İnsan hüquq və azadlıqlarının müdafiəsi və konsensus

Vətəndaş cəmiyyətinin əlamətlərindən biri konsensusdur. "Konsensus" (consensus) latın sözü consentio sözündən, daha doğrusu, sentire felindən olub "hiss etmək", "düşünmək", "başa düşmək" mənalarını verir, "son" sözünün köməyilə birgə "qarşılıqlı hərəkət etmək" mənası yaranır. Əslində, "konsensus" sözünün əsasında hiss, düşüncə ümumiliyi, qarşılıqlı anlaşma durur.

Müasir lüğətlərdə konsensus termini "mübahisəli məsələlər üzrə ümumi razılaşma" kimi müəyyən edilir. Qərbdəki lüğətlərdə konsensus "hamının və ya əksəriyyətin tərəfdar olduğu rəy, ümumi razılaşma", "xüsusən rəydə razılaşma, yekdillik, ümumi rəy", "rəyin üstün olduğu ümumi razılaşma"  kimi səciyyələndirilir. Göründüyü kimi, daha çox rəy önə çəkilir, bir qədər ziddiyyətli mülahizələr irəli sürülür.

Konsensus politoloji, hüquqi və fəlsəfi cəhətdən müxtəlif cür şərh edilir. Konsensus yekdillik və əksəriyyətinin rəyi arasında bir razılaşmadır. Sosial-fəlsəfi ədəbiyyatda konsensusun iki əsas prinsipini göstərirlər: 1) iştirak edənlərin əksəriyyətinin qərarın qəbuluna tərəfdar olması; 2) heç bir iştirakçının qəbul olunan qərara etiraz etməməsi. Konsensus dar mənada daxili proseslərdə istifadə edilən sosial-siyasi konfliktlərin, mübahisələri həlli üsulu kimi, "geniş" mənada ümumsiyasi mənada vətəndaş razılaşması kimi işlənir.

Konsensus müasir şəraitdə müxtəlif barışmaz mövqedə olan siyasi, iqtisadi, mənəvi, fəlsəfi, dini ideya və dəyərlər irəli sürən, demokratiyaya uyğun olaraq ziddiyyətləri aradan qaldıran mühüm prinsipdir. Bir sözlə, demokratiyada plüralizm konsensusla birləşir. Konsensusun baza əsası milli, dini dəyərlər, şəxsiyyətin hüquq və azadlıqlarıdır. O.Kont insan birliyi ilə konsensus arasında əlaqə olduğunu göstərməklə konsensusu geniş mənada - razılıq mənasında işlədirdi. Bəzi filosoflar konsensusu rasional dərk olunmuş həmrəylik (E.Dürkgeym), həmrəylikdən fərqlənən "konflikt modeli", obyektiv mövcud olan ehtimallıq (Veber), siyasi etika prinsipi (Jül Kamben) kimi səciyyələndirirlər. Konsensus "danışıq mədəniyyətin"də əsas yer tutan mühüm fenomendir.

V.Kremenyuk yazır ki, razılaşmaya doğru gedən yolu təslimçilik deyil, barışıq axtarışı kimi ümumbəşəri təfəkkürdə çevriliş  hesab etmək lazımdır. V.A.Sosninin fikrincə, konsensusun texnologiyasına görə ixtilafları həll etmək üçün o zaman kollektiv rəy tətbiq edilir ki: 1) mübahisənin predmeti mürəkkəb olur, tərəflərin maraqları sadə, həll etmək üçün olduqca əhəmiyyətlidir; 2) hər iki tərəf gizli tələbatlar və maraqlar axtarışı və təhlilinə hazır olur; 3) hər iki tərəfin iddialarını yerinə yetirən alternativ axtarışları üçün kifayət qədər vaxtları və ehtiyatları olur; 4) tərəflər problemin müvəqqəti deyil, uzunmüddətli həllində maraqlıdırlar.

Göründüyü kimi, konsensusun əldə olunması çətin və mürəkkəb məsələdir. Konsensusun əldə olunması üçün aşağıdakı mövqeyə daha çox haqq qazandırılır: konfliktləri elə idarə etmək lazımdır ki, yalnız itkilər minimuma enməsin, həm də qarşı tərəflər üçün ümumi fayda maksimum çox olsun.

