dövrlərdə təlim-məşq toplanışına gələcəklər və bunun hər biri puldur.
O cümlədən əgər infrastruktur yaranıbsa, yeni yollar çəkilibsə, yeni körpülər, qurğular tikilibsə, bu da Azərbaycan xalqınındır. Azərbaycan xaqlı bundan da istifadə edəcək. Məgər alman və ya başqası bundan istifadə edəcək? Bu, Azərbaycan üçündür, Azərbaycanda qalır bunların hamısı.
“Sən əlavə vəsait qoymursan ki, o da gələcəkdə hansısa bir devalvasiya yaratsın”
Nə yaradılırsa, məsələn, otel tikilirsə və digər başqa strukturlar formalaşırsa, onun çox böyük əhəmiyyəti var, çünki bunlar hamısı Azərbaycanda qalacaq. Bununla yanaşı, demək olar ki, sərf olunan məsrəfin böyük bir hissəsi də artıq geri qayıdır və qayıdacaq.
Çünki iştirakçılar var, həmçinin biletlər, onların satışı var, oradan gələn gəlirlər var, onun reklamından gələn gəlirlər var. Belə baxanda çox vaxtı bəzi ölkələrdə görürsən ki, olimpiadalar keçiriləndə gəlir-çıxar tamamilə balanslaşır.
Bu baxımdan, hesab edirəm ki, bizdə də məsələlər məhz bu cür həllini tapacaq. O ki qaldı devalvasiyaya, onun bu oyunlara heç bir aidiyyəti yoxdur. Bu məsələdən də “istifadə etməyə” ehtiyac yoxdur. Artıq bu struktur formalaşıb.
Biz artıq bundan keçmişik, buna hazırıq. Sən buna əlavə vəsait qoymursan ki, o da gələcəkdə hansısa bir devalvasiya yaratsın...
O baxımdan da bu iddiaların hamısı qurmadır, şaiyədir. Opponentlərimiz, bədxahlarımız mütəmadi şaiyələr yayırlar, təxribatla məşğul olurlar. Ancaq onların heç bir nəticəsi olmayacaq. Yenə deyirəm, hər bir görülən iş, hər bir əkilən ağac, hər bir tikilən obyekt Azərbaycan xalqına məxsusdur, Azərbaycanındır.
Səs.- 2015.- 19 may.- S.11.