YAP-ın hər bir seçki prosesi
üçün müəyyənləşdirdiyi deviz onun
növbəti illər üçün məqsəd və məramına
işıq salır
Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi, Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü Ağalar Vəliyev
- Ağalar müəllim, zaman keçilən yola düzgün dəyər vermək baxımından ən böyük yaddaşdır. Ötən parlament seçkilərindən keçən dövrü, 2010-1015-ci illəri necə xarakterizə edərdiniz?
- Hər günü tarixinə mühüm hadisələrlə yazan Azərbaycanın ötən beş ildə əldə etdiyi uğurların miqyası genişdir. Ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz ən yüksək zirvələri fəth etməkdədir. Bu fakt inkaredilməzdir ki, ölkəmiz malik olduğu təbii ehtiyat və resurslardan, xarici ölkələrlə əməkdaşlıq imkanlarından səmərəli, xalqın və dövlətin milli mənafeyi baxımından istifadə etməklə ölkə iqtisadiyyatının inkişaf dinamikasını sürətləndirən, respublikaya investisiya axınını artıran islahatlar nəticəsində inkişafın Azərbaycan modeli formalaşdı. Son 12 ildə qazanılan uğurların davamı olan cari ilin 9 ayında qazanılan müsbət göstəricilər isə gələcək nailiyyətlərin təməlidir. Belə ki, 2015-ci ilin 9 ayında ÜDM-in 3,7 faiz artması ölkəmizin dinamik inkişafının göstəricisidir. Ölkə iqisadiyyatının 80 faizdən artığını təşkil edən qeyri-neft sektorunun 6 faiz artımı da aparılan islahatların nəticəsidir. Müvafiq dövrdə sənaye istehsalı təxminən 2,1, qeyri-neft sənayesi 10 faizdən çox artmışdır. Bu da son illərdə sənayeləşmə, yeni sənaye zonalarının yaradılması ilə bağlı görülmüş işlər, tədbirlər sayəsində mümkün olmuşdur. Regional inkişaf proqramlarının uğurlu icrası əldə olunan nəticələrdə özünü qabarıq şəkildə büruzə verir. Dövlətimizin başçısı İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanda inflyasiyanın aşağı səviyyədə olması, inflyasiyanı üstələyən əhalinin pul gəlirlərinin 5,8 faiz artımı iqtisadi islahtların sosial islahatlarla nəticələnməsinin məntiqi ifadəsidir. Kənd təsərrüfatında müşahidə olunan 6,7 faizdən çox artım isə fermer təsərrüfatlarına göstərilən dövlət qayğısından, sahibkarlar üçün yaradılan əlverişli biznes mühitindən irəli gəlir. O da məlumdur ki, ölkənin hərtərəfli inkişafının daha da sürətləndirilməsi məqsədilə hər il konkret bir sahənin adı ilə bağlanır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir. Ölkə Prezidentinin sərəncamı ilə cari ilin “Kənd təsərrüfatı” ili elan edilməsi bu sahədə ciddi dönüşə səbəb olmuşdur.
