İnsan hüquq və
azadlıqlarının müdafiəsi və konsensus
Vətəndaş cəmiyyətinin əlamətlərindən biri konsensusdur. "Konsensus" (consensus) latın sözü consentio sözündən, daha doğrusu, sentire felindən olub "hiss etmək", "düşünmək", "başa düşmək" mənalarını verir, "son" sözünün köməyilə birgə "qarşılıqlı hərəkət etmək" mənası yaranır. Əslində, "konsensus" sözünün əsasında hiss, düşüncə ümumiliyi, qarşılıqlı anlaşma durur.
Müasir lüğətlərdə konsensus termini "mübahisəli məsələlər üzrə ümumi razılaşma" kimi müəyyən edilir. Qərbdəki lüğətlərdə konsensus "hamının və ya əksəriyyətin tərəfdar olduğu rəy, ümumi razılaşma", "xüsusən rəydə razılaşma, yekdillik, ümumi rəy", "rəyin üstün olduğu ümumi razılaşma" kimi səciyyələndirilir. Göründüyü kimi, daha çox rəy önə çəkilir, bir qədər ziddiyyətli mülahizələr irəli sürülür.
Konsensus politoloji, hüquqi və fəlsəfi cəhətdən müxtəlif cür şərh edilir. Konsensus yekdillik və əksəriyyətinin rəyi arasında bir razılaşmadır. Sosial-fəlsəfi ədəbiyyatda konsensusun iki əsas prinsipini göstərirlər: 1) iştirak edənlərin əksəriyyətinin qərarın qəbuluna tərəfdar olması; 2) heç bir iştirakçının qəbul olunan qərara etiraz etməməsi. Konsensus dar mənada daxili proseslərdə istifadə edilən sosial-siyasi konfliktlərin, mübahisələri həlli üsulu kimi, "geniş" mənada ümumsiyasi mənada vətəndaş razılaşması kimi işlənir.
Konsensus müasir şəraitdə müxtəlif barışmaz mövqedə olan siyasi, iqtisadi, mənəvi, fəlsəfi, dini ideya və dəyərlər irəli sürən, demokratiyaya uyğun olaraq ziddiyyətləri aradan qaldıran mühüm prinsipdir. Bir sözlə, demokratiyada plüralizm konsensusla birləşir. Konsensusun baza əsası milli, dini dəyərlər, şəxsiyyətin hüquq və azadlıqlarıdır. O.Kont insan birliyi ilə konsensus arasında əlaqə olduğunu göstərməklə konsensusu geniş mənada - razılıq mənasında işlədirdi. Bəzi filosoflar konsensusu rasional dərk olunmuş həmrəylik (E.Dürkgeym), həmrəylikdən fərqlənən "konflikt modeli", obyektiv mövcud olan ehtimallıq (Veber), siyasi etika prinsipi (Jül Kamben) kimi səciyyələndirirlər. Konsensus "danışıq mədəniyyətin"də əsas yer tutan mühüm fenomendir.
V.Kremenyuk yazır ki, razılaşmaya doğru gedən yolu təslimçilik deyil, barışıq axtarışı kimi ümumbəşəri təfəkkürdə çevriliş hesab etmək lazımdır. V.A.Sosninin fikrincə, konsensusun texnologiyasına görə ixtilafları həll etmək üçün o zaman kollektiv rəy tətbiq edilir ki: 1) mübahisənin predmeti mürəkkəb olur, tərəflərin maraqları sadə, həll etmək üçün olduqca əhəmiyyətlidir; 2) hər iki tərəf gizli tələbatlar və maraqlar axtarışı və təhlilinə hazır olur; 3) hər iki tərəfin iddialarını yerinə yetirən alternativ axtarışları üçün kifayət qədər vaxtları və ehtiyatları olur; 4) tərəflər problemin müvəqqəti deyil, uzunmüddətli həllində maraqlıdırlar.
Göründüyü kimi, konsensusun əldə olunması çətin və mürəkkəb məsələdir. Konsensusun əldə olunması üçün aşağıdakı mövqeyə daha çox haqq qazandırılır: konfliktləri elə idarə etmək lazımdır ki, yalnız itkilər minimuma enməsin, həm də qarşı tərəflər üçün ümumi fayda maksimum çox olsun.
Konsensus əldə etmək, konflikti həll etmək üçün dörd üsul mövcuddur:
1) bütün tərəflərin rəylərinin üst-üstə düşməsi nəticəsində razılığa nail olmaq;
2) xarici tərəflərin qanunverici və mənəvi iradəsinə uyğun olaraq razılaşma;
3) konflikt tərəflərindən birini məcbur etməklə razılaşma;
4) sadəcə olaraq, öz aktuallığını itirdikdə, sərbəst olaraq həll edildikdə, konfliktin ləğv edilməsi.
