Yeni Azərbaycan Partiyası parlament
seçkilərində xalqın dəstəyini qazanaraq, qələbələr
tarixinə növbəti uğurlu səhifəsini yazacaq
MM-in deputatlığına namizəd, Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü Əsabil Qasımov
- Əsabil müəllim, növbəti parlament seçkilərinin təbliğat-təşviqat mərhələsi uğurla davam edir. Bu mərhələnin özəlliklərindən biri təbii ki, ölkənin bugünkü uğurlarına bir daha nəzər yetirməkdir. Bugünkü Azərbaycanı beş il bundan öncəki Azərbaycanla müqayisə etdikdə hansı qənaət yaranır?
- Ötən dövrlərin ümumiləşdirilmiş ifadəsi təbii ki, bugünkü Azərbaycan və onun reallıqlarıdır. Hər bir inkişafın əsasında sabitlik dayanır. Ölkəmizdə sabitliyin mövcudluğu iqtisadi tərəqqiyə geniş yol açır. Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanda sabitlik təmin edilir. Xalqımız təhlükəsizlik şəraitində, rifah içində yaşayır. Ölkədə vətəndaş birliyi, həmrəyliyi möhkəmlənir və bütün xalq bir amal uğrunda birləşib- Azərbaycanı gücləndirmək, Azərbaycanda sabitliyi daha da möhkəmləndirmək və sosial-iqtisadi inkişafı davam etdirmək.
Əlbəttə, güclü iqtisadiyyat,
düşünülmüş siyasət imkan verir ki, sosial
sahəyə də diqqət
daha da artsın. Bu sahə daim prioritetdir. Bütün sosial
proqramlar vaxtında icra edilir. Atılan addımlar bir daha
təsdiqləyir ki, dövlətin həyata keçirdiyi siyasətin mərkəzində
Azərbaycan vətəndaşı dayanır. Uğurlu nəticələr
eyni zamanda onu
deməyə əsas verir ki, Azərbaycan
böhranlı illərdə belə
sürətlə inkişaf edir, iqtisadi artımın
sürətinə görə beynəlxalq maliyyə
qurumlarının hesabatlarında
birinciliyini qoruyur. Buna əsas verən amil
qeyd etdiyimiz kimi
düşünülmüş siyasətdir. Möhtərəm Prezidentimiz bildirir ki, bizim
proqramlarımız reallıq üzərində qurulub. Hər
bir məsələ, hər bir sahə ilə bağlı çox konkret fəaliyyət
planı var- regionların inkişafı, işsizliyin aradan
qaldırılması, sənayeləşmə, kənd təsərrüfatının
inkişafı. Əməkhaqqı,
pensiyalar artır. Aztəminatlı ailələr
ünvanlı sosial yardım proqramından bəhrələnirlər. Hazırda
bütün bölgələr arasında sağlam rəqabət
gedir. Quruculuq, adadlıq işləri
geniş vüsət alıb. İnsanların
rahat, əmin-amanlıq şəraitində, təhlükəsiz
yaşaması istiqamətində mühüm tədbirlər
həyata keçirilir. Məhz uğurlu siyasətin nəticəsidir
ki, 2008-ci ildən
dünyanı bürüyən maliyyə və iqtisadi
böhran, eyni zamanda bölgədə
baş verən xoşagəlməz hadisələr,
toqquşmalar Azərbaycanın uğurlu inkişafına təsir
etməmişdir. Ölkəmiz uğurla inkişaf edir. İnkişaf dinamik xarakter daşıyır. İqtisadiyyatın şaxələndirilməsi siyasəti
uğurla həyata keçirilir. Cari ilin ötən dövründə iqtisadiyyat 3,7 faiz, qeyri-neft sektoru 6 faiz artıb. 87 min yeni iş yeri
asçılıb ki, bunun 67 mini daimi
iş yeridir.
