Danimarkada keçirilən beynəlxalq mədəniyyət
festivalında Azərbaycan da təmsil olunub
Danimarkanın Lyngby şəhər mərkəzi kitabxanasında təşkil olunmuş “Kulturfestival-2015” beynəlxalq mədəniyyət festivalında Azərbaycan da təmsil olunub. Ölkəmizi festivalda Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyəti təmsil edib.
Beynəlxalq tədbir Frederiksberg bələdiyyəsinin İnteqrasiya Şurası və Lyngby şəhər mərkəzi
kitabxanası tərəfindən təşkil olunub. Festivalın keçirilməsində əsas məqsəd Danimarkada yaşayan müxtəlif xalqları dəstəkləmək və onların mədəniyyəti, incəsənəti, milli geyim və mətbəxi ilə ölkə vətəndaşlarını daha yaxından tanış etməkdir.
Frederiksberg bələdiyyəsinin İnteqrasiya Şurasının sədri Gitte Kjer-Westermann festivalı açaraq, tədbirin mahiyyətini və əhəmiyyətini vurğulayıb. Sonra Gitte Kjer-Westermann festival iştirakçılarına Azərbaycan musiqisi və mədəniyyəti barədə ətraflı məlumat verib.
Daha sonra “Vətən” Cəmiyyəti nəzdində fəaliyyət göstərən “Cırtdan” uşaq yaradıcılığı qrupu Azərbaycan musiqisi sədaları altında müxtəlif milli rəqslərimizi ifa ediblər.
Qeyd edək ki,
festivalda təqdim olunan
Azərbaycan guşəsi tədbir
iştirakçılarının və qonaqların böyük marağına səbəb olub. “Vətən” Cəmiyyətinin
nümayəndələri festival
iştirakçılarına Azərbaycan incəsənətinə
aid mədəniyyət və milli geyim nümunələri,
habelə ölkəmizin tarixini təsvir
edən kitab və milli
mətbəximizə aid şirniyyatlar
təqdim ediblər.
Səs.-
2015.- 16 noyabr.- S.4