İnsan hüquqları və ölkədən xaricetmə

 

 

     Konvensiyadakonkret ölkədə daimi yaşayış yerinə malik olmaq hüququ barədə, nə də ölkədən xaric edilməmək hüququ barədə heç şey deyilmir, hərçənd ki, 4 saylı Protokolun 4-cü maddəsi əcnəbilərin kütləvi surətdə ölkədən çıxarılmasını qadağan edir. Lakin Komissiya ara-sıra elə ərizələrlə məşğul olur ki, orada ayrı-ayrı şəxslər dövlətin onları təhvil vermək və ya ölkədən xaric etmək qərarına etiraz edərək, buna əsaslanırlar ki, təhvil verilmə və ya ölkədən çıxarılma ona gətirib çıxaracaqdır ki, onlara qarşı 3-cü maddə pozulmaqla rəftar ediləcəkdir.

     Komissiya belə hallarda, yəni ölkədən çıxarma və ya təhvil vermə müstəsna hallarda Konvensiyaya, o cümlədən, 3-cü maddəyə zidd olduqda (şəxsin həmin maddə ilə qadağan edilən rəftara məruz qalacağını güman etməyə tutarlı əsaslar olarsa), əməl edilməsi zəruri olan normaları formulə etdi.  Beləliklə, Komissiya, həmçinin deportasiyanı həyata keçirən ölkənin təkcə daxili məhkəmə proseduralarını araşdırmaq hüququnu yox, həm də fərdin göndəriləcəyi ölkədə məruz qala biləcəyi riskləri araşdırmaq hüququnu özündə saxlayır.

     Komissiya Danimarkaya qarşı ərizələrə və Almaniya Federativ Respublikasına qarşı ərizəyə baxarkən, yenə də həmin standartlara müraciət etdibu qərara gəldi ki, ordudan fərarilik etməyə görə cinayət təqibi 3-cü maddənin pozuntusu deyil.  Niderlanda qarşı şikayətdə Pakistan vətəndaşı olan ərizəçi belə bir əsasa görə siyasi sığınacaq istəmişdi ki, müəyyən partiyaya üzv olması onu öz ölkəsində təqib olunma təhlükəsinə məruz qoymuşdu.  Komissiya qeyd etdi ki, riskə yalnız partiyanın yüksək rütbəli üzvləri məruz qalıblar və 3-cü maddənin pozuntusunu aşkar etmədi.

     Almaniya Federativ Respublikasına qarşı isə, öz ölkəsində aktiv siyasi fəaliyyətlə məşğul olmuş Türkiyə vətəndaşı iddia edirdi ki, onun Türkiyəyə təhvil verilməsi ona gətirib çıxaracaqdır ki, o, 3-cü maddə pozulmaqla, işgəncələrə məruz qalacaq, həmçinin məhkəmənin hökmünə əsasən qeyri-münasib müddətdə həbs cəzasına və siyasi təqibə məruz qalacaqdır.  Komissiya bu ərizəni qəbul edilən saydı və aşağıdakıları qeyd etdi: "Şübhə yoxdur ki, bu ölkədə işgəncə halları vardır və hazırda bu sahədəki bütün risklər istisna edilə bilməz."

     Ərizəçinin özünü bütün təhlükələrdən müdafiə edilmiş şəxs kimi səciyyələndirmək olmaz.  Siyasi aktivist kimi onun keçmiş təcrübəsi və siyasi xadimin qatilləri barədə cinayət mühakimə icraatına onun maneə yaratması nəzərə alınarsa, tam istisna etmək olmaz ki, ona mühüm informasiya təqdim etmək iqtidarında olan şəxs kimi baxmaq olar, bunun nəticəsində isə, Konvensiyanın 3-cü maddəsilə bir araya sığmayan təzyiq metodlarından istifadə etmək niyyəti yarana bilər.

     Ərizəçi araşdırma qurtarana qədər intiham etməklə həyatını başa vurduKomissiya işi öz siyahısından çıxardı.