Azərbaycan ötən dövr ərzində
investisiya cəlbediciliyini də qorumuşdur. Belə ki ki, son
illərdə ölkə iqtisadiyyatına 180 milyard
dollardan artıq sərmayə qoyulub. Bu
göstərici cari ilin 9 ayı
üçün 16 milyard dollar təşkil edir. Möhtərəm
Prezidentimiz İlham Əliyev bildirir: «İqtisadi sahədə
şaxələndirmə siyasəti aparılır,
aparılacaqdır. Çalışmalıyıq ki, növbəti
on il ərzində qeyri-neft
iqtisadiyyatımız iki dəfə artsın. Bu hədəf
artıq bir il bundan əvvəl
qarşıya qoyulmuşdur. Hesab edirəm ki, buna nail olmaq
üçün kifayət qədər imkanlar vardır.» Dövlətimizin başçısı inkişafın əsas istiqamətlərindən
birini sənayeləşmə ilə bağlı siyasətin
daha geniş sferada davamında
görür. Hər il yüzlərlə sənaye, emal müəssisələrinin
açıldığı ölkəmizdə ağır sənayenin
inkişafı üçün də gözəl imkanlar,
texnoparklar, sənaye zonaları yaradılır. Bölgələrin
inkişafına daha çox diqqət göstərilməsində
məqsəd kəndlə
şəhər arasında fərqin aradan qaldırılması,
regionlarda yaşayan əhalinin ehtiyaclarının məskunlaşdıqları ərazilərə
yaxınlıqda yerləşən istehsal obyektlərin
hesabına ödənilməsidir. Daxili
bazarın yerli, daha keyfiyyətli kənd təsərrüfatı
məhsulları ilə təmin olunması qarşıya
qoyulan başlıca məqsədlərdəndir. Bunun üçün böyük
suvarma layihələri icra edilir, əkinə yararlı
torpaqlardan səmərəli istifadə üçün təkliflər
nəzərdən keçirilir , fermerlər üçün
daha da gözəl şərait yaradılır. Ölkədə yol- nəqliyyat, infrastruktur layihələrinin
tətbiqinə göstərilən dövlət dəstəyi demək olar ki, bütün bölgələri
əhatə edir. Magistral və kəndarası yolların
çəkilməsi, bərpası, təbii qaz və içməli
su ilə təminatı istiqamətində görülən işlər barədəki
informasiyalar gündəlik həyatımızda müşahidə olunan yeniliklərdir.
Sənayenin bütün sahələrində hiss olunan inkişaf
bütünlükdə ölkə
iqtisadiyyatının davamlı, dinamik inkişafına yönəldilir.
İnformasiya-kommunikasiya texnologiyaları istiqamətində aparılan siyasət,
istehsalatda tətbiq olunan ən
müasir texnologiyalar inkişafın
davamlılığına stimul verir. «Elektron hökumət» layihəsi demək
olar ki, həyatımızın bütün sahələrini əhatə
edir. Azərbaycan brendi olan «ASAN xidmət»in xarici qonaqlar tərəfindən
yüksək dəyərləndirilməsi ölkəmizə
marağı daha da artırmışdır. Bu layihənin tətbiqi
ilə məmur-vətəndaş
münasibətlərinin sağlam zəmində qurulması təmin
olunur, korrupsiya və
rüşvətxorluq halları aradan
qaldırılır.
İqtisadi
tərəqqinin hər bir inkişafın əsası
olduğunu nəzərə alsaq, Azərbaycan uğurlu sosial-iqtisadi
islahatları ilə dünyanın diqqət mərkəzindədir.
Ən əsası ölkəmiz yeni sosial-iqtisadi
çağırışların müzakirəsi
üçün ideal
məkan kimi qəbul olunur.
- Ötən
illərin uğurları gələcək üçün
hansı prioritetlərin müəyyənləşdirilməsinə
əsas verir?
- Qeyd
etdiyim kimi, qarşıdakı illər üçün əsas
hədəf Azərbaycanı inkişaf etmiş ölkələr
sırasında görmək, bu günə qədər 3 dəfədən
çox artan ümumi daxili məhsulun daha iki dəfə
artmasına nail olmaq, eyni zamanda Azərbaycanı yüksək
gəlirli ölkəyə çevirməkdir. Məlum
olduğu kimi, bu günlərdə Beynəlxalq Valyuta Fondu
«Dünya İqtisadi Proqnozları» adlı hesabatatını
açıqladı. Qurum Azərbaycan iqtisadiyyatına dair
proqnozlarını dəyişib. Hesabatda qeyd olunmuşdur ki, Beynəlxalq Valyuta Fondu Azərbaycan iqtisadiyyatının
cari ildə 4 faiz
artacağını gözləyir. Apreldə yayılan
hesabatda isə
qurumun proqnozu 0,6 faiz
idi. BVF gələn il Azərbaycanda ümumi
daxili məhsulun 2,5 faiz artacağını gözləyir. Bu ilin sonunda ölkədə
inflyasiyanın 5 faiz, 2016-cı ildə isə 4,2 faiz təşkil
edəcəyini proqnozlaşdırır. Azərbaycanın
iqtisadi artım proqnozunun yüksəldilməsi uğurlu
sosial-iqtisadi islahatlara, bu günün reallıqları əsasında
yeni-yeni hədəflərə əsaslanır. Məhz
bu uğurların əsasında işlənib hazırlanan və
təsdiqlənən «Azərbaycan 2020: gələcəyə
baxış» İnkişaf Konsepsiyası qarşıdakı
illər üçün müəyyənləşdirilən
hədəflərin məcmusu və icra mexanizmi kimi dəyərləndirilir.
