İnsan hüquq və azadlıqlarının müdafiəsi və milli təhlükəsizlik

 

Milli təhlükəsizlik hüquqi dövlətin əsas və mühüm əlamətidir. Milli təhlükəsizliyin aspektləri aşağıdakılardır: Hərbi sahədə: nüvə müharibələrindən əl çəkmək; kosmosun hərbisizləşdirilməsi; nüvə və kimyəvi silahların məhvi; adi silahların ixtisarı; hərbi xərclərin azaldılması. Siyasi sahədə: hər bir xalqın azad inkişafı; münaqişələrin ədalətli həlli; ölkələr arasında qarşılıqlı hörmət və etimadın yaranması. İqtisadi sahədə: hər hansı bir formanın qəbulunun diskriminasiyasından əl çəkilməsi; yeni iqtisadi qaydaların qurulması. Ekoloji sahədə: ətraf mühitin çirklənməsinə qarşı səylərin birləşdirilməsi; yeni iqtisadi qaydaların qurulması; ekoloji cəhətdən təmiz texnologiya və istehsalın tətbiqi; planetin ozon qatının qorunub saxlanması. Humanitar sahədə: elm, tibb, incəsənət, təhsil və mədəniyyət sahələrində beynəlxalq əməkdaşlığın inkişafı; insanların siyasi və digər hüquqlarının saxlanılması, ideoloji təhlükəsizliyin təmin edilməsi.

Milli təhlükəsizlik mürəkkəb bir anlayışdır. O, ümumiyyətlə, təhlükəsizlikdən fərqlidir. Milli təhlükəsizlik milli müstəqilliklə başlayır və milli maraqlara söykənir. Milli təhlükəsizliyin bir sıra aspektləri vardır: siyasi təhlükəsizlik, hərbi təhlükəsizlik, iqtisadi təhlükəsizlik, informasiya təhlükəsizliyi, ideoloji təhlükəsizlik və s. Ölkənin milli təhlükəsizliyi bütövlükdə millətin milli istiqlaliyyəti və suverenliyi ilə bağlıdır. Milli təhlükəsizliyin qarşısında duran başlıca vəzifələr bunlardır: a) ölkədə mövcud konstitusiya quruluşunun saxlanılması; b) sosial-siyasi sabitliyin saxlanılması; v) daxildən və xaricdən ola biləcək təhlükənin güc tətbiqi yolu ilə aradan qaldırılması; q) ölkənin iqtisadi qüdrətinin artırılması; d) konstruktiv daxilixarici siyasətin yeridilməsi; e) demokratik dəyərlərin qorunması; c) siyasi məqsədlərin həyata keçirilməsi  naminə  dinc  qeyri-dinc vasitələrdən  istifadə  edə  bilmək; z) qloballaşma prosesinin genişləndirilməsi və sivilizasiyalararası dialoqun aparılması və s. Milli təhlükəsizliklə millətin ideyası bir məqsəd rolunu oynayır. Ölkə daxilindəki millikonfessional azlığa göstərilən tolerantlıqla milli və millətlərarası münasibətlərin uzlaşdırılması milli təhlükəsizliyi şərtləndirən amillərdəndir. Qloballaşdırmaya olan meyil milli-azadlıq hərəkatı uğrunda gedən mübarizəyə yeni çalarlar vermiş, milli-etnik proseslərin yeni balansını meydana çıxarmışdır.

Bütün millətlərin,  milli  dövlətlərin təhlükəsizliyi, mühüm və önəmli problemlərdən biridir. Milli təhlükəsizlik təcrübəsi dünyanın bir çox ölkələrində meydana gəlmişdir. ABŞ-da Milli Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarların xüsusi təsir gücü vardır. Bu şura ilə ABŞ-ın ən məşhur alimləri əməkdaşlıq edirlər.

