Beynəlxalq hüquq: insan hüquqlarının pozulmasına görə məsuliyyət - Beynəlxalq Ədalət Məhkəmənin Statutu

Beynəlxalq hüquq norma və prinsiplərinin pozulmasının iki kateqoriyası mövcuddur: beynəlxalq hüquq pozuntusuxüsusi təhlükəli beynəlxalq cinayətlər. Beynəlxalq cinayətə bəşəriyyətə qarşı və beynəlxalq hüquqa qarşı cinayət daxildir. Bunlar sülhün təminatı, insan şəxsiyyətinin həyatı və bütövlükdə beynəlxalq birliyin mühüm həyati maraqları üçün əsas əhəmiyyət kəsb edən beynəlxalq hüquq və prinsiplərin pozulmasında öz ifadəsini tapır.

Beynəlxalq hərbi tribunalın 6-cı maddəsinə uyğun olaraq insanlığa qarşı üç növ beynəlxalq cinayətlərin daxil olduğu hərbi cinayətkarlar üzərində məhkəmə yaradılmışdır:

1. Dünyaya qarşı cinayətlər. Buraya təcavüzkar müharibəyə hazırlıq, planlaşdırma və müharibəyə başlama daxildir.

2. Hərbi cinayətlər: müharibə qanunlarının pozulması. Buraya mülki əhalinin öldürülməsi, başqa məqsədlər üçün qul kimi işlədilməsi, hərbi əsirlərin öldürülməsi, şəhər və kəndlərin dağıdılması.

3. Bəşəriyyətə qarşı cinayətlər müharibə zamanı mülki əhaliyə qarşı xüsusi amansızlıq, onların vəhşicəsinə öldürülməsi və yaxud siyasi, irqi, dini motivlərə görə təqib edilmə və ayrı-seçkilik.

1948-ci ildə qəbul edilmiş "Genosid cinayətinə qarşı cinayətin beynəlxalq kateqoriyalı cinayət kimi cəzalandırılması haqqında Konvensiya" qəbul edildi.

1968-ci ildə bəşəriyyətə qarşı cinayətlərə və hərbi cinayətlərə görə cəza verilməsi haqqında Konvensiyada silahlı hücumya işğal zamanı qeyri-insani hərəkətlərə yol verilməsi, aparteidgenosid siyasətinin aparılması ən qatı cinayət hesab olunur.

1973-cü ildə qəbul olunmuş Konvensiyada aparteid beynəlxalq hüququ prinsiplərinin pozulması və cinayət kimi qəbul olundu.

1976-cı ildə Beynəlxalq Hüquq Komissiyası dövlətlərin insan hüquqlarına görə məsuliyyət daşıması haqqında layihəni bəyəndi. 1991-ci ildə qəbul edilmiş həmin layihəyə görə beynəlxalq cinayətlərə yalnız təcavüz deyil, təcavüz təhlükəsinin zorla saxlanılması, genosid aparteid, insan hüquqlarının sistemliya kütləvi pozulması - qətliamlar, qula çevirmə, məcburi və zorakı əmək, sosial, siyasi, irqi, diniya dini - mədəni səbəblərə görə təqiblər, əhalinin zorla deportasiyası; ciddi hərbi cinayətlər: beynəlxalq terrorizm, narkotizm, ətraf mühitə qəsdən zərər vurmaq. Bütün bunlar insan hüquqlarının kütləvi pozulması və cinayət kimi dəyərləndirilir.

1998-ci ilin iyulunda BMT-nin himayəsi altında keçirilən konfransda Beynəlxalq Cinayət Məhkəməsi Statutu qəbul edildi ki, bu təşkilat beynəlxalq cinayət kateqoriyasını əhəmiyyətli dərəcədə genişləndirdi. Məhkəmə bu kateqoriyaya genosid cinayətini, bəşəriyyətə qarşı cinayəti, hərbi cinayətləri və təcavüzü daxil etdi. Bununla da insanlığa qarşı və hərbi cinayətlərə yeni tərkiblər: mülki şəxslərə qarşı qətliamlar, deportasiyalar, azadlıqdan məhrumetmələr, zorakılıqlar, müxtəlif seksual zorlamalar, cəmiyyətin hər hansı qrupunun siyasi, milli, etnik, mədəni, dini, cinsi və digər motivlərə görə təqib olunması, aparteid, genosid, insanların zorla məhv edilməsi və s. cinayətlər əlavə olundu.

