Prezident nəzarəti və insan hüquqları
Prezident nəzarəti insan hüquqlarının müdafiəsi, "gizli" iqtisadiyyat, korrupsiya və cinayətkarlığa qarşı amansız mübarizə vasitəsidir. Qanunlara riayət olunmasına nəzarət, icra intizamının yüksəldilməsi, dövlət idarəçilik mexanizminin gücləndirilməsi, şəxsiyyət, cəmiyyət və dövlətin təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş hüquq-mühafizə orqanlarının fəaliyyətinin köklü surətdə yaxşılaşdırılması da prezident nəzarətinin əsas istiqamətlərindəndir.
Prezident nəzarəti ölkə Prezidentinin Konstitusiyanın imkan verdiyi səlahiyyətləri nəzərə alınmaqla dövlət idarəçiliyi və nəzarətinin təkmilləşdirilməsinin strateji təşkili vasitəsidir. Hüquqi dövlətin əsas atributlarından olan prezident nəzarətinin həyata keçirilməsi haqqında A.Tarasov "Prezident nəzarəti" əsərində yazır: "Cəmiyyətin modernləşməsi, demokratik və hüquqi dövlətin yaradılması şəraitində dövlət nəzarəti, kriminal hadisələrlə mübarizənin gücləndirilməsi, icra hakimiyyəti orqanlarında, hüquq-mühafizə orqanlarında icra intizamının yüksəldilməsi zəruridir. Dövlət nəzarəti sistemində prezident nəzarəti şəxsiyyət, dövlət və cəmiyyətin təhlükəsizliyinin təmin olunmasına, dövlət idarəçiliyinin səmərəliliyinin yüksəldilməsinə, təkmilləşdirilməsinə və inkişafına yönəlir, müsbət siyasi, sosial-iqtisadi inkişafın yalnız zəruri şərti deyil, müəyyənedici komponentinə və qarantına çevrilir".
A.Tarasov prezident nəzarətinin hüquqi dövlət quruculuğu prosesində yerini və rolunu göstərməklə, onun hüdudlarını, strukturunu və funksiyalarını da göstərmişdir.
Prezidentlik institutu Azərbaycan üçün yeni hadisədir. Bu təsisat
XX əsrin 90-cı illərində
Azərbaycan müstəqillik
əldə etdikdən
sonra yaranmışdır.
Prezidentlik institutunun funksiyalarına
kadr, informasiya və hüquqi problemlər daxildir. Prezident nəzarəti hakimiyyətin
digər qolları vasitəsilə həyata keçirilir. Konstitusiyaya uyğun
olaraq Azərbaycan Prezidenti dövlət başçısı kimi
qanunverici, icra və məhkəmə orqanlarının həyata
keçirdiyi dövlət
hakimiyyətinin vəhdətini
təmin edir. Prezident nəzarəti inzibati və maliyyə nəzarəti formalarında
həyata keçirilir.
Prezident nəzarətinin məqsədi
icra hakimiyyəti orqanlarının fəaliyyətini
prezident və ümumilikdə, dövlət
idarəçiliyinin tələblərinə
uyğun inkişaf etdirməkdir. Nəzarət dövlət idarəçiliyinin
bir hissəsidir.
Prezident nəzarətinin subyektləri
prezidentin fərman və sərəncamlarının
yerinə yetirilməməsinə,
nəzarət funksiyalarını
həyata keçirən
orqandır (Prezident Administrasiyası). Prezident
nəzarətinin subyektlərini
təsnif edərkən
onun ali
səviyyəsinə prezident,
ikinci səviyyəsinə
Prezident Administrasiyası,
üçüncü səviyyəsinə
prezidentin yerlərdəki
nümayəndələri (icra hakimiyyəti) daxil edilir. Prezident nəzarətinin
obyektlərinə normativ-hüquqi
aktlar sistemi, konstitusiya qanunları, prezident sərəncamları
və hökumət qərarları aid olunur.
Bu zaman icra
hakimiyyəti orqanlarının
bütün sisteminə
və bütün fəaliyyətinə nəzarət
edilir.
