Konstitusiya nəzarəti insan hüquqlarının müdafiəsinin prinsip və forması kimi

 

     Müasir hüquqi dövlətdə insan və vətəndaşın hüquq və azadlıqlarının müdafiəsi konstitusiya - hüquqi və beynəlxalq hüquqi mexanizmlər vasitəsilə həyata keçirilir. Hüquqi dövlətdə bu sahədə konstitusiya nəzarəti mühüm rol oynayır.  Konstitusiya nəzarəti zamanı üç əsas formadan-abstrakt, konkret və fərdi nəzarət formalarından istifadə edilir. Ölkə Prezidenti İlham Əliyev sivilldemokratik dövlət quruculuğunun amilləri içərisində konstitusiya nəzarəti, qanunun aliliyi, hüquq və vətəndaşların qorunması amillərinə mühüm önəm verir: "Mənim aləmimdə, sivilhüquqi dövlət o dövlətdir ki, orada qanunun aliliyi var, cəmiyyətdə bütün ictimai-siyasi təsisatlar işləyir, cəmiyyət demokratik prinsiplər əsasında qurulur, söz, vicdan azadlığı var, dinindən, milliyyətindən asılı olmayaraq, insanlar eyni hüquqlara malikdirlər, azad yaşayırlar. Mənim aləmimdə, bunlar sivilhüquqi dövləti müəyyən edən əsas amillərdir. Hesab edirəm ki, indi Azərbaycanda belə bir dövlətin qurulması istiqamətində çox işlər görülürbundan sonra da çox işlər görüləcək".

     Abstraktın nəzarətinin məqsədi normativ-hüquqi aktların qəbulu prosesində insan azadlıq və hüquqlarını tənzim edən qanunvericiliyin konstitusiyaonun müddəalarına riayət olunmasını təmin etməkdir. Bəzi Qərb ölkələrində - AvstriyaFransada konstitusiyalılıq konstitusiya nəzarəti orqanının öz təşəbbüsü ilə qoyula bilər. Abstrakt nəzarət zamanı Konstitusiya Məhkəməsi insan azadlığı və hüquqlarının qanunvericilik pozuntularını aradan qaldırır. Bu cür nəzarətdən daha çox Almaniya, İtaliya, İspaniyaPortuqaliyada istifadə olunur. Konkert nəzarət hüquq normalarının tətbiqinin konstitusiyalılığı məsələsinin konkret həllini nəzərdə tutur. Konkret nəzarət zamanı ümumi məhkəmələr Konstitusiya Məhkəməsi qarşısında konkret məhkəmə işi ilə bağlı sorğu qoya bilər və məhz bu həddə qanunun konstitusiyaya uyğunluğunu təmin edə bilər.

     Konstitusiya nəzarəti fərdi (kollektiv) şikayətlər əsasında da həyata keçirilə bilər. Bu zaman ayrı-ayrı fərdlər, müxtəlif vətəndaş birlikləri, hüquqi şəkillər öz hüquq və azadlıqlarının pozulmasına dair Konstitusiya Məhkəməsinə şikayətlər verə bilər. Bu zaman konstitusiya nəzarətinə uyğun olaraq, insanların hüquqi müdafiəsi o halda təmin edilir ki:

    

     1. Şikayətdə toxunulan məsələlər prinsipial mühüm konstitusion hüquqi əhəmiyyət kəsb etsin;

     2. Şikayətlər son dərəcə əsaslı olsun;

     3. Şikayətlər perspektivsiz olmasın.

    

     Məlumdur ki, Azərbaycan Respublikasının Konstitusiyasının 57-ci maddəsində vətəndaşların müraciət etmək hüququ təsbit edilmişdir. Konstitusiyada göstərilir: "Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə, fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir.

     Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə, ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır. Təhqir və böhtan tənqid sayıla bilməz".

     Konstitusiyanın 60-cı maddəsində hüquq və azadlıqlara məhkəmə təminatı da öz işini tapmışdır: "Hər kəsin hüquq və azadlığının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər".

     İnsan hüquq və azadlıqlarının qorunması sahəsində konstitusiya ərizəsi (pemisiya) hüququ mühüm yer tutur. Pemisiya termini subyektiv hüququ özündə əks etdirərək, müxtəlif növ formaları: müraciət, ərizə, tələb və xahiş formalarında təzahür edir. Bütün bunlar insan hüquqları sahəsindəki dövlət orqanlarının fəaliyyətini təmin edir, hakimiyyət orqanlarını baş vermiş hadisələr haqqında məlumatlandırır.

