Məcburi və ya icbari əməyin qadağan edilməsi haqqında müddəaya daxil edilməyən situasiyalar

 

    

     4-cü maddənin  3-cü bəndində qeyd edilən dörd kateqoriyası, 4-cü maddənin 2-ci bəndində yer alan qadağa nəzərə alınmadan, əmək və qulluq barədə göstərişin ola biləcəyi (başqa şəxslərin maraqları naminə dövlət ya qanun tərəfindən) situasiyalara aiddir.  Əsas qayda kimi bu müddəa BƏT-in 1930-cu il Konvensiyası sayəsində tətbiq edilir.

     Birinci kateqoriyaya elə əmək aiddir ki, həmin əməyə - 5-ci maddəyə əsasən, azadlıqdan məhrum edilmiş şəxslər cəlb edilirlər.  Bu, o deməkdir ki, həbsxanada və ya ona oxşar müəssisələrdə - xəstəxanalar da daxil olmaqla - əmək qadağan edilmir.  İstisna yalnız "adi həbsdə saxlanma şəraitindəki" əməklə bağlı tətbiq edilir; bu isə, avaralıq haqqındakı işdə Məhkəmənin qeyd etdiyi kimi, o deməkdir ki, əmək məhbusun islah olunmasına yönəlib.

     Bu halda Komissiya belə fikrə gəldi ki, avaralığa görə həbsdə saxlama 5-ci maddədə, o cümlədən, 5-ci maddənin 4-cü bəndində (burada azadlıqdan məhrum edilən hər bir kəsin araşdırmaya olan hüququndan söhbət gedir, belə ki, həmin araşdırmanın gedişində məhkəmə şəxsin tutulmasının qanuniliyi məsələsini həll edir) qeyd edilən şərtlərə uyğun deyil.  Buna görə də Məhkəmə bu nəticəyə gəldi ki, ərizəçilərin həbsdə saxlanarkən cəlb edildikləri əməyə Konvensiyanın 4-cü maddəsinin 3-cü bəndinin "a" yarımbəndi əsasında haqq qazandırmaq olmaz.  Lakin bu halda Məhkəmə, həmçinin 5-ci maddənin 4-cü bəndilə təminat verilən hüquqların pozuntusunu aşkar etdi, 3-cü maddənin pozuntusunun isə baş vermədiyi nəticəsinə gəldi.  Faktiki olaraq onun fikri bundan ibarət idi ki, 4-cü maddənin 3-cü bəndinin "a" yarımbəndi, adətən Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinə əsasən, azadlıqdan məhrum edilən şəxslərin cəlb edildikləri əməyə icazə verir.

     İkinci kateqoriya hərbi qulluğaya əqidələrinə əsasən hərbi qulluqdan imtina edən şəxslərin cəlb edildikləri qulluğa (buna yol verilən ölkələrdə) aiddir.  Komissiyanın fikrincə, bu, könüllülük əsasında hərbi qulluğa da aiddir.  Yuxarıda qeyd edilən, hərbi-dəniz qüvvələrində qulluğa daxil olan dörd gəncin işində Komissiya 4-cü maddəsinin 3-cü bəndinin "a" yarımbəndilə 1930-cu il tarixli BƏT-in Konvensiyasının 2-ci maddəsinin 2-ci bəndinin "a" yarımbəndi formulları arasındakı fərqi qeyd etdi; BƏT-in Konvensiyasında deyilir:    "Bu Konvensiyanın məqsədlərindən ötrü "məcburi və ya icbari əmək" termini məcburi hərbi xidmət haqqında qanunlara əsasən tələb edilən və sırf hərbi xarakterli üçün tətbiq edilən hər cür işiya qulluğu əhatə etmir."

     BƏT-in Konvensiyasında istifadə edilən "məcburi hərbi xidmət haqqında qanunlara əsasən, tələb edilən hər cür ya qulluq" termini Birləşmiş Millətlər Təşkilatının və Avropa Şurasının bütün layihələrində əvvəlcədən "hərbi xarakterli istənilən qulluq" terminilə əvəz edildiyinə görə, güman etmək olar ki, "məcburi" sözü buraxılarkən, şəxsin könüllülük əsasında daxil olduğu qulluğu davam etdirmək öhdəliyini də əhatə etmək nəzərdə tutulurdu.

