Həyatın başlanğıcı: abort hüququ

 

 

Aborta yol verilməsi və abort hüquqlarilə bağlı məsələlər istər dövlətdaxili, istərsə də beynəlxalq hüquqda uzun müddətdir ki, mübahisəli olaraq qalır.  Abortla bağlı məsələlərin, sırf hüquqi aspektdən başqa, həm də mənəvi, siyasi, dini aspektləri, habelə sağlamlığın mühafizəsinə aid aspektləri vardır, bunların hər biri bu sahədəki məhkəmə qərarlarına təsir göstərir.  Komissiyanın abort məsələsilə baxdığı işlərdən yalnız bir neçəsi 2-ci maddənin qüvvəsi altına düşür.

BrüggemannŞöytenin işində iki qadın şikayət edirdilər ki, abortların müəyyən hallarda, məsələn, qadının həyatı və sağlamlığilə, uşağın sağalmaz xəstəlikdən əziyyət çəkəcəyi ilə, yaxud cinayətkar hərəkətlər nəticəsində hamiləliyin məhdudlaşdırılması Konvensiyanın bir sıra maddələrinə görə onların hüquqlarını pozur.  Bu əsas etibarilə 8-ci maddə əsasında həll olundu və Komissiyanın 2-ci maddəyə yalnız qısaca toxunaraq, qeyd etdi ki, həmin maddə: "...belə bir məsələni həll etməyi məcburi saymır ki,  hələ doğulmayan uşağa Konvensiyanın 2-ci maddəsi baxımından "canlı" kimi, yaxud qəsdin subyekti kimi baxmaq olarmı ki, bununla 8-ci maddənin 2-ci bəndinə əsasən başqalarının hüquqlarının müdafiəsi üçün müdaxiləyə haqq qazandırmaq mümkün olsun".

Bu məsələ ilə bağlı qeyd edilməlidir ki, qüvvədə olan beynəlxalq müqavilələrin çoxunda, 1969-cu il Amerika İnsan Hüquqları Konvensiyası (maddə 4) istisna olmaqla, ona dəqiq cavab verilməməşdir. Odur ki, beynəlxalq məhkəmə və kvaziməhkəmə orqanları bu məsələnin tənzimlənməsini dövlətlərin öz ixtiyarına buraxmışlar. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnda  belə nəticə hasil etmək olar ki, doğulmamış uşaq yaşamaq hüququnun subyekti ola bilməz. Məsələn, İrlandiya Konstitusiyası birmənalı olaraq doğulmamış uşağın yaşamaq hüququnu tanıyır (40-cı maddə).

Həyata son qoyulması: evtanaziya (intihar) məsələləri.

Razılığa gələn dövlətlər  yalnız son dövrlərdə evtanaziya və (yaxud) "canlı iradə" (ciddisağalmaz xəstəlik və ya zədə olan halda həyatı təmin edən süni sistemlərdən istifadə etməməyi, yaxud həyatı mühafizə etmək üçün başqa fövqəladə tədbirlər görməsini tələb edən hüquqi sənədlər) barəsində razılaşmalara aid məsələlərə müraciət etməyə məcbur olublar.

İntihara hüquqi nöqteyi-nəzərdən yol verilməsi məsələsi nə Konvensiyada, nə də presedent hüququnda öz əksini tapıb və belə məsələlər açıq qalır ki, yaşamaq hüququ yaşamaq vəzifəsini əhatə edirmimüvafiq olaraq, fərd bu hüquqdan imtina edə bilərmi?  Həyatın dəyərini başqa insan hüquqlarilə müqayisədə, məsələn, Konvensiyanın qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftara və ya cəzaya qarşı müdafiə haqqında 3-cü maddəsinin kontekstində qiymətləndirmək olar. 

Yaşamaq hüququnu təsbit edən beynəlxalq hüquq normalarının başlıca məqsədi insan həyatını qorumaqdır. Sözügedən məsələ ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin birmənalı mövqeyi ondan ibarətdir ki, Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci maddəsi fərdlərə intihar etmək hüququ verən, başqa sözlə, tamamilə əks-hüququ, yəni ölmək hüququnu nəzərdə tutan müddəa kimi təfsir olunmamalıdır.  Qeyd etmək lazımdır ki, bir sıra ölkələr, məsələn, Belçika, Hollandiyab. evtanaziyanın qanuniləşdirildiyi ölkələrdir.

