Beynəlxalq humanitar hüquq

 

Beynəlxalq humanitar hüquq hərbi münaqişələr zamanı insan hüquqlarının müdafiəsinin mühüm vasitələrindən biridir. Beynəlxalq humanitar hüquq üzrə görkəmli mütəxəssis, professor J.Pikte "Beynəlxalq humanitar hüququn prinsipləri və inkişafı" əsərində beynəlxalq humanitar hüququ "müharibə zamanı fərdin müdafiəsinə yönəlmiş və humanizm ruhunun nüfuz etdiyi beynəlxalq hüququn əsas bölməsi" kimi müəyyən etmişdir.

Beynəlxalq humanitar hüququn prinsiplərini aşağıdakı qruplara bölürlər:

1. Qeyd-şərtsiz, hər cür şəraitdə yerinə yetirilməli olan əsas prinsiplər;

2. İnsan hüquqlarının müdafiəsi - onun yaşamaq, fizikipsixoloji toxunulmazlığı, cəzalandırılmasının, alçaldıcı və qeyri-insani rəftar edilməsinin qadağan edilməsilə əlaqədar olan ümumi prinsiplər;

3. Hərbi konfliktlərin qurbanlarına münasibətin və hərbi əməliyyatlar aparılmasının xüsusi prinsipləri.

Hələ XVIII əsrdə Jan Jak Russo dövlətlər arasında müharibələrə dair aşağıdakı prinsipləri yaradaraq, bu sahəni zənginləşdirmişdir: "Müharibə insanlar arasında mövcud münasibət deyil, bu dövlətlərarası münasibətdir və bu münasibətdə ayrı-ayrı şəxslər yalnız təsadüfən düşmən olurlar, insan və hətta vətəndaş qismində deyil, yalnız əsgər qismində müharibənin məqsədi düşmən dövlətin məhv edilməsi olduğu üçün onun müdafiəçilərinin silah daşıdığı zaman öldürülməsi qanunidir. Lakin silahlarını yerə qoyduqda və təslim olduqda, onlar düşmən və ya düşmənin nümayəndəsi sayılmır. Yenidən adi insan olurlar və onların öldürülməsi artıq qanuni deyil".

1899-cu ildə Fyodor Marteks humanitar hüquqla əhatə olunmayan hallar üçün aşağıdakı prinsipi müəyyən edib: "Mülki əhali və kombatantlar bərqərar olmuş, adətən, humanizm prinsiplərindən və ictimai şüurun tələblərindən irəli gələn beynəlxalq hüququn prinsiplərinin mühafizəsi və qüvvəsi altında qalır".

RussoMarteks humanizm prinsiplərini müəyyən etdiyi zaman Sankt-Peterburq Bəyannaməsinin müəllifləri açıq şəkildə və dolayısilə fərq qoymaq, hərbi zərurət və lazımsız əzabların qarşısının alınması prinsiplərini bu şəkildə müəyyən ediblər:"Müharibə zamanı dövlətlərin nail olmağa çalışdıqları yeganə qanuni məqsədin düşmənin hərbi qüvvələrini zəiflətmək olduğunu; bu məqsədlə mümkün qədər çox-çox insanın sıradan çıxarılmasının kifayət etməsini; sıradan çıxmış insanların əzablarını gücləndirən və ya onların ölümünü qaçılmaz edən silahların istifadəsi bu məqsəddən kənar çıxmağını nəzərə alaraq..."

Qeyd edək ki, 1977-ci ilin Cenevrə Konvensiyasının Əlavə Protokolları həmin prinsipləri bir daha təsdiqlədi və təkmilləşdirdi, xüsusən, fərq qoymaq prinsipini "münaqişənin tərəfləri hər zaman mülki əhali ilə kombatantlar arasında, eləcə də, mülki və hərbi obyektlər arasında fərq qoymalı və buna uyğun olaraq öz əməliyyatlarını ancaq hərbi obyektlərə qarşı yönəltməlidirlər".