     Amerikanın işində Mərakeş kralını öldürmək cəhdində iştirak etmiş Mərakeş ordusunun zabiti Cəbəllüttariqə qaçmışdı.  Birləşmiş Krallıq onu təhvil vermək barədə Mərakeşin xahişinə dərhal reaksiya verdi.  Sonralar onun barəsində ölüm hökmü icra edildi.  Komissiya onun dul qalmış arvadının ərizəsini qəbul etməyi mümkün hesab etdi: son nəticədə, dostcasına nizamlama ilə həll olundu.

     Vilvarayax və başqalarının işində ərizəçilər 1987-ci ildə ayrı-ayrı vaxtlarda Şri-Lankadan Birləşmiş Krallığa gəlmiş və Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il tarixli Konvensiyasına (düzəlişlərlə) əsasən siyasi sığınacaq almaq barədə ərizə təqdim etmiş amillər idi.  Onlar iddia edirdilər ki, Şri-Lankaya qayıdacaqları halda təqiblərdən, həqiqətən ehtiyat edirlər, belə ki, orada onların özləri və ailələri Şri-Lanka ordusunda Tamil icmasına  münasibətdə hakimiyyətdən sui-istifadə hallarından əziyyət çəkmişdilər.  Onların ərizələrinə baxılmış və ərizələr daxili işlər naziri tərəfindən rədd edilmişdi.  Ərizəçilər Şri-Lankaya qaytarılmışdılar.  Birinci, ikinciüçüncü ərizəçilər bildirdilər ki, onlar (ikinciüçüncü ərizəçilər) Hindistanın sülhü mühafizə qüvvələri tərəfindən saxlanılaraq həbs edilmiş və amansız rəftara məruz qalmışlar.  Dördüncü ərizəçi isə bildirdi ki, o, polis tərəfindən həbs edilərək döyülüb.  Məhkəmə ərizəçilərin təhvil verilməsilə bağlı apellyasiyalarını dəstəklədi.  Sonradan onların Birləşmiş Krallığa qayıtmalarına və istisna qaydasında orada 12 ay müddətində qalmalarına icazə verildi.

     Ərizəçilər öz şikayətlərində bildirirdilər ki, onların Birləşmiş Krallıq tərəfindən Şri-Lankaya qaytarılmaları 3-cü maddənin pozuntusu idi, çünki bu halda onları təqib olunmaq kimi ciddi təhlükə gözləyirdi.  Məhkəmə qeyd etdi ki, 3-cü maddələrin əsas dəyərlərindən birini təcəssüm etdirməsi faktını nəzərə alaraq, riskin olması barədə məsələyə ciddi yanaşmaq lazımdır.  Lakin 1988-ci ilin fevralında Şri-Lankaya qayıdarkən, ərizəçilərin, həqiqətən 3-cü maddədə təsvir edilən rəftara məruz qalacaqları barədə təhlükəni gözləmək üçün heç bir mühüm əsas yox idi.  Həmin vaxt Şri-Lankanın şimalında və şərqində vəziyyət yaxşılaşmışdı.  Ayrı-ayrı toqquşmalar baş versə də, 1987-ci ilin iyul sazişinə əsasən, siqnal təhlükəsizlik qüvvələrinin əvəzinə Hindistan sülhü mühafizə qüvvələri yeridilmişdiCafnada hərbi əməliyyatlara son qoyulmuşdu.  Bundan başqa, Qaçqınların İşləri üzrə BMT Komitəsinin könüllü repartriasiya proqramına əsasən, çoxlu sayda Tamil könüllü olaraq Şri-Lankaya qayıtmışdı.

