Heç bir qərəzli dairə Azərbaycanla təzyiq dilində danışa bilməz

Nurlana Əliyeva: "Bu, Ulu Öndər Heydər Əliyev siyasətinin məntiqi nəticəsi, Prezident İlham Əliyev siyasətinin uğurudur"

 - Nurlana xanım, ölkəmizdə növbəti parlament seçkiləri keçirildi və Azərbaycanda seçkiləri müşahidə etmiş bir çox beynəlxalq müşahidəçilər missiyası prosesi yüksək qiymətləndiriblər. Sizin bu prosesə dəyərləndirməniz necədir?

 - Azərbaycanda keçirilən parlament seçkiləri, həqiqətən də bütün parametrləri və demokratik xüsusiyyətlərilə digər ölkələrdəki seçkilərdən fərqləndi. İlk növbədə, seçkilərin təşkili, MSK-nın fəaliyyəti bu prosesdə xalqın iştirakı, namizədlərin təbliğat-təşviqat kampaniyaları demək olar ki, ən yüksək səviyyədə baş tutdu. Təbii ki, bütün bunların əsası ilk növbədə ölkəmizdə mövcud olan demokratik mühitin bariz göstəricisidir. Xatırlatmaq yerinə düşərdi ki,  Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə seçki prosesinin təkmilləşdirilməsi, bu təkmilləşmənin Seçki Məcəlləsində də öz əksini tapması, eləcə də parlamentdə bu istiqamət üzrə seçkilər haqqında qanun qəbul edildikdən sonra ölkədə bu proesesə münasibət inkişafa doğru dəyişdi. Çünki demokratik seçkilər sabit vətəndaş cəmiyyətinin və hər bir dövlətin mütərəqqi inkişafının əsasını təşkil edir. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası bu sahədə əsas prioritetləri müəyyən etmişdir. Onları rəhbər tutaraq Azərbaycanda ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə azad və mütəmadi keçirilən seçkilərin hüquqi bazası yaradılmışdı. 1997-ci ildən başlayaraq Azərbaycan rəhbərliyinin siyasi iradəsinə uyğun olaraq, müasir standartlara cavab verən seçki qanunvericiliyinin təsis edilməsi məqsədiilə Azərbaycan hökumətilə Avropa qurumları arasında yaxından əməkdaşlığa start verilmişdi. Avropa Şurasının üzvü olduqdan sonra Azərbaycanın bu əməkdaşlıq çərçivəsi daha da genişləndirilmiş və bu prosesə Avropa Şurasının Venesiya Komissiyası da cəlb edilmişdir. Səmərəli əməkdaşlıq nəticəsində seçki qanunvericiliyinin unifikasiyası məqsədilə 2003-cü ilin mayında Azərbaycan Respublikasının Seçki Məcəlləsi qəbul edildi. Bu məcəllə də beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirildi. Beləliklə, seçkilərin daha demokratik tələblərə cavab verməsi üçün mütərəqqi müddəalar Seçki Qanunvericiliyndə öz əksini tapdı ki, bu gün həmin proses daha da inkişaf etməkdədir.  Ümumiyyətlə, hər birimizə bəllidir ki, parlament ölkənin siyasihüquqi sisteminin dayaqlarından  biridir. Burada qəbul edilən qanun və qərarlar təbii olaraq ölkənin ictimai-siyasi həyatına öz təsirini göstərir. Azərbaycanda sosial ədalət prinsipinə söykənən müasir cəmiyyətin yaranmasına Milli Məclis önəmli töhfəsini vermişdir. Siyasi sistemin dünya standartları səviyyəsinə yüksəlməsi, ölkənin iqtisadi qüdrətinin artması və demokratik proseslərin dərinləşməsi məqsədilə hüquqi bazanın yaradılması və təkmilləşdirilməsi həmişə Milli Məclisin diqqət mərkəzində olmuşdur. Bu, eyni zamanda Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş milli inkişaf strategiyasıdır ki, bu gün həmin strategiya Prezident İlham Əliyev tərəfindən  uğurla davam etdirilir. Azərbaycanın sosial-iqtisadis. inkişaf modeli bütün dünyada təqdir olunur ki, həmin faktor seçkilərin keçirilməsi kimi əhəmiyyətli məqamlarda da öz əksini tapır. Təbii ki, dövlət başçımız haqlı olaraq vətəndaş cəmiyyətinin yaradılmasını, demokratikləşmə prosesinin genişlənməsini, o cümlədən demokratik seçki amilini Azərbaycanın hərtərəfli inkişafı üçün başlıca şərt hesab edir. Biz bu seçkilərdə də həmin məqamın şahidi olduq.

 - Siz bu dəyişiklikləri nədə görür və hansı məqamları xüsusilə vurğulayardınız?

