Hüquqi dövlətdə KİV-in müxtəlif yönümlü funksiyaları

 

 

 

Sosial funksiyalar sistemində kütləvi informasiya vasitələrinin xüsusi funksiyaları mövcuddur. Bunlar aşağıdakılardan ibarətdir: informasiya, maarifləndirici-ictimailəşdirmə funksiyası, tənqid və nəzarət, artikulyasiyainteqrasiya, innovasiya, operativ səfərbərlik. Professor Ə.Həsənovun fikrincə, müasir cəmiyyətdə KİV üç əsas funksiyanı yerinə yetirir: 1. İnformasiya daşıyıcı funksiyası; 2. Hadisələri şərh etmək funksiyası; 3. Qiymət və yaxud informasiyaya ictimaiyyətin hansı reaksiya verdiyini öyrənmək funksiyası.

Mətbuat ictimai fikri öyrənməklə yanaşı,  həm də  ictimai fikri yaratmaq, formalaşdırmaq  gücünə malikdir. Ölkədə və dünyada baş verən bir sıra mühüm siyasi və mənəvi proseslərin ictimaiyyət tərəfindən  həm dərk edilib qavranılması, həm də ictimai fikir yaratmaq və formalaşdırmaq gücünə malikdir. Ölkədə və dünyada baş verən bir sıra mühüm ictimai-siyasi  və mənəvi proseslərin ictimaiyyət tərəfindən həm dərk edilib qavranılması, həm də ictimai qiyməti, bir qayda olaraq, KİV-in üzərinə düşüröz əksini onun səhifələrində tapır.  

KİV-in  əsas ictimai əhəmiyyətli funksiyalarından biri informasiya funksiyasıdır.  Bu funksiya vətəndaşlar və hakimiyyət orqanları üçün mühüm hadisələr haqqında məlumat almağı və onu yaymağı yerinə yetirir. Əldə olunan informasiya obyektiv olduğu kimi, həm də onlar şərh edilir və qiymətləndirilir. Alınan informasiyalar əsasında vətəndaşların dövlət qurumlarının hökumətin, parlamentin, partiyasiyasi təsisatların fəaliyyəti, cəmiyyətin bütün sferaları haqqında rəyi formalaşır. 

Maarifləndirici funksiya KİV-dən və digər mənbələrdən alınan məlumatları qərəzsiz, dəqiq, gerçəkliyə uyğun qiymətləndirməyə imkan yaradan informasiyalarda təzahür edir. KİV insanı bütün həyatı boyu müşayət edərək onun siyasisosial informasiyanın dərk edilməsində həlledici amil rolu oynayır. KİV-in maarifləndirici rolu sosiallaşdırma funksiyası ilə sıx bağlıdır. Lakin əgər siyasi maariflənmə sistematik olaraq bilik almağı, öyrənməyi və şəxsiyyətin qiymətləndirmə imkanlarını genişləndirməyi nəzərdə tutursa, siyasi ictimailəşdirmə, siyasi normaları, dəyərləri və hökmranlıq nümunələrinin mənimsənilməsini nəzərdə tutur. O, insanın sosial gerçəkliyə uyğunlaşmasına imkan verir. İnsan hüquqlarına və digər ümumi demokratik dəyərlərə riayət etməklə onun tam hüquqlu üzv  kimi cəmiyyət strukluruna nüfuz edilməsini təmin edir.

Cəmiyyətdə tənqid funksiyasını yalnız mass-media deyil, həm də milli-mədəni mərkəzlər həyata keçirirlər. Müzakirəyə çıxarılmış mövcud vəzifə və problemlərin kompromis həlli yollarını axtarıb tapmaq lazımdır. Bu halda söhbət millətlərarası ünsiyyət mədəniyyətinin və etnoslararası qarşılıqlı fəaliyyətin etik normalarına riayət edən konstruktiv tənqiddən gedir. KİV-in tənqidi öz əhatəliliyi və obyektinin qeyri-məhdudluğu ilə seçilir. KİV-in tənqid obyekti həm siyasətçilər, həm siyasi qərarlar, həm dövlət siyasətinin istiqaməti, həm də KİV-in öü ola bilər.

Nəzarət funksiyası ictimai rəyin nüfuzluluğunu nəzərə almaqla, ictimai həyatın bütün məsələlərini işıqlandırarkən tənqid funksiyası ilə yanaşı, cəmiyyətdə bütün təsisatların, dövlət qurumlarının fəaliyyətinə nəzarəti nəzərdə tutur. Tərəflərin qarşılıqlı marağı bu nəzarətin daha səmərəliliyini təmin edir. Dövlət qurumlarının fəaliyyətinə nəzarət funksiyası ictimai şüura nəzarət kimi də çıxış edir. Dövlət və təsərrüfat orqanlarının nəzarətindən fərqli olaraq media inzibati, yaxud iqtisadi sanksiyalar tətbiq edə bilmir. Lakin KİV-in nəzarəti heç də onların nəzarətindən az səmərəli deyil. Buya digər hadisəyə və şəxsə mənəvi qiymət verdiklərindən, demək olar ki, KİV-in nəzarəti çox ciddi nəzarət sayılır.

Kütləvi media cəmiyyətdə həyata keçirilən siyasətdə və dövlət qurumlarının fəaliyyətindəki yalnız çatışmazlıqları tənqid etmir, həm də müxtəlif sosial qrupların inteqrasiyası və artikulyasiyası funksiyalarını da yerinə yetirir. Onlar müxtəlif qrupların açıq şəkildə öz rəylərini demələrini təmin edir, onları birləşdirir, bir-biri ilə sıx bağlayır, yəni inteqrasiya funksiyasını həyata keçirir.