Qeyd
etdiyimiz kimi, ölkənin hərtərəfli
inkişafının təmin edilməsində konkret Dövlət Proqramlarının
icrası əsas yer tutur. Bu sənədlərin
uğurlu icrasına əsas verən ölkəmizin maliyyə
imkanlarının günbəgün artmasıdır. Neft gəlirlərinin idarə olunmasında şəffaflığın
yüksək səviyyədə qorunması mühüm
sosial-iqtisadi layihələrin icrasını sürətləndirir.
Neft-qaz sənayesini iqtisadiyyatın onurğa sütunu kimi dəyərləndirən
ulu öndər Heydər Əliyev eyni zamanda bildirmişdir ki,
neft Azərbaycanın ən böyük sərvəti olub,
xalqa, özü də təkcə indiki nəslə deyil, həm
də gələcək nəsillərə məxsusdur.
Ümummilli liderin 1999-cu il 29 dekabr tarixli fərmanı ilə Dövlət
Neft Fondunun yaradılmasında da məqsəd neft gəlirlərinin ədalət
prinsipi əsasında bölünməsinə, onların səmərəli
və məqsədyönlü şəkildə idarə edilməsinə
şərait yaratmaqdır.
Şəffaflığın yüksək səviyyədə
təmin olunması
qarşıya qoyulan məqsədlərə nail
olmağa əsas yaradır. Dövlətimizin başçısı
İlham Əliyev Nazirlər Kabinetinin iclasında diqqəti
bir daha bu məsələyə yönəldərək
bildirmişdir ki, gələcəkdə neft amilinin ümumi
daxili məhsulumuzda
aşağı düşməsi nəticəsində ölkə iqtisadiyyatının
neft amilindən asılılığı daha da azalacaq. Bu, bizim vəzifəmizdir.
İnkişaf etmək, dayanıqlı və çoxşaxəli
iqtisadiyyat qurmaq üçün neft-qaz amili bizim üçün bir
vasitədir. Biz bu vasitədən səmərəli
istifadə edirik.
Daim
vurğulandığı kimi, gələcək nəsillərin
inkişaf və rifah içində yaşaması bugünkü
çağırışlara düzgün cavabların
tapılmasından çox
asılıdır. Hazırkı dövrün əsas
çağırışlarından birinin yoxsulluqla
mübarizə olduğu önə çəkilərək Azərbaycanın
bu istiqamətdə qazandığı uğurlar təqdir
edilir. Bu gün ölkəmizdə yoxsulluq həddinin və
işsizliyin 5 faiz səviyyəsində
olması Dövlət
Proqramlarının uğurlu icrasının nəticəsidir.
İnkişafın Azərbaycan modelinin mövcudluğunun beynəlxalq səviyyədə
dəstəklənməsində də uğurlarımız əhəmiyyətli
rol oynayır.
İqtisadi uğurlar Azərbaycanın beynəlxalq
münasibətlər sistemində yeri və roluna da öz
müsbət təsirini göstərir.
Azərbaycanın beynəlxalq tədbirlər
üçün əsas məkan seçilməsi təbii ki,
hərtərəfli inkişafından qaynaqlanır. İqtisadi
möcüzələr ölkəsi kimi tanınan Azərbaycanın
demokratiya təcrübəsi də digər ölkələrə
nümunə göstərilir.
Növbəti parlament seçkiləri Azərbaycanın bu sahədə
əldə etdiyi
uğurların, həyata keçirdiyi demokratik
islahatların təqdimatında bir daha əhəmiyyətli
rol oynayacaq.
Təbii ki, ötən parlament seçkilərindən
keçən 5 ilin uğurlarını bir sualda əhatə
etmək qeyri-mümkündür. Bu baxımdan ki, nəzərə alsaq hər
gün Azərbaycanın tarixinə bir mühüm hadisə
ilə yazılır, onda
uğurlarımızın miqyasının nə dərəcədə
böyük olduğunu aydın görə bilərik. Reallıq budur ki, bu gün Azərbaycan öz
inkişaf dinamikası ilə dünyanın diqqətindədir,
beynəlxalq münasibətlər sisteminin əsas
aparıcı qüvvəsidir,
hər sahədə təcrübəsi öyrənilir və
təqdir olunur.
