Fiziki toxunulmazlıq hüququ

 

 

Konvensiyanın 3-cü maddəsinin tarixi sələfi İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 5-ci maddəsidir; onların arasında yeganə fərq, qadağan olunan rəftarın və ya cəzanın təsvirinə "qəddar" sözünün əlavə edilməsidir.

Konvensiyanın 3-cü maddəsinin başqa sələfi olan MülkiSiyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində Ümumi Bəyannamənin formuluna əməl edilir, lakin oraya belə bir əlavə müddəa artılırıb ki, "məsələn, heç bir şəxs özünün razılığı olmadan tibbiya elmi sınaqlara məruz qala bilməz".

Bu iki analoji maddələrdən başqa, Konvensiyanın 3-cü maddəsi ilə mühafizə olunan hüquqlar, həmçinin başqa iki Konvensiya ilə -1984-cü il İşgəncələrə və Başqa Qəddar, Qeyri-insani, yaxud Ləyaqəti Alçaldan Rəftara və ya Cəzaya qarşı Birləşmiş Millətlər Təşkilatının Konvensiyası ilə (1987-ci ilin yanvarından qüvvəyə minib) və 1987-ci il  İngəncələrin və Qeyri-insani, yaxud Ləyaqəti Alçaldan Rəftarın və ya Cəzanın Qarşısının Alınması haqqında Avropa Konvensiyası ilə (1989-cu ilin fevralından qüvvəyə minib) müdafiə olunur.

Avropa İnsan Hüquqları Konvensiyanın 3-cü maddəsində deyilir: "Hər kəs işgəncəyə, qeyri-insaniya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır".

Göstərilən maddə əsasında Avropa Komissiyası və Avropa Məhkəməsinin yaratdığı presedent hüququ işgıncənin tətbiqinin qadağan edilməsi ilə bağlı bir çox məqamların aydınlaşdırılması üçün olduqca faydalıdır . İşgəncələrə məruz qalmamaq hüququqeyri-insani, yaxud ləyaqəti alçaldan rəftara məruz qalmamaq hüququ ən əsas insan hüquqlarındandır, çünki onlar fərdin şəxsi toxunulmazlığı ilə və insani ləyaqəti ilə əlaqədardır.  Hüquqların beynəlxalq iyerarxiyasında bu hüquqların olduqca yüksək mövqe tutması, bu məsələdə onların xüsusi statusunu əks etdirir.  Məsələn, İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın 15-ci maddəsinin 2-ci bəndində (həmin bənd fövqəladə hallarda dövlətlərin Konvensiya üzrə öhdəliklərindən geri çəkilmələrinə yol verir) 3-cü maddədəki hüquqların əhəmiyyəti qeyd olunur: dövlət heç bir halda maddə üzrə öhdəliklərindən geri çəkilə bilməz.  3-cü maddənin müdafiə etdiyi hüquqların ciddi xarakteri, bu hüquqlarla bağlı normaların məcburi xarakteri ilə birlikdə, Komissiyanın və Məhkəmənin presedent hüququnun inkişafına ikili təsir göstərib. 

Birincisi, ərizəçilər Konvensiyanın başqa maddələri üzrə kifayət qədər olan pretenziyalara daha yüksək status verməyə çalışaraq tez-tez 3-cü maddəyə istinad edirlər və beləliklə də, 3-cü maddə üzrə müdafiəni prinsipcə dəyərdən salırlar.

İkincisi, 3-cü maddə ciddi xarakter daşıdığına görə, həm Komissiya, həm də Məhkəmə onu lüzumsuz tətbiq olunmaqdan qorumaq üçün 3-cü maddənin müddəalarını kifayət qədər ehtiyatla şərh edirlər.