Ümumiyyətlə, konflikti həll etməyin hansı metodunun- məcburetmə və ya inandırma metodlarının səmərəli olub-olmaması kəskin şəkildə qarşıya qoyulur. Bu zaman gücdən və ya hüquqdan istifadə məsələsinin hansına üstünlük verilməsinə diqqət yetirilir. Əslində, konfliktləri yalnız həll etmək deyil, onun zorakı formalarını konstitusiya - qanunverici və danışıq prosesinə transformasiya edilməsinə çalışmaq lazımdır.
Bu zaman qanunçuluğa, insan haqlarının qorunmasına müvafiq beynəlxalq konvensiyalar və bəyannamələrə riayət olunmasına xüsusi diqqət verilməlidir. Şübhəsiz ki, konfliktlərin həllində əsas metodlardan biri "dəyirmi masa", danışıqlar prosesidir. Danışıqlar müxtəlif cür olur. Qərb tədqiqatçıları R.Fişer və U.Yuri danışıqlar arasında Harvard danışıqlar layihəsi əsasında işlənib hazırlanmış prinsipial danışıqlar metoduna üstünlük verirlər. Bu danışıqlar zamanı konfliktlər onların keyfiyyət xüsusiyyətlərinə görə həll edilir.
Prinsipial danışıqlar və ya mahiyyət üzrə danışıqlar dörd əsas müddəaya əsaslanır: 1) danışıqlar iştirakçısı və danışıqlar predmeti arasında hüdudların müəyyənləşdirilməsi; 2) mövqelər üzərində deyil, maraqlar üzərində diqqətin artırılması; 3) qarşılıqlı faydalı variantların və imkanların seçilməsi; 4) obyektiv meyarlardan istifadə edilməsi.
Prinsipial danışıqlar metodu da, öz növbəsində, üç mərhələdən keçir: təhlil, planlaşdırma və diskussiya mərhələləri. Nəticədə, məntiqi razılaşma əldə olunur. Müəlliflərin fikrincə, bu prinsipial metodun mövqe diskussiyası tədricən konsensusun əldə olunmasına səbəb olur.
Konsensusun bərqərar olması bütün hüquqi qərarların qəbul edilməsinin aparıcı metodudur. Konsensus demokratiyanın zəif inkişaf etdiyi ölkələrdə vaxt və təcrübə tələb edir. Mübahisəli məsələlərin konsensisual həlli məcburedici, güc tətbiqini məhdudlaşdıran ümumi, ciddi normalara riayət olunması zərurətini irəli sürür.
Konsensusdan fərqli olan kompromis də əldə edilir. Kompromis konfliktləri
həll etməyin klassik metodu hesab edilir. Kompromisin texnologiyası ondan ibarətdir ki, konfliktləri başqa, daha gec müddətə,
müvəqqəti təxirə
salır. Kompromis, konsensus
güc, xilas yolu qalmadıqda tətbiq edilir. Konsensus və kompromis qarşılıqlı əlaqədə
olan hadisədir, qarşıduran tərəflərin
danışıqları nəticəsində
əldə edilir.
Azərbaycan tədqiqatçıları Q.Əliyev
və H.Dayızadə
"dəyirmi masa"
prosedurasını nümayəndəli
konsensus kimi təqdim edirlər.
Müəlliflər "dəyirmi masa"nın əxlaq fəlsəfəsini belə
izah edirlər: "Hər şeydən əvvəl bunu qeyd etmək lazımdır ki, "dəyirmi masa"nın iştirakçıları siyasi
və mənəvi həqiqətləri inhisara
götürmək fikrindən
əl çəkməli,
konfliktdə olan strukturlardan hər biri onların arxasında duran qüvvədən asılı
olmayaraq, bütün tərəflərin mənəvi
bərabərliyini qəbul
etməli və nəzərə almalıdırlar
ki, masa arxasında ümumi prinsiplər naminə əyləşənlər... mənəvi
cəhətdən hamısı
bərabərdirlər. Lakin bununla
belə mənəvi bərabərlik heç də danışıqlarda
iştirak edənlərin
öz əqidəsindən
dönməsi demək
deyildir".