     Ərizəçilərin əhvalatına və ümumi situasiyaya aid dəlillər heçondan xəbər vermirdi ki, onların vəziyyəti ölkəyə qayıdan çoxlu sayda başqa tamillərin vəziyyətindən pisdir.  Belə şəraitdə amansız rəftara dair, sadəcə ehtimal öz-özlüyündə 3-cü maddənin pozulması barədə məsələ qaldırmaq üçün kifayət deyil.  Geri qayıtdıqdan sonra pis rəftarla üzləşən ikinci, üçüncüdördüncü ərizəçilərə gəldikdə, onların işində heç bir özünəməxsus fərqli xüsusiyyət yox idi ki, daxili işlər nazirinin onların qayıdarkən amansız rəftara məruz qalacaqlarını qabaqcadan görə bilməsinə və ya görməli olmasına kömək etsin.  Bundan başqa, dördüncübeşinci ərizəçi şəxsiyyətlərini təsdiq edən sənəd olmadan geri göndərildiklərinə görə, bu fakt onların 3-cü maddə ilə yol verilən rəftarın hüdudlarından kənara çıxan amansız rəftarla bağlı real təhlükəyə məruz qalmayacaqlarını göstərirdi.

     Məhkəmə, həmçinin hərbi işə nazir tərəfindən hərtərəfli baxılmasını, eyni zamanda, sığınacaq almaq istəyən çoxlu sayda insanların Şri-Lankadan gəlməsilə əlaqədar olaraq Birləşmiş Krallığın hakimiyyət orqanlarının müvafiq bilik və təcrübəsini dəyərləndirdi.  Müvafiq surətdə, Məhkəmə bu nəticəyə gəldi ki, 3-cü maddə pozulmayıb.

     Bəzi təhvilvermə və ya ölkədən xaricetmə hallarında Komissiya və Məhkəmə öz təşəbbüsləri ilə hərəkət edərək, dövlətdən xahiş edirlər ki, güman edilən hərəkətlərdən vaz keçsinçox vaxt dövlət bununla razılaşır.  Məsələn, Konvensiyanın orqanları uşaqların ölkədən çıxarılmasilə bağlı bir çox hallarda bu cür hərəkət edirlər.

     Niderlanda qarşı işdə deyilir ki, milliyyətcə türk olan oğlan deportasiya haqqında əmr qorxusu altında yaşayırdı.  Onun ailəsi daimi olaraq İsveçdə yaşayırdı. Beləliklə, onun deportasiyası ona gətirib çıxaracaqdı ki, Türkiyədə o özü öz qayğısına qalmalı olacaqdı.  Bu işdə tərəflər dostcasına nizamlamaya nail oldular, bunun nəticəsində yaşayış üçün icazə verildi (Nəsrinin işi üzrə Məhkəmənin qərarı (1995)).

     Giyamanın işində də dostcasına nizamlama əldə edildi; bu onunla bağlı idi ki, ərizəçi dəfələrlə deportasiyaya məruz qalmaqdan əziyyət çəkirdi, belə ki, onkn nə şəxsiyyətini, nə də milliyyətini dəqiq müəyyən etmək mümkün idi.  Nizamlamanın şərtlərinə əsasən, Belçikanın hakimiyyət orqanları ərizəçini Seneqala mühacirət üçün sənədlərlə təchiz etdilər, çünki o, özü bunu istəyirdi və özünün yol xərcini çəkmişdi.

     Başqa hallarda, yetkinlik yaşına çatmayanların deportasiyası etiraz doğurarkən, 8-ci maddəyə əsasən ailə həyatına olan hüquqla, habelə amansız rəftarla bağlı məsələlər qaldırıldı.  Belə hallarda Komissiya və Məhkəmə ərizələrə 8-ci maddənin işığında baxırdılar, habelə 3-cü maddənin güman edilən pozuntusuna baxmağın məcburi olmadığını elan edirdilər.