3-cü  maddənin pozulması barədə, hazırda hökmran olan təsəvvürləri nəzərə almaqla, konkret işin hallarına əsasən fikir yürütmək lazımdır.  Lakin 3-cü maddənin qadağan etdiyi rəftar və ya cəza növlərinə dair mütləq standartlar yoxdur.  İrlandiya Birləşmiş Krallığa qarşı işdə Məhkəmə bu halı, 3-cü maddənin pozulması barədə qərarı əsaslandırmaq üçün sübutları qiymətləndirərkən qeyd etdi - Məhkəmə sübut normasını "ağlabatan şübhələr xaricində" qəbul edir.  lakin əlavə edir ki, bu cür sübut eyni vaxtda kifayət qədər ciddi, dəqiq və uzlaşan nəticələrin mövcudluğunaya faktın analoji təkzibedilməz prezumpsiyalarının mövcudluğuna istinad etməklə irəli sürülə bilər.  Bu kontekstdə sübutlar toplanarkən tərəflərin davranışını nəzərə almaq lazımdır . Danimarka, Fransa, Norveç, İsveç və Niderlandın Yunanıstana qarşı dövlətlərarası şikayətdə (yunan işi), İrlandiya Birləşmiş Krallığa qarşı, habelə Danimarka, Fransa, Norveç, İsveçNiderland Türkiyəyə qarşı işlərdə Strasburq orqanları pis rəftar barədə çoxsaylı şikayətlərlə qarşılaşdılar.  3-cü maddə üzrə təqdim edilən istənilən işdə Komissiyanın əsas vəzifəsi bunu aydınlaşdırmaqdan ibarətdir ki, müəyyən edilən faktlar buya başqa fərd barəsində Konvensiyanın pozulmasına dəlalət edirmi.  Əgər xeyli pozuntu aşkar edilirsə, bu, Konvensiyanın pozulması "praktikasına" bərabər ola bilər.  Bununla bağlı sübutların seçilməsi həyata keçirilir, sonra isə Konvensiyanın müəyyən müddəalarına əməl edilməməsi üzrə inzibati praktikanın mövcud olub-olmadığını müəyyənləşdirmək üçün araşdırma aparılır.

Əgər işgəncələr və pis rəftar üzrə inzibati praktika hər halda mövcuddursa, bu halda nəzərdə tutulan məhkəmə müdafiəsi vasitələrinə, görünür, qeyri-səmərəli vasitələr kimi baxılacaqdır.  İnzibati praktikanın mövcudluğunu müəyyən etməkdən ötrü iki element lazımdır: hərəkətlərin təkrarlığı və rəsmi dözümlülük. 

"Hərəkətlərin təkrarlığı" dedikdə, ümumi situasiyanı əks etdirən xeyli sayda işgəncə və ya pis rəftar hallarının olması başa düşülür.  Bu cür hərəkətlərin sxemi bundan ibarət ola bilər ki, bir tərəfdən onlar eyni yerdə baş verir, eyni polis orqanının və ya hərbi orqanın əməkdaşlığına aid edilirqurbanlar eyni siyasi kateqoriyaya mənsub olur; başqa tərəfdən isə, onlar bir neçə yerdə baş verir, yaxud dəqiq müəyyənləşdirilən hakimiyyət orqanları tərəfindən həyata keçirilir, yaxud da müxtəlif qruplaşmalara mənsub olanlara qarşı yönəlir.

"Rəsmi dözümlülük" o deməkdir ki, işgəncə və ya pis rəftar aktları tamamilə qanunsuz olsa da, onlarla o mənada barışırlar ki, bilavasitə məsuliyyət daşıyan şəxslərin rəisləri bu cür aktlardan xəbərdardırlar, lakin həmin hərəkətlərə görə cəza vermək üçün, yaxud onların təkrar olunmasına yol verməmək üçün heç bir hərəkət etmirlər; yaxud yuxarı orqan, qarşısında çoxsaylı şikayətlər olsa da, onların həqiqətə uyğun olduğunu, yaxud olmadığını müəyyənləşdirmək məqsədilə lazımi araşdırma aparmaqdan imtina edərək, laqeydlik nümayiş etdirir, yaxud da məhkəmədə bu şikayətlərin qərəzsiz araşdırılması təmin olunmur.

İşgəncələr, qeyri-insani və ləyaqəti alçaldan rəftar: davranma dərəcəsi haqqında məsələ. Komissiya və Məhkəmə, bir qayda olaraq, 3-cü maddədə istifadə edilən üç əsas anlayışı nəzərdən keçirir və onları əsasən dərəcələrinə görə fərqləndirirlər.  Komissiya 3-cü maddənin qadağan etdiyi davranma dərəcəsini ilk dəfə yuxarıda adı çəkilən yunan işində fərqləndirdi.  Komissiya bunları qeyd etdi: bütün işgəncələri qeyri-insaniya ləyaqəti alçaldan rəftar hesab etmək, qeyri-insani rəftarı isə, öz növbəsində ləyaqəti alçaldan rəftar hesab etmək lazımdır.  Qeyri-insani rəftar anlayışı ən azı elə rəftarı əhatə edir ki, kəskin mənəvi və ya fiziki əzablar verilir, halbuki konkret situasiyada buna haqq qazandırmaq olmaz.  "İşgəncə" sözündən çox vaxt elə qeyri-insani rəftarı təsvir etmək üçün istifadə olunur ki, onun məqsədi məlumat və ya etiraf almaqdan, yaxud cəza təyin etməkdən ibarət oluro, bir qayda olaraq, qeyri-insani rəftarın qəddarlaşmış formasıdır.  Əgər fərdə qarşı rəftar və ya ona verilən cəza onu başqaları qarşısında kobud surətdə alçaldırsa və ya onu öz iradəsi, yaxud vicdanı əleyhinə hərəkət etməyə məcbur edirsə, belə rəftarı ləyaqəti alçaldan rəftar hesab etmək olar.