Hüquq sahəsində humanitar hüququn müəyyən prinsipləri hər zaman, hər yerdə və istənilən şəraitdə fəaliyyət göstərir və hətta konvensiyaların iştirakçısı olmayan dövlətlərə də şamil edilə bilər, çünki bu prinsiplər xalqların adətlərini əks etdirir. Bu fakta biz aşağıda humanitar hüququn bəşəri xarakteri ilə əlaqədar nəzər salacağıq. Qeyd etmək lazımdır ki, humanitar hüququn tətbiqi münaqişədə olan tərəflərin hüquqi statusuna toxunmur. Göstərmək lazımdır ki, hər hansı başqa fənn kimi, humanitar hüququn da müəyyən ümumi prinsipləri vardır ki, bütün qalanlar onlara əsaslanır.

Müharibələrə son qoymaq iqtidarında olduğunu iddia etməyən, humanitar hüquq müharibənin həddən artıq amansızlığını azaltmağa səy göstərir. Müharibə edən tərəflərin qarşılıqlı maraqları, öz növbəsində, onları hərbi əməliyyatlar zamanı müəyyən "oyun qaydaları"na əməl etməyə təhrik edir. Müharibə hüququhumanitar hüququn mənbələri bunlardır. Lakin bizim dövrümüz hər şeyi öz məqsədlərinə, zəruri olduqda isə, hətta silah gücünə də nail olmağa səy göstərən siyasi ideologiyaların yaranması ilə əlamətdardır.

Eyni zamanda, mövcud rejimləri güc ilə devirməyi öz qarşısına məqsəd qoyan hərəkatlar meydana gəlir. Can Pikte bu münasibətlə yazır: "Beləliklə, biz getdikcə daha çox əmin olmağa başlayırıq ki, beynəlxalq hüququn humanistlik hüququ adlana bilən, hərbi müharibələr hüququinsan hüquqlarını əhatə edən bu hissəsi bütün insanları istər müharibə zamanı, istərsə də dinc şəraitdə, heç olmazsa minimum təminatlar və humanizmlə təmin etməlidir."

Hüquqşünas diplomat olan Orotius xalqlar hüququnun banisi idi. Avropada xristian kilsəsinin bölünməsinə gətirən reformasiyadan sonra o, belə fikrə gəldi ki, hüquq artıq İlahi haqqın ifadəsi deyil, insan dərrakəsinin məhsuludur o, əməldən əvvəl deyil, əməlin özündən yaranır. Buradan beynəlxalq münasibətlər üçün digər birləşdirici prinsip tapmaq ehtiyacı əmələ gəlir. Xalqlar hüququ bu prinsipi yaratmalı idi. "De-yure belli as nelcis" adlanan kitabında Qrotus müharibə hüququnun ən mükəmməl əsasları arasında olan qaydaları sadalamışdı.

Beynəlxalq humanitar hüquq silahlı münaqişələr hüququ müharibə hüququ ifadələri eynimənalı ifadələr sayıla bilər. Beynəlxalq təşkilatlar, universitetlər hətta dövlətlər beynəlxalq humanitar hüquq ( ya humanitar hüquq) ifadəsinə üstünlük verir, digər iki ifadə isə daha geniş silahlı qüvvələr tərəfindən istifadə edilir.

İndi isə beynəlxalq humanitar hüququn əsas qaydalarının izahından bəhs edək. Qeyd etmək lazımdır ki, münaqişə tərəfləri hər zaman mülki əhalinin mülki sərvətlərin qorunması məqsədilə mülki əhali komponentlər arasında fərq qoymalıdır. bütünlükdə mülki əhaliyə, , həmçinin, ayrı-ayrı mülki şəxslərə qarşı hücum edilə bilməz. Hücumlar yalnız hərbi obyektlərə qarşı edilə bilər. Döyüş əməliyyatlarında iştirak etməyən ya artıq iştirak edə bilməyən insanların həyatlarına onların fiziki mənəvi toxunulmazlığına hörmət edilməlidir. Belə şəxslər bütün bu hallarda qorunmalı onlara heç bir fərq qoyulmadan insani rəftar edilməlidir. Təslim olan ya döyüşdə artıq iştirak edə bilməyən düşməni öldürmək ya yaralamaq qadağandır.

münaqişə tərəfinin, onların silahlı qüvvələri üzvlərinin müharibə aparmasının üsul vasitələrini seçmək hüququ hədsiz deyil. Lazımsız itkilərin ya həddən artıq əzab-əziyyətlərin səbəbi ola biləcək müharibə üsullarının ya silahların istifadəsi qadağandır. Yaralılar xəstələr toplanmalıdır onları öz əsarətində saxlayan tərəf həmin şəxslərə qayğı göstərməlidir.