Onlar
"dəyirmi masa"
etikasında mənəvi
bərabərliyi əsas
prinsip hesab etməklə, masada
əyləşməyə sövq edən mənəvi səbəbləri
məhz bu sərbəst əxlaqi əqidə prinsipilə əlaqələndirirlər. "Mənəvi motivasiyanın
təbiətinin mahiyyəti
bundadır ki, hər bir konflikt
tərəfi digər
tərəfi nəinki
qrup mənafelərinin
nümayəndəsi kimi,
hər şeydən əvvəl, onu öz bərabər həqiqəti və ədaləti olan bəşəri dəyərlərin
universumunun bir hissəsi kimi qəbul etməlidir.
Söhbət, ilk növbədə, sosial-siyasi və həyat ideallarının
özünəməxsus dialoqu
keçirilən tərəflərin
mənəvi-siyasi dəyərlərinin
zənginləşməsinə rəvac verən "dəyirmi masa"dan gedir".
"Dəyirmi masa"da
birgə qərar əldə olunmalıdır. Birgə qərar
həmin şəraitdə
tərəflərin əldə
etdiyi ən yaxşı qərar hesab olunur.
Bildiyimiz kimi, danışıqların
təsnifatına müxtəlif
cür yanaşmalar mövcuddur. Məsələn, bunlardan biri
iştirakçıların müxtəlif məqsədlərinin
ayrılmasına əsaslanır.
Danışıqların müxtəlif funksiyaları mövcuddur 1. informasion; 2. kommunikativ; 3. nəzarət; 4. diqqəti yayındırmaq;
5. təbliğati; 6. təxirəsalma funksiyaları.
Birgə
qərarın üç
tipi mövcuddur:
1. Kompromis; 2. Nisbi kompromis; 3. Əməkdaşlıq
yolu ilə yeni prinsipial qərarın tapılması .
Danışıqların uğurla bitməsini şərtləndirən
amillər isə aşağıdakılardır:
* Artıq problemin
məqbul həlli işlənib hazırlanmışdır;
* Danışıqların bütün
məqsədləri əldə
edilmişdir;
* Bütün həll
variantları nəzərdən
keçirilmişdir;
* Problemin həlli
üçün ən
yaxşı alternativ imkanlar var.
Bir sözlə,
danışıqlar konfliktin
qeyri-zoraki üsullar və vasitələrlə
həll etmək vasitəsidir. "Dəyirmi
masa"da isə danışıqlar nəticəsində
konsensus və birgə qərar əldə edilir.
Qərbdə tədqiqatçılar (C.Berton,
R.Fişer, Y.Yuri, A.Bennet) belə hesab edirlər ki, tərəflər o zaman konflikti həll edirlər ki, konflikt başa
çatmış olsun. Bu zaman zorun tətbiqilə qarşıdurma və fikir ayrılığının
həqiqi səbəbləri
aradan qaldırılır,danışıqlar konsensusa,
razılığa, əməkdaşlığa
yol açır.
Göründüyü kimi, tərəflər arasında inam və etibarın yaradılması əməkdaşlığa,
razılaşmaya gətirib
çıxarır. Danışıqlar
yolunun strategiyası razılığın əldə
edilməsi və möhkəm sülhə
nail olmaqdan ibarətdir.
Danışıqlar zamanı mütəxəssislər aşağıdakı
qaydalara riayət olunmasını tələb
edirlər: 1) bir-birinin
hüquqlarına hörmət
etmək: 2) qarşı
tərəfin sözünü
kəsməmək; 3) qarşı
tərəfin nöqteyi-nəzərinə
anlaşma nümayiş
etdirmək; 4) qarşı
tərəfin konflikti
necə qəbul etməsini izah etmək; 5) müzakirə
predmetini aydın formulə etmək; 6) ümumi nöqteyi-nəzər
ifadə etmək; 7) tərəfləri də fərqləndirən cəhətləri
sakit tərzdə izah etmək; 8) bundan sonra konfliktin
məzmununu yenidən
təsvir etmək; 9) məsələnin ümumi
həll yolunu axtarmaq; 10) yerdə qalan ixtilafları və razılıqları
qeyd edərək ümumi "kommunikeni"
qəbul etmək.
Konsensusun əsas şərti qarşıduran tərəflərin
bir-birinə, başqa
düşüncəyə dözümlülüyün olmasıdır. Robert Dalın fikrincə, konflikti tənzimləmənin
mahiyyəti konfliktdə
iştirak edən tərəflərin bir-birinin
maraqlarına qarşılıqlı
dözümlülüyüdür.
Konsensus konfliktin elə həlli üsuludur ki, qarşıduran tərəflər onun hazırlanmasında şüurlu və rasional şəkildə iştirak edirlər. Konsensus konflikt həll edənlərin kollektiv rəyini əks etdirir.
Vahid Ömərov,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2015.- 8 sentyabr.-
S.15.