İnsan hüquqları və prokuror nəzarəti

 

         

          Hüquqi dövlət quruculuğu prosesində qanunun aliliyini təmin edən vasitələrdən biri və dövlət nəzarətinin tərkib hissəsi olan prokuror nəzarətidir. Prokuror nəzarətini ölkənin prokuror orqanları həyata keçirir. Demokratik cəmiyyət quruculuğunda özünəməxsus yeri olan prokurorluqprokurorlar haqqında ölkə Prezidenti İlham Əliyevin dəyərli mülahizələri vardır: "Prokurorlar demokratik cəmiyyətdə prokurorluğa xas olan funksiyaları yerinə yetirərkən cəmiyyətimizin və dövlətimizin qorunmasında prinsipiallıq və peşəkarlıq nümayiş etdirir, cinayətkarlıqla mübarizədə, qanunçuluğun təmin edilməsində, bütövlükdə, hüquq sisteminin inkişafında əhəmiyyətli rol oynayırlar".

          Nəzarət orqanı kimi prokurorluq ilk dəfə Qərbi Avropada - Fransada XIII əsrdə meydana gəlmişdir.

          Bu orqan Fransa kralı IV Filippin 25 mart 1301-ci il tarixli Ordanansı ilə kral hakimiyyətinin maraqlarının mühafizəçisi kimi təsis edilib. Hələ XIII əsrdə məhkəmələrdə qanunları öyrənən və uzun paltarları ilə seçilən prokurorlar fəaliyyət göstərirdilər. Bu prokurorlar o vaxtlar iki qrupa bölünürdülər: məhkəmə proseslərində yazı işi ilə məşğul olan kral prokurorları və məhkəmə prosesində şifahi çıxış edən kral vəkilləri. Prokuror kralın sərəncamlarının yerinə yetirilməsinə gizli nəzarət şəxsi maraqları dövlətin maraqları ilə üst-üstə düşdüyündən, kralın prokuroru, eyni zamanda, dövlətin prokuroru olur. Beləliklə, general-prokuror bütün dövlət mexanizminin fəaliyyətinin düzgünlüyünü izləyən kralın gözləri sayılırdı. Fransanın general-prokurorlarının vəzifəsi hər yerdə kralın və kral hakimiyyətinin hüquqlarını müdafiə etmək idi. Fransada prokurorluq mərkəzi kral hakimiyyətinin maraqlarının gözlənilməsi zərurətindən yaradılmış və ona geniş nəzarət səlahiyyətləri verilmişdi. Prokuror nəzarətinin konkret formaları da məhz mərkəzi hakimiyyətin yerlərdəki separatçı meyillərlə mübarizəsinin xarakterilə müəyyən olunurdu. Bu mübarizənin kəskin olduğu yerlərdə - FransadaRusiyada prokurorluq güclü geniş səlahiyyətlərə malik olan mərkəzləşdirilmiş nəzarət orqanı kimi meydana gəlmişdir. Mühafizəkarlığın güclü olduğu İngiltərədə Fransa tipli prokurorluğun yaradılmasına yol verilmədi. Belə ki, bu ölkədə xüsusi ittiham qaydaları hökm sürürdü.

          İngiltərədə 1879-cu ildə Ümumi İttihamçılar İnstitutu təsis edilmişdir. Başında general-atternea (dövlət advokatı) duran bu siyasi təsisat direktordanonun ərazi dairələrini əhatə edən 6 köməkçisindən ibarət idi. Sonralar İrlandiyaABŞ-da da prokurorluq İngiltərədəki tipli- cinayət təqibi orqanı kimi yaradıldı və deməli, ona heç bir ümumi nəzarət funksiyası verilmədi. ABŞ-da ədliyyə naziri, eyni zamanda, general-atternea hesab edilironun bir sıra inzibati funksiyaları da (hakimlərin seçilməsilə əlaqədar) vardır. Beləliklə, bu ölkədə prokurorluq nəzarət orqanı deyil, idarəçilik orqanı hesab edilir. Ümumiyyətlə, müasir demokratik ölkələrdə prokurorluq cinayət təqibi funksiyalarını həyata keçirir. Deməli, bu orqan icra hakimiyyətinə aid edilir.

          Rusiyada prokurorluq I Pyotrun vaxtında yaradıldı. I Pyotra qədər bu ölkədə ümumi ittihamı həyata keçirən bir orqan yox idi. I Pyotr nəzarət orqanı kimi fisqatlar, sonra isə fərmanların nəzarətçisi orqanını - general-revizorluğu yaratdı.

          1722-ci il yanvarın 12-də I Pyotrun fərmanı ilə prokurorluq orqanı yaradıldı.

