Sağlamlığın qorunması hüququ

 

"Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikasının qanunu"nun 1-ci maddəsində əhalinin  sağlamlığının qorunmasının əsas prinsipləri göstərilmişdir. Əhalinin sağlamlığının qorunmasının əsas prinsipləri aşağıdakılardır: əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarına dövlət təminatı və bu təminatla bağlı hüquqifiziki şəxslərin məsuliyyəti; əhalinin sağlamlığının qorunması sahəsində profilaktik tədbirlərin həyata keçirilməsi; tibbi-sosial yardımın hamı üçün mümkünlüyü; sağlamlığın itirilməsi zamanı vətəndaşların sosial müdafiəsi.

Əhalinin sağlamlığının qorunması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının digər 4 müvafiq qanunvericilik aktlarından və Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrdən ibarətdir.

Əhalinin sağlamlığının qorunması sahəsində dövlətin vəzifələri aşağıdakılardır:

- əhalinin sağlamlığının qorunması sahəsində dövlət siyasətinin əsaslarının müəyyən edilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi;

- sağlamlığın qorunması sahəsində dövlət proqramlarının hazırlanması və həyata keçirilməsi;

- səhiyyə sisteminin təşkili qaydalarının və fəaliyyətinin müəyyənləşdirilməsi;

- dövlət səhiyyə sisteminin maliyyələşdirilməsi;

- ətraf mühitin qorunmasının, ekoloji təhlükəsizliyin təmin edilməsi;

- məcburi sığorta üzrə sığorta məbləğinin və sığorta haqqının ödənilməsi qaydasının müəyyənləşdirilməsi;

- əhalinin xüsusi qrupları üçün tibbi, sosial yardım göstərilməsinə təminat verilməsi;

- dövlət və qeyri-dövlət səhiyyə sistemi müəssisələri arasında sağlam rəqabətə təminat verilməsi;

- ailənin, valideynlərin və uşaqların mühafizəsi;

- səhiyyə sahəsində beynəlxalq əməkdaşlığın həyata keçirilməsi.

Dövlət səhiyyə sisteminə  Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı, dövlət tabeçiliyindəki müalicə-profilaktika, elmi-tədqiqat, tədris, əczaçılıq, sanitariya-profilaktika müəssisələri, eləcə də, səhiyyənin maddi-texniki təchizatı ilə məşğul olan, tibbi texnika və dərman vasitələri istehsal edən müəssisələr, sanitariya-epidemiologiya xidməti, məhkəmə-tibb ekspertizası daxildir.

 

Vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sağlamlığının qorunması hüququ

 

Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığını qorumaqtibbi yardım almaq hüququ vardır.

Dövlət tibb müəssisələrində tibbi xidmət pulsuzdur, yalnız bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, pullu ixtisaslaşdırılmış tibbi yardımın növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Dövlət ətraf mühitin qorunmasına, vətəndaşların əmək və istirahəti üçün əlverişli şərait yaradılmasına, eləcə də, tibbi-sanitariyatibbi-sosial yardıma təminat verir.

Xaricdə olan Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığının qorunması Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə uyğun olaraq həyata keçirilir.

Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin əhalinin sağlamlığının qorunması sahəsində Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər hüquqları vardır.

Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş qaydada əcnəbilərin sağlamlıqlarının qorunması hüququ vardır.

 

Əhalinin  sağlamlığının qorunması sahəsində ailənin hüquqları

 

Dövlət ailə üzvlərinin  sağlamlığını qorumaq qayğısını öz öhdəsinə götürür. Hər bir vətəndaş ailənin planlaşdırılması, ətrafdakılar üçün təhlükə törədən xəstəliklərin mövcudluğu məsələlərinə və ailə-nikah münasibətlərinin tibbi-psixoloji cəhətlərinə dair, habelə, nəsildə mümkün olan irsi xəstəliklərə yol verməmək məqsədilə dövlət səhiyyə sisteminin müəssisələrində pulsuz məsləhətlər almaq və müayinədən keçmək hüququna malikdir. Uşaqlı ailələrin (ilk növbədə, əlil uşaqları və valideyn himayəsindən məhrum edilmiş uşaqları böyüdən natamam ailələrin) əhalinin  sağlamlığının qorunması sahəsində qanunvericilikdə müəyyən edilmiş güzəştlərdən istifadə etmək hüququ vardır. 14 yaşına çatmayan xəstə uşağa qulluq edilməsinə görə istər ambulator, istərsə də stasionar müalicə zamanı uşağın qulluğa ehtiyacı olan müddətədək valideynlərdən birinə və ya ailənin başqa bir üzvünə qanunvericilikdə müəyyən edilmiş müavinət verilir.

