Azərbaycan ilk dəfə Oslo Dünya Musiqi Festivalında

 

Norveç Krallığının paytaxtı Oslo şəhərində dünyanın 15 ən yaxşı beynəlxalq musiqi festivalından biri sayılan «Oslo Dünya Musiqi Festivalı» keçirilib. Dünyanın müxtəlif ölkələrindən gəlmiş 300-dən çox musiqiçinin iştirakilə altı gün davam edən festivalda Azərbaycan musiqisi təmsil olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Oslo Azərbaycan Evinin rəhbəri Ramil Əliyev bildirib ki, Azərbaycan musiqiçiləri bu il ilk dəfə «Oslo Dünya Musiqi Festivalı»na dəvət alıblar. Festival çərçivəsində UNESKO tərəfindən dünyanın qeyri-maddi irsi sayılan muğamın ən yaxşı ifaçılarından biri, Azərbaycanın xalq artisti Alim Qasımov əməkdar artist Fərqanə Qasımovanın konserti keçirilib. Konsert Oslonun ən görkəmli məkanlarından biri olan Yakob kilsəsində baş tutub.

Konsertin təşkili Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO), Oslo Azərbaycan Evi «Oslo Dünya Musiqi Festivalı» təşkilat komitəsinin yaxından əməkdaşlığı sayəsində baş tutub. Anşlaqla keçən konsertdə Norveç Krallığının Azərbaycan Respublikasındakı Fövqaladə Səlahiyyətli səfiri Baard Ivar Svendsen, yerli musiqiçilər, incəsənət mədəniyyət xadimləri, Oslodakı Azərbaycan diasporunun nümayəndələri burada təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Ramil Əliyev Azərbaycanın gələcəkdə «Oslo Dünya Musiqi Festivalı»nda iştirakını təmin etmək, musiqimizi beynəlxalq festivallarda təqdim etmək üçün rəhbərlik etdiyi təşkilat tərəfindən dəstək göstəriləcəyini bildirib.

ZÜMRÜD

Səs.- 2015.- 4 noyabr.- S.11.