 -Təbii ki, vaxt getdikcə, illər ötdükcə seçki qanunumuz da cilalanaraq, mükəmməl standartlar səviyysinə qədər yüksəlib. Əvvəl də qeyd etdiyim ki, artıq bu gün Azərbaycanda keçirilən seçki dünyanın ən inkişaf etmiş ölkələrində keçirilən seçkilərində daha mütərəqqi seçki olub. Hətta AŞPA-dan, MDB-dən, ayrı-ayrı xarici dövlətlərdən olan seçkiləri müşahidə missiyaları da bunu etiraf etdiklər kimi ən inkişaf etmiş Avropa və Qərb ölkələrində bu qədər yüksək, modern standartlara cavab verən seçkilər keçirilmir. Əlbəttə ki, bu ilk növbədə bizi qürurlandırır, bizi fərəhləndirir. Mən veb-kameraların qurlaşdırılmasından tutmuş, seçkilər prosesində seçki məntəqələrini onlayn şəkildə izlənilməsi məqamınadək olan amilə toxunmaq istərdim. Düşünün ki, siz evinizdə oturub, internet vasitəsilə istənilən seçki məntəqəsində gedən seçki prosesini izləyə bilərsiniz. Bu, bir yenilikdir. Özübu yeniliyi məhz Azərbaycan dövləti təşkil edib. Ümumiyyətlə, texnikis. cəhətlərdə tədbiq edilən standatlar xarici müşahidəçiləri valeh etmişdi. Eyni zamanda, vətəndaşların, seçicilərin seçki məntəqələrinə axınla getmələri, istədikləri namizədlərə səs vermələri də xarici müşahidəçilərin diqqətindən kənarda qalmadı. Bütün bunlar bizim qürurumuzu artırdı, bizim hansı demokratik prinsiplərə söykəndiyimizi digərlərinə nümayiş etdirdi.

Mən də respublika ərazisi üzrə seçkiləri müşahidə edən missiyanın tərklibində yer almışdım. Bütün qeyd etdiklərim amillərin hər birini şəxsən müşahidə etdim. Beləliklə, deyə bilərəm ki, bizim Seçki Məcəlləmiz təkmilləşmiş, mükəmməl bir seçki qanununa əsaslanır.

 - Nurlana xanım, Siz eyni zamanda Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının sədrisiniz. Hakim partiyanın seçkiöncəsi hazırlıqları, eləcə də parlamentə seçilmiş qadınlarımızın fəaliyyətləri barədə hansı fikirləri söyləyərdiniz?

 - İlk öncə vurğulamaq istərdim ki, Yeni Azərbaycan Partiyasının (YAP)  parlament seçkilərinə hazırlığı bir çox önəmləri, xüsusiyyətlərilə yadda qaldı. Partiya rəhbərliyi, İcra Katibliyi bu işdə çox mütərəqqi addımlar atdı. Yerlərdə seçki qərargahlarının fəaliyyəti, eyni zamanda namizədlərimizin təbliğat-təşviqat kampaniyalarının uğurla aparılması bir daha onu göstərdi ki, xalq bu partiyaya inanır, təşkilatımızın namizədlərini dəstəkləyir. O cümlədən, hazırlıq işlərinin seçki qanununa uyğun həyata keçirilməsi seçki günü öz müsbət nəticəsini göstərdi. Onu da qeyd edim ki, bizim xalqımız mütərəqqi xalqdır və kimə səs verəcəyini, düzgün seçim etməsini də yaxşı bilir. Öz hüquqlarını bilən xalq kimi bu seçkidə də YAP-ın irəli sürdüyü 69 nəfər xalq tərəfindən dəstək aldı. Əvvəlki seçkilərdə olduğu kimi, YAP Qadınlar Şurası bu seçkilərdə də partiyanın irəli sürdüyü namizədlərə dəstək olmaq kimi aksiya keçirdik. Bu aksiyalar Azərbaycanın bir çox rayonlarında baş tutdu. Keçirilən görüşlər zamanı həmin namizədlər qadınlara daha yaxından təqdim edilirdi və onların mövqeləri, fəaliyyətlərilə bağlı geniş məlumatlar verilirdi. YAP verdiyi namizədlərə görə düzgün seçim edib və dəyərli insanların namizədliyini irəli sürüb. Onların içərisində 21 nəfər qadın nümayəndələrimizin olması isə, əlbəttə ki, bizi çox sevindirir. Çünki bu, artıq millətin inkişafı deməkdir. Bir dövlətin parlamentində qadınlar təmsil olunursa, deməli, o ölkədə, cəmiyyətdə doğrudan da demokratiya və özünüdərk prosesi çox güclüdür. Milli təəssübkeşlik məsələsini də bu seçkilərdə daha çox hiss etdik. Builki seçkilər də bir daha sübut etdi ki, Azərbaycan xalqı mütərəqqi, demokratik bir ölkənin xalqıdır və qəbul olunmuş yeniliklərdən yerində mədəni şəkildə istifadə etməyə qadirdir. Bütün bunlar ölkə Prezidenti Cənab İlham Əliyevin apardığı uğurlu və məqsədyönlü siyasətin məntiqi nəticəsidir. Ona görə də demək istəyirəm ki, bu seçkilərdə Yeni Azərbaycan Partiyasının böyük rolu vardır. Çünki YAP cəmiyyətdə fəallığilə diqqətiçəkən və ən layiqli namizədlər irəli sürən yeganə siyasi partiyadır. Məhz Yeni Azərbaycan Partiyasının apardığı düzgün, məqsədyönlü siyasəti irəli sürülən namizədlərin xalq tərəfindən yekdilliklə qəbul edilməsində bir daha öz təsdiqini tapdı. YAP-ın qələbəsi məni çox sevindirir. Çünki çoxpartiyalı olan bir ölkədə xalqımız partiyanın məramına və məqsədinə inanır. YAP cəmiyyətimizin möhkəmləndirilməsi yönündə, cəmiyyətin daxili problemlərinin həlli istiqamətində mövqelərini çox yaxşı bilir. YAP-ın 700 minə yaxın üzvünün olması bir daha xalqın partiyaya inamının təsdiqidir. Həmin insanlar YAP-ın sıralarında birləşərək dövlətimizə, ölkə rəhbərinə dəstək olur, cəmiyyətimizin gündən-günə püxtələşməsi, təkmilləşməsi üçün hər kəs öz yerində fəaliyyət göstərir. YAP-ın üzvləri də bu əqidə ilə fəaliyyətlərini davam etdirirlər. Bu, Ulu Öndər Heydər Əliyev siyasətinin məntiqi nəticəsi,  Prezident İlham Əliyev siyasətinin uğurudur.

