İnsan hüquqlarının müdafiəsinin dövlətdaxili mexanizmi

     Müasir elmi ədəbiyyatda "mexanizm" kateqoriyasına bir çox yanaşmalar mövcuddurona müxtəlif nöqteyi-nəzərdən baxılır. Tədqiqatçıların fikrincə, insan hüquqları və azadlıqlarının reallaşdırılması mexanizmi insanın bütün hüquqları və azadlıqlarına hörmət üçün zəruri şəraiti təmin edən, insan şəxsiyyətinə xas olan ləyaqətdən irəli gələn, onun tamazad inkişafı üçün əhəmiyyətli olan vasitə və amillərin müəyyən sistemidir. Bu mexanizmin strukturuna daxil olan elementlərə ictimai normalar; insan və vətəndaş hüquqları subyektlərinin fəaliyyəti; ictimai rəy; təminatlar; ümumi, xüsusi və təşkilati prosedurlar; məsuliyyət və s. aid edilir. Tədqiq olunan mexanizmin işləməsinin əsas məqsədi insan və vətəndaşın subyektiv hüquqlarının müdafiəsidir. İnsan hüquqlarının reallaşdırılması mexanizminin vəzifələrinə pozulmuş hüquqların qorunması, müdafiəsi və bərpası daxildir. Beləliklə də, həmin mexanizmin yarımsistemləri kimi pozulmuş subyektiv hüquqların "qorunması" mexanizmi, "müdafiəsi mexanizmi", həmçinin "tərbiyəsi mexanizmi" təşkil edirlər. Onlar müstəqil mexanizm olaraq, eyni zamanda, bir-biri ilə dialektik qarşılıqlı əlaqədə olur, insan-vətəndaş hüquqlarının reallaşdırılması mexanizminin bütöv, tam strukturunu yaradırlar. Belə mexanizmin tərkibinə dövlət siyasətinin və müvafiq normativ müddəaların mahiyyətinin, məqsəd və məzmununun izahına yönələn tədbirlər daxildir.

     H.Babaoğlu yazır ki, Azərbaycanda və digər MDB ölkələrində demokratik cəmiyyət, hüquqi dövlət quruculuğu şəraitində, bizim fikirimizcə, dövlətdaxili (milli) mexanizmlərin, ilk növbədə, insan hüquq və azadlıqlarının konstitusion təminatlarının tədqiqi ilə bağlı məsələlər daha çox maraq doğurur. Həm də tədqiqatçıların belə bir fikri ilə də razılaşmaq olar ki, şəxsiyyətin hüquq və azadlıqlarının milli təminatlarının səmərəli reallaşdırılmasından insan hüquqları probleminin həm beynəlxalq, həm də lokal səviyyədə həlli asılıdır.

     İnsan hüquqlarının müdafiə və təmin edilməsi sahəsində xarici təcrübəni tədqiq edən alimlərin ümumi rəyinə görə, heçbütün ölkələrdə insan hüquq və azadlıqlarını təmin edən dövlətdaxili mexanizmlər (təminatlar) yaradılmır. O.E.Kutafin hesab edir ki, təminatlar fiziki şəxs tərəfindən ona məxsus hüquq və azadlıqların həyata keçirilməsi imkanlarını təmin edən tədbirlərdir.

     M.V.Baqlay hüquq və azadlıqların konstitusion təminatlarını nəzərdən keçirir və onların təsnifatının aşağıdakı kimi verilməsini təklif edir: insan və vətəndaşın hüquq və azadlıqlarının ümumi təminatları; hüquq və azadlıqların müdafiəsi; məhkəmə müdafiəsi; beynəlxalq müdafiəsi; zərərin ödənilməsi (hüquq və azadlıqların ayrılmazlığı, yaş); ədalət mühakiməsinin konstitusion təminatları; hüquqi yardım almaq hüququ, qanunsuz yolla əldə edilmiş sübut və dəlillərin qeyri-qanuniliyi; hökmə yenidən baxılması hüququ; cinayətdən zərər çəkənlərin hüquqları; qanunun əks qüvvəsinin qadağan edilməsi.