          Prokurorluğun əsas vəzifəsi - qanunların yerinə yetirilməsinə nəzarət etmək, təşkili və fəaliyyət prinsipi isə yerli prokurorların baş prokurora tabeçiliyini nəzərdə tutan ciddi mərkəzləşdirmə idi. Beləliklə, Rusiyada prokurorluq, Fransada olduğu sayaq, nəzarət orqanı kimi yaradıldı. Lakin Fransadan fərqli olaraq, Rusiyada bu orqanın məhkəmədə iştirakı nəzərdə tutulmurdu. Əvvəllər sovet prokurorluq sisteminin tərkib hissəsi olanheç bir səlahiyyətləri olmayan Azərbaycan SSR prokurorluğu müasir müstəqillik və demokratiya şəraitində geniş nəzarətedici funksiyanı yerinə yetirir.

          Azərbaycan Respublikası Prokurorluğunun səlahiyyətləri ölkə Konstitusiyasının 133-cü maddəsində öz əksini tapmışdır:

          Azərbaycan Respublikasının Prokurorluğu qanunla nəzərdə tutulmuş qaydadahallarda qanunların icra və tətbiq olunmasına nəzarət edir; qanunla nəzərdə tutulmuş hallarda cinayət işləri başlayır və istintaq aparır; məhkəmədə dövlət ittihamını müdafiə edir; məhkəmədə iddia qaldırır; məhkəmə qərarlarından protest verir.

          Azərbaycan Respublikasının Prokurorluğu ərazi və ixtisaslaşdırılmış prokurorların Azərbaycan Respublikası Baş prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqandır.

          Azərbaycan Respublikasının Baş prokurorunu Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə vəzifəyə təyin və vəzifədən azad edir.

          Azərbaycan Respublikası Baş prokurorunun müavinlərini, respublika ixtisaslaşdırılmış prokurorluqlara rəhbərlik edən prokurorları, Naxçıvan Muxtar Respublikasının prokurorunu Azərbaycan Respublikası Baş prokurorunun təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.

          Ərazi və ixtisaslaşdırılmış prokurorları Azərbaycan Respublikası Prezidentinin razılığilə Azərbaycan Respublikasının Baş prokuroru vəzifəyə təyin və vəzifədən azad edir.

          1 oktyabr 2011-ci ildə Azərbaycan Respublikası Prokurorluğunun peşə bayramı münasibətilə AzərTAc-ın məlumatında göstərilir ki, Azərbaycan Respublikası Prokurorluğu yalnız Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonraOnun hakimiyyətdə olduğu 1993-2003-cü illər ərzində cəmiyyətdə öz layiqli yerini tutmağa nail olmuş, dövlətçiliyimizin sütunlarından hesab edilən mühüm dövlət təsisatlarından birinə çevrilmişdir. Müasir Azərbaycan Prokurorluğu 20 illik tarixi olan müstəqillik illərində Heydər Əliyevin dövlət quruculuğu siyasətinin uğurla reallaşdırılmasının nəticəsi olaraq bugünkü səviyyəyə çatmışdır.

          Azərbaycan Prokurorluğunun demokratik məzmunda yeniləşməsi və fəaliyyətinin təkmilləşməsi işində Heydər Əliyevin dövlətçilik ideyaları bu günmühüm rol oynayır.

          Heydər Əliyev ideyalarını öz dövlətçilik fəaliyyətinin təməl daşı kimi qəbul edən Prezident İlham Əliyev tərəfindən cinayətkarlığa iminal xarakterli bütün mənfi təzahürlərə qarşı mübarizənin yeni müstəviyə qaldırılması, bu sahədə işin təşkilinə məsul olan hüquq-mühafizə, xüsusi xidmət, ədliyyə və məhkəmə orqanları, o cümlədən, prokurorluğun fəaliyyətinin sivil məzmunda müasirləşdirilməsi və yeniləşdirilməsi, onların maddi-texniki bazasının möhkəmləndirilməsi və əməkdaşlarının hərtərəfli dövlət qayğısı ilə əhatə olunması üçün məqsədyönlü addımlar atılır. Bu gün dövlət başçısının dəstəyilə prokurorluqda yeni müstəvidə davam etdirilən müasir məzmunlu islahat tədbirlərinin nəticəsidir ki, zamanın ruhunayeni reallıqlara uyğun olaraq prokurorluq orqanlarının statusu, səlahiyyətləri və fəaliyyətində köklü dəyişikliklər baş vermişdir. Kadr siyasətində ciddi dönüş yaradılmaqla şəffaflığın təmin edilməsi, elmi-texniki nailiyyətlərin tətbiqi, maddi-texniki bazanın və əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi, işin səmərəliliyini artırmağa və mövcud çatışmazlıqları təxirə salınmadan aradan qaldırmağa təminat verən icra və nəzarət mexanizminin yaradılması istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir.

