Sənətkarlığın
yüksək zirvəsini fəth edən bəstəkar
Azərbaycan bəstəkarlıq məktəbinin ən parlaq şəxsiyyətlərindən olan Tofiq Quliyev 7 noyabr 1917-ci ildə musiqisevər bir ailədə dünyaya göz açıb. Musiqi qabiliyyətinin tez üzə çıxmasına baxmayaraq, sistemli musiqilə 12 yaşından məşğul olmağa başlayır və Azərbaycan Konservatoriyası nəzdində məktəbin fortepiano sinfinə daxil olur. Bəstəkar hələ sağlığında mahnı janrının aparıcı örnəyi olmuşdur. Gələcək bəstəkarın yaradıcılıq biçiminə onun ibtidai musiqi nəzəriyyəsi üzrə müəllimi, professional musiqi təhsili alan ilk Azərbaycan bəstəkarı Asəf Zeynallının böyük təsiri olmuşdur. Müəllimləri Aysberq və Ştrasserdən dərs alıb. Onun konservatoriya illəri çox səmərəli olub. Çox keçmədən, o, Rudolfdan bəstəkarlığın sirlərini öyrənməyə başlayır. 1930-cu illərdə bir çox gənc, istedadlı bəstəkarlar kimi T.Quliyev də folklor musiqisinin nümunələrini toplamaq və nota almaq işində böyük səy göstərir. "15 xalq rəqs" işləmələri, Azərbaycan mahnılarından ibarət 2 cild toplamalarda o, Bülbül ilə çiyin-çiyinə işləmişdir.
Müəlliminin məsləhətilə T.Quliyev 1931-ci ildə ilk əsərini - Azərbaycan poeziyasının fəxri M.Ə.Sabirin "Dərsə gedən bir uşaq" şeirinə mahnı yazır. 1934-cü ildə T.Quliyev Azərbaycan Konservatoriyasının fortepiano və dirijorluq fakültələrinə daxil olur, 1935-ci ildən isə onun Azərbaycan Dövlət Dram Teatrında dirijorluq fəaliyyəti başlanır. 1936-cı ildə bəstəkar Z.Baqnrovla birgə "Rast", "Segah", "Zabul", "Dügəh" muğamlarını fortepianoda hazırlayıb.
1938-ci ildən T.Quliyev Azərbaycan xalq musiqi nümunələrinin toplanması və yazılması işində fəallıq göstərir. Onun yazıya aldığı xalq mahnıları, rəqslər, muğamlar Azərbaycan folklorşünaslığını xeyli zənginləşdirib. Həmin ildə Ü.Hacıbəylinin təşəbbüsü ilə T.Quliyev bir neçə musiqiçilə Moskva Dövlət Konservatoriyasına oxumağa göndərilir. Moskvada klassik musiqi ilə yanaşı, T.Quliyev, həmçinin estrada musiqisi və xüsusən, caz ilə məşğul olur.
O, Aleksandr Sfasmanın rəhbərlik etdiyi estrada orkestrində
pianoçu idi. Bakıya qayıtdıqdan sonra Tofiq Quliyev təzəcə
yaratdığı orkestrin
fəaliyyətini dayandırmaq
məcburiyyətində qalır.
Böyük Vətən müharibəsi
başlanır və bəstəkar könüllü
surətdə 402-ci diviziyada
vətənə xidmət
etməyə gedir.
1939-cu ildə Bakıya qayıdır və 1941-ci ildə "Qırmızı ordu"
ansamblını yaradır.
402-ci diviziyanın tərkibində çalışan
ansambl üçün
müxtəlif patriotik
mahnılar yazır.
1943-cü ildə iki yerə bölünən
ansamblın "Qırmızı
flot" hissəsinə
rəhbərliyə başlayır.
Müharibədən sonra paytaxtımızdakı
bir çox teatrlarla əməkdaşlıq
edir. 1940-cı illərdə həm də kinoda işləməyə başlayır. Müharibədən
sonrakı illərdə
bəstəkarın yaratdığı
estrada orkestri
tez bir zamanda
bərpa olunur. Onun mahnıları ildırım
surətilə şöhrət
qazanır. Nəinki
respublikada, o zaman mərkəz olan Moskva və Moskva ətrafında dünyaşöhrətli müğənnimiz Rəşid Behbudovun sayəsində Tofiq Quliyevin adı məşhurlaşır.
1948-ci ildə T.Quliyev
İkinci Dünya müharibəsilə bağlı
Moskva Konservatoriyasında
dayandırılan təhsilini
dirijorluq və bəstəkarlıq fakültələrində
davam etdirir və 1954-cü ildə Konservatoriyanın aspiranturasını
dirijorluq sinfini uğurla başa vurur. Həmin illər T.Quliyev
dirijor kimi çıxış edir.