Konsensus əldə etmək, konflikti həll etmək üçün dörd üsul mövcuddur:

1) bütün tərəflərin rəylərinin üst-üstə düşməsi nəticəsində razılığa nail olmaq;   

2) xarici tərəflərin qanunverici və mənəvi iradəsinə uyğun olaraq razılaşma;

3) konflikt tərəflərindən birini məcbur etməklə razılaşma;

4) sadəcə olaraq, öz aktuallığını itirdikdə, sərbəst olaraq həll edildikdə, konfliktin ləğv edilməsi.

Ümumiyyətlə, konflikti həll etməyin hansı metodunun- məcburetmə və ya inandırma metodlarının səmərəli olub-olmaması kəskin şəkildə qarşıya qoyulur. Bu zaman gücdən və ya hüquqdan istifadə məsələsinin hansına üstünlük verilməsinə diqqət yetirilir. Əslində, konfliktləri yalnız həll etmək deyil, onun zorakı formalarını konstitusiya - qanunverici və danışıq prosesinə transformasiya edilməsinə çalışmaq lazımdır.

Bu zaman qanunçuluğa, insan haqlarının qorunmasına müvafiq beynəlxalq konvensiyalar və bəyannamələrə riayət olunmasına xüsusi diqqət verilməlidir. Şübhəsiz ki, konfliktlərin həllində əsas metodlardan biri "dəyirmi masa", danışıqlar prosesidir. Danışıqlar müxtəlif cür olur. Qərb tədqiqatçıları R.FişerU.Yuri danışıqlar arasında Harvard danışıqlar layihəsi əsasında işlənib hazırlanmış prinsipial danışıqlar metoduna üstünlük verirlər. Bu danışıqlar zamanı konfliktlər onların keyfiyyət xüsusiyyətlərinə görə həll edilir.

Prinsipial danışıqlar və ya mahiyyət üzrə danışıqlar dörd əsas müddəaya əsaslanır: 1) danışıqlar iştirakçısı və danışıqlar predmeti arasında hüdudların müəyyənləşdirilməsi; 2) mövqelər üzərində deyil, maraqlar üzərində diqqətin artırılması; 3) qarşılıqlı faydalı variantların və imkanların seçilməsi; 4) obyektiv meyarlardan istifadə edilməsi.

Prinsipial danışıqlar metodu da, öz növbəsində, üç mərhələdən keçir: təhlil, planlaşdırma və diskussiya mərhələləri. Nəticədə, məntiqi razılaşma əldə olunur. Müəlliflərin fikrincə, bu prinsipial metodun mövqe diskussiyası tədricən konsensusun əldə olunmasına səbəb olur.

Konsensusun bərqərar olması bütün hüquqi qərarların qəbul edilməsinin aparıcı metodudur. Konsensus demokratiyanın zəif inkişaf etdiyi ölkələrdə vaxt və təcrübə tələb edir. Mübahisəli məsələlərin konsensisual həlli məcburedici, güc tətbiqini məhdudlaşdıran ümumi, ciddi normalara riayət olunması zərurətini irəli sürür.

Konsensusdan fərqli olan kompromis əldə edilir. Kompromis konfliktləri həll etməyin klassik metodu hesab edilir. Kompromisin texnologiyası ondan ibarətdir ki, konfliktləri başqa, daha gec müddətə, müvəqqəti təxirə salır. Kompromis, konsensus güc, xilas yolu qalmadıqda tətbiq edilir. Konsensus kompromis qarşılıqlı əlaqədə olan hadisədir, qarşıduran tərəflərin danışıqları nəticəsində əldə edilir.

Azərbaycan tədqiqatçıları Q.Əliyev H.Dayızadə "dəyirmi masa" prosedurasını nümayəndəli konsensus kimi təqdim edirlər.

Müəlliflər "dəyirmi masa"nın əxlaq fəlsəfəsini belə izah edirlər: "Hər şeydən əvvəl bunu qeyd etmək lazımdır ki, "dəyirmi masa"nın iştirakçıları siyasi mənəvi həqiqətləri inhisara götürmək fikrindən əl çəkməli, konfliktdə olan strukturlardan hər biri onların arxasında duran qüvvədən asılı olmayaraq, bütün tərəflərin mənəvi bərabərliyini qəbul etməli nəzərə almalıdırlar ki, masa arxasında ümumi prinsiplər naminə əyləşənlər... mənəvi cəhətdən hamısı bərabərdirlər. Lakin bununla belə mənəvi bərabərlik heç danışıqlarda iştirak edənlərin öz əqidəsindən dönməsi demək deyildir".