Tibbi heyət tibb müəssisələri nəqliyyat avadanlıq qorunmalıdır. fonda yerləşən qırmızı xaç qırmızı aypara insanlara obyektlərə hörmət edilməsini göstərən fərqləndirici nişandır. Düşmənə əsir düşmüş kombatantların mülki əhalinin həyatına, ləyaqətinə, şəxsi hüquqlarına, onların siyasi, dini digər əqidəsinə hörmət edilməlidir. Onlar bütün zorakılıq əməllərindən ya əvəzçıxma tədbirlərindən qorunmalıdır. Onların öz ailələrinə xəbər vermək onların xəbər almaq, həmçinin, kömək almaq hüququ var. Onlar əsas məhkəmə təminatlarına malik olmalıdırlar.

Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən tərtib olunmuş bu qaydalar beynəlxalq humanitar hüquqi mahiyyətin xülasəsini təşkil edir. Onlar huquqi sənədin qüvvəsinə malik deyil qüvvədə olan müqavilələri əvəz edir. Onlar Beynəlxalq Humanitar Hüququn yayılmasına kömək göstərmək məqsədilə tərtib edilmişdir.

Beynəlxalq humanitar hüquq sahəsində Azərbaycan Respublikası müvafiq beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir.Bu yaxınlarda Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndə heyəti Milli Məclisdə olub. Nümayəndə heyəti vitse-spiker Bahar Muradova ilə keçirdikləri görüşdə itkin düşmüş şəxslərlə bağlı qanunvericilik sahəsini müzakirə ediblər.Milli Məclis sədrinin müavini Bahar Muradova Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əməkdaşlıqdan razılığını bildirərək, deyib ki, təşkilatın Bakı nümayəndəliyi işini yüksək səviyyədə qurub. Milli Məclisin itkin düşmüş şəxslərlə bağlı qanunvericiliyin formalaşdırılması istiqamətində gördüyü tədbirlərdən danışıb. Bildirib ki, bu məsələ ölkəmiz üçün olduqca həssasdır. Həyata keçirilən proqram layihələr getdikcə genişləndirilməlidir. İtkin düşmüş şəxslərlə bağlı qanun layihəsinin hazırlanmasının vacib olduğunu vurğulayaraq, bu sahədə lazımi addımlar atmağa, məsləhətləşmələr aparmağa hazır olduğumuzu deyib. Beynəlxalq Qırmızı Xaç Komitəsinin Beynəlxalq Humanitar Hüquq üzrə regional məsləhətçisi Mariya Tereza Dutli Azərbaycanın dövlət hökumət nümayəndələrinin onların fəaliyyətinə verdikləri dəstəyi yüksək dəyərləndirdi buna görə təşəkkür edib. Ölkədə, eləcə , beynəlxalq aləmdə reallaşdırdıqları proqram layihələr, itkin düşmüş şəxslərlə bağlı hazırladıqları model qanun, sənəddə əksini tapan mühüm məsələlər barədə geniş məlumat verib.

2011-ci il oktyabrın 25-də Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Şerin Pollini Müdafiə Proqramının koordinatoru xanım Paula Paulettini qəbul edib.

Nümayəndə heyətinin rəhbəri Şerin Pollini Azərbaycanda son illər ərzində həyata keçirdiyi gələcəkdə nəzərdə tutduğu layihələr haqqında qısaca məlumat verərkən bildirdi ki, müharibə şəraitində olan Azərbaycanda 3700 itkin düşmüş azərbaycanlının axtarıb tapılması üçün yeni layihə hazırlanır. Xanım Şerin Pollini Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən həyata keçiriləcək layihənin tətbiqi üçün yeni layihə hazırlandığını bildirdi. 2012-ci ildə başlanacaq bu layihənin həyata keçirilməsində bir necə dövlət qurumun, o cümlədən, Səhiyyə Nazirliyinin xüsusi dəstəyinə ehtiyac olduğu vurğulandı.

 

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2015.- 10 sentyabr.- S.15.