Strasburq orqanları qadağan edilmiş davranışın dərəcəsinə görə fərqləri İrlandiya Birləşmiş Krallığa qarşı dövlətlərarası şikayətdə daha da genişləndirirdilər.  Bu işdə Birləşmiş Krallıq hökumətinin Şimali İrlandiyada şübhə edilən şəxslərə qarşı tətbiq etdiyi dindirmənin formaları və metodları (adətən bu, "beş metod" adlandırılırdı) şübhə altına alınırdı.  Bu, aşağıdakı beş üsula aid idi:

1) şübhə edilən şəxsləri divar önündə olduqca rahatsız vəziyyətdə saatlarla dayanmağa məcbur etmək;

2) dindirmə zamanı şübhə edilən şəxsləri başlarına kapüşon geyməyə məcbur etmək;

3) şübhə edilən şəxsləri yatmağa qoymamaq;

4) şübhə edilən şəxsləri səs-küyün təsirinə məruz qoymaq;

5) şübhə edilən şəxsləri zəruri qidadansudan məhrum etmək.

Komissiya öz qərarında bu nəticəyə gəldi ki, 3-cü maddə baxımından bu beş metod işgəncə və qeyri-insani rəftardır.  Lakin Məhkəmə bu barəsində belə hesab etdi ki, bunlar qeyri-insaniya ləyaqəti alçaldan rəftardır, lakin işgəncə deyil.  Məhkəmə qadağan edilən davranışın üç kateqoriyası arasında fərq qoydu:

1.  İşgəncə - çox ciddi və amansız əzablar doğuran, bilərəkdən edilən qeyri-insani rəftar;

2.  Qeyri-insani rəftar - güclü fiziki və mənəvi əzablar vermə;

3.  Ləyaqəti alçaldan rəftar - qurbanlarda qorxu, ağrı və natamamlıq hissi yaratmağa yönələn pis rəftar - belə rəftar onları alçaldarüsvay edə bilər və ola bilsin ki, onların fizikiya mənəvi müqavimətini qıra bilər.

Tirrerin işi üzrə qərarında Məhkəmə belə fikir bildirdi ki, "cəzanı 3-cü maddə baxımından qeyri-insani cəza kimi tövsif etmək üçün verilən əzab müəyyən səviyyəyə çatmalıdır" və bununla da, dəqiq şəkildə qeyd etdi ki, rəftarın üç növü arasındakı fərqlər, əsasən dərəcə ilə əlaqədardır .

Strasburq orqanları cəmi bir neçə işə baxarkən bu nəticəyə gəliblər ki, əməl ona görə işgəncədir ki, o, ciddi xarakter daşıyır (məsələn, Assenov və digərləri Bolqarıstana qarşı (1998), Labita İtaliyaya qarşı (2000), Selmouni Rusiyaya qarşı (1999)).

 Məhkəmə və Komissiya işgəncə ilə qeyri-insani rəftar arasında  dəqiq fərq qoymağa cəhd etsə də, bunu etmək çətin ki, mümkün olsun.  Bəzi işlərə baxılarkən, işgəncələrin qadağan edilməsi haqqında müddəanı pozmaqda təqsirləndirilən dövlət, sözügedən mühüm hüququ pozmaqda təqsirləndirilmək riskinə məruz qalmadansa, zərər çəkmiş ayrıca tərəflə dostcasına nizamlamaya, yaxud ittiham irəli sürülən dövlətlə məsələnin siyasi həllinə nail olub. Yunanıstan Birləşmiş Krallığa qarşı dövlətlərarası şikayətə və Danimarka, Fransa, Norveç, İsveçNiderland Türkiyəyə qarşı işə baxılarkən məhz bu cür olub.  Yunan işi üzrə məruzəsində Komissiya 3-cü maddəyə rəğmən, "falanqa" (taxtaya metal dəyənəklə ayaqlara zərbələr vurma - müəl. ) qurbanın bütün bədəninə güclü zərbələr vurma, elektrik cərəyanı tətbiq etmə, ələ salmaqla döymə, habelə qurbanı güllələməklə, öldürmək hədələmə aktlarını işgəncə və ya amansız rəftar kimi səciyyələndirdi.  Komissiya, həmçinin qeyd etdi ki, "qeyri-fiziki işgəncələr" anlayışından ona görə istifadə edilir ki, bədənə fiziki təsir göstərməkdən başqa, digər vasitələrlə ağrı və ya stress vəziyyəti doğurmaqla mənəvi əzaba səbəb olan hərəkətləri də əhatə etmək mümkün olsun.

