İnsan azadlığı

 

 

İnsan azadlığı bəşəriyyətin əsrlər boyu arzuladığı, uğrunda mübarizə apardığı ali nemətdir. Fərdi azadlığı ali xeyir kimi səciyyələndirən ingilis filosofu Con Stüart Mill hələ XIX əsrdə yazdığı "Azadlıq haqqında" əsərində insan azadlığı haqqında deyirdi: "Canlılar aləminin insanı daim tərəqqiyə can atan bir növüdürfikir azadlığı olmadan tərəqqi mümkün ola bilməz". İngilis mütəfəkkiri əsarəti, köləliyi azadlığın düşməni hesab edirdi: "Təfəkkür azadlığı təkcə dahi başların yetişdirilməsi üçün zəruri deyil... O, qadir olduqları ən yüksək əqli inkişaf səviyyəsinə çata bilmələri üçün adi insanlara daha çox lazımdır. Ümumi mənəvi və əqli köləlik mühitində belə fövqəladə zəkalar olub və yenə də yarana bilər, lakin belə mühitdə heç vaxt intellektual cəhətdən fəal xalq olmayıb və olmayacaq".

Böyük Azərbaycan mütəfəkkiri M.F.Axundov da azadlıq ideyasının icra olunmasını dövlətin əsası hesab edirdi. Axundov konstitusiyalı dövləti şəxsi azadlığı təmin etməyə çağırırdı: "Etiqad ayrılığı sayəsində insan növü azadlıq hüququndan məhrum ola bilməz". Dövlət, parlament quruculuğu "insan şəxsiyyətinin tam əmniyyətini" və "tam azadlığını təmin etməlidir".

Azadlığı insanın təbii hüququ hesab edən Azərbaycan mütəfəkkiri onu ümumbəşəri tərəqqinin zəruri şərti kimi səciyyələndirirdi. Qərb filosofları kimi Axundov da hər bir fərdə öz fikirlərini  azad surətdə söyləmək, azad şəkildə yaymaq hüququ verilməsini istəyir, "azadlıq dedikdə, birinci növbədə, fikir, düşüncə, söz, tənqid azadlığını və fərdlərin şəxsi azadlığını nəzərdə tuturdu.

Fransa burjua inqilabının "qardaşlıq", "bərabərlik", "azadlıq" ideyaları Azərbaycan ictimai, fəlsəfi və siyasi fikrinə təsir etmişdir. Fransada qəbul olunmuş İnqilabiHüquqlar Bəyannaməsi adlanan "İnsanın və vətəndaşlıq hüquqları haqqında Bəyannamə"də göstərilirdi: "İnsanlar azad və bərabər hüquqlarla doğulur və yaşayırlar". Burada azadlıq və onun növləri haqqında  da qiymətli fikirlər öz əksini tapmışdır: "Azadlıq başqasına ziyan vurmayan hər şeyi etmək imkanından ibarətdir: beləliklə, hər bir insanın "təbii hüquqlarının həyata keçirilməsi yalnız cəmiyyətin digər üzvlərinin uyğun hüquqlardan istifadəsini təmin edən hədlərlə məhdudlaşdırılır. Bu hədlər yalnız qanunla müəyyənləşdirilə bilməz". Bəyannamədə heç kəsin baxışlarına, hətta dini baxışlarına görə sıxışdırılmalı pislənir, "fikirmövqeyin azad ifadəsi insanın ən qiymətli hüquqlarından biri" hesab edilir.

XX əsrin ən demokratik sənədlərindən biri BMT-nin "bütün dünya üçün insan hüquqları" sənədi sayılan "Ümumdünya, İnsan Hüquqları Bəyannamə"sidir. Bəyannamənin 18, 19 və 20-ci maddələri vətəndaş azadlıqlarına həsr edilib. Burada dövlətin həm intellektual (vicdan, söz, mətbuat azadlığı), həm ictimai sahədə (yığıncaqlar və təşkilatlar azadlığı) insanın fəaliyyətinə müdaxiləsinə məhdudiyyətlər qoyulur: "Hər bir insanın fikir, vicdandin azadlığı hüququ var; bu hüquqa öz dinini və əqidəsini dəyişmək, dininə və əqidəsinə həm təklikdə, həm də başqaları ilə birgə, açıq, yaxud xüsusi qaydada, təlimdə, ibadətdə, dini ayin və mərasimlərin icrasında etiqad bəsləmək azadlığı daxildir;

