Partiyamız seçkilərə “Yeni hədəflərə doğru!”
şüarı ilə gedir və biz bundan sonra
da hədəflərimizə nail olacağıq
Milli Məclisin deputatlığına namizəd, parlamentin Aqrar siyasət komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov
- Eldar müəllim, ölkəmizdə seçki marafonu davam edir. Parlament seçkilərində Yeni Azərbaycan Partiyası ilə yanaşı digər partiyaların nümayəndələri də siyasi mübarizə aparırlar. Bu baxımdan, qüvvələr balansını necə qiymətləndirirsiniz?
- İlk növbədə, mən Yeni Azərbaycan Partiyasının rəhbərliyinə bu seçkilərdə mənə etimad göstərib namizədliyimi irəli sürdüyü üçün dərin təşəkkürümü bildirirəm və bundan qürur duyuram. Əgər yenidən Milli Məclisin deputatı seçilərəmsə, göstərilən etimadı layiqincə doğrultmağa çalışacam.Sualınıza gəlincə, təbii ki, parlament seçkilərinin favoriti Yeni Azərbaycan Partiyasıdır. YAP-ın yaradılması prosesində iştirak edən şəxs kimi deyə bilərəm ki, partiyamız ötən dövrdə zəngin inkişaf yolu keçərək indiki yüksək səviyyəyə gəlib çatıb. Bu gün partiyamız nəinki ölkəmizdə, həm də dünyada nüfuzlu siyasi təşkilat kimi qəbul olunur. Çünki, YAP Avropanın və Asiyanın bir çox partiyaları ilə fəal əməkdaşlıq edir. Öz gücünü Ulu öndər Heydər Əliyevin ideyalarından alan partiyamız bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlara, qələbələrə imza atır. Mən əminəm ki, noyabrın 1-də keçiriləcək seçkilərdə partiyamız inamlı qələbə qazanacaq və xalqımız bir daha partiyamıza böyük etimad göstərəcək. Partiyamız seçkilərə “Yeni hədəflərə doğru!” şüarı ilə gedir və biz bundan sonra da hədəflərimizə nail olacağıq.Seçkilərdə iştirak edən digər partiyaların nümayəndələrinin şanslarına gəlincə, demokratik dövlətdə yaşayırıq və hər kəs qanun çərçivəsində seçkilərdə iştirak edərək siyasi mübarizəyə qoşula bilər. Ölkəmizdə seçkilərdə iştirak edən bütün tərəflərə bərabər imkanlar yaradılıb. Qeyd etdiyiniz kimi bir sıra partiyaların nümayəndələri də seçkilərə qoşulub. Amma buna baxmayaraq, hesab edirəm ki, ölkəmizdə YAP-la rəqabət aparmaq gücündə olan siyasi təşkilat yoxdur. Digər partiyalar YAP-la müqayisədə çox zəifdirlər və onların seçkilərdə elə də yüksək şansları yoxdur. Bu sözlərimə görə, rəqiblərimiz məndən inciməsin, çünki reallığı deyirəm.
- Siz Milli Məclisdə Naxçıvan şəhərini təmsil edirsiniz. Seçki kampaniyasının təbliğat-təşviqat mərhələsi çərçivəsində seçicilərlə görüşlər keçirirsiniz. Bu, həm də sizin həmin insanlar qarşısında hesabatınız da sayıla bilər. Seçicilərin parlament təmsilçisi olaraq Sizə münasibəti necədir?
- Oktyabrın 9-dan parlament seçkilərinin təbliğat-təşviqat mərhələsi başlayıb və mən də depatatlığa namizəd olaraq 4 saylı Naxçıvan Seçki Dairəsi üzrə seçicilərimlə görüşlər keçirirəm. Bu görüşlərdə Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın əldə etdiyi uğurlar, Naxçıvan Muxtar Respublikasının inkişafı haqqında fikirlərimi bildirirəm, eləcə də, YAP-ın uğurları haqda fikirlərimi çatdırıram. Bunları ona görə edirəm ki, insanlar Azərbaycanda həyata keçirilən siyasətlə tanış olsunlar. Onlar bütün bu məlumatları əldə etdikcə, bir daha əmin olurlar ki, Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Eyni zamanda, bu insanları Milli Məclisdə təmsil etmiş deputat olaraq parlamentdə, ATƏT və digər beynəlxalq qurumlarda gördüyüm işlər haqqında hesabat verirəm.Ümumiyyətlə, millət vəkili olaraq həmişə çalışmışam ki, seçicilərimin etimadını doğruldum. Təbii ki, ötən beş il ərzində seçicilərimlə dəfələrlə görüşmüşəm, Milli Məclisdə onları qəbul etmişəm və müraciətlər almışam. Çalışmışam ki, bu müraciətlərin heç biri cavabsız qalmasın və onların müsbət həllinə köməyim dəysin. Doğrudur, bu gün Naxçıvanda elə də, problem yoxdur və muxtar respublikanın rəhbərliyi tərəfindən bütün məsələlər həll olunur. Buna baxmayaraq, mənə edilən müraciətləri həll etməyə çalışmışam.Bilirisniz ki, mən köklü olaraq naxçıvanlıyam və uzun müddət orada yüksək vəzifələrdə çalışmışam. Ona görə də, insanlar məni yaxşı tanıyırlar. Üçüncü dəfədir ki, bu dairədən parlament seçkilərinə qoşuluram. Görüşlərim zamanı təbii ki, insanlar da müxtəlif məsələlər haqqında öz fikirlərini bildirirlər və mənim borcumdur ki, seçicilərimin qarşımda qaldırdığı məsələləri həll etməyə çalışım.