"Ləyaqəti alçaldan" və "qeyri-insani" terminləri çox vaxt birlikdə işlədilir.

Yuxarıda adıçəkilən İrlandiya Birləşmiş Krallığa qarşı işdə Məhkəmə qeyd edir ki, amansız rəftar sərtliyin minimum səviyyəsində olmalıdır ki, 3-cü maddənin müddəalarının qüvvəsi altına düşsün.  Baş verənlərin xarakterinə görə bu minimumun qiymətləndirilməsi nisbi xarakter daşıyır.  O, buya başqa işin bütün hallarından, məsələn, sözügedən rəftarın davamlı olmasından, onun fizikiya mənəvi nəticələrindən və bəzi hallarda qurbanın cinsindən, yaşından və sağlamlıq durumundans.  asılıdır.

Birləşmiş Krallığın həbsxanalarında "beş metod"un tətbiqilə bağlı sərtliyin bu minimum səviyyəsini müəyyənləşdirmək Məhkəmə üçün kifayət qədər asan oldu.

İsveçrəyə qarşı sonrakı ərizədə Komissiya sərtliyin zəruri minimum səviyyəsini müəyyən etmədi.  Bu ərizədə iki məhbus iddia edirdilər ki, onların həbsxana rejimində təcrid olunmaları və "hisslərdən məhrum edilmələri" 3-cü maddənin pozuntusudur.  Məhbuslar təbii işıqlandırmanın olmadığı, yalnız süni şəkildə işıqlandırılan kameralarda, bütün başqa məhbuslardan tamamilə ayrılıqda saxlanırdılar.  Onların kitab, jurnal, qəzet oxumalarına, radioya qulaq asmalarına, televizora baxmalarına, yaxud başqa məhbuslarla və ya ətraf aləmlə ünsiyyətdə olmalarına icazə verilmirdi.  Kameradan xaricdə onların olduqları vaxt-gün ərzində 20 dəqiqə, həftə ərzində beş günlə məhdudlaşdırılmışdı və bu, təklikdə, yaxud daimi müşahidə altına keçirilirdi.  Onların qol saatı gəzdirmələrinə, öz şəxsi geyimlərindən istifadə etmələrinə və ya gündəlik tutmalarına icazə verilmirdi.  Bu cür ciddi rejim ölkə daxilində qismən uğurlu məhkəmə prosesi sayəsində, qismən də həbsxana həkimlərinin müdaxiləsi sayəsində tədricən zəiflədildi; sonuncular bildirirdilər ki, bu cür rejim müəyyən mənada məhbusların sağlamlığı üçün zərərlidir.

Tədbirlərin sərtliyinə qarşı Komissiya bu arqumentləri irəli sürdü ki, onlar məhdud müddətli olub (ətraf aləmdən təcridolunma cəmi bir ay davam edib), məhbuslar təhlükəli şəxslər olublaronlar aclıq elan etməklə sağlamlıqlarının bir qədər pisləşməsinə özləri səbəb olublaronlarla görüşmək istəyən ayrı-ayrı şəxsləri qəbul etməkdən imtina etməklə, təcrid olunmalarının səbəbkarı da qismən özləridirlər.  Komissiya hesab etdi ki, burada 3-cü maddənin tələb etdiyi minimum səviyyə baş verməyib.

Bir sıra başqa hallarda məhbuslar şikayət verdilər ki, həbsxana rəhbərliyi onlara olduqca etinasız yanaşır və ya onlarla amansız rəftar edir, bu isə 3-cü maddənin qeyri-insanin rəftar haqqında müddəasının pozulmasıdır.  Müəyyən kateqoriyalı işlərdə ərizəsçilər iddia edirdilər ki, qlaukoma, şəkər, ürək xəstəlikləri, beyinə qan sızması nəticəsində onun funksiyalarının pozulması, irsən kökəlməyə meyillə bağlı ciddi pozuntular zamanı lazımi tibbi yardım almırlar.  Komissiya belə hallarda 3-cü maddənin pozuntusunu aşkar etmədi.  Lakin Komissiya hər halda Urtadonun işində 3-cü maddənin pozulduğunu aşkara çıxardı; bu işdə ərizəçini məcbur etmişdilər ki, zorla həbsə alınarkən çirklənmiş geyimi geysin; həmin həbs zamanı onun qabırğası sınmış və onu altı ay ərzində müalicə etməmişdilər.  Onun işi dostcasına nizamlama ilə həll olundu .

 

 VAHİD ÖMƏROV,

 fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2015.- 2 noyabr.- S.23.