İnsan hüquq və
azadlıqlarının müdafiəsi və NATO
1949-cu ildən meydana gəlmiş Şimali Atlantika Müqaviləsi Təşkilatına - NATO-ya üzvlük çoxmərhələli və mürəkkəb prosesdir. Təşkilata üzv olmaq istəyən dövlətlər müəyyən öhdəlikləri yerinə yetirməlidirlər. NATO-ya üzv dövlətlər üçün aşağıdakı prinsiplər müəyyənləşdirilmişdir:
- kollektiv təhlükəsizlik: hamı hər kəs üçün, hər kəs hamı üçün. Hər üzv - dövlətin birgə müdafiə üçün ümumi strukturu və öz hərbi qüvvələri, qurumları vardır;
- demokratiya: NATO dünyanın 26 ən güclü və inkişaf etmiş demokratiyaya malik ölkələrinin alyansıdır. Bu dövlətlər sülhü, insan hüquq və azadlıqlarını qoruyur, suverenlik, sərhədlərin toxunulmazlığı prinsipini əsas götürürlər;
- konsensus: qərarlar ümumi razılıqla qəbul olunur. NATO üzvləri bir-birinin tarixinə, mədəniyyətinə, adət-ənənələrinə hörmət etməli, ittifaq daxilində sabitliyi poza bilən hərəkətlərdən çəkinməlidirlər;
- qarşılıqlı təhlükəsizlik: NATO üzvləri hərbi büdcələri haqqında bir-birinə məlumat verir, eyni silahlardan istifadə edir, birgə hərbi təlimlər keçirir və planlaşdırma aparırlar. NATO ilə ayrı-ayrı qeyri-üzv dövlətlərin münasibətləri bu təşkilatın dünyada oynadığı yeni rol ilə müəyyənləşir. Belə ki, getdikcə blokun strukturu dəyişir, o, təkcə hərbi deyil, həm də elm, texnika, mədəniyyət, iqtisadiyyat sahələrinin inkişafı yolunda ölkələrin əməkdaşlığını təmin edən bir təşkilata çevrilir. Bu əməkdaşlıq dövlət həyatının və müasir inkişafın bütün sahələri üzrə həyata keçirilir. Təşkilatın iqtisadi qüdrəti və siyasi hakimiyyət eşalonlarına güclü təsir mexanizmlərinin olması əməkdaşlığın mümkün səviyyəsindən və geniş imkanlarından xəbər verir.
1990-cı illərin əvvəllərindən etibarən, NATO-nun strukturlarında siyasi və hərbi dəyişikliklər prosesi başlandı. 1990-cı ilin iyulunda yeni təhlükəsizlik mühitinə uyğunlaşmaq üçün London sammitində Dəyişilmiş Şimali Atlantika Alyansına dair London Bəyannaməsi, bir il sonra isə Roma sammitində yeni Strateji Konsepsiya və Sülh və Əməkdaşlığa dair Bəyannamə qəbul edildi. Nəzərdə tutulmuş əməkdaşlığın gələcək inkişafını istiqamətləndirən Şimali Atlantika Əməkdaşlıq Şurası (ŞAƏŞ) təsis edildi. ŞAƏŞ-ın ilk açılış görüşü 1991-ci ilin 20 dekabr tarixində keçirilmişdir. Azərbaycan Respublikası 1992-ci ilin martında əməkdaşlıq və məsləhətləşmələr üçün forum rolunu oynayan ŞAƏŞ-ə qoşulmuşdur. NATO-nun Cənubi Qafqaz regionunda yaranmış vəziyyətlə bağlı narahatlığı 1994-cü ilin yanvarında Şimali Atlantika Şurası tərəfindən qəbul edilmiş Bəyannamədə öz əksini tapmışdır. Bəyannamədə ərazi ələ keçirmək məqsədilə gücdən istifadə edilməsi pislənir və Cənubi Qafqaz dövlətlərinin ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə hörmət regionda sülhün, sabitliyin və əməkdaşlığın bərqərar olmasının vacib elementi kimi səciyyələndirilir.