     Ölüm cəzasını gözləmə. Kirkvudun işində San-Fransiskoda adam öldürməkdə şübhə edilən ərizəçi Londonda həbs olunmuşdu.  Birləşmiş Ştatların hakimiyyət orqanları onun təhvil verilməsini xahiş etdilər.  Ərizəçi iddia edirdi ki, ittiham tərəfinin bu işdə ölüm hökmü çıxarılmasında təkid etməyəcəyi barədə Birləşmiş Ştatların vədləri onu bu cür hökmdən müdafiə etmək üçün kifayət qədər ciddi təminat deyildi və əgər Kaliforniya ştatı onu təqsirli sayardısa, o, uzun müddət ölüm hökmünün icrasını gözləmək riskinə məruz qala bilər, bu zaman həbsdə saxlanma şəraiti və qeyri-müəyyənlik 3-cü maddə üzrə qeyri-insani rəftara bərabər olacaqdır.  Komissiya ərizəni açıq-aşkar əsassız saydı, çünki Kaliforniyanın verdiyi lazımi prosessual təminatlar 3-cü maddənin pozulmasına qarşı yetərli müdafiə vasitəsi idi.

     Sörinqin işində Almaniya vətəndaşı olan gənc ərizəçi şikayət təqdim etmişdi ki, Birləşmiş Krallıq hökumətinin onu Birləşmiş Ştatlara təhvil vermək barədə qərarı onun 3-cü maddə üzrə hüququnu belə bir əsasa görə pozur ki, o, ölüm cəzasına məhkum ediləcək və uzun müddət (6-8 il) Virciniya həbsxanasında ölüm hökmünün icrasını gözləmək şəraitində saxlanılacaq; orada xüsusilə sərt rejim müəyyən edilibölüm cəzasına məhkum edilənlərin homoseksualizmə məcbur edilməsi və fiziki zorakılığa məruz qalması barədə ciddi dəlillər vardır.  Kirkvudun işindən fərqli olaraq, burada Birləşmiş Ştatların hakimiyyət orqanları ölüm hökmü  üzərində təkid etməmək barədə heç bir təminat vermədilər.

     Ölüm hökmünün olmadığı Almaniya Federativ Respublikası da (Sörinqin işi üzrə) güman edilən cinayətlərə görə məhkəmə məsuliyyətinə cəlb etmək üçün gənc bir şəxsin təhvil verilməsini xahiş etmişdi.  Yekdilliklə qəbul edilən və Strasburq orqanlarının əvvəlki presedent hüququndan kəskin şəkildə kənara çıxan qərarında Məhkəmə 3-cü maddənin pozulduğunu təsdiq etdi.

      O bildirdi ki, Konvensiyanın potensial pozuntularının mövcud olması və ya hər hansı başqa formada təzahür etməsi barədə fikir söyləmək Konvensiya institutları üçün qeyri-normal praktikadır.  Lakin ərizəçi bildirirsə ki, onun təhvil verilməsi həyata keçirilərsə, bu, onu təhvil almaq istəyən ölkədə qabaqcadan bəlli olan nəticələr üzündən 3-cü maddəyə zidd olacaqdır, güman edilən əzabların ciddi və dönməz xarakteri nəzərə alınmaqla, bu prinsipdən geri çəkilmək zəruridir…

     Ümumiyyətlə, razılığa gələn dövlətin ədalət mühakiməsinin gizlənən şəxsi təhvil vermək qərarı 3-cü maddə ilə bağlı sual meydana çıxara bilər və deməli, həmin dövlətin Konvensiya üzrə məsuliyyətini doğura bilər… Burada qəbul edən ölkənin öz məsuliyyətini təsdiq etməsi və ya bu məsuliyyətin bərqərar edilməsi məsələsi qoyulmurKonvensiyaya görə istənilən məsuliyyət baş verdiyinə və ya baş verə bildiyinə görə, bu, şəxsi təhvil vermiş razılığa gələn dövlətin o mənada məsuliyyətini nəzərdə tutur ki, o, elə hərəkətlər etmişdir ki, onların birbaşa nəticəsi fərdlə amansız rəftardan ibarət olub.