     Konvensiyada, həmçinin məcburi hərbi xidmət əvəzinə, əqidəsinə istinad edərək, hərbi xidmətdən imtina edənlər üçün "tələb olunan mülki xidmətdən" söhbət getməsi faktı heço demək deyil ki, Konvensiyada bu cür alternativ xidmət hüququ öz əksini tapıb.  4-cü maddənin 3-cü bəndinin "b" yarımbəndinə  "hərbi xidmətdən əqidəyə görə imtina etmənin qanuni hesab edildiyi ölkələrdə" imtina etmələrini tanımaq  ya tanımamaq barədə razılığa gələn dövlətlərə seçim etmək imkanı verir və əgər dövlət bunu tanıyırsa, həmin şəxslərə hər hansı alternativ  xidmət imkanı verir.  Bu, o deməkdir ki, öz əqidəsinə istinad etməklə hərbi xidmətdən imtina etmə Konvensiyanın 9-cu maddəsinə əsasən vicdan azadlığının həyata keçirilməsidir.

      Hər halda Komissya bildirdi ki, Konvensiyanın 4-cü maddəsinin 3b bəndində müəyyən edildiyi kimi, 9-cu maddə, öz əqidəsinə istinad etməklə hərbi xidmətdən imtina edən şəxslərin imtinasını tanımaq öhdəliyini və deməli, onların məcburi hərbi xidmətinə təsir göstərdiyi dərəcədə vicdandin azadlığına olan hüquqlarını həyata keçirmələri üçün xüsusi tədbirlər görmək öhdəliyini dövlətin üzərinə qoymur.

     Üçüncü kateqoriya əsasən, fövqəladə situasiyaya fəlakət cəmiyyətin həyatına və ya rifahına təhlükə yaradırsa, "qulluq" məcburi qaydada həyata keçirilə bilər.

     İvensenin işində 1956-cı və 1960-cı illərdə Norveçin şimalında dövlət stomatologiya xidmətində və məktəbdə diş həkimliyi praktikasında yaranmış situasiyaya Norveç hökuməti Norveçin şimalında fövqəladə və cəmiyyətin rifahına təhlükə yaradan situasiya kimi baxırdı.  Bu işdə ərizəçi şikayət edirdi ki, onun Norveçin  şimalında dövlət səhiyyəsində məcburi qaydada qulluq etməsi məcburi əməyə bərabərdir, bu isə Konvensiyanın 4-cü maddəsinə ziddir.

     Onun ərizəsi dəstəklənmədi və bu ərizənin qəbul edilməzliyi barədə qərar qəbul edən zaman Komissiya qismən ona əsaslanırdı ki, qadağanı hərfi mənada qəbul etmək olmaz, halbuki Komissiyanın iki üzvü hesab edirdilər ki, bu, qadağan haqqında müddəaya daxil edilməyən istisnalardandır və ya situasiyalardandır ki, fövqəladə vəziyyət kimi qiymətləndirilə bilər.  Komissiyanın başqa üzvləri (dörd üzv) ərizəni mahiyyəti üzrə öyrənmək niyyətində idilər.  Komissiya gəldiyi nəticədə Beynəlxalq Əmək Təşkilatının müvafiq müddəasına istinad etdi; həmin müddəa "məcburi əmək" anlayışını elə işlərin dairəsilə məhdudlaşdırır ki, bunlar "ədalətsiz" və ya "amansız" hesab edilirlər.  Məcburi əməyə anlayış verilməməsi şəraitində bu cür şərhi istisna etmək olmaz, hərçənd, aydındır ki, o, doğru deyil.  Bununla bağlı Komissiya belə nəticəyə gəldi ki, İvensen tamamilə əsaslı olaraq cəmiyyətin rifahına təhlükə yaradan fövqəladə situasiyada "qulluğa" cəlb edilmişdi və beləliklə də, bu, məcburi və ya icbari əmək deyildi .

     Dördüncü kateqoriyaya "adi mülki vəzifələrin" bir hissəsini təşkil edən istənilən ya qulluq aiddir.  Əsas məqsəd bütün vətəndaşların malik olduqları öhdəlikləri, məsələn, köməksizlərə yardım etmək, vergiqoyma məqsədlərindən ötrü rəsmi sənədləri doldurmaq, təhlükəsizlik qaydalarına əməl etmək və başqa analoji fəaliyyət növlərindən ibarət öhdəlikləri nəzərə almaqdan ibarətdir.  Karlhaynts Şmidtin işində Məhkəmə 4-cü maddənin 3-cü bəndinin "d" yarımbəndinin pozuntusunu aşkar etdi, belə ki, Avstriya hökuməti kişi cinsindən olan vətəndaşlardan yanğın briqadasında qulluq etməyi, yaxud bunun əvəzində maliyyə haqqı ödəməyi tələb edirdi.  Məhkəmə cinsi əlamətə görə ayrı-seçkiliklə bağlı verilən ərizələrə baxmaqdan imtina etdi.

