Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsində İlham Əliyevin rolu

 

Bu gün Azərbaycan hüquqi dövlət ideyasının reallaşdığı, şəxsiyyət, vətəndaş və cəmiyyət münasibətlərinin demokratik prinsiplərə əsaslandığı, müxtəlif millətlərin dilinin, dininin, mədəniyyətlərinin qovuşması nəticəsində yaranmış intellektual mühitin formalaşdığı bir məkandır. Hüquqi dövlətin formalaşması şəraitində cəmiyyət üzvlərinin öz hüquq və azadlıqlarının, borc və vəzifələrinin düzgün dərk edilməsi, sosialsiyasi fəallığın artmasını tarixi zərurətə çevirir.

Hüquqi dövlət quruculuğu sahəsində Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyəti bu sahədə yeni mərhələdir. Tarixi varisliyə əsaslanan bu dövlət quruculuğu aşağıdakıları nəzərdə tutur: 1) sabitlikinkişaf; 2) Qarabağın işğaldan azad edilməsi; 3) işsizliyin ləğvi; 4) insanlara layiqli həyat; 5) neft gəlirlərinin ümummilli tərəqqi işinə yönəldilməsi; 6) etibarlı sosial müdafiə; 7) güclü dövlət.

İlham Əliyevi "yeni dövrün siyasətçisi" kimi səciyyələndirən R.Mehdiyev hüquqi dövlət və vətəndaş cəmiyyətinin indiki inkişaf mərhələsində Azərbaycanın siyasi məkanında transformasiyaların baş verdiyini göstərir. Azərbaycanda dövlətin və cəmiyyətin mərhələli, ardıcıl tədrici demokratikləşməsi baş vermiş, qanunun aliliyinin qorunması güclənmiş, hakimiyyətin müstəsna demokratikləşməsinə kütləvi şüurun demokratikləşməsi cəhdi edilmişdir.

R.Mehdiyev çox düzgün olaraq göstərir ki, İlham Əliyevin dəyərlər sistemində dövlət birinci yerdədir və bu, şəxsiyyət dəyərlərini istisna etmir: "Bizim şəraitimizdə bu götür-qoy edilmiş yoldur. Zəif cəmiyyətə malik güclüdemokratik dövlət ola bilməz. Dövlət maşınını ətalətdən, dövlət aparatını durğunluqdan, şəxsiyyəti isə hakimiyyətin qanunsuz hərəkətlərindən ancaq cəmiyyətin mükəmməl həyatı qoruya bilər".

Güclü dövlət və modernləşmiş dövləti İlham Əliyevin dəyərlər sisteminin iki tərkib hissəsi hesab edən müəllif bunlara Prezident Heydər Əliyevin xəttinə - güclü dövlət, sabit ictimai inkişafyeni təfəkkür tərzinin formalaşmasına sadiqlik kimi daha bir mühüm ideyanı da əlavə edir.

Prezident İlham Əliyevin ən alimühüm demokratik keyfiyyətlərindən biri də, məhz onun idarəçilikdə daim sosial ədalət, düzgünlükhumanist prinsiplərə istinad etməsidir. Yüksək daxili demokratizmi, hər kəsə örnək olacaq vətəndaşlıq məsuliyyətilə yeni mərhələdə insani dəyər və azadlıqlara sadiqlik nümayiş etdirən Prezident İlham Əliyev Azərbaycanın perspektiv inkişaf prioritetlərini düzgün müəyyənləşdirərək Avroatlantik məkana inteqrasiya, sivil Qərb dəyərlərinin cəmiyyətdə tam mənimsənilməsi naminə ardıcıl fəaliyyət göstərir.

Ölkəmizdə həyata keçirilən səmərəli iqtisadi islahatlar kursunu uğurla davam etdirərək, dövrün tələblərinə uyğun yeni çalarlarla zənginləşdirən İlham Əliyevin həyata keçirdiyi siyasətin məqsədyönlülüyü, ardıcıllığı, obyektiv gerçəkliyə adekvatlığı, bu siyasətin ölkənin milli mənafelərini əks etdirməsi respublikamızın demokratik imicini daha da yüksəldib. Dövlət başçısı Azərbaycanın sosial-iqtisadi inkişafına paralel gedən demokratikləşmə proseslərini bir-birindən təcrid olunmuş şəkildə götürmədən hər iki xətti Azərbaycanın gələcək yüksəlişinin vahid istinad nöqtəsi kimi əsaslandırmışdır. Azərbaycan Prezidentinin bu barədə irəli sürdüyü fikirlər təkcə Azərbaycanın yox, ümumilikdə, demokratiya yoluna yenicə qədəm qoymuş bütün müstəqil ölkələrin gələcək inkişafının təməl prinsipi kimi tətbiq edilə bilər.