Bir sıra simfonik və kamera-instrumental əsərlər yaratsa da, onun parlaq
uğurları teatr və kinematoqrafa aiddir. Lakin Tofiq Quliyevin
yaradıcılığında ən aparıcı janr - mahnıdır.
Onun mahnıları nəinki Azərbaycanda, hətta ölkənin xaricində də geniş şöhrət qazanır.
Bu dövr üçün
bəstəkarın özəl
yaradıcılıq dəst-xətti
biçimlənir, yaratdığı
yeni üslubda milli-folklor əsası Avropa professional musiqi məktəbinin və Amerika cazının ənənələrilə üzvi
şəkildə uyuşur.
T.Quliyevin mahnılarını Rəşid
Behbudovla yanaşı,
Rauf Atakişiyev, Lütfiyar İmanov, Şövkət Ələkbərova
da məharətlə
ifa ediblər. O zamanlar məşhur
olan "Qaya" vokal instrumental ansamblı Tofiq Quliyevin mahnılarını zirvələrə
ucaldır. T.Quliyev mahnıların təravəti
bəstəkarın xalq
musiqisini dərin hiss etməyindən doğur. Tofiq Quliyev musiqisindəki, üslubundakı bənzərlik
bəstəkarın yaratdığı
çoxsaylı melodik
inkişaf xəttindən
doğur. Həm də
T.Quliyevin bir sənətkar kimi səciyyəvi cəhəti
ondan ibarətdir ki, o, insan səsini,
vokalçının səs
imkanlarını gözəl
duyan, bu imkanlara gözəl bələd olan bəstəkarlardandır. O, vokal cəhətdən düşünə bilir,
bir-birindən zəngin
ifadəli və obrazlı kantilena melodiyaları yaradır.
Forma cəhətdən tamamlıq,
lakonizm və bitkinlik onun mahnılarının
əsrarəngizliyini daha
da artırır. Bütün bu cəhətlər Tofiq Quliyevin orijinal musiqi
uslubunu təşkil edən xüsusiyyətlərdir. Azərbaycan musiqisinin
klassiki Üzeyir Hacıbəyovun ənənələrini
davam etdirərək, Tofiq Quliyevin musiqi dilindəki, diatonik major-minor Azərbaycan
xalq lad sistemilə üzvi birləşir.
Özünü göstərən
ifadəli, həm də gözlənilməz
parlaq modulyasiyasiyalar, yönəlmələr, lad dəyişkənliyi Tofiq Quliyevin harmonik dilinə xüsusi boya verir. 200-dən artıq mahnı yazan T.Quliyev mahnı melodik üslubunun təbiətini
gözəl duyur.
Tofiq Quliyev bəstəkarlıq
məktəbinin gözəl
ənənələrindən bəhrələnərək, Azərbaycan
estrada musiqisinin
yaradıcılarından birinə
çevrilir. Estrada musiqisinin müəlliflərindən
olan bəstəkar
1960-70-ci illərdə bir
çox beynəlxalq konfrans, festival və incəsənət günlərinin
iştirakçısı olub.
70-ci illərin sonlarında
bir çox uşaq və gənc musiqi müsabiqələri, o cümlədən
"Bakı payızı"nı yaradıb. 1969-cu ildən 1979-cu ilə qədər T.Quliyev birinci katib vəzifəsində Azərbaycan bəstəkarlar
ittifaqına rəhbərlik
edirdi. 1990-cı ildən
isə o, ömrünün
son günü - 2000-ci il oktyabrın 4-nə
kimi Azərbaycan Bəstəkarlar İttifaqının
İdarə Heyətinin
sədri vəzifəsində
çalışırdı. Tofiq Quliyev 2004-cü il oktyabr
ayının 4-də uzun
sürən xəstəlikdən
sonra vəfat edib.
T.Quliyev sənətkarlığın ən
yüksək səviyyəsində
duran, xalqın ən sevimli bəstəkarı olmağıyla
bərabər, bir insan kimi də
xalq tərəfindən
sevilmiş və qəbul olunmuşdu. Hər bir
insanla münasibətdə,
təmasda onun üstünlüyü həmişə
hiss olunurdu, çünki
o, çox yüksək
biliyə malik, müasir düşüncəli
bir şəxsiyyət
idi. Bu baxımdan,
T.Quliyev digər sənətkarlarımızdan hər
zaman seçilirdi.