     Sonuncu kateqoriyaya hər bir peşəyə aid olan xüsusi vəzifələri (həkimlərin xəstələrə baş çəkmək, əczaçıların dərman hazırlamaq, hüquqşünasların müştərilərə ödənişsiz yardım göstərmək vəzifələri) aid edib-etməmək məsələsi, hələlik həll edilməmiş qalır.  Van der Müselin işində gənc hüquqşünas bildirirdi ki, ondan yoxsul müştərilərə pulsuz hüquq yardımını göstərməyin tələb edilməsi icbari əməyə bərabərdir.  Komissiya AvstriyaAlmaniya hüquqşünaslarından daxil olmuş şikayətlərdə toxunulan və əvvəllər baş vermiş bu cür halları nəzərdən keçirdi.  Bu məsələ barədə müxtəlif qərarlar qəbul edilmişdi, onların bir qismi bəzi şikayətləri təmin etmişdi, lakin həmin qərarlar 4-cü maddənin şərhi barədə məsələni həll etmədi.

     Van der Müselin işində Komissiya üzvlərinin çoxluğu kimi, Məhkəmə də belə nəticə çıxardı ki, bütün hallar nəzərə alınmaqla, Belçika qanunvericiliyinin müəyyən etdiyi vəzifələr 4-cü maddənin 2-ci bəndində nəzərdə tutulan icbari əməyə bərabər deyilbuna görə də istənilən halda sözügedən işin 4-cü maddənin 3-cü bəndindəki "adi vətəndaşlıq vəzifələrinin bir hissəsi olan ya xidmət" formulunun qüvvəsi altına düşüb-düşməməsini aydınlaşdırmağa ehtiyac yoxdur.  Məhkəmə bu nəticəyə gələrkən, bir çox amilləri qeyd etdi.  Məsələn, sözügedən hüquqşünaslar üçün adi idi; üzərinə qoyulan vəzifələr ərizəçinin praktiki tədrisinə yardım edirdionda sosial həmrəylik elementi vardı; ərizəçinin üzərinə düşən yük onun işinin ümumi həcminə mütənasib idi.  Nəhayət, Məhkəmə qeyd etdi ki, zəhmət haqqı, yaxud çəkilən xərclərin əvəzi ödənilmədən hüquq yardımı göstərmək öhdəliyi Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin "c" yarımbəndinə əsasən pulsuz hüquq yardımı almaq hüququnu təmin etmək vasitəsidir.  Məhkəmənin fikrincə, burada 3-cü maddənin ümumi maraqlara dair aparıcı ideyasının və 4-cü maddənin fundamental məqsədlərinin işığında işin bütün hallarını öyrənmək lazım idi.

     Müəyyən dərəcədə bu bəndin əsasında sosial həmrəylik konsepsiyası dururhesab etmək olmaz ki, o, ağlabatan deyil.  Həm də bu, barəsində 4-cü maddənin 3d bəndində söhbət gedən "adi vətəndaşlıq vəzifələrinə" oxşar vəzifə idi.

     Bu işlərin həllində Strasburq orqanları tələb olunan işinya qulluğun peşə üzrə adi işin bir hissəsi olub-olmaması məsələsinə mühüm əhəmiyyət veriblər.  Əgər bu, belədirsə, o zaman görülən işinya qulluğun ədalətsiz, yaxud qəddar olması, yaxud həmin işinya qulluğun məhrumiyyətlərə səbəb olması barədə tələb özünü doğrultmur.

          Bəzi ölkələrdə cinayət işlərinə dair hüquq normaları elədir ki, son dərəcə zəruri hallar istisna olmaqla, hakim qabaqcadan həbs və ya tutma barədə qərar çıxarmayıbsa və ya bunu təsdiq etməyibsə, həbsi və ya tutmanı həyata keçirmək olmaz.  Bu məsələdə Konvensiya bu dərəcədə irəli getmir.

     Fərdi tutub saxlayan orqan onu hakimin yanına gətirməlidir.  Bu, o deməkdir ki, həmin orqan fərdi kameradan çıxararaq, məhkəmə zalına gətirməlidir ki, hakim onu şəxsən görə və eşidə bilsin.  Hakimin müstəqilliyi və onlar arasındakı şəxsi görüş 5-ci maddənin 1-ci bəndinin "c" yarımbəndinin və deməli,  həm də 5-ci maddənin  3-cü bəndinin qüvvəsi altına düşən istənilən şəxs üçün əsas təminatlardır.  Müdafiəçinin və tutulan şəxsin başqa nümayəndələrinin həmin görüşdə iştirakı vacib deyil.