Hər bir insanın əqidə azadlığı və onu sərbəst şəkildə ifadə etmək hüququ var; bu hüquqa əqidəsinə maneəsiz etiqad bəsləmək, dövlət sərhədlərindən asılı olmayaraq, informasiyaideyalar axtarmaq, almaqyaymaq azadlığı daxildir;

Hər bir insanın azad şəkildə dinc yığıncaqlar keçirmək və birliklər yaratmaq hüququ var.

Heç bir kəs hər hansı birliyə daxil olmağa məcbur edilə bilməz və bu hal saxtalaşdırılmamış seçkilərdə əksini tapmalıdır".

Əsarətə, köləliyə, istismara qarşı mübarizə aparmış Azərbaycan xalqı azadlıq və müstəqillik naminə çarpışmalardan keçmiş, azad insanların yaşadığı hüquqi-demokratik, yüksək mədəniyyətə malik bir ölkəyə çevrilmişdir. Ulu Öndər Heydər Əliyevin yeni əsr, yeni minillik münasibətilə Azərbaycan xalqına müraciətində xalqımızın dünya tarixində və dünya mədəniyyətində tutduğu yerə, özünəməxsus xüsusiyyətlərinə yüksək qiymət verilir: "İki minilliyin tarixi əyani surətdə göstərir ki, Azərbaycan xalqı dünya mədəniyyətində öz dəst-xəttilə seçilən xalqlardandır. Xalqımızın əsrlər boyu yaratdığı mədəniyyət və ədəbiyyat nümunələri həyat eşqi, azadlıq və müstəqillik duyğuları ilə aşılanmışdır. Sənət korifeylərinin yaradıcılığı ümumbəşəri ideyaların tərənnümünə, haqqın, ədalətin və humanist idealların bərqərar olmasına xidmət etmişdir.

İnsan azadlıqlarının təminatçısı olan ölkəmiz demokratik quruculuq yolunda böyük uğurlar qazanmışdır. Dünya təcrübəsini milli xüsusiyyətlərlə uzlaşdırmaq xəttinə sadiq qalan Azərbaycan bütün sahələrdə inkişaf etmiş, çiçəklənən bir məkandır. Akademik Ramiz Mehdiyev insan azadlıqlarının müdafiə edilməsi sahəsində Azərbaycanın qazandığı uğurlar haqqında özünün "Azərbaycan: tarixi irs və müstəqillik fəlsəfəsi" əsərində belə yazır: "Şərqdə ilk dəfə ölüm hökmünün ləğvi, on minlərlə insanı əhatə edən amnistiyalar, siyasi plüralizmə, söz və əqidə azadlığına geniş imkan yaradılması Azərbaycanın böyük nailiyyətidir".

Azərbaycan Respublikasının Konstitusiyasında azadlıq hüququ (maddə 28), fikirsöz azadlığı (maddə 47), vicdan azadlığı (maddə 48), sərbəst toplaşmaq azadlığı (maddə 49), məlumat azadlığı (maddə 50), yaradıcılıq azadlığı (maddə 51) öz əksini tapmışdır. 

Azərbaycan Respublikasında hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər.

Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Ölkə vətəndaşının öz ölkəsinə qayıtmaq hüququ vardır.

Əsas mənəvi azadlıqlardan biri fikirsöz azadlığıdır. Azərbaycan Konstitusiyasının 47-ci maddəsində hər kəsin fikirsöz azadlığına malik olması göstərilir: "Hər kəsin fikirsöz azadlığı vardır. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. İrqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir".

Hüquqi dövlətdə fərdlər hər hansı ideoloji nəzarətdən azaddırlar. Fikir azadlığına aşağıdakılar daxildir: 1. Buraya hər hansı rəyi, o cümlədən, ateist əqidəni də özündə əks etdirən azadlıq. 2. İnsanın ruhi-mənəvi və intellektual həyatının bütün aspektlərini əhatə edən azadlıq daxildir.