 

Qüvvədə olan beynəlxalq müqavilələrin çoxunda, 1969-cu il Amerika İnsan Hüquqları Konvensiyası (maddə 4) istisna olmaqla ona dəqiq cavab verilməməşdir.  Odur ki, beynəlxalq məhkəmə və kvaziməhkəmə orqanları bu məsələnin tənzimlənməsini dövlətlərin öz ixtiyarına buraxmışlar.  Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnda belə nəticə hasil etmək olar ki, doğulmamış uşaq yaşamaq hüququnun subyekti ola bilməz. Məsələn, İrlandiya Konstitusiyası birmənalı olaraq, doğulmamış uşağın yaşamaq hüququnu tanıyır (40-cı maddə).

Həyata son qoyulması: evtanaziya (intihar) məsələləri.  Razılığa gələn dövlətlər  yalnız son dövrlərdə evtanaziya və (yaxud) "canlı iradə" (ciddisağalmaz xəstəlik və ya zədə olan halda həyatı təmin edən süni sistemlərdən istifadə etməməyi, yaxud həyatı mühafizə etmək üçün başqa fövqəladə tədbirlər görülməsini tələb edən hüquqi sənədlər) barəsində razılaşmalara aid məsələlərə müraciət etməyə məcbur olublar.

İntihara hüquqi nöqteyi-nəzərdən yol verilməsi məsələsi nə Konvensiyada, nə də presedent hüququnda öz əksini tapıb və belə məsələlər açıq qalır ki, yaşamaq hüququ yaşamaq vəzifəsini əhatə edirmimüvafiq olaraq, fərd bu hüquqdan imtina edə bilərmi?  Həyatın dəyərini başqa insan hüquqlarilə müqayisədə, məsələn, Konvensiyanın qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftara və ya cəzaya qarşı müdafiə haqqında 3-cü maddəsinin kontekstində qiymətləndirmək olar. 

İşgəncələrə məruz qalmamaq hüququqeyri-insani, yaxud ləyaqəti alçaldan rəftara məruz qalmamaq hüququ ən əsas insan hüquqlarındandır, çünki onlar fərdin şəxsi toxunulmazlığilə və insani ləyaqəti ilə əlaqədardır.  Hüquqların beynəlxalq iyerarxiyasında bu hüquqların olduqca yüksək mövqe tutması, bu məsələdə onların xüsusi statusunu əks etdirir. Məsələn, İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın 15-ci maddəsinin 2-ci bəndində (həmin bənd fövqəladə hallarda dövlətlərin Konvensiya üzrə öhdəliklərindən geri çəkilmələrinə yol verir) 3-cü maddədəki hüquqların əhəmiyyəti qeyd olunur: dövlət heç bir hallarda maddə üzrə öhdəliklərindən geri çəkilə bilməz.  3-cü maddənin müdafiə etdiyi hüquqların ciddi xarakteri, bu hüquqlarla bağlı normaların məcburi xarakteri ilə birlikdə, Komissiyanın və Məhkəmənin presedent hüququnun inkişafına ikili təsir göstərib. 

İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Konvensiya köləliyə anlayış verməyərək, 4-cü maddədə köləliyin və asılı vəziyyətdə olmanın qadağan edilməsi haqqında normanı təkrar edir və "məcburi və ya icbari əməyin" elan edilməsi haqqında müddəanı ona əlavə edir.  Hətta qadağan haqqında sonuncu müddəa Beynəlxalq Əmək Təşkilatının 1930-cu il Konvensiyasından götürülmüş formulda mövcud idi.

Tez-tez libertüya freedom terminləri (hər iki termin "azadlıq" mənasını verir) müxtəlif anlayışlarla əlaqədar olaraq işlənir ki, həmin anlayışlar Konvensiyanın tətbiq edilən müddəalarilə əhatə edilən anlayışlarla müqayisədə xeyli genişdir.  Bu müddəaların içərisində başlıcası olan 5-ci maddədə söhbət fiziki azadlıqdan məhrum etməkdən gedir.  5-ci maddə əsasən qanunsuz həbsə və tutulmaya qarşı azadlığı nəzərdə tutur. Konvensiyanın buna bənzər müddəaları - məsələn, 4-cü maddə (bu maddə hökumətin şəxsin üzərinə müəyyən növ əmək və ya qulluq öhdəlikləri qoymasına icazə verir; həmin öhdəliklər müəyyən şəraitdə onun hərəkət azadlığını məhdudlaşdıra bilər) və 4 saylı Protokolun 2-ci maddəsi (bu maddə hərəkət azadlığını və yaşayış yerini seçmək azadlığını tənzimləyir) sözügedən şəxsi və fiziki azadlığa müəyyən məhdudiyyətlər qoyulmasını nəzərdə tutur. Başqa müddəalar 5-ci maddənin verdiyi təminatları tamamlayır, məsələn, 4 saylı Protokolun 1-ci maddəsində deyilir: "Heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz".