     5-ci maddənin 3-cü bəndinin müddəalarının ölkə daxilində həyata keçirilməsi ilə bağlı yaranan suallardan biri "qanunla məhkəmə hakimiyyətini" həyata keçirmək səlahiyyəti verilmiş "digər vəzifəli şəxs"lə bağlıdır.  Milli Cinayət-Prosessual məcəllələrində, məsələn, araşdırmanı aparan hakimlərlə birinci instansiya məhkəmələri arasında fərq qoyula bilər.  Birinci qrupa aid hakimlər təqsirlilik məsələsini həll etmir, təqsirləndirilən şəxsin işini məhkəmə baxışına hazırlayırlar və onların topladığı dosyelər ittihamçıya verilir, o isə rəsmi ittiham aktını qəbul edir.  İttiham tərəfilə məhkəmə hakimiyyəti arasındakı bu cür əməkdaşlıq şəraitində məhkəmə baxışının məqsədləri baxımından hakimin müstəqilliyilə bağlı problemlər yarana bilər.  Lakin 5-ci maddənin 3-cü bəndi baxımından həmin müstəqillik şübhə altına alınmamalıdır.  Şəxsin tutulmasına dair məsələyə baxmaq haqqında qərarı məhkəmə korpusunun tərkibində olan hakim yox, idarəetmənin icra qanadına, məsələn, ittiham tərəfinə aid olan başqa vəzifəli şəxs çıxardıqda, məsələ tamam başqa cür olur.  Məsələn, İsveçrənin bəzi yerlərində tutma məsələlərinə baxmaq səlahiyyəti dövlət ittihamçısına  verilibŞisserin işində Məhkəmə bu sistemə əməl etdi.  Lakin o, konkret hallarda müstəqil funksiyanı da vurğuladı.  Eyni şəxsin araşdırmaya rəhbərlik etməsi və tutma haqqında məsələyə baxılması mərhələsində hərəkət etmək səlahiyyətlərinə malik olması, çətin ki, məqbul sayılsın.

     Qeyd olunanları ümumiləşdirib belə bir nəticəyə gəlmək olar ki, yaşamaq hüququndan irəli gələn prosessual öhdəliklər təkcə qəsdən adamöldürmə hallarının səmərəli istintaqilə məhdudlaşmır.  Dövlət, habelə hakimlərin səhlənkarlığı və digər qanunsuz əməlləri nəticəsində baş vermiş ölüm hallarının tamobyektiv araşdırılmasına və təqsirli şəxslərin cəzalandırılmasına görə məsuliyyət daşıyır.

     Azərbaycan Respublikasının Uşaqların Hüquqları Haqqında Qanunun 22 maddəsində uşaqların təhsil hüququ dövlət tərəfindən təmin olunur və qorunmasını dövlət öz üzərinə götürür.  Bu qanun uşaqların icbari ümumi orta təhsildən yayındırılmasını qadağan edir.  Həmçinin, İnzibati Xətalar Məcəlləsi uşaqların təlim və tərbiyəsini lazimi qaydada yerinə yetirməyən valideynlər xəbərdarlıq edilirya şərti maliyyə vahidi məbləğinin iyirmi mislindən qırx mislinədək miqdarda cərimə edilir.  Əmək Məcəlləsinin 9 maddəsində qeyd edilir ki, alkoqoltütün məmulatlarının uşaqlara satılması, əmək şəraiti ağır, zərərli olan yerlərində, o cümlədən yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, habelə onların əxlaqi kamilliyinə mənfi təsir göstərən gecə klublarında, barlarda, eləcə də spirtli içkilərin, tütün məmulatlarının, narkotik vasitələrin və preparatların istehsalı, daşınması, satışı və saxlanılması işlərində uşaq əməyinin tətbiq edilməsi qadağandır.  "Uşaq əməyinin ən pis formaları" haqqında 1999-cu il Konvensiyasının 3 maddəsində qeyd edilən uşaq əməyinin formaları (köləliyin bütün formaları və ya köləliyə oxşar təcrübə, məsələn, uşaqların satılması və uşaq alveri, borc və təhkimçilik asılılığı, habelə məcburi və ya icbari əmək, o cümlədən, uşaqlardan silahlı münaqişələrdə istifadə edilməsi üçün onları məcburi və ya icbari surətdə cəlb etmə, fahişəliklə məşğul olmaq, pornoqrafik materialların istehsalı, yaxud pornoqrafik tamaşalar üçün uşaqdan istifadə etmə, onu cəlb etmə ya təklif etmə, müvafiq beynəlxalq müqavilələrdə müəyyən edildiyi kimi, hüquqa zidd fəaliyyətlə məşğul olmaq üçün, xüsusilə, narkotik maddələrin istehsalı və satışı üçün uşaqdan istifadə etmə, onu cəlb etmə və ya təklif etmə, öz xarakterinə və ya yerinə yetirildiyi şəraitə görə uşaqların sağlamlığına, təhlükəsizliyinə və ya mənəviyyatına ziyan vura biləcək ) beynəlxalq səviyyədə qadağan olunubİlham Əliyevin imzaladığı 13 yanvar 2004-cü il tarixli N 585-IIQ qərarla qüvvəyə minib. 

    

     VAHİD ÖMƏROV,

      fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2015.- 5 noyabr.- S.15.