Prezident
nəzarətinin texnologiyasına
gəldikdə, bu zaman aşağıdakı
mərhələlər ayrılır: 1. İdarəetmə sisteminin
nəzarət olunan hissəsinin faktik vəziyyətinin müəyyənləşdirilməsi;
2. Nəzarət zamanı
əldə olunan faktların müvafiq normativ-hüquqi aktların
tələbələrinə uyğunluğu ilə müqayisə edilməsi;
3. Aşkara çıxan
nöqsanların qiymətləndirilməsi;
4. Pozğunluqların səbəblərinin
aşkar edilməsi;
5. Müvafiq tədbirlərin
görülməsi; 6. Prezident
yoxlaması zamanı qəbul edilmiş qərarların yerinə yetirilməsinə nəzarət.
Prezident
nəzarətinin prinsipləri
aşağıdakılardır: 1. Prezidentin hüququ statusu prinsipi. 2. Nəzarətlilik
prinsipi. 3. Qanunçuluq
prinsipi. 4. Nəzarətlilik
prinsipi. 4. Aşkarlıq
prinsipi. 6. Məsuliyyət
prinsipi. 7. Məqsədyönlülük
prinsipi. 8. Balanslaşdırma
prinsipi. 9. Sistemlilik prinsipi. 10. Vahid metodologiya prinsipi. 12. Şəxsiyyətin
şərəf və
ləyaqətinin mühafizəsi
prinsipi. 13. Mütləq
tədqiqat prinsipi.
1. Məlumdur ki, ölkə prezidenti prezident nəzarətinin təşkili siyasətinin
əsas subyekti və birinci şəxsdir. Bu mənada
prezidentin hüquqi statusu prinsipi ölkə Konstitusiyası
təsbit olunmuşdur.
Prezident dövlət başçısı,
Konstitusiya, insan hüquq və azadlıqlarının qarantıdır.
Yuxarıda qeyd etdiyimiz
kimi, prezidentin səlahiyyətləri qanunverici,
icra və məhkəmə hakimiyyətində
xüsusi yer tutması ilə fərqlənir. Bununla
əlaqədar, bu
prinsip göstərir
ki, prezident nəzarəti digər dövlət nəzarəti
növləri içərisində
əsas növdür.
Dövlət başçısı statusuna
uyğun olaraq prezident Konstitusiya quruluşunun müdafiəsi,
qayda-qanunun qorunması,
suverenlik, müstəqillik,
ölkənin ərazi
bütövlüyünün müdafiəsi, insan və vətəndaşların
hüquq və azadlıqlarının real surətdə
təmin edilməsilə
bağlı tədbirlər
görür. Bu prinsipin
əhəmiyyəti ondadır
ki, prezident nəzarəti subyektlərinin
həyata keçirdiyi
kompleks nəzarət tədbirlərinin reallaşması
üçün mühüm
rol oynayır.
2. Prezident nəzarətini həyata keçirən subyektlərin mərkəzləşməsi
və əlahiddəliyi
prinsipinə gəldikdə,
bu prinsip göstərir ki, Prezident Administrasiyasının
bütün bölmələri
dövlət başçısının
rəhbərlik etdiyi vahid mərkəzləşmiş
sistem təşkil edir. Eyni zamanda, bu bölmələrin hər
birinin özünün
təşkilati-ştat və
hüquqi statusu var. Prezident nəzarətinin xüsusi subyektləri nəzarəti həyata keçirərək, öz
işlərini hüquqi
və təşkilati
münasibətlərdə bir-birindən asılı
olmayaraq qururlar.
3. Nəzarətlilik prinsipinin
tətbiqi prezident nəzarətinin həyata
keçirilməsi gedişində
icra hakimiyyəti orqanları tərəfindən
normativ-hüquqi aktların
tələblərinin vaxtında
və yerinə yetirilməsinə görə
nəzarət fəaliyyətinə
tətbiq edilir. Prezident nəzarəti yalnız pozuntuları aşkar etmir, bu pozuntuları
aradan qaldırmaqla, həm də icra hakimiyyətinin fəaliyyətini təkmilləşdirir.
Nəzarətlilik prinsipi prezident
idarəetməsi və
nəzarətinin bütün
sisteminin fəaliyyəti
və səmərəli
inkişafı üçün
həlledici şərait
yaradır.
4. Qanunçuluq prinsipi qanuna uyğun olaraq normaların məcmusundan ibarət hüquqi qaydalar yaranmasına xidmət edir. Universal hüquqi
prinsip olan qanunçuluq prinsipi öz normativ təcəssümünü konstitusiyanın
müddəalarında tapmışdır.