- Eldar müəllim, bu gün ölkəmiz hərtərəfli inkişaf edir. Bu baxımdan, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı haqqında nə deyə bilərsiniz?
- Bilirsiniz ki, Naxçıvan MR blokada şəraitində
yaşayır. Biz yalnız hava nəqliyyatı ilə əlaqələr qura bilirik. Ermənistanın işğalçılıq siyasəti nəticəsində
muxtar respublika ilə birbaşa əlaqə yoxdur. Amma buna baxmayaraq bu gün Naxçıvan
sürətlə inkişaf
edir. Səmimi demək istəyirəm
ki, Naxçıvan heç vaxt bugünkü qədər
gözəl olmayıb.
Bu uğurun əldə
edilməsi şübhəsiz
ki, ilk növbədə
hörmətli Prezidentimiz
İlham Əliyevin göstərdiyi diqqət və qayğının nəticəsidir. Eyni
zamanda, Naxçıvan
MR Ali Məclisinin sədri
Vasif Talıbovun apardığı ardıcıl
və məqsədyönlü
işlərin sayəsində
bu gün Naxçıvanda böyük
əminamanlıq, sabitlik
və iqtisdi inkişaf var.Mən bütün bunları naxçıvanlı olduğum
üçün demirəm.
Bu bölgəyə gedib gələn insanlar da Naxçıvandakı
əzəmətli inkişafın
şahididirlər. Həqiqətən, Naxçıvanda abadlıq,
quruculuq işləri və dinamik sosial-iqtisadi inkişaf böyük vüsət alıb. Həm kənd təsərrüfatı
inkişaf edir, eləcə də yeni sənaye müəssisələri açılır
və s. Bir sözlə, Naxçıvan günü-gündən
inkişaf edir. Bu inkişaf əhalinin
rifahında da özünü göstərir.
Naxçıvan Azərbaycanın qədim diyarıdır.
Bu gün blokada
şəraitində olan
Naxçıvana hamı
diqqət göstərməlidir
və onun inkişafına öz töhfəsini verməlidir.
Bu inkişaf prosesində
millət vəkili olaraq mən də məsuliyyət daşıyıram. Hər il Milli
Məclisdə dövlət
büdcəsi müzakirə
olunarkən Naxçıvan
MR-nin xüsusi diqqət mərkəzində
saxlanılmasının vacibliyini
qeyd edirəm. Çünki, blokada şəraitində
olan bu bölgəyə
lazımi diqqət və qayğı göstərilməsə biz böyük
problemlərlə üzləşə
bilərik.
- Siz Milli Məclisin Aqrar siyasət komitəsinin sədrisiniz. Komitə ötən beş
il ərzində qarşısında dayanan
vəzifələri hansı
səviyyədə yerinə
yetirib?
- Milli Məclisin Aqrar siyasət komitəsinin deputatları
qanunvericilik təşəbbüsü
hüququndan istifadə
edərək ötən
beş il
ərzində kənd
təsərrüfatının inkişafına xidmət edən bir neçə
qanun layihəsi hazırlayıb müzakirəyə
təqdim etmişlər.