     Bir sıra mütəxəssislər isə O.U.Kutafin və Y.İ.Kozlovanın nöqteyi-nəzərini daha düzgün hesab edirlər. Belə ki, adları qeyd olunan bu müəlliflərin fikrincə, insanın və vətəndaşın hüquq və azadlıqların real həyata keçirilməsi bir çox şərtlər, o cümlədən, hüquqdan kənar çərçivədə olan şərtlər tələb edir. Ona görə də təminatlar sosial-iqtisadi, siyasihüquqi təminatlara bölünməlidir.

     H.Babaoğlunun qeyd etdiyi kimi, hüquq və azadlıqların təminatlarının belə təsnifatı bizim nöqteyi-nəzərimizə daha çox yaxın olmaqla, tədqiqat predmeti baxımından siyasi təminatlar xüsusi maraq doğurur. Belə ki, Azərbaycanda hüquqi - demokratik dövlətin və vətəndaş cəmiyyətinin formalaşdığı bir şəraitdə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi problemlərinin həlli mexanizmləri arasında siyasi-hüquqi təminatlar xüsusi rol oynayır.

     İnsan və vətəndaş hüquqları ilə  azadlıqlarının təmin edilməsi, onların tam həcmdə həyata keçirilməsi dövlət qarşısında müəyyən vəzifələr qoyur. Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquqları və azadlıqlarını bəyan edərək, həm də müəyyən edir ki, onların tanınması və müddəalarına riayət olunması dövlətin borcudur. Bu hüquq və azadlıqların müdafiəsi və təmin olunması üçün zəruri olan əsas "mexanizmlər" də müəyyən olunmuşdur. Ölkədə insan hüquqları və azadlıqlarının müdafiəsi və təmin olunmasına görə məsuliyyət üzərinə qoyulan təsisatlar sırasına dövlət hakimiyyətinin hər üç qolu aid edilir. Belə ki, artıq qeyd etdiyimiz kimi, Azərbaycan Respublikası Kostitusiyasının 71-ci maddəsinə əsasən, insan hüquqlarını qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

     H.Babaoğlu yazır: "Göründüyü kimi, Konstitusiyada mütərəqqi amillərdən biri kimi təsbit olunmuş hakimiyyətlərin bölgüsü prinsipinə əsasən, hakimiyyətin hər üç qolu öz fəaliyyətlərində insan və vətəndaş hüquqları və azadlıqlarını hər bir halda qorumalı və bu, onların ümdə vəzifələrindən biri və əsası olmalıdır. Ona görə ki, insan, vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdirbu hüquqlar hər hansı bir normativ - hüquqi aktlaya vəzifəli şəxs tərəfindən ləğv edilə, yaxud məhdudlaşdırıla bilməz. Bu baxımdan, ilk növbədə, Azərbaycanda qanunvericilik hakimiyyətini həyata keçirən orqan kimi Milli Məclis ölkə Konstitusiyasının insan hüquqları və azadlıqlarına dair müddəalarını qəbul etdiyi qanunlarda əks etdirir və onların həyata keçirilməsini təmin etmək üçün mexanizmlər müəyyənləşdirir."

     Onu da qeyd etmək lazımdır ki, 1993-cü il siyasi dönəmindən sonra Milli Məclisin bu sahədəki fəaliyyəti daha səmərəli olmaqla xeyli fəallaşmışdır. Belə ki, 1993-cü ilin ortalarından indiyədək Azərbaycan parlamenti tərəfindən bu sahədə 20-dən çox qanun, ölkəmizin 30-dan artıq beynəlxalq konvensiyalara qoşulması barədə qanunlar qəbul etmişdir. Onlardan "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" (19 may 1998-ci il), "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" (30 oktyabr 1998-ci il), "Sərbəst toplaşmaq azadlığı haqqında" (13 noyabr 1988-ci il), "Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizliklərdən) məhkəməyə şikayət edilməsi haqqında" (11 iyun 1999-cu il), "Kütləvi informasiya vasitələri haqqında" (7 dekabr 1999-cu il), "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" (13 iyun 2003-cü il), Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında" (28 dekabr 2001-ci il) və bir sıra digər Azərbaycan Respublikası qanunlarını göstərmək olar.