Fikirsöz azadlığı insanın təbii və anadangəlmə xüsusiyyətidir. Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 3-cü hissəsinin 19-cu maddəsində söz azadlığından istifadənin xüsusi vəzifələri və xüsusi məsuliyyəti müəyyənləşdirilmişdir. Fikirsöz azadlığı qeyri-məhdud ola bilməz. Bu nöqteyi-nəzərdən, Azərbaycan Konstitusiyasında da fikirsöz azadlığı irqi, milli, dini, sosial ədalət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verildiyi hallarda məhdudlaşdırılır.

Şəxsi azadlıqlar içərisində vicdan (etiqad) azadlığı da xüsusi yer tutur. Azərbaycan Konstitusiyasının 48-ci maddəsində hər kəsin vicdan azadlığına malik olması, dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibətilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ olduğu göstərilir: "Hər kəsin vicdan azadlığı vardır.

Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibətilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır.

Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursaya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir".

Vicdan azadlığı fərdi və kollektiv hüquqdur. Hüquqi dövlət bu hüququ qanunlarla qoruyur, dini əsasda düşmənçiliyə qarşı sərt qaydalar müəyyənləşdirir. Azərbaycanda diniateist birliklər dövlətdən ayrıdır, dövlət təhsili dünyəvi xarakter daşıyır, dinlər və dini birliklər qanun qarşısında bərabərdir. Vicdan azadlığı yalnız konstitusiya hüququnu qorumaq əhalinin və dövlət təhlükəsizliyini təmin etmək məqsədilə məhdudlaşdırıla bilər: "Dini mərasimlərin yerinə yetirilməsi ictimai qaydanı pozmursaya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir. Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır".

Hüquqi, dünyəvi və demokratik dövlətdə bir dinin digər din üzərində üstünlüyünə yol verilmir, dini birliklərin digər qeyri-siyasi ictimai birliklərlə bərabər fəaliyyəti tənzimləyir. Hüquqi-dünyəvi dövlət fərdin mənəvi həyatına, onun konkret etiqaddini əqidə seçiminə müdaxilə edə bilməz.

Azadlıqlar içərisində siyasi azadlıq olan sərbəst toplaşmaq azadlığı da əsas yer tutur. Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində sərbəst toplaşmaq azadlığı belə təsbit edilmişdir: "Hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı vardır.

Hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək və piketlər düzəltmək hüququ vardır".

Yuxarıda qeyd etdiyimiz kimi, məlumat azadlığı kütləvi informasiya vasitələrinin azadlığını təmin edən, yaradıcılıq azadlığı isə mədəni azadlıqlar sırasına daxildir: "Hər kəsin yaradıcılıq azadlığı vardır. Dövlət ədəbi-bədii, elmi-texnikibaşqa yaradıcılıq növlərinin azad həyata keçirilməsinə təminat verir".

Azərbaycan Konstitusiyasının "Əsas hüquqlar, azadlıqlar və vəzifələri" adlı 2-ci bölməsinin maddələrinin, o cümlədən, insan azadlığı ilə əlaqədar maddələrin hazırlanmasında Ulu Öndər Heydər Əliyevin fikirləri əsas rol oynadı. Hələ konstitusiyanın qəbulundan çox-çox əvvəl "Müstəqillik yolu" əsərində Heydər Əliyev demişdir ki, Azərbaycanda "İnsan azadlığı vicdan azadlığı, insan hüquqlarının qorunması, bütün vətəndaşların eyni hüquqa malik olması... demokratik cəmiyyətin əsas atributları kimi bərqərar olmalıdır... Söz azadlığı, fikir azadlığı, siyasi plüralizm geniş yer almalıdır, hər bir vətəndaş özünü azad, sərbəst hiss etməlidir". Ulu Öndər hüquqi dövlətin qurulması, demokratik, sivilizasiyalı cəmiyyət yaradılması üçün insan azadlığının, söz, vicdan azadlığının və müasir plüralizmin təmin edilməsini əsas amil hesab edirdi.