 - Nurlana xanım, son olaraq, Avropanın bəzi siyasiləşmiş QHT-lərinin, eləcə də ATƏT DTİHB-nin seçkilər prosesinə qərəz donu geyindirmək cəhdləri barədə də fikirlərinizi öyrənmək istərdik. Nəyə görə ölkəmizdə hər hansı bir önəmli ictimai-siyasi hadisə ərəfəsində, yaxud da prosesində onların yadlarına "demokratiya" düşür?

 - Doğrudan da, bu, çox təəssüfedici məqamdır ki, Azərbaycana qarşı qərəzlər, yersiz ittihamlar səngimir. İlk baxışdan görünən budur ki, Azərbaycanın müstəqil siyasət yürütməsi bir çox Qərb dairələrində narahatlıq yaradır. Ona görə də müxtəlif üsullarla ölkəmizi ləkələməyə, seçkilərqabağı siyasi vəziyyəti gərginləşdirməyə cəhd etdilər. Xalqın rəyi hər hansı bir seçkidə həlledicidir. Bu rəyin necə olduğunu hər seçkiqabağı yerli və beynəlxalq sorğu mərkəzləri öyrənirlər. Seçkilər günü keçirilən "EXİT-POLL"lar və onların göstərdiyi nəticələr də belə deməyə əsas verib. Yəni indiyədək keçirilmiş seçkilərdə seçkiqabağı keçirilən sorğuların nəticələri özünü doğruldub. Yəni xalq sorğuda da, seçkidə də eyni iradəni göstərir. Amma buna baxmayaraq, seçkidən əvvəl Azərbaycana yönəldilmiş qara piar kampaniyası aparıldı. ATƏT-in böyük bir missiyası xırda və əsassız bəhanələri gətirərək müşahidədən imtina etdi. Nəticə etibarilə bunun heç nəyə təsiri olmadı. Əksinə, Azərbaycanda seçkini müşahidə edən daha mötəbər missiyalar seçkilərin tam demokratik keçdiyini bəyan etdilər.

Ancaq Azərbaycan belə yersiz təzyiqlərə sinə gərməsi üçün kifayət qədər gücə və təcrübəyə malikdir. Bu təzyiqlər heç vaxt özünü doğrultmayıb. "Eurovision" və Avropa Oyunları ərəfəsindəki təzyiqlər bundan da güclü idi. Nəticəsi nə oldu? Həmin tədbirlər ən yüksək səviyyədə keçirildi. Bizi istəməyən qüvvələr bir daha əmin oldular ki, Azərbaycan heç də kiminsə təzyiqinə məhəl qoymayacaq. Artıq baş tutan parlament seçkilərilə bağlı da bizə qarşı edilən təzyiqlər zərrə qədər də effektə malik olmadı. Seçkini müşahidə edən ən mötəbər missiyalar razı qaldıqlarını və prosesin demokratik şəraitdə keçirildiyini bəyan etdilər. Bununla Azərbaycan bir daha haqq yolunda olduğunu, hakimiyyətlə xalqın həmrəy olduğunu, eyni zamanda, bu seçkilər Azərbaycanın olduqca demokratik bir ölkə olduğunu bir daha sübut etdi. Ən başlıcası isə, bəzi dairələrə bir xəbərdarlıq oldu ki, Azərbaycanla hədə dilində danışmaq yersizdirheç bir təzyiqlə bizi yolumuzdan döndərmək olmaz. Bunu isə dövlət başçımız, Cənab İlham Əliyev dəfələrlə öz çıxışlarında vurğulayıb. Hesab edirəm ki, artıq həmin dairələr də bundan nəticə çıxarıb, əsl reallığı, gerçək hadisələri dərk edəcəklər. Belə qərəzli dairələrin, sadəcə başqa çıxış yolları da qalmayıb.

 

RƏFİQƏ KAMALQIZI

Səs.- 2015.- 6 noyabr.- S. 7