1994-cü il 10-11 yanvar tarixlərində Brüsseldə keçirilmiş NATO Şurasında Sülh Naminə Tərəfdaşlıq (SNT) proqramı bəyənildi. SNT proqramına dəvət ŞAƏŞ-də iştirak edən bütün tərəfdaş dövlətlərə, o cümlədən, ATƏT-in üzvü olan dövlətlərə göndərildi.
1994-cü il 3-4 may tarixlərində Belçikaya rəsmi səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev NATO-nun Brüsseldəki mənzil-qərargahında NATO Sülh Naminə Tərəfdaşlıq proqramının çərçivə sənədini imzaladı. Bununla, Azərbaycan NATO ilə genişmiqyaslı əməkdaşlığı nəzərdə tutan SNT proqramını imzalamış 15-ci dövlət oldu.
B.Klintonun fikrincə, ABŞ-ın və NATO-nun xarici siyasi fəaliyyətində əsas diqqət bütün ölkələrdə demokratiyanın inkişafına və təhlükəsizlik sisteminin möhkəmləndirilməsinə yönəldilməlidir. "Sülh naminə tərəfdaşlıq" Proqramı da bu məqsədə xidmət edir. Proqramda ifadə olunmuş yeni strategiyanın əsas məqsədləri və məntiqi aşağıdakı kimi qruplaşdırıla bilər:
1. Qüdrətli bazar iqtisadiyyatı demokratik ölkələr birliyini möhkəmləndirməlidir, əsas diqqət bu birliyin daha da genişləndirilməsinə yönəldilməlidir;
2. Demokratik dövlətlərin və bazar iqtisadiyyatı sistemlərinin əlaqəli inkişafına və möhkəmləndirilməsinə kömək edilməlidir;
3. Demokratiya və bazar iqtisadiyyatı üçün çətinlikləri olan ölkələrdə dövlət həyatının liberallaşması sürətləndirilməlidir;
4. Humanitar vəzifələr həyata keçirilməlidir.
4-6 noyabr 1997-ci ildə Bakıda "Kooperativ Demand" adı altında komanda-qərargah təlimlərinin hazırlıq seminarı keçirildi. Bu NATO/SNT çərçivəsində Azərbaycanda keçirilən ilk tədbir idi. 14 noyabrda Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığını daha da gücləndirmək tədbirləri haqqında Sərəncam imzaladı.
2000-ci ilin aprelində Gürcüstanda keçirilmiş kursun davamı kimi, Bakıda hərbi-mülki əməkdaşlığa dair regional kurs keçirilmişdir. 2001-ci ilin 12-13 iyununda NATO/AATŞ çərçivəsində tərəfdaş və NATO üzv dövlətlərinin nümayəndələrinin iştirakı ilə "Təbii və texnogen fəlakətlər zamanı ərazilərdə xilasetmə dəstələrinin yerləşdirilməsi" adlı seminar müvəffəqiyyətlə keçirilmişdir.
2002-ci ilin 7 fevral tarixində "Azərbaycan
Respublikasının NATO ilə əməkdaşlığını
daha da gücləndirmək
tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 14 noyabr tarixli Sərəncamına
dəyişikliklər edilməsi barədə Azərbaycan
Respublikası Prezidenti Sərəncam
imzaladı. 17-18 yanvarda NATO Parlament Assambleyasının Prezidenti Rafael Estrada Azərbaycana
səfər etdi.
Səfər müddətində respublika Prezidenti Heydər Əliyev, Milli Məclisin Sədri M.Ələsgərov,
xarici işlər naziri V.Quliyevlə görüşlər keçirildi.
2002-ci ilin 27-28 iyun
tarixlərində Bakıda
NATO/AATŞ çərçivəsində
"Cənubi Qafqazda
regional əməkdaşlığa təhdidlər" adı
altında seminar keçirilmiş,
21-22 noyabrda Praqada
NATO-nun Zirvə Toplantısı
keçirilmişdir. Toplantıda Prezident
Heydər Əliyev başda olmaqla Azərbaycan Respublikasının
nümayəndə heyəti
iştirak etmiş,
25-26 noyabrda isə
NATO-nun Mülki-Kommunikasiya Planlaşdırma
Komitəsinin nümayəndələrinin
(müxtəlif ölkələrdən
ekspertlərin) Azərbaycan
Respublikasına rəsmi
səfəri olmuşdur.