     Məhkəmə pozuntu aşkar edərək, qeyd etdi ki, ərizəçi 18 yaşında ikən (yəni cinayətlər törədilən vaxtAvropa Şurasının üzvü olan dövlətlər dinc dövrdə ölüm cəzasını tədricən ləğv etdikləri vaxt), onun ruhi çatışmazlıqları olub.  Məhkəmə öz qərarını çıxardıqdan sonra Birləşmiş Krallıq Virciniya ştatının dövlət prokurorunun öhdəliyinə zəmanət verdi ki,  o, Sörinqə ölüm hökmü çıxarılmasına səy göstərməyəcəkdir: bir qədər sonra, o, Birləşmiş Ştatlara təhvil verirdi.

     Komissiya və Məhkəmə 3-cü maddə üzrə bir neçə işə baxdı ki, həmin işlərdə uşaqlar iddia edirdilər ki, cinayət cəzası qismində və ya məktəblərdə intizam sanksiyası qismində bədən cəzası ləyaqəti alçaldan rəftar və ya cəzadır.  Yuxarıda adı çəkilən Tirerin işində 15 yaşlı ərizəçi onların məktəbindən olan yuxarı sinif şagirdinə hücum etdiyinə görə çubuq zərbələrilə cəzalandırılmışdı.  Məhkəmə qərar çıxardı ki, Məhkəmənin təyin etdiyi bədən cəzasının xarakteri bundan ibarətdir ki, bir insan başqası üzərində zorakılıq həyata keçirir.  Bundan başqa, bu, qanuniləşdirilmiş zorakılıqdır, yəni sözügedən halda qanunla icazə verilən, dövlətin məhkəmə orqanlarının qərarı ilə həyata keçirilən zorakılıqdır… Beləliklə, ərizəçi hər hansı sərt və ya uzunmüddətli fiziki təsirdən əziyyət çəkməsə də, onunla hakimiyyət orqanlarının ixtiyarında olan obyekt kimi rəftar edilərək onun cəzalandırılması 3-cü maddənin əsas məqsədlərindən birinə - insanın ləyaqətini və fiziki toxunulmazlığını müdafiə etmək, qorumaq məqsədinə qəsd etməkdir.  İstisna etmək olmaz ki, bu cür cəza mənfi psixoloji nəticələr doğura bilər. Kempbell və Kozansın işində iki uşağın valideynləri bildirirdilər ki, ingilis dövlət məktəbində intizam tədbiri qismində bədən cəzasının tətbiqi uşaqların 3-cü maddə üzrə hüquqlarını pozur.  Məhkəmə qərar çıxarır ki, bədən cəzasına məruz qalmaq təhlükəsi alçalmanın və ya təhqirin elə səviyyəsi deyil ki, 3-cü maddə üzrə müdafiənin təsiri altına düşə bilsin.  Lakin daha sonra Birləşmiş Krallığa qarşı işə baxılarkən, aydın oldu ki, ərizəçi faktiki bədən cəzasına məruz qalıb və Komissiya aşağıdakılara əsasən 3-cü maddənin pozulduğunu aşkar etdi. Komissiya qeyd etməyi zəruri sayır ki, bu işdə səlahiyyətli yerli təhsil orqanları bədən cəzası barədə heç bir rəsmi qayda tərtib etməyiblər və bu cür cəzanın tətbiqi ayrı-ayrı məktəb rəhbərlərinin ixtiyarına verilib.

      O, buna xüsusi əhəmiyyət verir ki, cəza bir şəxs tərəfindən başqa şəxsin qarşısında, dövlətdaxili qanunvericiliyə görə nikah yaşı 16 yaşında qıza fiziki zərbə vurmaqdan ibarət olub.  Bundan başqa, heç də demək olmaz ki, ərizəçiyə vurulan cismani zərbələr sırf trivial (adi, bayağı) xarakter daşıyıb.  Həmçinin, bunu da istisna etmək olmaz ki, belə cəzanın mənfi psixoloji nəticələri də olub.

    

     VAHİD ÖMƏROV,

     fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2015.-3 noyabr.- S.15