Bu gün yeganə problemimiz Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsidir. Xalqımız
bu problemimizin də ədalətli həllinə əmindir.
Həm diplomatiya sahəsindəki
uğurlarımız, həm də iqtisadi
imkanlarımızın genişlənməsi fonunda ordu
quruculuğu istiqamətində atılan addımlar və onların
uğurlu nəticələri bu əminliyə əsas verir.
Azərbaycanın dəyişməz mövqeyini
ən yüksək tribunalardan bəyan edən möhtərəm
Prezidentimiz İlham Əliyev bildirir ki, bir qarış
torpağımızı belə düşmənə verməyəcəyik.
Azərbvaycanın gələcəyinə inam
böyükdür. Xalqımız bu uğurlarımızın fonunda irəliyə
inamla baxır, cənab İlham Əliyevin ətrafında
sıx birləşrir, yeni-yeni hədəflərin gerçəkləşməsinə dəstək olmağa səy
göstərir.
Son beş il Azərbaycanın hər bir sahədə
həyatına davamlı uğurlarla yazılıb. Bu
uğurların davamlılığını təmin etmək
üçün
xalqımız növbəti parlament seçkilərinə
böyük fəallıq, şən əhval- ruhiyyə ilə
qatılır.
-
Uğurlarımıza qısqanclıqla yanaşan daxili və
xarici bədxahlarımızın göstərdiyi cəhdlərə
münasibətinizi bilmək istərdik...
- Bu fikir
möhtərəm Prezidentimiz İlham Əliyevin
çıxışlarında da hər zaman qeyd edilir ki, Azərbaycanın
uğurlarına sevinən qüvvələrlə
yanaşı, həzm etməyənlər də var. Məhz bu səbəbdən
daim ölkəmizə qarşı qarayaxma kampaniyaları
aparılır. Amma diqqət
yetirsək, hər dəfə bu ünsürlərin cəhdləri
dövlətimizin uğurlu siyasəti, Azərbaycanın
reallıqları əsasında
boşa çıxıb. Əsas budur ki, cənab
İlham Əliyevin bəyan etdiyi kimi, aparılan bu qərəzli
təbliğata
qarşı Azərbaycan dövləti, xalqı
öz birliyini, həmrəyliyini nümayiş etdirir. Yalana həqiqətlə cavab verir. Həqiqəti inkar
etmək qeyri-mümkündür. Bu gün Azərbaycanın demokratik inkişafı göz
önündədir. İnsan
hüquq və azadlıqlarının qorunması istiqamətində
atılan addımlar davamlılığı ilə
diqqət çəkir.
Qeyd edək
ki, 2009-cu ildə keçirilən referendum əsasında Konstitusiyanın 29
maddəsinə edilən 40-dan artıq əlavə və dəyişikliklər
arasında xüsusi diqqət çəkən məhz «Dövlətin ali məqsədi»
maddəsinə edilən əlavə olmuşdur. Həmin əlavəyə
əsasən
dövlətin ali məqsədi insan hüquq və
azadlıqlarını qorumaqla yanaşı layiqli həyat səviyyəsini təmin
etməkdir. Neft gəlirlərinin idarə olunmasında şəffaflığın
və ədalət prinsipinin yüksək səviyyədə qorunması əhalinin
sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı addımların atılmasını
şərtləndirir. Bu gün böyük əminliklə
qeyd edirik ki, digər neftlə zəngin ölkələrdən
fərqli olaraq Azərbaycanda iqtisadi strategiyanın düzgün
müəyyənləşdirilməsi əhali arasında təbəqələşmə
prosesinin getməməsini təmin edir. İqtisadi
göstəricilər yalnız rəqəmlərdə deyil,
insanların gündəlik həyatında öz əksini
tapır. Bu diqqət və qayğı
uğurların davamlılığında, xalq-iqtidar birliyinin
daha da möhkəmlənməsində stimulverici amildir.