İ.Məmmədzadə milli təhlükəsizliyin tədqiqinin aspektlərindən danışarkən, cəmiyyətdə elə əxlaqi-ideoloji səviyyənin vəhdətinin zəruriliyini göstərir ki, o, "bir tərəfdən milli dövlət yaratmağa, digər tərəfdən dünya reallığını dərk etməyə xaricidaxili parametrləri dərklə əlaqələndirməyə, daha doğrusu, milli-ideoloji təhlükəsizliyin təcrübəsinə təsir edən nəzəriyyəni inkişaf etdirməyə  qabil  olan  milli-ideoloji  təhlükəsizlik haqqında elmin səviyyəsinə imkan yaratsın".

Azərbaycanda dövlətçiliyin möhkəmləndirildiyi, vahid milli dövlət ideologiyasının inkişaf etdirildiyi, respublikanın ərazi bütövlüyümilli-ideoloji təhlükəsizliyin qorunmasına zərurət yarandığı bir şəraitdə cəmiyyətin əxlaqi-ideoloji vəhdətinin zəruriliyi ön plana çəkilir.

Milli təhlükəsizlik təcrübəsinin dövlət nəzarəti, mənəvi-ideoloji aspektinin lazımınca dəyərləndirilməsi, qonşu dövlət tərəfindən təcavüzə məruz qalma, cəmiyyət və dövlətin ideoloji vəhdəti və başqa amillər bu problemi daha da aktuallaşdırmışdır.

Milli dövlət quruculuğu zamanı milli təhlükəsizliyin mahiyyətini milli maraqlar təşkil edir. Dövlət və ya milli-dövlət maraqları kimi özünü göstərən milli maraqları cəmiyyətin üstün maraqlarına zidd olmamaq şərtilə dövlətin milli ehtiyatının artırılmasını stimullaşdırmaq ehtiyacı, həmçinin, milli-ideoloji təhlükəsizliyə qarşı hər hansı bir təhlükəyə əks-təsiri kimi müəyyən etmək olar.

Milli təhlükəsizliyi dövlət və cəmiyyətin ən mühüm maraqlarının və dəyərlərinin strukturları, xaricidaxili səviyyədə dövlət tərəfindən onların müdafiəsi sistemindən ibarət ierarxiyaya malik anlayış kimi müəyyənləşdirən İ.Məmmədzadə bu zaman maraqlar və dəyərlərin iqtisadi, siyasi, sosial, ideoloji və əxlaqi sahələrə aid olduğunu diqqətə çatdırır. Müəllif çox düzgün olaraq ideoloji sahənin mühüm olduğunumilli təhlükəsizlik nəzəriyyəsinin məhz onun üzərində yaradıldığını bildirir.

Milli təhlükəsizliklə bağlı problemlər ətrafında mübahisələr indidavam etməkdədir. Tədqiqatçılar, xüsusilə, milli təhlükəsizliyə dair hərbi mütəxəssislər milli təhlükəsizliyə dair müdafiə sisteminin yaradılması fikrini irəli sürürlər. Bu tezis öz-özlüyündə mühüm olsa da, qeyd etmək olar ki, burada ideoloji-əxlaqi cəhətin də əhəmiyyətini inkar etmək olmaz. İ.Məmmədzadənin fikrincə, "ideoloji səviyyədə dövlətin nəyi müdafiə etdiyini" və bunun dövlət və cəmiyyət arasında qarşılıqlı əlaqələrin, hakimiyyətdə, iqtidarda olan elita və müxalifətin qarşılıqlı münasibətlərində necə əks olunması haqqında təsəvvürlərin təşəkkülü müdafiə sisteminimilli təhlükəsizliyi daha da möhkəmləndirə bilər.

Müəllif çox düzgün olaraq Ermənistanla müharibədə məğlubiyyətin bir səbəbinin də hər hansı müdafiə sisteminin zəifliyində, dövlət və cəmiyyət üçün bütövlüyün ideoloji səviyyədə, vətənin müdafiəsinin və onu sevməyin gerçəkliyinin kifayət qədər təzahür etməməsində görür.