2003-cü
ilin 15-16 may tarixlərində
NATO-nun Baş Katibi C.Robertson respublikamıza səfər etmiş və səfər müddətində o, NATO ilə
Əməkdaşlıq üzrə
Komissiyanın iclasında
iştirak etmişdir.
Görüş zamanı
komissiyanın sədri,
Baş nazirin birinci müavini Y.Eyyubov tərəfindən
Robertsona Azərbaycanın
NATO-nun Fərdi Tərəfdaşlıq
üzrə Əməliyyat
Planına (FTƏP) qoşulmaq
istəyini əks etdirən məktub təqdim olunmuşdur. Beləliklə, Azərbaycan FTƏP-ə qoşulmaq istəyini bildirən ilk tərəfdaş
dövlətlərdən biri
olmuşdur.
2004-cü ilin 5 yanvar
tarixindən etibarən
NATO-nun yeni Baş Katibi Yaap de Hoop Sxeffer öz vəzifəsinin icrasına
başlamışdır. Növbəti
4 il üçün
təşkilatın Baş
Katibi vəzifəsinə
seçilən Sxeffer
sayca NATO-nun 11-ci Baş
Katibidir.
2004-cü ilin 12-14 yanvarda
Bakıda NATO-nun "Cooperative Best Effort"
təliminin ilkin planlaşdırma konfransı
keçirilmişdir. Konfransda 30-a yaxın
NATO/AATŞ ölkəsindən nümayəndələr, 27 yanvarda
"Azərbaycan Gənclərinin
Avroatlantika Təşkilatı"
adlı qeyri-hökumət
təşkilatının təsisat
görüşü keçirildi.
NATO yay məktəbinin
məzun gəncləri
tərəfindən yaradılan
bu təşkilatın
təsisat görüşündə
hökumət nümayəndələri,
ölkəmizdə akkreditə
olunmuş NATO ölkələrinin
səfirləri (eləcə
də, səfirliklərin
nümayəndələri) və kütləvi informasiya vasitələrinin
nümayəndələri iştirak
etmişlər.
2004-cü
ilin 29 mart tarixində
NATO-nun növbəti genişlənməsi
baş verdi.
Belə ki, hələ 2002-ci il Praqa Sammitinin qərarına uyğun olaraq 7 Şərqi və Cənubi-Şərqi Avropa
ölkəsi (Latviya, Litva, Estoniya, Sloveniya, Slovakiya, Rumıniya, Bolqarıstan)
NATO üzvlüyünə qəbul edildi. 14-19 iyun tarixlərində
NATO təcrübəsində ilk dəfə olaraq, Bakıda "NATO həftəsi"
keçirilmişdir. NATO Baş Katibinin İctimai Diplomatiya üzrə müavini Jan Furne və digər
yüksək səviyyəli
nümayəndələrin iştirakıyla keçirilən
bu həftə ərzində NATO-nun Elm Komitəsinin
iclası Bakıda keçirilmiş, elmlə
bağlı bir sıra seminar və işçi seminarları,
dəyirmi masalar təşkil olunmuş, eyni zamanda, növbəti
NATO Yay Məktəbi keçirilmişdir.
2004-cü ilin 28-29 iyun
tarixlərində İstanbulda
Azərbaycan Respublikasının
Prezidenti Cənab İlham Əliyevin iştirakı ilə NATO zirvə toplantısı keçirilmişdir.
2004-cü ilin 26-29 oktyabr
tarixlərində NATO Əməliyyatlar
Departamentinin Planlaşdırma
bölməsinin başçısı
Dieqo Ruiz Palmerin başçılığı ilə nümayəndə
heyəti Azərbaycanda
olmuşdur. Səfərdə məqsəd milli
böhranların idarə
edilməsi sahəsində
ölkəmizdə mövcud
olan proseduraların dəyərləndirilməsi və
tövsiyələrin verilməsi
idi.