Beynəlxalq Cinayət Statutu hərbi cinayətlərə 1949-cu il Cenevrə Konvensiyasını pozan 50-yə qədər müxtəlif cinayət tərkiblərini aid etdi. Bunlardan beynəlxalq və lokal xarakterli hərbi münaqişələr zamanı müharibə qanunlarının pozulmasını göstərmək olar.

BMT Nizamnaməsinin VII fəsli "Sülhə təhlükə, sülhün pozulması və təcavüz aktları ilə bağlı tədbirlər" adlanır. Burada beynəlxalq hüquq norma və prinsipləri pozulduğu zaman güc tətbiq edilməsinin zəruriliyi göstərilir. Nizamnamənin 43-cü maddəsində bu barədə belə qeyd olunur: "BMT-nin bütün üzvləri beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanmasına töhfə vermək məqsədilə öz üzərinə vəzifə götürürlər ki, Təhlükəsizlik Şurasının tələbi ilə və xüsusi sazişə və ya sazişlərə uyğun olaraq, onun sərəncamına, beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması məqsədləri üçün zəruri olan silahlı qüvvələr, yardım və ərazidən daxil olmaqla müvafiq xidmət vasitələri versinlər".

45-ci maddədə isə güc tətbiq edən orqan haqqında bəhs edilir: "BMT-yə təcili hərbi tədbirlər görmək imkanını yaratmaq məqsədilə təşkilatın üzvləri birgə beynəlxalq məcburiyyət tədbirləri üçün öz milli hərbi-hava qüvvələrinin kontingentlərini dərhal hazırlıq vəziyyətində saxlamalıdırlar. Bu kontingentlərin hərbi gücü və hazırlıq dərəcəsi və onların birgə hərəkət planları Təhlükəsizlik Şurası tərəfindən Hərbi Qərargah Komitəsinin köməyilə 43-cü maddədə göstərilmiş xüsusi sazişya sazişlərdə nəzərdə tutulan hədlər çərçivəsində müəyyən olunur".

Beynəlxalq hüquq normaları və prinsiplərinin pozulması və hərbi cinayətlərə qarşı Beynəlxalq Məhkəmə haqqında BMT Nizamnaməsində göstərilir ki, Beynəlxalq Məhkəmə BMT-nin əsas məhkəmə orqanıdır. O, bu Nizamnaməyə əlavə olunan, Daimi Beynəlxalq Ədalət Məhkəməsinin Statutuna əsaslanan və bu Nizamnamənin ayrılmaz tərkib hissəsini təşkil edən statuta uyğun olaraq fəaliyyət göstərir.

Beynəlxalq Məhkəmənin təşkili haqqında deyilir: Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə əsasən Birləşmiş Millətlər Təşkilatının əsas məhkəmə orqanı kimi yaradılan Beynəlxalq Məhkəmə bu statutun müddəalarına müvafiq olaraq təşkil olunur və fəaliyyət göstərir.

Məhkəmə yüksək mənəvi keyfiyyətlərə, öz ölkələrinin məhkəmə orqanlarında ən yüksək vəzifələrə təyin olunmaq üçün irəli sürülən tələblərə cavab verən və ya beynəlxalq hüquq sahəsində tanınmış səriştəyə malik olan hüquqşünaslar arasından vətəndaşlığından asılı olmayaraq, seçilmiş müstəqil hakimlərdən ibarətdir.