     H.Babaoğlu göstərir ki, Azərbaycanda insan-vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi siyasətinin bir istiqamətini də bu sahədə həyata keçirilən hüquqi islahatların və milli qanunvericiliyin beynəlxalq, Avropa standartlarına uyğunlaşdırılması təşkil edir. Qeyd etdiyimiz kimi, Azərbaycan indiyədək 30-dan çox müvafiq beynəlxalq Konvensiyalara qoşulmuşdur. Azərbaycan Respublikası hələ suveren xalqlar ailəsinə daxil olan anda dövlət müstəqilliyi haqqında Konstitusiya Aktıda (maddə 19) insan hüquqları sahəsində ən nüfuzlu beynəlxalq sənəd olan Ümumdünya İnsan Hüquqları Bəyannaməsini tanıdığını bəyan etmişdir.

     Bu prosesin məntiqi davamı kimi 24 avqust 2002-ci il tarixdə qəbul olunmuş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" Konstitusiya Qanunu tənzim etdiyi məsələlərin dairəsinə görə çox mühüm əhəmiyyət kəsb edir. Bu qanun Azərbaycanda insan hüquq və azadlıqlarının həyata keçirilməsini "insan hüquq və azadlıqlarının müdafiəsi haqqında" Konvensiyaya uyğunlaşdırmaq məqsədi daşıyır.

     Konstitusiya Qanunu hər kəsin onun hüquqlarını və azadlıqlarını pozan qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının qərarlarından, bələdiyyə aktlarından Konstitusiya Məhkəməsinə şikayət vermək hüququnu və məhkəmələrin insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı Konstitusiyanın və qanunların şərh edilməsi haqqında Konstitusiya Məhkəməsinə müraciət edə bilmək hüquqlarını təsbit etmişbununla da qeyd olunan Konvensiyanın tələblərinə uyğun tərtib olunmaqla insanların hüquq və azadlıqlarının qorunması, məhkəmənin nüfuzunun və ədalət mühakiməsinin qərəzsizliyinin təmin edilməsi üçün real hüquqi baza yaratmışdır.

     Bütövlükdə, dövlət hakimiyyətinin üç qolu Azərbaycanda insan hüquqları və azadlıqlarının dövlətdaxili müdafiəsi və təmin edilməsi mexanizmlərinin əsasını təşkil edirinsan hüquqlarının reallaşmasının təmin edilməsi metodları, prosedur və vasitələrini müəyyən edirlər. Bu dövlətdaxili milli mexanizmlər sırasında xüsusi olaraq, bizim fikrimizcə, ölkə Prezidenti tərəfindən insan və vətəndaş hüquqları və azadlıqlarının konstitusion təminatçısı kimi müdafiəsini ayırmaq olar. Məhz bununla əlaqədar Azərbaycan Respublikasının sabiq Prezidenti Heydər Əliyev 1998-ci il oktyabrın 18-də özünün andiçmə mərasimindəki nitqində qeyd etmişdir: "Prezident kimi mənim üçün hər bir Azərbaycan vətəndaşının hüququnun qorunması vacibdir... Azərbaycan Respublikası öz həyatını demokratik prinsiplər əsasında quraraq, daim çalışacaqdır ki, insan hüquqlarının qorunmasına əməl edilsin... insan hüquqlarının qorunması Azərbaycan dövlətinin əsas prinsiplərindən biridir..."

 VAHİD ÖMƏROV

Səs.- 2015.- 26 noyabr.- S.15