T.Quliyev bəstəkarların içində
ən gözəl pianoçu idi. Yaşının çox olmasına
və uzun zaman məşq etməməyinə baxmayaraq,
Tofiq Quliyev piano arxasında əyləşəndə,
daim məşq edən ifaçını
xatırladırdı. Yəni təbiətən onun barmaqlarında texnika inkişaf etmişdi, barmaqlarında olan "şirinlik" musiqisinə
də sirayət etmişdi. Ona görə də
Tofiq Quliyevin elə bir mahnısı
yoxdur ki, o mahnı xalqın ürəyincə olmasın,
o melodiya xalq tərəfindən sevilməsin.
İstedad və böyük
mədəniyyətin vəhdəti
Ssenariyə görə T.Quliyev "Bəxtiyar" filminin bir hissəsində çox primitiv, şablon bir mahnı yazmalı idi. Hətta qəsdən "primitiv" yazılmış mahnı yenə də çox gözəl alınmışdı. O mahnı sonradan ən sevimli mahnıya çevrilmişdi və xalq tərəfindən indi də sevilə-sevilə oxunur. T.Quliyevdə aşağı səviyyəli musiqiyə rast gəlmirik. O, həm pianoçu, həm dirijor, həm də çox yüksək səviyyəli, böyük istedada malik, öz janrında dahi bir bəstəkar olmuşdur. Ondan soruşanda, niyə o, dirijorluq etmir, deyərmiş ki, mən dirijorluq edərdim, özü də yaxşı məktəb keçmişəm, amma Niyazinin qarşısında dirijorluq etmək günahdır. İnsana münasibətindən asılı olmayaraq, istedadlı adamlara həmişə baş əyərək, onları sevir, yüksək tuturdu. Məhz elə bu səbəbdən, Niyazi, Qara Qarayev, Fikrət Əmirov kimi böyük sənətkarlar Tofiqin yaxın dostları idi. Tofiq Quliyev Azərbaycan musiqi tarixində özünə çox böyük, dərin iz qoymuş bəstəkardır. Özü də bu yaradıcılıq, əsl "şəhər" yaradıcılığıdır. Çünki Tofiq Quliyevin əsərləri çalınanda insanın gözlərinin önündə birinci növbədə, Bakı canlanır. Bakı haqqında neçə mahnı yazıbsa, hamısı şedevrlərdir.
Görkəmli bəstəkardan böyük bir nəsil bəhrələnib
T.Quliyev yaradıcılığından böyük bir nəsil bəhrələnib, ondan tərbiyə alıb. T.Quliyev yaradıcılığı onlarda təbiəti sevməyi, həyatı sevməyi, gözəlliyin qədir-qiymətini bilməyi, musiqinin səviyyəsini düzgün təyin etməyi, Vətənə bağlılığı, Azərbaycanın bütün guşələrini sevməyi - bütün bu hissləri oyadıb. Bu özü də bəstəkarın bir vətəndaş kimi ən yüksək səviyyəli cəhətlərindən biridir. Bu baxımdan, Tofiq Quliyev həqiqətən əvəzolunmaz böyük sənətkardır.
Kantilena və poetik obraz onun mahnılarında hər zaman vacib cəhət olmuşdur. Gözəl mahnı ustası Tofiq Quliyev Azərbaycan musiqi mədəniyyətinə bənzərsiz töhfələr vermişdir. Onun mahnı sahəsindəki yaradıcılıq nailiyyətləri sonrakı nəsl bəstəkarlarının yaradıcılığında bir ənənə şəklində davam və inkişaf etmişdir. Bəstəkarın xidmətləri dəfələrlə ən yüksək dövlət mükafatlarına layiq görülür. Azərbaycan SSR xalq artisti (1964). Azərbaycan əməkdar incəsənət xadimi (1958). 1957-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü, 1961-64-cü illərdə Filarmoniyanın direktoru, 1958-59-cu ildən isə bədii rəhbəri olmuşdur. Bəstəkarın xidmətləri dəfələrlə ən yüksək dövlət mükafatlarilə qeyd olunub. Bəstəkar 2 dəfə Qırmızı Əmək Bayrağı ordeni və "Şərəf nişanı" ordenilə təltif edilib.
Azərbaycan bəstəkarlarının yaradıcılığını böyük bir çiçək çələnginə bənzədirlər. Yaddaşlarda iz salan, hər zaman sevilə-sevilən dinlənilən, mənəvi ruhumuzu qidalandıran böyük bəstəkarın mahnıları heç zaman unudulmayacaq.
ZÜMRÜD
Səs.-
2015.- 7 noyabr.- S. 3