Bu prinsip sistemli,
çoxaspektli, prezident
nəzarətinin subyektlərini
və nəzarət obyektlərini əhatə
edən prinsipdir.
5. Aşkarlıq prinsipi demokratik cəmiyyətlərdə
nəzarətin nəticələrinin
və dövlət idarəçiliyindəki vəziyyətin
ictimaiyyətə çatdırılmasında
əsas atributlardan biridir və bu prinsip icra
hakimiyyəti orqanlarının
fəaliyətinin və
hüquq-mühafizə işçilərinin
aşkarlığı, nəzarətin
nəticələri haqqında
məlumatları vətəndaşlara
çatmasının mümkünlüyünü
nəzərdə tutur.
6. Məsuliyyətlilik prinsipi
göstərir ki, prezident nəzarətinin məsuliyyəti birinci dərəcəli əhəmiyyət
kəsb edir. Çünki onların işlərindən
adekvat nəticələrindən,
təkliflərindən və
reallaşmasından yalnız
prezident nəzarəti
və idarəetməsinin
təkmilliyi və səmərəliliyinin artması
deyil, icra hakimiyyəti orqanlarının
fəaliyyətinin nəticələri
də asılıdır.
7. Məqsədyönlülük prinsipi nəzarət olunan vəzifələrin müəyyən məqsədlərə, ağıllılığa, rasionallığa, praktiki və nəzəri əsasa uyğun gəlməlidir. Bu prinsipin tətbiqi qanunçuluq prinsipilə ziddiyyət təşkil etməməlidir.
8. Səmərəlilik prinsipi aşağıdakıları nəzərdə tutur:
1) Prezident nəzarətinin həyata keçirilməsi nəticələrinin faydalı effekti və məsrəfləri arasında optimal qarşılıqlı münasibətlər;
2) Lazımsız məsrəflərin olmaması;
3) Minimal məsrəflərlə ən yaxşı nəticələrin əldə edilməsi.
9. Balanslaşma prinsipi prezident nəzarətinin bütün subyektinin nəzarət fəaliyyətinin qüvvədə olan normativ-hüquqi bazaya uyğunluğu məqsədi güdür.
10. Sistemlilik prinsipi icra hakimiyyəti orqanlarının fəaliyyətinə görə prezident nəzarəti sisteminin mövcudluğunu irəli sürür.
11. Vahid metodologiya prinsipi prezident nəzarətinin səmərəliliyini təmin edən ümumi informasiya - hüquqi və metodik bazanın mövcudluğunu nəzərdə tutur.
12. Şəxsiyyətin ləyaqət və şərəfinin qorunması prinsipi nəzarət zamanı heç kəsin zorakılığa, qəddar münasibətə məruz qalmamasını tələb edir: çünki konstitusiyada şəxsiyyətin yaşamaq, ailə və şəxsi sirlərinin toxunulmazlığı hüququ, xidməti vəzifəsini yerinə yetirərkən öz şərəf və ləyaqətini qorumaq hüququ təsbit olunmuşdur.
13. Mütləq təhqiqat prinsipi prezident nəzarəti gedişində icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən baş verən qanunsuzluqlarla əlaqədar tətbiq edilir. Bu zaman prezident müvafiq normativ-huquqi sənədlər əmrlər və sərəncamlar verir.
Beləliklə, prezident nəzarəti dövlət nəzarətinin zəruri və mütləq mühüm strateji ünsürlərindən biri olub, hüquqi dövlət quruculuğunun əsas hakimiyyət qollarından olan icra hakimiyyəti orqanlarının fəaliyyətinin və idarə olunmasının gücləndirilməsinə xidmət edir. Prezident nəzarəti gedişində bütün hakimiyyət qolları və vəzifəli şəxslərin cəmiyyət və dövlət qarşısında məsuliyyəti artır. Azərbaycan Respublikası Prezidenti konstitusiya səlahiyyətləri əsasında hüquqi dövlət quruculuğu gedişində baş verən pozuntuları aradan qaldırır, onun perspektiv inkişafı üçün səmərəli tədbirlər görür.
Vahid ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2015.- 21 oktyabr.- S.15.