Məhkəmənin üzvləri Baş Məclis və Təhlükəsizlik Şurası tərəfindən Daimi Arbitraj Məhkəməsində olan milli qrupların təqdim etdiyi namizədlərin siyahısından aşağıdakı müddəalara müvafiq olaraq seçilir.

Birləşmiş Millətlər Təşkilatının üzvləri Daimi Arbitraj Məhkəməsində təmsil olunmadıqları halda, namizədlər öz hökumətlərinin bu məqsədlə təyin etdikləri milli qruplar tərəfindən beynəlxalq mübahisələrin dinc yolla nizamlanması haqqında 1907-ci il Haaqa Konvensiyasının 44-cü maddəsi ilə Daimi Arbitraj Məhkəməsinin üzvləri üçün müəyyən edilmiş şərtlərə uyğun təqdim olunur.

Bu statutun iştirakçısı olan, lakin Birləşmiş Millətlər Təşkilatının üzvü olmayan dövlətin, məhkəmə üzvlərinin seçilməsində iştirakı şərtləri, bu barədə xüsusi saziş olmazsa, Təhlükəsizlik Şurasının tövsiyəsilə Baş Məclis tərəfindən müəyyən edilir.

Nizamnamədə Beynəlxalq Məhkəmənin səlahiyyətlərinə aşağıdakılar daxil edilmişdir.

Məhkəmə öz reqlamentində müəyyən etdiyi şərtlərlə və ona uyğun olaraq, beynəlxalq hökumətlərarası təşkilatlardan baxdığı işlərə aid olan məlumatın verilməsini xahiş edə bilər və habelə, həmin təşkilatların öz təşəbbüsü ilə təqdim etdiyi məlumatı qəbul edir.

Məhkəmənin baxdığı işdə beynəlxalq hökumətlərarası təşkilatın təsis aktının və ya həmin akta əsasən qəbul olunmuş Beynəlxalq Konvensiyanın təfsirinə zərurət yarandığı istənilən halda, məhkəmənin katibi maraqlı beynəlxalq təşkilata məlumat verirbütün yazılı icraatın nüsxələrini ona göndərir.

Məhkəmə bu statutun tərəfi olan dövlətlər üçün açıqdır.

Məhkəmənin digər dövlətlər üçün açıq olması şərtlərini qüvvədə olan müqavilələrdə təsbit olunmuş xüsusi müddəalara əməl etmək şərtilə, Təhlükəsizlik Şurası müəyyən edir, lakin heç bir halda bu şərtlər tərəfləri məhkəmə qarşısında qeyri-bərabər vəziyyətdə qoymamalıdır.

Birləşmiş Millətlər Təşkilatının üzvü olmayan dövlət, işin tərəfi olduqda, məhkəmə həmin tərəfin, məhkəmənin xərclərini ödəmək üçün verməli olduğu məbləği müəyyən edir. Həmin dövlət məhkəmə ödənilməsində iştirak etdiyi halda, bu müddəa tətbiq olunmur.

Məhkəmənin yurisdiksiyasına tərəflərin ona təqdim etdiyi bütün işlər və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində və ya qüvvədə olan müqavilə və konvensiyalarda xüsusi olaraq göstərilmiş bütün məsələlər daxildir.

Bu statutun iştirakçısı olan dövlətlər istənilən vaxt bəyan edə bilər ki, onlar eyni öhdəliyi öz üzərinə götürmüş dövlətlər barədə aşağıdakı məsələlərlə bağlı bütün hüquqi mübahisələrdə məhkəmənin yurisdiksiyasını məcburi qaydada, irso factoxüsusi saziş olmadan tanıyırlar.

Çox təəssüf ki, Azərbaycan Respublikası beynəlxalq təşkilatların ikili standartlarına məruz qalıb. Belə ki, bütün insanlığa və Azərbaycan xalqına qarşı hərbi cinayətlər törətmiş, xalqımıza qarşı genosid siyasəti yeridən erməni vandallarına qarşı ciddi beynəlxalq tədbirlər görülmür.

Vahid Ömərov

Səs.- 2015.- 16 sentyabr.- S. 15