Konsepsiyanın başlıca strateji məqsədi mövcud
imkan və resursları nəzərə almaqla, Azərbaycanda
davamlı iqtisadi artım və yüksək sosial rifah, səmərəli
dövlət idarəetməsi və qanunun aliliyi, insanların
bütün hüquq və azadlıqlarının tam təmin
olunması və vətəndaş cəmiyyətinin ölkənin
ictimai həyatında fəal statusu ilə səciyyələnən
inkişaf mərhələsinə nail olmaqdır. 2020-ci ildə Azərbaycan iqtisadi və siyasi cəhətdən
inkişaf etmiş, rəqabətqabiliyyətli ölkə
olacaq. Azərbaycanın ən ucqar kəndlərində
belə, vətəndaşların rahat gündəlik həyatı
üçün lazım olan bütün kommunikasiyalar, səhiyyə
və təhsil xidmətləri təmin ediləcək.
Azərbaycan əhalinin gəlirlərinin yüksək,
işsizlik səviyyəsinin minimum həddə olduğu,
inkişaf etmiş insan kapitalına və hər bir vətəndaşı
üçün geniş imkanlara malik məkan olacaq. 2020-ci ilədək Azərbaycanın
Dünya Bankının adambaşına düşən
Ümumi Milli Gəlir təsnifatına görə «yuxarı
orta gəlirli ölkələr»” arasında tamhüquqlu
ölkə olması və hazırda bu qrup ölkələr
sırasında yer almanın əsas səbəbi olan
karbohidrogen ixracından asılılığın aradan
qaldırılması, habelə BMT-nin İnkişaf
Proqramının İnsan İnkişafı ilə bağlı
təsnifatına əsasən «yüksək insan
inkişafı” ölkələri» qrupunda yuxarı sıralara
yüksəlməsi hədəflənir. Azərbaycanın
iqtisadi inkişaf baxımından regionun lider dövlətindən
beynəlxalq iqtisadi münasibətlər sistemində yüksək
rəqabətqabiliyyətli iştirakçı statusuna
yüksəlməsi reallaşdırılacaq. Hazırkı mərhələdə qarşıda
duran əsas vəzifə iqtisadiyyatın şaxələndirilməsini
sürətləndirmək, neft gəlirlərinin səviyyəsindən
asılı olmayaraq qeyri-neft sektorunun yüksək inkişaf
tempini gələcək illərdə də qoruyub saxlamaq və
onun ixrac imkanlarını genişləndirməkdir.
Göründüyü
kimi, möhkəm təmələ əsaslanan siyasətin fonunda hər ilin əvvəlki
ildən daha möhtəşəm uğurlarla yadda qalması
reallıqdır. İqtisadi məsələlərə
və 2016-cı ilin dövlət büdcəsinin
hazırlığı işlərinə həsr edilmiş
müşavirədə dövlətimizin
başçısı İlham Əliyev bu fikri xüsusi qeyd
etmişdir ki,
çalışmalıyıq 2016-cı ildə də
iqtisadi inkişafı təmin edək. Cari ilin birinci 9 ayının yekunları əsas verir ki, ili
yüksək nəticələrlə başa vuraq.
Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi
kimi, dünya miqyasında buna bənzər
yüksək nəticələr görmək çox çətindir.
Cənab İlham Əliyev bunu belə əsaslandırır:
«Yenə də nəyə görə? İlk növbədə,
bizim güclü
siyasi iradəmiz var. Biz öz siyasətimizi ancaq Azərbaycan xalqının
maraqları üzərində qurmuşuq. İkincisi,
düşünülmüş iqtisadi siyasət və uzun illər aparılan islahatlardır ki, bu
islahatlar bu gün beynəlxalq
maliyyə qurumları tərəfindən də yüksək
dəyərləndirilir.»