2004-cü
ilin 28-29 oktyabr tarixlərində Bakı şəhərində NATO Xüsusi
Komitəsinin işçi
qrupunun Avroatlantika Tərəfdaşlıq Şurası
çərçivəsində iclası keçirilmiş,
4-5 noyabrda NATO Baş Katibi cənab Jaap de Hoop Sxeffer respublikamıza səfər
etmişdir. Səfər çərçivəsində
qonaq Azərbaycan Respublikasının Prezidenti
Cənab İlham Əliyev tərəfindən
qəbul edilmişdir.
2005-ci ilin 2-3 fevral
tarixində Bakıda
NATO Baş Katibinin müavininin müavini Patrik Hardouinin sədrliyi altında Avratlantika Tərəfdaşlıq
Şurası çərçivəsində
"İqtisadiyyat, Təhlükəsizlik
və Müdafiə -
makroiqtisadi sabitləşmənin
təhlükəsizlik aspektləri
və müdafiə üçün mövcud
olan resursların idarə olunması daxil olmaqla struktur
islahatları" adlı
seminar keçirilmişdir.
C.Robertsonun ümumqafqaz təhlükəsizlik
sistemində Azərbaycanın
yerinə dair fikirləri xüsusi əhəmiyyət kəsb
edir. NATO-nun baş katibinə görə,
"Qafqaz Avrasiyanın
sabitliyi üçün
böyük əhəmiyyətə
malik olan region kimi qalmaqdadır. Azərbaycan isə burada Qərb və NATO ilə ən əsas tərəfdaş
rolunu saxlayır".
NATO kimi nüfuzlu
beynəlxalq təşkilatla
tərəfdaşlığın genişlənməsi Azərbaycanın
xarici siyasətində
əsas istiqamətlərdən
birini təşkil etdiyinə görə ölkə rəhbərliyi
qəbul edilmiş qərarların və əldə olunmuş razılaşmaların həyata
keçirilməsi sahəsində
ardıcıl siyasət
yeridir. Azərbaycan Prezidenti İlham Əliyevin 2004-cü ilin
may ayında Brüsselə
səfəri zamanı
NATO-nun baş katibi ilə ikitərəfli əməkdaşlığın inkişafı, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin həlli
prosesi, maraq doğuran regional və beynəlxalq məsələlər
barədə fikir mübadiləsi aparılıb.
Eyni zamanda, Azərbaycan Prezidenti ölkəmizin hazırladığı
"Fərdi Tərəfdaşlıq
üzrə Əməliyyat
Planı"nı
NATO-nun baş katibinə
təqdim edib.
Azərbaycan Respublikası Prezident
Administrasiyasının İctimai-siyasi
məsələlər şöbəsinin
müdiri, professor Ə.Həsənov
hüquqi dövlət
quruculuğu və milli təhlükəsizliyin
təmin edilməsində
NATO-nun oynadığı rola
böyük əhəmiyyət
verərək yazır:
"Beləliklə, NATO bütün
yeni və müstəqil dövlətlərə,
o cümlədən, Azərbaycana
demokratiyanın inkişafı,
hüquqi dövlət
qurulması, bazar iqtisadiyyatının yaradılması
işində perspektivli
imkanlar təklif edir. "Sülh
Naminə Tərəfdaşlıq"
Proqramında iştirak
etməklə və
"Fərdi Tərəfdaşlıq
üzrə Əməliyyat
Planı"nı həyata
keçirməyə başlamaqla,
Azərbaycan Respublikası
dövlət müstəqilliyini,
ərazi bütövlüyünü
qorumaq, beynəlxalq birliyə qoşulmaq, demokratik-iqtisadi islahatları
müvəffəqiyyətlə aparmaq üçün əlavə imkan və vasitələr əldə etmişdir. Respublikanın intellektual, kadr
potensialı, iqtisadi bazası, geosiyasi mövqeyi bu imkanların reallaşması
üçün geniş
perspektivlər açır".
Vahid Ömərov
Ses.- 2015.- 23.- sentyabr.- S. 15