Cinayət - prosessual hərəkətləri və azadlıqdan məhrumetmənin başqa hallarını fərqləndirmək vacibdir.  Lakin 5-ci maddənin 2-5-ci bəndlərindəki prosessual təminatların çoxunu hər iki sahədə tətbiq etmək olar.  Bu təminatlar həbsin və ya tutulmanın səbəbləri haqqında məlumat almaqla, azadlıqdan məhrumetmə üzərində məhkəmə nəzarətinə və 5-ci maddəyə zidd olaraq azadlıqdan məhrumetməyə görə kompensasiyaya aiddir.  Burada azadlıqdan məhrum edilən şəxsin heçbütün tələbatları əhatə olunmur.  Məsələn, 5-ci maddədə hüquq yardımı almaq hüququ aydın şəkildə nəzərdə tutulmayıb.  Başqa tələbatlar, məsələn, azadlıqdan məhrumetmə zamanı insani rəftar və adi şəraitin yaradılması da həmin maddədə dəqiq nəzərdə tutulmur.

  

Başqa halda məhbuslar sırasından olan ərizəçilər şikayətlənirdilər ki, həbsxananın rəhbərliyi 3-cü maddənin qeyri-insani rəftar haqqında müddəasını pozaraq, onları ələ salaraq alçaldır.  Bu ərizəçilərin çoxu bildirdi ki, təkbaşına həbsdə saxlanmanın müddətləri və şərtləri qeyri-insani rəftarın nümunəsidir.

3-cü maddə tələb edir ki, nəzərdə tutulan rəftarın bu maddənin müddəalarının qüvvəsi altına düşməsi üçün həmin rəftar sərtliyin müəyyən minimum səviyyəsinə çatmalıdır; buna görə də Komissiya və Məhkəmə, hətta səviyyəcə ən zəif müddəanın, yəni ləyaqəti alçaldan rəftarın qadağan edilməsi haqqında müddəanın pozulduğunu heçtez-tez aşkar etmir.  Komissiya hesab etdi ki, kişiyə atalıq haqqında iddia qaldırmaq üçün icazənin verilmədiyi işdə, təqsirləndirilən şəxsin psixiatr müayinəsindən keçməsi barədə işdə və kişinin uşaqlarilə ünsiyyətdə olmasının rədd edildiyi işdə sözügedən səviyyə mövcud olmayıb.

Bir çox hallarda Komissiya təsdiq etdi ki, 3-cü maddə baxımından "ləyaqəti alçaldan" anlayışını "xoşagəlməz" və ya "narahat" anlayışilə bərabərləşdirmək olmaz.  Məhkəmə, həmçinin bu qərara gəldi ki, ləyaqəti alçaldan davranışla hədələmə 3-cü maddənin pozuntusu deyil.

Bununla belə, Komissiya və Məhkəmə "ləyaqəti alçaldan rəftar və ya cəza" müddəasının şərhinin müəyyən prinsiplərini bərqərar etdi.  Məsələn, 1969-cu ildə yunan işindən başlayaraq, 1978-ci ildə İrlandiya Birləşmiş Krallığa qarşı işədək Məhkəmə müvafiq davranışı ləyaqəti alçaldan davranış hesabetmə məsələsinin həllində mühüm bir amil tətbiq etdi.

Birinci halda (yunan işində) hərəkətin ləyaqəti alçaldan hərəkət hesab edilməsi üçün, o, ictimaiyyət qarşısında edilməli idi, sonuncu halda isə (İrlandiya Birləşmiş Krallığa qarşı işdə), Məhkəmə təsdiq etdi ki, hətta nisbətən gizli şəraitdə edilən hərəkətlər qurbanın ləyaqətini alçaldan hərəkətlər ola bilər.

Komissiya və Məhkəmə, həmçinin belə bir prinsip müəyyən etdi ki, müəyyən praktika institutlaşdırılmalı və rəsmiləşdirilməlidir ki, onu 3-cü maddənin ləyaqəti alçaldan davranış haqqında müddəasının pozuntusu hesab etmək mümkün olsun.  Şərqi Afrikadan olan asiyalıların işində Birləşmiş Krallıq təxminən 30 asiyalını mühacir kimi tanımaqdan imtina etmişdi; onların Britaniya pasportları vardı, lakin onlar daimi yaşayış yerləri olan Uqandanı və Keniyanı təkr etməyə məcbur olmuşdular.  Komissiya Birləşmiş Krallığın qanunvericiliyinin bu insanların dərisinin rənginə və irqinə görə onları ayrı-seçkiliyə məruz qoyduğunu aşkar edərək, qərar çıxardı ki, bu cür  qanuniləşdirilmiş irqçilik 3-cü maddəyə əsasən ləyaqəti alçaldır.

