"Yazıçılarımızı
dünyaya tanıdaq"
IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının ikinci günü Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən daha bir təqdimat "XAN" nəşriyyatının "Yazıçılarımızı dünyaya tanıdaq" silsiləsindən kitabçalar dəstinə həsr olunub.
Mərasimdə çıxış edən filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq layihə haqqında ətraflı məlumat verib. Bildirilib ki, I Avropa Oyunları ərəfəsində "Yazıçılarımızı dünyaya tanıdaq" adlı layihə çərçivəsində bu nəşrlər işıq üzü görüb. Layihənin əsas məqsədi ölkəmizə gələn qonaqlarda Azərbaycan mədəniyyətinə xüsusi rəğbət oyandırmaqdır. Qeyd etdi ki, layihənin hazırlanmasında "Hədəf Nəşrləri"nin mütəxəssisləri də yaxından iştirak ediblər.
Mədəniyyət və Turizm Nazirliyi Kitab Dövriyyəsi və Nəşriyyatlarla İş Şöbəsinin müdiri Vaqif Bəhmənli layihənin Azərbaycan ədəbiyyatının təbliği baxımından uğurlu olduğunu, 20 kitabçadan və bir ümumi kitabdan ibarət dəstin yüksək zövqlə dizayn edildiyini bildirdi. Kitabda Azərbaycan ədiblərinin həyat və yaradıcılığı haqqında məlumat, əsərlərindən nümunələr verilib.
Tənqidçi Əsəd Cahangir kitab dəstinin ərsəyə gəlməsin əlamətdar hadisə kimi qiymətləndirdi. O, əmin olduğunu bildirdi ki, bu nəşrlər vasitəsilə xarici oxucular Azərbaycan ədəbiyyatı ilə tanış olmaq imkanı qazacaq, bu ədəbiyyatı daha da dərindən oxumağa səy göstərəcəklər.
Qeyd edək ki, ingilis
dilində olan topluda Nizami Gəncəvi, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd
Füzuli, Mirzə Fətəli Axundzadə,
Mirzə Ələkbər Sabir, Əli bəy
Hüseynzadə, Cəlil Məmmədquluzadə,
Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid, Məhəmmədhüseyn
Şəhriyar, Mir Cəlal, İlyas Əfəndiyev, Bəxtiyar Vahabzadə,
İsa Muğanna, Məmməd
Araz, Anar, Elçin, Kamal Abdulla kimi Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndələri yer
alıb. Layihənin məsləhətçisi
mədəniyyət və turizm naziri Əbülfəs Qarayev,
kitab dəstlərinin tərtibçisi və
layihənin rəhbəri filologiya üzrə
fəlsəfə doktoru Şəmil Sadiqdir. Ön sözün müəllifi AMEA-nın Ədəbiyyat
İnstitutunun direktoru,
akademik İsa Həbibbəyli,
naşiri Müşfiq
Xan, ingilis dilinə tərcümə
edəni Könül Nəsibova, redaktoru Nərgiz Cabbarlı, layihənin dizayneri Teymur Fərzidir
Səs.-
2015.- 18.- sentyabr.- S. 8