1998-ci ildə Ulu Öndər ölkədə söz azadlığını təmin etmək üçün senzuranı ləğv etdi. Azərbaycanda senzuranın ləğvindən sonra özünüifadə azadlığının hüdudları da müəyyənləşdirildi. Dünyanın bütün demokratik ölkələrində insan azadlıqları ictimai mənafe ilə, yəni ictimai əxlaqla və təhlükəsizliklə ziddiyyət təşkil etdikdə məhdudlaşdırıla bilər. İnsan azadlığı, söz, vicdandin azadlığa borclu olduğu fundamental insan hüquqları hesab edilir.

ABŞ prezidenti  F.D.Ruzvelt özünün məşhur "Dörd cür azadlıq" haqqında çıxışında insan azadlıqlarının aşağıdakı növlərini göstərmişdir:

1. Ehtiyacdan xilasolma azadlığı;

2. Fikir azadlığı;

3. Vicdan azadlığı;

4. Qorxudan xilasolma azadlığı.

Keçmiş SSRİ-də siyasiiqtisadi azadlıq olmadan ümumi bərabərlik cəmiyyəti qurmaq cəhdi iflasa uğradı. Qərbdə insanın söz və yığıncaq azadlığına sosial müdafiə hüququ da əlavə olundu, azadlıqla sosial təminatın vəhdəti demokratik, sosialhüquqi dövlətin başlıca məzmununa çevrildi.

"Azadlıqla ilk dəfə harada qarşılaşırıq?" sualına BMT-nin İnsan Hüquqları Komissiyasının ilk sədri olmuş Emonor Ruzvelt belə cavab vermişdir: "...Bizdən iki addım o yanda, balaca bir yerdə, ...bu balaca dünya insanın fərdi dünyasıdır. Bu balaca yer insanın yaşadığı mühitdir... Əgər bu hüquqların burada mənası varsa, onda onların hər yerdə mənası olacaq".

20 il müstəqillik şəraitində yaşayan Azərbaycan Respublikası əvəzedilməz nemət olan müstəqillik, azadlıq, söz, fikirvicdan azadlıqlarının təminatı sahəsində uğurlar qazanmışdır.

Dövlətin demokratikliyi onun insan azadlıqlarını təmin etməsindən asılıdır. Akademik R.Mehdiyev bu cəhətə diqqət yetirərək deyir: "Müasir şəraitdə hər bir dövlətin demokratik imici onun insan hüquqlarına münasibəti ilə müəyyən edilir. Dövlətin inkişafı, demokratiyainsan azadlıqları bir-birilə üzvi surətdə bağlıdır və biri digərini şərtləndirir. Demokratiya daim inkişafdadır və bu, dinamik prosesdir. Demokratik cəmiyyətdə insan hüquqlarının pozulması nəinki cəmiyyətə qarşı yönəlmiş haldır, o, həm də sosialsiyasi problem olmaqla, dövlətlə cəmiyyət arasında tarazlığın pozulmasına, cəmiyyətin özündə zorakılığa və münaqişələrə səbəb olur. Lakin hər bir şəxsin azadlığının hüdudları digər şəxsin azadlığı başlanan anda sona çatır. Şəxsiyyətin hüquq və azadlıqları arasında bir harmoniya mövcud olmalıdır. Hər hansı bir şəxsin hüquqlarının həyata keçirilməsi digər şəxslərin hüquq və azadlıqlarının pozulmasına gətirib çıxarmamalıdır.

Beynəlxalq aktlarda və Azərbaycan Respublikasının Konstitusiyasında bəyan edilmiş insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsinin təmin edilməsi məqsədilə ölkəmizdə bir sıra qanunlar qəbul edilmişdir.

Hər bir cəmiyyətdə əsas insan hüquq və azadlıqlarının təminatı, vətəndaş cəmiyyətinin vəziyyəti demokratik təsisatların - siyasi partiyaların, ictimai təşkilatların, kütləvi informasiya vasitələrinin sərbəst yaradılması və fəaliyyəti imkanlarilə sıx əlaqədardır. Bu baxımdan Azərbaycan Respublikası müstəqillik dövründə böyük inkişaf yolu keçmişdir".

 

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2015.- 23 oktyabr.- S.15.