UNESCO-nun mütəxəssisi Milli Azərbaycan Tarixi Muzeyində olub
AMEA Milli Azərbaycan
Tarixi Muzeyinin dəvəti ilə respublikamızda işgüzar
səfərdə olan
UNESCO-nun manuskriptlərin bərpası
üzrə mütəxəssisi
və məsləhətçisi
Stavros Andreou muzeyin Bərpa Laboratoriyasının
əməkdaşları ilə
təcrübə mübadiləsi
keçirib.
Bu müəssisənin
rəhbərliyi ilə
görüşdə respublikada
tarixi-mədəni abidələrin
qorunması, yeni muzeylərin açılması
barədə məlumat
verilib. Eyni zamanda, muzeydə
görülən işlər
nümayiş etdirilib. Qonağa muzeyin nəşrləri
təqdim olunub. S.Andreou UNESCO
xətti ilə Qüdsdəki İslam Muzeyində saxlanılan
nadir əlyazmaların bərpa
prosesini əks etdirən rəqəmsal surətləri və müvafiq elmi kitabları muzeyə hədiyyə edib.
Sonra muzeydə qorunan sənədlərin
vəziyyəti ilə
tanış olan mütəxəssis laboratoriyanın əməkdaşlarına
sənədli mənbələrin
saxlanılmasına və
konservasiyasına dair faydalı məsləhətlər
verib.
ZÜMRÜD
Səs.-
2015.- 13 noyabr.- S.- 6