Milli Məclisin
İqtisadi siyasət komitəsi olaraq ölkədə həyata
keçirilən davamlı sosial-iqtisadi inkişaf
strateqiyasının hüquqi əsaslarının təkmilləşdirilməsinə
yönələn bir sıra qanunların, o cümlədən
2011-2015-ci illərin «Azərbaycan Respublikasının dövlət
büdcəsi haqqında», «Azərbaycan Respublikasının
Şəhərsalma və Tikinti Məcəlləsi
haqqında», «Rəqabət Məcəlləsi haqqında»,
«Sahibkarlıq fəaliyyəti haqqında», «Qiymətləndirmə
fəaliyyəti haqqında», «Sığorta fəaliyyəti
haqqında», «Patent haqqında» və
digər önəmli iqtisadi qanunların hazırlanmasında fəal
iştirak etmiş, qanunların qəbulunda nəzərə
alınan təkliflər
vermişik. «Azərbaycan 2020: gələcəyə
baxış» İnkişaf Konsepsiyasından irəli gələn
məqsədlərə nail olmaq üçün üzərimizə
düşən vəzifənin layiqincə yerinə yetirməyə
səy göstəririk.
-
Ağalar müəllim,
ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə
heyətinin üzvü, eyni zamanda
Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələr
üzrə işçi qrupunun rəhbəri kimi bu gün
ölkəmizə beynəlxalq baxışı necə şərh
edərdiniz?
-
İqtisadi uğurları ilə dünya birliyində söz
sahibi olan Azərbaycanın beynəlxalq münasibətlər sistemində əldə
etdiyi uğurlar da saysız-hesabsızdır. BMT
Təhlükəsizlik Şurasının qeyri-daimi
üzvlüyünə 155 səs üstünlüyü ilə
seçilməsi Azərbaycanın növbəti diplomatik
uğuru kimi tarixə yazılıb. Azərbaycan
müxtəlif sahələri əhatə edən beynəlxalq
səviyyəli tədbirlər üçün ideal məkan
kimi qəbul olunur.
«Eurovision-2012» mahnı müsabiqəsi ölkəmizin artan nüfuzuna əlavə dəyərlər
qazandırdığı kimi cari ilin iyununda ev sahibliyi
etdiyi ilk Avropa Oyunları isə ölkəmizin növbəti
uğuru olmaqla Azərbaycanın
dünyada artan nüfuzunun, geniş imkanlarının beynəlxalq
birlik tərəfindən qəbul edilməsinin əyani
göstərici oldu. Azərbaycan hazırda Afrika və Latın Amerikası ölkələri ilə də əməkdaşlığı
genişləndirir, yeni əlaqələr qurur. Beynəlxalq
tədbirlər isə ölkəmizin beynəlxalq səviyyədə
nüfuzunu artırmaqla müstəqil ölkə olduğunu təsdiqləyir.
İqtisadi müstəqilliyini möhkəmləndirməklə
beynəlxalq hadisələrə təsiretmə imkanları
genişlənən Azərbaycanla bütün səviyyələrdə
hesablaşırlar. Dünya birliyində qazanılan bu etimad da liderlik fəlsəfənin
incəliklərinə qədər mənimsəyən, siyasətində
tətbiq edən cənab İlham Əliyevin bacarıq, qətiyyət
və siyasi iradəsinin nəticəsidir.
ATƏT-in
Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin
üzvü kimi Avropanın
müxtəlif ölkələrində keçirilən qış və
yaz sessiyalarında, o cümlədən Assambleyanın cari ilin iyul ayında Finlandiyanın
paytaxtı Helsinki şəhərində təşkil olunan və
ATƏT-in yaradılmasının 40 illik yubileyinə həsr
olunmuş 24-cü illik sessiyasında iştirakım zamanı
bir daha ölkəmizə olan diqqət və marağın, Azərbaycanın
mövqeyinin beynəlxalq aləmdə günbəgün
möhkəmlənməsinin şahidi olmuşam. Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələr
üzrə işçi qrupunun rəhbəri kimi iki ölkə
arasında müxtəlif sahələrdə əməkdaşlığın
möhkəmləndirilməsi, dövlətlərimizin,
parlamentlərimizin və xalqlarımızın mənafelərinə
uyğun münasibətlərin formalaşdırılması
üçün bir sıra zəruri işlərə imza
atmışıq. Ölkələrin
qarşılıqlı əməkdaşlığının,
eləcə də
parlamentlərin və dostluq qruplarının birgə
səmərəli fəaliyyətinin nəticəsidir ki, 22 dekabr 2014-cü il tarixində
Sloveniya Parlamentinin Milli Şurasında Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı Azərbaycanın maraqlarına uyğun qərar qəbul
olunub. Sloveniya
Respublikasının Milli Şurasının sədri
cənab Mitya Bervarın rəhbərlik etdiyi parlament nümayəndə
heyətinin 2015-ci ilin 2-5 mart tarixlərində Azərbaycana rəsmi
səfəri zamanı keçirilən görüşlər
və əldə olunan razılaşmalar Azərbaycan-Sloveniya münasibətlərinin
daha da inkişaf etdirilməsinə xidmət edəcək.