KİV-in bütün siyasi funksiyaları səfərbərlik funksiyasında birləşib və onun həyata keçirilməsinə yardım edir. Bu funksiya insanların müəyyən siyasi fəaliyyətə, onların siyasətə cəlb olunmasında əsas rol oynayır. Söhbət siyasi nihilizm, siyasi fəallıq, apatiya, fəallıq və ya passivlik kimi siyasi fenomenlərdən gedir. Elmi cəhətdən sübut olunmuşdur ki, kütləvi informasiya vasitələri olmadan hətta yaxşı təhsil almış insan da ziddiyyətli, mürəkkəb siyasi proseslərdə düzgün istiqamət götürə və məsuliyyətli qərarlar qəbul edə bilməz. KİV insanlara fərdi təcrübənin dar çərçivəsindən çıxmaq imkanı yaradır.

İctimai rəyin formalaşdırılmasına gəldikdə, onu qeyd etmək olar ki, elmi ədəbiyyatda çox vaxt ictimai rəyi vətəndaş cəmiyyətinin sosial bazası adlandırırlar. Onun formalaşdırılması birbaşa KİV-in fəaliyyətilə bağlıdır. İctimai rəy institutu həm də əks-əlaqəni həyata keçirir. Onun köməyilə vətəndaş cəmiyyəti dövlətin həyata keçirdiyi buya digər siyasi, iqtisadisosial aksiyaya öz münasibətini bildirir. İctimai rəy institutunun inkişaf səviyyəsi əsasında vətəndaş cəmiyyətinin yetkinliyi, dövlətin həyata keçirdiyi siyasətin məğzi barəsində mühakimə yürütmək olar. Əhali nə qədər çox obyektiv informasiya alırsa, ölkəyə ictimai rəy bir o qədər də ciddi təsir göstərə bilər.

Fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev göstərir ki, dövlət siyasətinin əsas istiqamətlərindən biri olan KİV-in imkanlarından cəmiyyətin demokratikləşməsində istifadə edilməsidir. KİV sosial-siyasi təsisat kimi vətəndaşların şüuruna təsir edir, ölkədə ictimai rəyi formalaşdırır: "İctimai rəy güclü silahdır... İstər beynəlxalq informasiya sistemi, istərsə də ölkədaxili kütləvi informasiya vasitələri, mətbuat şüurlara təsir edərək ictimai rəy yaratmaq baxımından məqsədyönlü idarə oluna bilər". Müəllif ictimai rəyin idarə olunmasına yüksək qiymət verir ki, bizonun fikirlərilə razılaşırıq.

İctimai rəyə nisbi anlayış kimi yanaşan tədqiqatçılar bu terminin yalnız müəyyən bir dövlətin vətəndaşı müxtəlif informasiyalar aldıqda və şəxsi prinsip və inamı ilə baş verənlərə münasibətini formalaşdırmaq imkanına malik olduqda faydalı olduğunu qeyd edirlər. Təbii ki, həqiqəti, ifadə edən obyektiv, düzgün, qərəzsiz, müsbət informasiya alanlar hər hansı problem barəsində az qərəzli, qeyri-obyektiv məlumatlı olanlardan fərqli olaraq şəxsi rəylərini də daha yaxşı əsaslandıra biliröz mövqelərini daha inamla müdafiə edirlər.

"Omahalı rəmmal" ləqəbi ilə tanınan Uorren Baffet mətbu nəşrlərin gələcəyinin olmadığı qənaətindədir. "Uoll strit Cornel" qəzeti 2009-cu ilin may ayında Baffetin "Berkşir Hatevey" kompaniyasının aksionerlərinə illik məktubuna əsaslanaraq yazır ki, qəzetlər artıq cəmiyyətdə böyük rol oynaya bilmirlər, çünki xəbərləri indi başqa mənbələrdən, o cümlədən, internetdən almaq daha asandır. İnternet informasiyanın qeyri-məhdud sayda çoxaldılmasına, vaxtından və yerindən asılı olmayaraq, istifadəçi tərəfindən internet qlobal informasiya şəbəkəsindən dərhal əldə olunmasına geniş imkanlar açır.

Bu gün kompüter dünyada milyonlarla insanın həyatının ayrılmaz bir hissəsinə çevrilmişdir. Təxmini hesablamalara görə, fərdi kompüterlərin dörddə biri (250 milyon) kompüter şəbəkəsi ilə əhatə olunmuşdur. Azərbaycan Respublikasında da iqtisadi və mədəni həyatın sürətlə kompüterləşməsi prosesi gedir. "Azərbaycan Respublikasının inkişafı naminə informasiyakommunikasiya texnologiyaları üzrə Milli Strategiyanın (2003-2012-ci illər)" (17 fevral 2003-cü il), "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı"nın (Elektron Azərbaycan)" (21 oktyabr 2005), "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı"nın (Elektron Azərbaycan)" (11 avqust 2010), "Azərbaycan Respublikasının ərazisində DVB-T rəqəmsal televiziya yayım sisteminin tətbiqi və inkişafı Proqramı"nın (10 fevral 2011), "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər) haqqında" və s. sənədlər bunu təsdiq edir.

 

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2015.- 21 may.- S.15.