 

Pasiyentin hüquqları

Pasiyentin:

təxirəsalınmaz tibbi yardım göstərilməsi halları istisna olmaqla həkimin öz razılığı ilə həkimi, o cümlədən, müalicə həkimini və müalicə-profilaktika müəssisəsini seçmək;

sanitariya - gigiyena tələblərinə uyğun olan şəraitdə müayinə və müalicə olunmaq;

stasionar müalicə olunduğu tibb müəssisəsinin mütəxəssislərinin iştirakı ilə konsilium və məsləhətləşmələr aparılmasını tələb etmək;

tibbi yardım üçün müraciət faktını, müalicə-sağlamlıq vəziyyəti, xəstəliyin diaqnozu barəsində, eləcə də, müayinə və müalicə zamanı əldə edilən digər məlumatları ətrafdakılardan gizli saxlamaq;

tibbi müdaxiləyə şifahiya yazılı könüllü razılıq vermək;

tibbi müdaxilədən imtina etmək;

hüquq və vəzifələri haqqında, sağlamlığının vəziyyəti barədə məlumat almaqöz mənafeyi baxımından bu məlumatı verməyin mümkün olduğu şəxsi seçmək;

daxili qaydaların pozulmaması şərtilə xəstəxanada dini mərasimin icra edilməsi üçün ayrıca yerlə təmin olunmaq hüququ vardır.

Pasiyentin hüquqları pozulduqda, o, müalicə-profilaktika müəssisəsinin rəhbərliyinə, müvafiq icra hakimiyyəti orqanına və ya qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər.

 

Vətəndaşların sağlamlığına vurulan ziyanın ödənilməsi

 

Vətəndaşların sağlamlığına zərər vurulduqda təqsirkar şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada və həcmdə ziyanı ödəməyə borcludurlar. Vurulan ziyanın ödənilməsi tibb və əczaçılıq işçilərini qanunvericilikdə nəzərdə tutulmuş intizam, inzibati, yaxud cinayət məsuliyyətindən azad etmir. Vətəndaşların sağlamlığına zərər vurulmasında təqsirkar olan yetkinlik yaşına çatmayanlar, yaxud qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər tərəfindən ziyanın ödənilməsi qanunvericiliyə uyğun olaraq həyata keçirilir. Ətraf mühitin çirklənməsi nəticəsində vətəndaşların sağlamlığına vurulan ziyan qanunvericilikdə müəyyən edilmiş qaydada ziyan vuran hüquqifiziki şəxslər tərəfindən ödənilir.

 

Hüquqa zidd hərəkətlər nəticəsində zərər çəkmiş vətəndaşlara tibbi yardım göstərilməsi üzrə xərclərin ödənilməsi

 

Hüquqa zidd hərəkətlər nəticəsində zərər çəkmiş vətəndaşlara göstərilən tibbi yardımın xərcləri təqsirkar idarə, müəssisə və təşkilatlar tərəfindən xərc çəkən dövlət və qeyri-dövlət səhiyyə sistemlərinin müəssisələrinə ödənilir. Vətəndaşların sağlamlığına birlikdə ziyan vuran şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada ziyanın ödənilməsi ilə əlaqədar birgə məsuliyyət daşıyırlar.

 

Sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulmasına görə tibb və əczaçılıq işçilərinin məsuliyyəti

 

Tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

Dövlət orqanlarının və vəzifəli şəxslərin sağlamlığının qorunması sahəsində vətəndaşların hüquq və azadlıqlarını məhdudlaşdıran hərəkətlərindən şikayət etmək hüququ

 

Dövlət orqanlarının və vəzifəli şəxslərin sağlamlığın qorunması sahəsində vətəndaşların hüquq və azadlıqlarını məhdudlaşdıran hərəkətlərindən qanunvericilikdə müəyyən edilmiş qaydada yuxarı orqanlaraya məhkəməyə müraciət edilə bilər.

Bir sözlə, insanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər qanun əsasında məsuliyyətə cəlb edilirlər.

Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığının qoruması hüququnun əsas prinsipləri qanunvericiliklə müəyyən edilib:

1. Sağlamlığın qorunması sahəsində insan və vətəndaşlarının hüquqlarına riayət olunması;

2. Profilaktik tədbirlərin keçirilməsi;

3. Sağlamlığını itirən vətəndaşların sosial müdafiəsi;

4. Tibbi-sosial yardımın edilməsi;

5. Mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə, təşkilat, dövlət orqanları, vəzifəli şəxslərin vətəndaşların sağlamlığının qorunması sahəsində məsuliyyət daşıması.

 

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2015.- 1 sentyabr.- S.15