Növbəti parlament seçkiləri Azərbaycan
dövlətinin seçkilərin demokritkliyini, şəffaflığını
təmin etmək üçün nə qədər səylər
göstərdiyini bir daha nümayiş etdirir. Təkmil
seçki qanunvericiliyi mövcuddur. Seçki Məcəlləsi
seçkilərin azad, şəffaf keçirilməsini tam təmin
edir. Bunları inkar etmək, təbii ki, ölkəmizin uğurlarını
qısqanclıqla
qarşılayan qüvvələrin çoxdankı
peşəsidir. Xalqımız
təbii ki, reallığa dəyər verir. Artıq fərziyyələrlə
yaşamağın zamanı çoxdan keçib.
Baxmayaraq ki, daxili bədxahlarımız hələ də köhnə vərdişlərinə
aludəçiliklərini
büruzə verməkdədirlər.
Azərbaycan inkişaf yolunda inamla irəliləyir.
Demokratik dəyərlərə sadiqliyini
sözdə deyil, əməldə təsdiq edir. 1 noyabr
parlament seçkiləri bu inkişafın bir daha təsdiqi
olacaq.
- Əsabil müəllim, seçkilər eyni zamanda hər
bir siyasi qüvvənin çəkisinin, nüfuzunun göstəricisidir.
Yeni Azərbaycan Partiyasının bu
gün cəmiyyətdə yeri və rolunu necə şərh
edərdiniz?
- Bu sual təbii
ki, məni müstəqilliyimizin ilk illərinə, Yeni Azərbaycan
Partiyasının yarandığı dövrə nəzər
salıb, bu faktı təsdiqləməyə
sövq edir ki, əgər o vaxt
Yeni Azərbaycan Partiyası yaranmasaydı, xalqımızın təkidli tələbi
ilə ulu öndər Heydər
Əliyev hakimiyyətə qayıtmasaydı, ölkəmizin
inkişafı tamam başqa istiqamətdə gedər, Azərbaycan
adlı dövlətin varlığından danışmaq
qeyri-mümkün idi. Azərbaycanı inkişaf, tərəqqi
yoluna çıxaran əsas amil ulu öndər Heydər
Əliyevin düzgün müyyənləşdirdiyi siyasət, yaradıcısı
olduğu Yeni Azərbaycan Partiyasıdır. Prezident İlham
Əliyev Yeni Azərbaycan Partiyasının V qurultayında bu
fikri xüsusi qeyd etmişdir: «Bu gün biz- ulu öndər
Heydər Əliyevin siyasi varisləri, davamçıları
onun ölməz xatirəsi qarşısında bir daha söz
verir və and içirik ki, bu yolla gedəcəyik, bu yoldan
dönməyəcəyik, Azərbaycan xalqının xoşbəxt
gələcəyini təmin edəcəyik!»
Azərbaycanın
hər bir uğuruna
töhfələrini verməyə
çalışan Yeni Azərbaycan Partiyasının atdığı biri-birindən əhəmiyyətli
addımlar onu xalqın partiyasına çevirmiş, hər
bir seçki prosesini uğurla başa vurmasını şərtləndirmişdir.
Bu gün partiyanın sırasında 670 minə
yaxın üzvün birləşməsi çox məqamlara aydınlıq
gətirir. Yeni Azərbaycan Partiyası fəaliyyətə
başladığı gündən söz və əməl
birliyini nümayiş etdirmiş, xalqın, dövlətin gələcəyi
naminə çalışmışdır. Təbii
ki, belə bir partiyanın cəmiyyətdə rolu
böyük olacaq, xalqın dəstəyi şəksizdir.
Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan
Partiyası dünənin, bu günün və gələcəyin
partiyasıdır. Partiyanın gələcəyinə inam onun seçki qələbələrindən
daha aydın görünür.