     Pemisiya verilməsi hüquqi dövlətdə hər kəsin bu rəyini azad ifadə etməsi forması kimi özünü göstərir. Bəzi Qərb ölkələridə müvafiq hakimiyyət orqanlarına müraciət vətəndaşların hüquqi dövlət və vətəndaş cəmiyyətinin işlərində iştirak etmək, ayrı-ayrı şəxslərin və vətəndaşların siyasihüquqi qərarlarının qəbulu prosesinə təsiri forması kimi şərh edilir.

     Hər bir fərdin və kollektivin imzalanmış müraciəti, yazısı, ərizələri parlamentə, hər hansı dövlət aparatına, Ombudsmana ünvanlana bilər. "İnsan hüququ" kitabında göstərildiyi kimi: "Pemisiya hüququna belə geniş yanaşma onun mühüm funksiyası vətəndaş və ya kollektivin siyasi- idarəetmə prosesində iştirakına, insanların cəmiyyət və dövlətin maraqlarının inteqrasiyası və demokratik kommunikasiyası vasitələrinə xidmət etməsilə izah edilir. Onu da qeyd etmək olar ki, pemisiya hüququ həm də dövlətin vətəndaşlarından özünəməxsus nəzarət vasitəsi hüquq və azadlıqların dövlət orqanları, vəzifəli şəxslər tərəfindən pozulmasının  qarşısını alan müdafiə vasitəsidir".

     Azərbaycan Konstitusiyasında konstitusiya nəzarətinin həyata keçirilməsi üçün şikayət verilməsi göstərilmişdir: "Hər kəs hüquq və azadlıqlarını pozan qanunvericilikicra hakimiyyəti orqanlarının normativ aktlarının, bələdiyyə və məhkəmə aktlarından qanunla və müəyyən edilmiş qaydada bu maddənin III hissəsinin 1-7-ci bəndlərində göstərilən məsələlərin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən həll edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədilə şikayət verə bilər. Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada məhkəmələr insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər. Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili insan hüquq və azadlıqlarını pozan qanunvericilikicra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada bu maddənin III hissəsinin 1-7-ci bəndlərində göstərilən məsələlərin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən həll edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu verə bilər".

     Dünya ölkələrinin və Azərbaycan Respublikasının təcrübəsi göstərir ki, konstitusiya nəzarətinin bu forması ictimai-hüquqi şüurun formalaşmasında son nəticədə insan və vətəndaşların hüquq və azadlıqların qorunması prosesində mühüm təsir edir. Pemisiya hüququnu tənzim edən əsas normativ mənbələr konstitusiyaqanunlar ölkəmizdə hüquqi dövlət və demokratik vətəndaş cəmiyyəti quruculuğuna xidmət edir.

     24 ildir ki, demokratiya yolilə irəliləyən Azərbaycan Respublikasının hüquqi dövlət və vətəndaş quruculuğu sahəsində əldə etdiyi uğurları da akademik R.Mehdiyevin sözlərilə belə ifadə etmək olar: "İdarəetmə və demokratiya sahəsində ümumxalq referendumu yolu ilə qəbul edilmiş konstitusiyaya uyğun olaraq Azərbaycanın demokratik, dünyəvi, humanist dövlət qurumunu təsbit edilmiş siyasi idarəçilikdə və cəmiyyətin bütün digər sahələrində demokratiyanın bərqərar olması üçün siyasi plüralizmə çoxpartiyalılığa rəvac verilmiş, dövlət hakimiyyətini formalaşdırmağın ədalətli və etibarlı vasitəsi olan seçki sistemi qəti şəkildə qərar tapmış demokratik prinsiplər əsasında ölkənin milli parlamenti seçilmişdir. Söz, mətbuat, vicdaninformasiya azadlığı təmin edilmişdir. İnsan hüquq və azadlıqlarının tam şəkildə həyata keçirilməsinə təminat yaradılmış, ölüm hökmü ləğv edilmiş, vətəndaş cəmiyyəti qurulması istiqamətində mühüm addımlar atılmışdır".

     Ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması, konstitusiya nəzarətinin reallaşması, qanunun aliliyinin təmin edilməsi sahəsində ölkə Prezidenti İlham Əliyev Ulu Öndər Heydər Əliyevin 20 ilə yaxın başladığı ənənələri bu kimi uğurla davam etdirir.

    

  Vahid Ömərov,

 fəlsəfə üzrə fəlsəfə doktoru

 Xalq Cəbhəsi.- 2015.- 22 oktyabr.- S.15.