C.Feyziyevin fikrincə, milli təhlükəsizliyi təmin etmək üçün sülh fəlsəfəsi və mədəniyyəti mühüm rol oynayır. O, belə bir qəti fikir söyləyir ki, "məhz rasional sülh fəlsəfəsi qeyri-rasional müharibə və savaş fəlsəfəsinə qalib gəlməlidir".

Milli təhlükəsizlik modelində mühüm yeri, həm də Azərbaycandakı siyasi stabillik tutur. Akademik R.Mehdiyev sabitlik fenomeninə xüsusi önəm verir. Davam edən siyasi sabitlik müstəqilliyin möhkəmləndirilməsi, beynəlxalq dəstəyin genişləndirilməsi, demokratik ənənələrin və islahatçılığın gücləndirilməsi fonunda milli təhlükəsizliyə xidmət edir. Stabillik olmayan yerdə vətəndaş da, dövlət də öz xaricidaxili siyasətində çətinliklərlə üzləşir. Xarici siyasətdəki stabillik daxildəki stabilliyə müsbət təsir göstərir. Stabillik ahəngdarlıq üçün əsas şərait yaradan mühüm amildir. Daxili stabillik dövlət-cəmiyyət dəyərlərinin, məqsəd və maraqlarının ideoloji-əxlaqi vəhdəti sayəsində əldə edilir. Vətəndaşı vətənə, təhlükəni özü üçün təhlükə hesab edən stabil cəmiyyətin milli ideologiyasında bu cür vətəndaşlıq mövqeyi dövlətin çiçəklənməyə, təhlükəsizliyə doğru hərəkətində, ərazi bütövlüyünü təmin etməkdə, nəsillərin və milli ruhun varisliyində əsas amillərdən biri olur.

R.Mustafayevin fikrincə, milli təhlükəsizlik modeli özü də stabilliyə xidmət edir. O, Azərbaycan xalqının sabitliyi, daxili zənginliyi və dözümlülüyünün sirrini yeni ideya və dəyişikliklərdən bəhrələnməyə imkan verən Azərbaycan cəmiyyətinin açıqlığı ilə əlaqələndirir.

Milli dövlət ideologiyası vətəndaşları birləşdirən millətin çiçəklənməsinə və milli təhlükəsizliyinə xidmət edən dövlət üçün vasitə rolunda çıxış edir. Milli ideologiya - dövlətçilik ideologiyası Azərbaycanın bütün vətəndaşları tərəfindən qəbul edilən dəyər və məqsədləri özündə əks etdirən, xalqın düşüncə tərzinə çevrilən ideologiya oldu. Dövlət mənafeləri, ümumxalq dəyərləri qruplararası maraqları üstələdi, onların fövqündə durdu. Azərbaycanın milli maraqları hər şeydən üstün tutuldu. Bu maraqları təsnifləşdirərkən, onları əsas maraqlara ayırmaq olar. Ərazinin, vətəndaşların və dövlət təşkilatlarının xarici təhlükədən qorunması milli təhlükəsizlikdə əsas yerlərdən birini tutur.

Milli təhlükəsizliyin təmin edilməsində milli-iqtisadi maraqlar, dünyada sülhün qorunması, ideoloji təhlükəsizliklə bağlı olan yaşama həyati maraqlar, mühümlokal maraqlar daxildir. Bu maraqlar dövlətin mövcudluğuna millətin təhlükəsizliyinə potensial təhlükələrlə bağlı maraqlardır.

Azərbaycan cəmiyyətinin vətənpərvərliyi, maraqlarının ahəngdarlığı, ideoloji-mənəvi vəhdəti ictimai həyatın bütün sahələrinin inkişafına səbəb olur, onun müstəqilliyini, suverenliyinimilli təhlükəsizliyini daha da möhkəmləndirir.