Bunların sırasına
“Mədəni bitkilərin
genetik ehtiyatlarının
mühafizəsi və
səmərəli istifadəsi
haqqında”, “Yaşıllıqlar
haqqında”, habelə
“Balıqçılıq haqqında”
Qanuna əsaslı dəyişiklikləri təsbit
edən qanun layihələrini göstərmək
olar. Bundan əlavə parlamentdə
aqrar sahəyə aid bir çox qanunlara əlavə və dəyişikliklər
edilib. Bunlardan kənd təsərrüfatı
məhsulları istehsalçılarına
müddətli vergi güzəştlərinin 2018-ci ilin sonuna kimi
uzadılması haqqında
Vergi Məcəlləsinə,
kənd təsərrüfatı
təyinatlı torpaqların
özbaşına zəbt
olunması hallarının
qarşısını almaq
üçün İnzibati
Xətalar və Cinayət Məcəllələrinə
edilən önəmli
dəyişiklikləri göstərmək
olar. Eyni zamanda Torpaq Məcəlləsi, Su Məcəlləsi,
“Torpaq icarəsi haqqında”, “Torpaq bazarı haqqında”, “Ekoloji təmiz kənd təsərrüfatı
haqqında”, “Yeyinti məhsulları haqqında”
və digər aqrar sahə qanunlarına əhəmiyyətli
dəyişikliklər və
əlavələr edilmişdir.
Eləcə də komitəmizdə və parlamentdə bu sahəyə aid bir sıra beynəlxalq sazişlər də müzakirə olunaraq qəbul edilib.Komitəmizin
üzvləri hər il dövlət büdcəsinə aid qanun
layihəsinin müzakirəsində
fəal iştirak edir və kənd
təsərrüfatına büdcədən
daha çox vəsait ayrılması barədə təkliflər
verir və hökumətin aqrar bölməyə dıqqət
və qayğısını
dəstəkləyirlər.Onu da qeyd etmək
lazımdır ki, dünyanın ən qlobal problemlərindən olan ərzaq təhlükəsizliyinin təmin
olunması və bu problemin həllində
kənd təsərrüfatının
mühüm rolu hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən yüksək
qiymətləndirilir. Bu sahəni
iqtisadiyyatın qeyri-neft
sektorunun prioritet istiqaməti adlandıran möhtərəm Prezidentimiz
2015-ci ili “Kənd təsərrüfatı
ili” elan etmiş, aqrar sahənin inkişafına
yönəlmiş çoxsaylı
Fərman və Sərəncamlar imzalamışdır.
Bütün bunlar ölkəmizdə
aqrar sahənin və kənd təsərrüfatında çalışan
insanların, habelə
kənd ərazilərinin
dövlət başçısının
diqqət və qayğısı ilə əhatə olunduğunu sübut edir. Komitəmizin
üzvləri də bu münasibəti yüksək qiymətləndirərək
öz işlərini daha yaxşı qurmağa çalışırlar. Hesab edirəm ki, ötən beş
il ərzində komitəmiz üzərinə
düşən vəzifələri
lazımi səviyyədə
yerinə yetirə bilib.Yuxarıda qeyd etdiyim kimi, Azərbaycanda
kənd təsərrüfatı
inkişaf edir. Güclü iqtisadiyyatımız var. Qeyri-neft
sektorunun büdcədə
çəkisi artır,
bütün sosial layihələr həyata keçirilir. 2016-cı ilin büdcəsində də qeyri-neft sektorunun payı yüksəkdir. Dövlət büdcəsində aqrar sahəyə də böyük diqqət göstərilir. Bu sahənin
inkişafı ilə
bağlı ürəkaçan
faktlar var. Belə ki, hər hektardan
30,5 senter taxıl istehsal olunub. Biz ilk dəfədir
ki, belə göstərici əldə
edirik. Hazırda
bir sıra böyük təsərrüfatlar
yaranıb ki, həmin təsərrüfatlarda
Azərbaycan tarixində
görünməyən nəticələr,
yəni hər hektardan 55-60 sentner taxıl, hər inəkdən 6000-7000 litr süd əldə olunur. Bu da Prezident İlham Əliyevin apardığı
uğurlu iqstiadi siyasətin nəticələridir.
Bütün bunlar inkişafımızın
günü-gündən artmasının göstəricisidir.
- Eldar
müəllim, Milli Məclisin əsas fəaliyyət istiqamətlərindən
biri də beynəlxalq əlaqələrlə
bağlıdır. Bu baxımdan, ötən beş il ərzində
gördüyünüz işlər haqqında məlumat verməyinizi
xahiş edirik...
- Təbii
ki, millət vəkili olaraq parlament çərçivəsində
müxtəlif beynəlxalq tədbirlərdə iştirak
edirik. Mən Milli Məclisin ATƏT Parlament
Assambleyasında nümayəndə heyətinin üzvüyəm.