Tirerin işində Birləşmiş Krallıq cinayət-hüquq pozuntusu törətdiyinə görə yeniyetməni, çubuqla üç zərbə vurmaqla, cəzalandırmışdı.  Məhkəmə cinayət-hüquq pozuntusunda ittiham edilmə faktının öz-özlüyündə ləyaqəti alçaldan hərəkət olmadığını qeyd edərək, qərar çıxardı ki, hökm qismində cismani cəzanın icrası bu əsasa görə 3-cü maddə üzrə ləyaqətin alçaldılmasıdır ki, həmin zorakılıq institutlaşdırılmışdı və bununla da, onu elə vəziyyətdə qoymuşdular ki, onun ləyaqəti və fiziki toxunulmazlığı təhlükə altına alınmışdı.

AlbertLe Komptun işində Məhkəmə hakimi praktika ilə məşğul olmaq hüququndan məhrum etməkdə ifadə olunan intizam tədbirinin ləyaqəti alçaldan tədbir olub-olmaması haqqında məsələyə baxmalı idi.  Məhkəmənin fikrincə, barəsində şikayət verilən hüquqdan məhrumetmə, ərizəçinin şəxsiyyətini alçaltmaq yox, onun təqsirləndirilməsinə səbəb olmuş düzgün olmayan davranışa görə onun üzərinə sanksiya qoymaq məqsədi güdürdü; nəticələrə gəldikdə isə, bu, onun şəxsiyyətinə mənfi təsir göstərdi, bu isə 3-cü maddə ilə bir araya sığmır.

3-cü maddə üzrə şikayətlərin xüsusi kateqoriyaları

Əvvəlki təhlil, əsasən həbsdə saxlanma şəraitində fərdlərdə rəftara aid idi.  Məhbuslar tərəfindən verilən şikayətlərdən başqa, Komissiya və Məhkəmə hökmdə üç növ başqa halla bağlı, 3-cü maddəyə istinad etməklə, bir sıra şikayətləri araşdırıb: təhvil vermə (ölkədən xaric etmə); yetkinlik yaşına çatmayanlara  bədən cəzası verilməsi və ayrı-seçkilik.

Beləliklə, Komissiya bu halları bütövlukdə nəzərdən keçirərək, hesab edir ki, ikinci ərizəçinin məruz qaldığı bədən cəzası onun üçün alçaldıcı olub və Konvensiyanın 3-cü maddəsi baxımından ləyaqəti alçaldan cəza sayılmaq üçün kifayət qədər ciddi olub.

Komissiya qərar çıxardı ki, 3-cü maddə pozulub, çünki ərizəçinin məruz qaldığı bədən cəzası aldadıcı olub və ləyaqəti alçaldan rəftar və ya cəza qismində nəzərdən keçirilmək üçün kifayət qədər ciddi olub.  Nazirlər Komitəsi bu işə baxarkən qeyd etdi ki, Birləşmiş Krallığın hökuməti ona məlumat verib ki, Təhsil haqqında 1986-cı il Qanunu (¹2) dövlət məktəblərində bədən cəzasının ləğvini nəzərdə tutur.  Komitədə 3-cü maddənin pozulmasını müəyyən etmək üçün zəruri olan iki səs çoxluğu toplanmadı.

Bədən cəzası haqqında Birləşmiş Krallığa qarşı qaldırılan bir neçə dostcasına nizamlanma ilə yoluna qoyuldu.  Özəl internat məktəbinin direktoru tərəfindən yeddi yaşlı şagirdin bədən cəzasına məruz qalması barədə Kostello-Robertsin işinə dair Məhkəmə qərar çıxardı ki, ərizəçi şikayətə səbəb olmuş rəftarın doğurduğu hər hansı ciddiya uzunmüddətli nəticələrə dair heç bir sübut təqdim edilməyib ki, onlar sırf intizam qaydasında tətbiq edilən tədbirlərin gözlənilən çərçivəsindən kənara çıxmanı təsdiq etsin.  Bu cür nəticələr doğurmayan cəza bu şərtlə 3-cü maddənin müddəalarının qüvvəsi altına düşə bilər ki, həmin cəzanın sərtliyinin minimum səviyyəsindən danışmaq mümkün olsun.  Bu üzrə Məhkəmə hesab etdi ki, bu işdə sərtliyin minimum səviyyəsi mövcud olmayıb.

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2015.- 31 oktyabr.- S.15.