“ADA” Universiteti ilə BMT-nin Əhali Fondu arasında anlaşma memorandumu imzalanıb
Noyabrın 12-də “ADA” Universiteti ilə BMT-nin Əhali Fondu (UNFPA) arasında anlaşma memorandumu imzalanıb. Memorandum keyfiyyətli təhsil üzrə layihə və proqramların işlənilməsi istiqamətində
səmərəli əməkdaşlıq
üçün geniş
imkanlar yaradılmasını
nəzərdə tutur.
Bu sənəd sayəsində
hər iki tərəfin araşdırma
layihələrində birgə
iştirakı, birgə
konfranslar, mədəni
proqramların təşkili
və “ADA” Universiteti tələbələrinin BMT-nin Bakı və
regional ofislərində təcrübə
keçmələri mümkün
olacaq.
AZƏRTAC
xəbər verir ki, “ADA” Universitetinin rektoru, səfir Hafiz Paşayev bu ali məktəbdə
BMT-yə həsr olunan mövzularda müzakirələrin mütəmadi
keçirildiyini bildirib.
“ADA” Universitetinin uğurlu inkişaf yolundan danışan rektor BMT tərəfindən
qəbul edilən Davamlı İnkişaf Hədəfləri barədə
məlumat verib. Tədbir çərçivəsində UNFPA-nın icraçı direktoru, BMT baş katibinin müavini Babatunde Osotimehin “ADA” Universitetinin müəllim
və tələbələri
üçün mühazirə
oxuyub.
Mühazirə bu
il BMT tərəfindən
qəbul edilən “Davamlı İnkişaf Hədəfləri və diplomatların
bu gündəmin irəliləməsində rolu”
mövzusuna həsr olunub. BMT rəsmisi
mühazirədə əsasən
dünya əhalisinin artım meyillərinin yaratdığı çətinliklərdən
danışıb.
Bildirilib ki, bu sahədə
gənclərin məlumatlandırılması üçün
UNFPA “ADA” Universitetinin kitabxanasına reproduktiv sağlamlıq, gender
bərabərliyi, əhali dinamikası, gənclərlə
bağlı məsələlərdən bəhs edən, Azərbaycanda
son illərin demoqrafik
dəyişikliklərini təhlil etməyə imkan verən tədqiqatlarda istifadə oluna biləcək nəşr və kitablar hədiyyə edib. Sonda
iştirakçıların sualları
cavablandırılıb.
Səs.-
2015.- 13 noyabr.- S.- 3