Deyə bilərəm ki, bəlkə də
nümayəndə heyətləri arasında ən fəal
qrup Azərbaycan nümayəndə heyətidir. Çünki bizim torpaqlarımız Ermənistan tərəfindən
işğal olunub. Biz nümayəndə
heyəti olaraq qurumun sessiyasının həm plenar
iclaslarında, həm də komitələrində öz
mövqeyimizi ortaya qoyuruq. Siyasi məsələlər
və təhlükəsizlik, İqtisadiyyat və İnsan
hüquqları komitələrində millət vəkillərimiz
təmsil olunur və komitələrin iclaslarında da hər
zaman Ermənistanın işğalçılıq siyasətini
gündəmə gətiririk.Amma çox zaman bizə deyirlər
ki, bu məsələ ilə ATƏT-in Minsk qrupu məşğul
olur. Amma bu qurumun işi hamının
gözü qarşısındadır. Mən
Minsk qrupunu həmişə tənqid etmişəm. Bu təşkilat
1992-ci ildən yaranıb, amma 23 ildə heç bir irəliləyiş
olmayıb, yerlərində sayırlar. Həmsədrlər
həmişə deyirlər ki, Azərbaycan və Ermənistan
tərəfi razılaşsınlar, biz onları dəstəkləyirik.
Sual olunur, əgər tərəflərin
özləri razılığa gələcəklərsə,
onda siz nəyə lazımsınız? Əslində,
həmsədr dövlətlər istəsəydilər bu
münaqişəni çoxdan həll edə bilərdilər.
Çünki həmsədrlər
dünyanın üç böyük dövlətləridir
– ABŞ, Fransa və Rusiya dünya siyasətinə təsir
gücünə malikdir. Konkret deməlidirlər ki, bu münaqişədə
işğalçı və işğala məruz
qalan kimdir? Kimin mövqeyi ədalətlidir?Bir
sözlə, Minsk qrupunun fəaliyyəti çox zəifdir.
Onlar ancaq görüşlər təşkil etməyə
çalışırlar və turist kimi bölgəyə gəlib
gedirlər. Bilirsiniz, bəzən ədalətsiz
dünyada ədalət axtarırıq. Bu
gün ədalət gücdədir və
gücümüzü toplayıb torpaqlarımızı
işğaldan azad etməliyik. Buna
doğru da gedirik. Azərbaycanın
çox güclü ordusu var və torpaqlarımızı
işğaldan azad etməyə qadirik. Buna
baxmayaraq biz məsələni sülh yolu ilə həll etmək
istəyirik. Lakin nə vaxt ki
danışıqlar prosesində sülhə ümidlər
yaranır, o zaman Ermənistan tərəfi təxribatlar
törədir. Amma gec-tez bütün
bunların axırı olacaq. Çünki
Azərbaycanın da səbrinin həddi var. Ermənilər
bunu nə qədər tez başa düşsələr bir o qədər
yaxşı olar.Milli Məclis çərçivəsində
beynəlxalq fəaliyyətin bir istiqaməti parlamentlərarası
dostluq qruplarıdır. Mən təxminən 10 il Azərbaycan-Pakistan parlamentlərarası
dostluq qrupunun rəhbəri olmuşam. Və qrup
çərçivəsində hər iki ölkənin
parlamentləri arasında əlaqələrin gücləndirilməsi
üçün xeyli işlər görülüb. Hər
iki tərəfdən qarşılıqlı səfərlər
olub. Heydər Əliyev Fondunun təşəbbüsü ilə
Kəşmirdə tikilən qızlar məktəbinin
açılışında iştirak etmişəm.
Bilirsiniz ki, Pakistan müstəqilliyimizi ilk tanıyan ölkələrdən
biridir və işğalçı
Ermənistanla heç bir diplomatik əlaqə
qurmayıb. Bu gün bu dövlətlə münasibətlərimiz
yüksək səviyyədədir.Hazırda isə Milli Məclisin
Azərbaycan-Ukrayna parlamentlərarası dostluq qrupunun rəhbəriyəm.
Ümumiyyətlə, Milli Məclisin sədri cənab Oqtay
Əsədov dostluq qruplarının fəaliyyətinə
böyük diqqət yetirir. Çünki dövlətlərlə
ikitərəfli münasibətlərin inkişafında
dostluq qruplarının özünəməxsus rolu var. Və
qrupların bu yöndəki fəaliyyəti çox təqdirəlayiqdir.Parlamentimiz
beynəlxalq təşkilatlarla da sıx əlaqə
yaradır. Deputatlarımız Avropa Şurası, ATƏT, NATO
və digər parlament assambleyalarında fəal iştirak edir
və Azərbaycanın haqq səsini çatdırır,
ölkəmizin mənafeyini müdafiə edirlər.
Səs.- 2015.- 18 oktyabr.- S.9.