- Ölkədəki
seçki mühiti, seçici fəallığı, eyni
zamanda seçkilərə hazırlığın səviyyəsi
Yeni Azərbaycan Partiyasının növbəti parlment
seçkilrində hansı nəticəni əldə edəcəyini
proqnozlaşdırır?
- Xalqın inamını qazanan bir partiyanın seçkilərə qələbə əzmi ilə qatılması şəksizdir. Qaldı seçki hazırlığına, Yeni Azərbaycan Partiyası daim seçkilərə yüksək əhval-ruhiyyə ilə qatılmış, təkmil seçki təcrübəsini ortaya qoyub. Partiyanın seçki proqamında gələcək prioritelər öz əksini tapıb. Arxada qalan illərin möhtəşəm uğurları əsasında inamla irəliləyən yeni Azərbaycan Partiyasının 1 noyabr parlament seçkilərində qələbəsi qaçılmazdır.
Təbii ki, hər bir Azərbaycan vətəndaşı həyatının da davamlı şəkildə dəyişməsini istədiyi üçün, ölkəmizin ötən parlament seçkilərindən keçən dövr ərzində qazandığı uğurlara söykənərək seçkilərdə fəal iştirakı, partiyanın namizədlərinə dəstəyi ilə bu istəyini gerçəkləşdirəcək. 2010-2015-ci illərdə keçilən yola, qazanılan uğurlara qısa baxış hər kəsin gələcəklə bağlı planlarını düzgün qurmasına stimuldur. Hər bir uğur növbəti istəklərin yaranması üçün əsəs olur. 5 il bundan öncə ölkə ictimaiyyəti nəyi arzu edirdi, bu gün isə hansı istəyini ortaya qoyur göz önundədir.
Təbii ki, YAP-ın qarşıdan gələn
parlament seçkilərinə böyük inamla gedir.
Seçkilərə hazırlığın yüksək səviyyədə təşkili qələbə üçün əsas
şərtlərdən
biridir. Məhz bu
baxımdan seçki kampaniyasının təbliğat mərhələsində
qazanılan uğurların əhali arasında geniş təbliğ olunması
mütləqdir. Mövcud əsaslar
qarşıya qoyulan məqsədlərin gerçəkləşməsinə stimul verir.
Ümumiləşdirilmiş şəkildə qeyd etsək,
görülən işlər Yeni Azərbaycan
Partiyasının seçkilərə böyük inamla getməsinə
əsas yaradır. Birgə səylər
hər bir məqsədə yüksək səviyyədə
nail olmağa stimul verir. Yeni Azərbaycan
Partiyası bu mütəşşəkilliyi,
birgə səyləri artırmaqla daim qələbələrə imza
atıb, növbəti parlament seçkilərində də qələbəsi
danılmazdır. Dövlətimizin
başçısı İlham Əliyevin bu fikirlərini
bir daha xatırlatmaq istərdim: « Azərbaycan daha da
güclü ölkə olmalıdır. Biz qüdrətli Azərbaycan dövləti qururuq və
əminəm ki,
quracağıq.
Bütün hədəflərə çatmaq
üçün bizim müstəqil siyasətimiz davam etməlidir. Xalq
bu siyasəti dəstəkləyir.»
Ölkədə keçirilən bütün seçki
proseslərindən qələbə ilə çıxan Yeni
Azərbaycan Partiyası növbəti parlament seçkilərində
xalqın dəstəyini qazanaraq, qələbələr
tarixinə növbəti uğurlu səhifəsini yazacaq. Yeni Azərbaycan Partiyasını
qarşıdakı onilliklərdə daha möhtəşəm
nailiyyətlər gözləyir. Seçicilərlə
keçirdiyimiz görüşlərdə bu reallıq
özünü qabarıq şəkildə büruzə
verir. Azərbaycanın bugünkü inkişafından
böyük məmnunluq hissi keçirən xalqımızda
yüksək seçki əhval-ruhiyyə var.
Səs.- 2015.- 21 oktyabr.- S.11.