İ.Məmmədzadə göstərir ki, vətənpərvərlik ideoloji konseptin hər iki hissəsinə nüfuz edərək millətdə hüquqa, qanuna, milli dövlətçilik ideyasına hörmətin dirçəldilməsinə səbəb olur. Belə vətənpərvərliyin nüfuz etdiyi ideologiya yalnız pozitiv-mülki milli ideologiya ola bilər. Bu ideologiya, hər şeydən əvvəl, insan həyatı dəyərləri prioritetindən çıxış edərək, bütün digər mühüm dəyərlərin vətəndaşlar tərəfindən qəbul edilməsinə imkan yaradır. Bu ideologiya respublika əhalisini onların xüsusi maraqları, dili, etnik mənsubluğuna görə bir-birindən ayırmır, əksinə, onları daha da birləşdirir. Daha doğrusu, qrup marağı fərdi hüquqa münasibətdə ikinci yerə keçir. Belə ideologiya xırda xalqların, mədəni və digər fərqlərini nəzərə almadan vəhdət ideyasını qəbul edir. Göründüyü kimi, müəllif milli ideologiyaideoloji təhlükəsizliyin vəhdəti fikrini müdafiə edir.

Ulu Öndər Heydər Əliyevin millətin mənəviyyatında, iqtisadiyyatında, dövlətçiliyində, milli ideologiyası və milli təhlükəsizliyi sahəsində, əsl intibah yaradıcısı kimi, Azərbaycana nailiyyətlər, uğurlar qazandırdığı məlumdur. F.İsgəndərov Heydər Əliyevin ölkədə yaratdığı təhlükəsizlik və sabitlik mühitini, sözün tam mənasında, fenomen adlandıraraq bu fenomeni şərtləndirən aşağıdakı amilləri göstərir:

Ən birincisi, parçalanmaqda və hərc-mərclik ucbatından süquta uğramaqda olan ölkəni azərbaycançılıq ideyasına söykənərək, milli birlik və vətəndaş həmrəyliyi ilə demokratikdinamik inkişaf etməkdə olan bir məmləkətə çevirmək bacarığı.

İkincisi, Heydər Əliyevin keçdiyi zəngin həyat yolu başlanğıcdan son günədək ölkənin təhlükəsizliyi ilə sıx bağlı olub. Əsl peşəkarın vətən qarşısında əvəzsiz xidmətləri ölkəni və xalqı dəfələrlə bəlalardan və məhv olmaqdan qorumuşdur.

Üçüncüsü, bu böyük insanın şəxsi keyfiyyətləri ilə bağlıdır. Heydər Əliyev yenilməz iradəyə, diplomatik bacarığa, başlıca məqsədə doğru ardıcıl və inamlı şəkildə getməyə qadir, ölkənin və millətin mənafeyinin tələb etdiyi məqamlarda kompromisə  hazır olmağı  bacaran  şəxsiyyət olmuşdur.  Bu  mühüm  nadir kefiyyətlər onun həyatda daim qalib çıxması üçün əsas stimul rolu oynamışdır.

Heydər Əliyevin yaratdığı milli ideologiya - azərbaycançılıq ideologiyası, müstəqil dövlətçilik, ölkədə və beynəlxalq aləmdə yeritdiyi sülhsevər siyasət Azərbaycanın milli təhlükəsizliyini tam və hərtərəfli təmin etmişdir.

Milli təhlükəsizliyin əsas mahiyyəti ölkə ərazisinin və əhalisinin müdafiə olunması ilə yanaşı, həm də ideoloji təhlükəsizliyinin təmin edilməsidir. Torpağımızın hər bir qarışının itməsini, düşmən tapdağı altında qalmasını ağır dərd, böyük faciə adlandıran Heydər Əliyev milli ideologiya və Azərbaycanın milli təhlükəsizliyi sahəsində ciddi tədbirlər gördü. Ulu Öndərin siyasi varisi ölkə Prezidenti Cənab İlham Əliyev Azərbaycanın milli təhlükəsizliyinin təmin edilməsində daha mühüm tədbirlər görməkdədir.

 

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2015.- 5 sentyabr.- S.15.