          Xüsusi vurğulanmışdır ki, dövlətimizin başçısı İlham Əliyevin 2008-ci il 27 sentyabr tarixli Sərəncamı ilə "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi milli prokurorluq orqanlarının hərtərəfli müasirləşməsi və işinin tam yeni müstəvidə qurulması baxımından müstəsna əhəmiyyətə malik bir addım olmuşdur. Üç illik müddət ərzində yeni təkmilləşmə və inkişafın, hərtərəfli müasirləşdirmə dövrünün əsasını qoyan bu proqram ölkənin hüquq sistemində prokurorluğun rolunun artırılması, digər hüquq-mühafizə orqanlarilə qarşılıqlı əlaqəli fəaliyyətin təkmilləşdirilməsi, müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunmaqla mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, bütün istiqamətlər üzrə işin səmərəliliyinin və əməkdaşların peşəkarlığının yüksəldilməsi, yeni nəsil prokurorluq işçilərinin formalaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi və prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması istiqamətində konkret tədbirlərin həyata keçirilməsi ilə nəticələnmişdir.

          Prokurorluq orqanları tərəfindən korrupsiyaya qarşı mübarizənin yeni müstəvidə daha səmərəli təşkilinin təmin edilməsinin prokurorluğun qarşısında duran əsas vəzifələrdən biri kimi müəyyənləşdirilməsi ilə əlaqədar Prezident İlham Əliyevin siyasi iradəsinə müvafiq surətdə, MDB məkanında, habelə, Azərbaycan Prokurorluğunun tarixində, ilk dəfə olaraq, prokurorluğa əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətlərinin verilməsi, işçilərinin say tərkibi və vəzifə maaşlarının əhəmiyyətli dərəcədə artırılması, ixtisaslaşmış antikorrupsiya qurumu kimi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin fəaliyyətinin daha səmərəli və çevik təşkili, korrupsiya cinayətlərinin qarşısının alınması, aşkar edilməsi və istintaqilə əlaqədar zəruri tədbirlərin görülməsi üçün hərtərəfli zəmin yaratmışdır.

          Milli prokurorluğun peşə bayramı münasibətilə keçirilən tədbirdəki çıxışında Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralov demişdir: "1 oktyabr 2011-ci ildə peşə bayramını qeyd edərkən prokurorluğun kollektivinin gərgin əməyi nəticəsində uğurlu nəticələr əldə olunmuş, Ulu Öndər Heydər Əliyevin prokurorluğun rəhbər heyətilə keçirdiyi 26 aprel 2000-ci il tarixli müşavirə ilə başlanmaqla prokurorluqda islahatlar prosesinin 2010-cu ilədək olan dövrdə davam edən ilkin mərhələsi yekunlaşmış, prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli təkmilləşdirilməsi və müasirləşdirilməsi məqsədlərinə xidmət edən yeni bir mərhələnin həyata keçirilməsinə başlanmış, prokurorluğun hüquq sisteminin inkişafında, hüquqi dövlət quruculuğu prosesində iştirakında əhəmiyyətli irəliləyişlərə nail olunmuş, vətəndaş cəmiyyətində prokurorluğun rolunun artırılmasına, prokurorluq orqanlarının müasir dövrün tələblərinə və yüksək beynəlxalq standartlara uyğun fəaliyyətinin yeni keyfiyyət müstəvisinə yüksəldilməsinə zəmin yaradılmışdır. Azərbaycan Respublikası Prokurorluğunun kollektivi dövlət başçısının rəhbər göstərişlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsində, prokurorluğun fəaliyyətinin müasir dövrün standartlarına uyğun yeni keyfiyyət səviyyəsində qurulması istiqamətində səylərini daha da artıraraq qanun pozuntularına qarşı mübarizənin gücləndirilməsində, xalqına xidmətdə, insan hüquq və azadlıqlarının müdafiəsində, ictimai-siyasi sabitliyin, əmin-amanlığın və dövlətçiliyimizin qorunmasında yeni-yeni nailiyyətlər əldə etməyə çalışacaqdır." Beləliklə, 20 illik müstəqil inkişaf yolunda olan Azərbaycan Respublikasında prokuror nəzarəti demokratik, sivil, hüquqi təsisat kimi inkişafı əngəl olan maneələri aradan qaldırmış və indibu funksiyanı əzmlə yerinə yetirməkdədir.

         

 Vahid Ömərov,

 fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2015.- 18 oktyabr.- S.15.