Müasir Azərbaycan inkişafının elə mərhələsindədir ki, qazanılmış makroiqtisadi nailiyyətlər demokratiya sahəsində də inamla irəliləməyə imkan yaradır. "Hakimiyyət xalqdan ötrü mövcuddur, xalq ona görə mövcud deyil ki, hakimiyyətə qulluq etsin" postulatına əsaslanaraq, Ümummilli Lider Heydər Əliyevin ideallarına sadiqlik nümayiş etdirən Prezident İlham Əliyevin yürütdüyü siyasətin uğurları demokratik idarəetmənin bu fundamental şərtini Azərbaycanda da xoş həyat gerçəkliyinə çevirmiş, dövlət öz vətəndaşının hüquq və mənafelərinin keşiyində möhkəm dayanmışdır. Dövlət başçısının hüquqi, siyasisosial-iqtisadi sahədə həyata keçirdiyi tədbirlər respublikamızda qanunçuluğun, hüquq qaydalarının daha möhkəmlənməsinə, habelə, Azərbaycanın beynəlxalq arenadakı demokratik imicinin yüksəlməsinə xidmət edir.

R.Mehdiyev Azərbaycanın "dinamik inkişaf modelinin" beynəlxalq nüfuz qazanmasında, ölkənin qlobal dünya kontekstinə fəal aktor kimi daxil olmasında İlham Əliyevin "həssas dövlətçilik fəhminin, müasir siyasi rəhbər təcrübəsinin" mühüm rol oynadığını göstərir. Hüquqi dövlət quruculuğunun yeni mərhələsi və inkişaf, dinamikasından bəhs edən müəllif yazır: "Azərbaycan dövlətçiliyi tarixində milli, mənəvi və mədəni ənənələrin varisliyi mövcud olmuşdur. Bundan fərqli olaraq, siyasi dövlətçilik və iqtisadi uğurların sabit davamlılığı yalnız son illərin hadisəsi və tarixi nailiyyətimizdir".

Azərbaycanda hüquqi-demokratik dövlətin əbədiyaşarlığı üçün liderlik ənənəsinin siyasi uzunömürlülüyünün fasiləsizliyi təmin olunmuş, qlobal rəqabətə davamlı iqtisadiyyat yaradılmış, siyasi güc, milli birlik möhkəmlənmiş, xalqın rifahı yaxşılaşdırılmış və ənənəvi iqtisadi amillər siyasi mahiyyət kəsb etmişdir.

İlham Əliyevin iqtisadi-sosial siyasəti hüquqi dövlət quruculuğu vəhdət təşkil edir. Milli iqtisadiyyatının liberallaşması, özəl sektorun inkişafı sürətlənmiş, investisiya qoyuluşunun həcmi artmış, orta təbəqə formalaşmış, yoxsulluq minimuma endirilmiş, həyat səviyyəsi yüksəldilmiş və qlobal enerji strategiyası sahəsində uğurlar qazanılmışdır.

Azərbaycan son illər sosial dövlətçilik istiqamətində addımlar atmış, sosial yönümlü islahatlar aparılmış, sosial mərkəz və regionun inkişafı önə çəkilmişdir. Bütün sahələrdə, o cümlədən, dövlət quruculuğu sahəsində də yeni mərhələ başlamışdır. İndiki qloballaşma dövründə xalqın və rəhbərin və liderin nailiyyətləri üst-üstə düşür. Beynəlxalq, siyasi, iqtisadi, hərbi, mədəni və mənəvi sahələrdə rəqabətə davamlılıq yaranır. "Bu gün liderinzibati, nə də sırf siyasi kateqoriyadır. Qloballaşma dövründə bu, ilk növbədə, həmişəkindən daha çox mənəvi-milli və ideal simvoldur. Liderin malik olduğu ən böyük kapital xalqın etimadıdır, milli konsolidasiyadır".

Müasir, dünyəvi hüquqi dövlətin əsas inkişaf xətti demokratiyadır. Azərbaycan dövləti milli mentaliletə, milli özünəməxsusluğa özünüdərkə əsaslanan milli demokratik model əsasında inkişaf edir.