Möhtərəm Prezidentimiz İlham Əliyevin bütün çıxışlarının əsasında dayanan bu fikri bir daha qeyd etmək istərdim ki, iqtisadi müstəqillik siyasi müstəqillik üçün əsasdır. Azərbaycanın iqtisadi qüdrətinin artması fonunda beynəlxalq münasibətlər sistemində yeri və rolu daha da möhkəmlənir, dünya birliyinin fəal üzvü kimi nüfuzunu artırır.
- Parlament seçkilərinin təbliğat-təşviqat mərhələsi başa çatmaq üzrədir. Seçkilərə hazırlıq, ən əsası təbliğat-təşviqat kampaniyası dövründə seçicilərlə görüşləriniz ölkənin aparıcı siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası ilə bağlı hansı rəyi formalaşdırır?
- Bütün fəaliyyəti boyu özünə inamı, etimadı günbəgün artıran Yeni Azərbaycan Partiyasına xalqın dəstəyi inkaredilməzdir. Ölkədə keçirilən hər bir seçki prosesi partiyaya dəstəyin günbəgün artdığını bir daha nümayiş etdirir. Bu da ondan irəli gəlir ki, Yeni Azərbaycan Partiyası populizmdən uzaqdır, hər bir vədini konkret əməli işi ilə təsdiqləyir. Dövlətə, xalqa xidməti fəaliyyətinin əsası kimi qəbul edən Yeni Azərbaycan Partiyasının hər bir seçki prosesi üçün müəyyənləşdirdiyi deviz onun növbəti illər üçün məqsəd və məramına işıq salır. Xatırlasaq, ötən parlament seçkilərində partiyanın devizi «Güclü dövlət, yüksək rifah» idi. Bu gün isə Yeni Azərbaycan Partiyası yeni hədəflərə doğru addımlayır, bu deviz əsasında seçkilərə qatılır. Hər dövrün çağırışına yüksək səviyyədə cavab verən Yeni Azərbaycan Partiyasına milyonların sevgisi şəksizdir.
Bir əsas məqamı da unutmayaq ki, Yeni Azərbaycan
Partiyasının Sədri
ölkə Prezidenti İlham Əliyevdir. Cənab
İlham Əliyevin gördüyü işlər, Azərbaycanın
bu gün ən yüksək zirvələri fəth etməsinə
əsas yaradan siyasəti sözsüz ki, xalqın partiyaya dəstəyinə də
öz müsbət təsirini göstərir. Təbliğat-təşviqat
mərhəsində seçicilərlə keçirilən
görüşlərdə ümumi qənaətim bir daha bu
oldu ki, xalq-iqtidar birliyi möhkəmdir, sarsılmazdır, Yeni Azərbaycan Partiyasına inam və
etimad böyükdür. Partiyanın namizədlərinə
dəstək olmaqla yeni hədəflərin gerçəkləşməsi
istiqamətində atılan addımlara töhfə vermiş
olacaqlarını xüsusi qeyd edən seçicilər bu
seçkilərdə də fəallıq nümayiş etdirəcəklərin,
seçki hüququndan səmərəli istifadə edəcəklərini bildirirlər. Yeni Azərbaycan
Partiyası qələbələr partiyasıdır. 1 noyabr
parlament seçkiləri bu qələbəni bir daha
nümayiş etdirəcək.
Səs.-
2015.- 27 oktyabr.- S.16