Onlar "dəyirmi masa" etikasında mənəvi bərabərliyi əsas prinsip hesab etməklə, masada əyləşməyə sövq edən mənəvi səbəbləri məhz bu sərbəst əxlaqi əqidə prinsipilə əlaqələndirirlər. "Mənəvi motivasiyanın təbiətinin mahiyyəti bundadır ki, hər bir konflikt tərəfi digər tərəfi nəinki qrup mənafelərinin nümayəndəsi kimi, hər şeydən əvvəl, onu öz bərabər həqiqəti ədaləti olan bəşəri dəyərlərin universumunun bir hissəsi kimi qəbul etməlidir. Söhbət, ilk növbədə, sosial-siyasi həyat ideallarının özünəməxsus dialoqu keçirilən tərəflərin mənəvi-siyasi dəyərlərinin zənginləşməsinə rəvac verən "dəyirmi masa"dan gedir".

"Dəyirmi masa"da birgə qərar əldə olunmalıdır. Birgə qərar həmin şəraitdə tərəflərin əldə etdiyi ən yaxşı qərar hesab olunur.

Bildiyimiz kimi, danışıqların təsnifatına müxtəlif cür yanaşmalar mövcuddur. Məsələn, bunlardan biri iştirakçıların müxtəlif məqsədlərinin ayrılmasına əsaslanır.

Danışıqların müxtəlif funksiyaları mövcuddur  1. informasion; 2. kommunikativ; 3. nəzarət; 4. diqqəti yayındırmaq; 5. təbliğati; 6. təxirəsalma funksiyaları.

Birgə qərarın üç tipi mövcuddur:

1. Kompromis; 2. Nisbi kompromis; 3. Əməkdaşlıq yolu ilə yeni prinsipial qərarın tapılması .

Danışıqların uğurla bitməsini şərtləndirən amillər isə aşağıdakılardır:

*  Artıq problemin məqbul həlli işlənib hazırlanmışdır;

*  Danışıqların bütün məqsədləri əldə edilmişdir;

*  Bütün həll variantları nəzərdən keçirilmişdir;

*  Problemin həlli üçün ən yaxşı alternativ imkanlar var.

Bir sözlə, danışıqlar konfliktin qeyri-zoraki üsullar vasitələrlə həll etmək vasitəsidir. "Dəyirmi masa"da isə danışıqlar nəticəsində konsensus birgə qərar əldə edilir.

Qərbdə tədqiqatçılar (C.Berton, R.Fişer, Y.Yuri, A.Bennet) belə hesab edirlər ki, tərəflər o zaman konflikti həll edirlər ki, konflikt başa çatmış olsun. Bu zaman zorun tətbiqilə qarşıdurma fikir ayrılığının həqiqi səbəbləri aradan qaldırılır,danışıqlar konsensusa, razılığa, əməkdaşlığa yol açır.

Göründüyü kimi, tərəflər arasında inam etibarın yaradılması əməkdaşlığa, razılaşmaya gətirib çıxarır. Danışıqlar yolunun strategiyası razılığın əldə edilməsi möhkəm sülhə nail olmaqdan ibarətdir.

Danışıqlar zamanı mütəxəssislər aşağıdakı qaydalara riayət olunmasını tələb edirlər: 1) bir-birinin hüquqlarına hörmət etmək: 2) qarşı tərəfin sözünü kəsməmək; 3) qarşı tərəfin nöqteyi-nəzərinə anlaşma nümayiş etdirmək; 4) qarşı tərəfin konflikti necə qəbul etməsini izah etmək; 5) müzakirə predmetini aydın formulə etmək; 6) ümumi nöqteyi-nəzər ifadə etmək; 7) tərəfləri fərqləndirən cəhətləri sakit tərzdə izah etmək; 8) bundan sonra konfliktin məzmununu yenidən təsvir etmək; 9) məsələnin ümumi həll yolunu axtarmaq; 10) yerdə qalan ixtilafları razılıqları qeyd edərək ümumi "kommunikeni" qəbul etmək.

Konsensusun əsas şərti qarşıduran tərəflərin bir-birinə, başqa düşüncəyə dözümlülüyün olmasıdır. Robert Dalın fikrincə, konflikti tənzimləmənin mahiyyəti konfliktdə iştirak edən tərəflərin bir-birinin maraqlarına qarşılıqlı dözümlülüyüdür.

Konsensus konfliktin elə həlli üsuludur ki, qarşıduran tərəflər onun hazırlanmasında şüurlu rasional şəkildə iştirak edirlər. Konsensus konflikt həll edənlərin kollektiv rəyini əks etdirir.

 

Vahid Ömərov

Səs.- 2015.- 18 sentyabr.- S. 15