Müasir hüquqi dövlətdə demokratik təsisatlar, çoxpartiyalılıq cəmiyyətimizin bütün sosial təbəqələrində tədricən özünəməxsus yer tutacaqdır. Bundan sonra da təkamül yolu ilə demokratik dövlətin səmərəsi daim artacaq, sosial siyasi funksiyalar vətəndaşlara onların birgə təşkilatlarına daha çox həvalə olunacaq, onlar özünüidarəyə fəal surətdə cəlb ediləcəkdir. Bu, praqmatik düşüncə tərzinin təzahürü, ölkəmizin konsolidasiyaya doğru atacağı mühüm addımların bariz nümunəsi olacaqdır.

Siyasi yaradıcılıq novatorluq fəhmilə fərqlənən İlham Əliyevin amalı "Azərbaycanı inkişaf etmiş, rəqabətədavamlı, vətəndaş cəmiyyətinin bərqərar olduğu, demokratik təsisatların azad fəaliyyət göstərdiyi müasir məkana çevirməkdir".

İlham Əliyevin milli-demokratik və dünyəvi hüquqi dövlət quruculuğu Ulu Öndərin müəyyənləşdirdiyi üç əsas prinsipə söykənir: azərbaycançılıq, millilikdemokratizm. "Prezident İlham Əliyev idarəçiliyin elə demokratikoptimal yolunu seçmişdir ki, hər bir zəkalı ölkə vətəndaşının dövlətçiliyin inkişafında yeri vardır. Və dövlət quruculuğunda bu yer hər kəsin, məhz vətənpərvərliyinə, biliyinə, sağlam düşüncəsinə və qabiliyyətinə görə müəyyənləşir".

İlham Əliyevin dövlət başçısı kimiPrezident kimi siyasi fəaliyyətini şərtləndirən aşağıdakı cəhətlər göstərilir: "İşə ciddi münasibət, proseslərin, ətraf və hadisələrin tənasüblərini ciddi və aydın şəkildə görmək; ciddilikdən irəli gələn analitizm. Bu baxımdan, dövlətçilik, siyasi proseslərin gedişi, cəmiyyəti nizamlamaq yönümündə zəngin təfəkkürə, intellektual təsəvvürə malikdir". Onun dövlətçilik və siyasi fəaliyyətində liberalizm və islahatçılıq hökm sürür.

F.Ağamalı İlham Əliyev fenomenini səciyyələndirərkən, Onun şəxsi və siyasi idarəçilik keyfiyyətlərinin vəhdətini qeyd edir: 1. Siyasi prinsiplərə sadiqlik. 2. Heydər Əliyev siyasi kursuna bağlılıq və sədaqət. 3. İntellektual imkanlarsiyasi istedad. 4. Cəmiyyət üçün açıq siyasətçi olması və fəaliyyətindəki şəffaflıq. 5. Tolerantlıq. 6. Müsbət şəxsi və siyasi keyfiyyətlər.

Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən haqlı olaraq belə bir postulata əsaslanır və onu daim cəmiyyətə təlqin edir ki, "yalnız iqtisadi cəhətdən güclü ölkədə demokratiya tam mənada bərqərar ola bilər". Yoxsulluğun azaldılması, işsizliyin aradan qaldırılması demokratik ölkəyə çevrilmək üçün çox önəmli şərtdir. Müasir dünyada gedən prosesləri diqqətlə izləyən İlham Əliyev yeni tarixi şəraitdə ölkənin qarşısında prinsipcə hansı yeni vəzifələrin durduğunu dəqiqliklə bilir və göstərir ki, inkişafın ilk illərində Azərbaycanın müstəqil dövlət kimi yaşaması, sabitliyin qorunması, müstəqilliyin möhkəmlənməsi və ölkənin böhrandan çıxarılması əsas məsələlər idisə, bu gün qarşımızda yeni tələblər durur: bunlar ölkəmizi texnoloji cəhətdən inkişaf etdirmək, dünya birliyinə inteqrasiya etmək və demokratiyanı möhkəmləndirməkdən ibarətdir.

Yeni dövrün - XXI əsrin lideri, müasir texnologiyalar dövrünün siyasətçisi Avropa təfəkkürünü və Şərq mentalitetini özündə birləşdirir. Ölkə Prezidenti İlham Əliyev hüquqi dövlət quruculuğunda yeni mərhələyə başçılıq edərək güclü hakimiyyət, möhkəm nizam-intizam qanunçuluğa riayət olunmasını tələb edən iradəli, güclü liderə çevrilmişdir.

 

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

 Səs.- 2015.- 16 oktyabr.- S.15.