Hüquqi dövlətdə sosial idarəetmə fəaliyyət sistemi kimi

 

 

    

Hüquqi dövlət demokratikelmi idarəetmə sayəsində inkişaf edir və təkmilləşir. İdarəetmə üzrə görkəmli mütəxəssis və tədqiqatçı Qəşəm Əhmədoğlu yazır ki, müstəqil dövlət quruculuğumuz üçün bu qədər mühüm olan dövrdə alimlərimizin, elmin öhdəsinə böyük məsuliyyət düşür. Elmi işçilərimiz ölkədə həyata keçirilən layihələrin daha uğurlu, xalqımız üçün daha faydalı olması üçün əlindən gələn köməkliyi göstərməli, elmin potensialını praktikaya yönəltməlidirlər. İndi həm dəqiq elmlər sahəsində işləyən alimlərin, həm də humanitar sahənin alimlərinin həqiqi elmi bazaya əsaslanan araşdırmalarına, hazırladıqları təkliflərə olduqca böyük ehtiyac vardır. Bu ehtiyac həm də ölkəmizdə müxtəlif sahələrdə, ümumiyyətlə bütün ölkədə təhlükəsizlik məsələləri ilə bağlıdır. Elmi idarəetmə metodlarının inkişaf etdiyi hər bir ölkə, müxtəlif sahələrdə daha təkmil idarəetməni həyata keçirmək, öz ölkəsinə məxsus nəticələr əldə etmək imkanına malikdir. Bu metodların zəif tətbiq olunduğu ölkə isə daima daha güclülərin təsiri altında qalmağa məhkumdur.

Elmin köməyinə böyük ehtiyac duyulan sahələrdən birisosial xarakterli proseslərin idarə olunması məsələsidir. XX əsrdə yaranan elmi baza sosial sistemlərin, proseslərin elmi metodların köməyi ilə idarə olunması üçün geniş imkanlar yaratdı. İndi artıq əksər ölkələrdə bu elmi metodlar təkmilləşdirilir və geniş şəkildə istifadə olunur. Bu, ölkənin daxilində, cəmiyyətdə baş verən bir çox mühüm prosesləri uğurla və məqsədyönlü şəkildə idarə etməyə kömək edir. İndi bir sıra ölkələr, dünyanın güc mərkəzləri nəinki yalnız öz fəaliyyətlərinin təkmilləşməsində bu metodlardan istifadə edirlər, eyni zamanda, özlərinin xarici siyasətlərinin qurulmasında, öz maraqlarının başqa ölkələrdə təmin olunmasında da elmi metodlara böyük üstünlük verirlər.

Ə.Qəşəmoğlunun fikrincə, qurulmaqda olan yeni dünya nizamında ölkənin layiqli yer tutması üçün bizimbu sahədə ciddi fəaliyyət göstərməyimiz vacibdir. Sosial xarakterli proseslərin, xüsusilə sosial - iqtisadi proseslərin idarə olunmasında vacib olan elmi metodların öyrənilməsi, təkmilləşdirilməsi, ölkəmiz üçün yararlı variantların hazırlanması üçün elmi araşdırmalar aparılması günün aktual məsələlrindəndir. Həm də bu zaman təkcə başqa ölkələrdə hazırlanmış elmi metodların sadəcə istifadəçisi olmaq azdır, alimlərimizin bu sahədə geniş tədqiqatlar aparmasına da böyük ehtiyac vardır. Unikal mədəniyyətə malik Azərbaycanda onun alimlərinin bu sahədə dərin araşdırmalar aparması üçün böyük təbii - elmi potensialları vardır. İdarəetmə dedikdə, hər hansı bir obyektə, prosesə müxtəlif vasitələrlə təsir edib, onu mövcud vəziyyətdən  arzu olunan vəziyyətə gətirə bilmək fəaliyyəti nəzərdə tutulur. Elmi idarəetmə bu təsir vasitələrini elmin dərindən köməyi ilə hazırlamağı və həyata keçirməyi nəzərdə tutur. Başda müəlliflərin  qeyd etdiyi kimi "idarəetmə" ekvivalent olaraq görmək, onları eyniləşdirmək olmaz. Bu terminlər bəzən ona görə qarışdırılır ki, ingiliscə əsasən bazar münasibətlərini tənzimləmək sahəsində formalaşan management sözü Azərbaycan, yaxud geniş istifadə etdiyimiz rus dilinə idarəetmə kimi tərcümə olunur. "İdarəetmə" termini bəzən "inzibatçılıq" termini ilə də eyniləşdirilir. Bu da düzgün deyildir. "İdarəetmə" daha geniş fəlsəfi kateqorial anlayışdır və istərsə menecment, istərsə də inzibatçılıq sahələri idarəetmə sahəsindəki elmi - fəlsəfi biliklərdən istifadə edərək olduqca zənginləşə, təkmilləşə bilərlər. Eyni zamanda, menecment və inzibatçılıq sahələrində əldə edilmiş praktik təcrübə, ümumiləşmələr də ümumilikdə idarəetmə elminin zənginləşməsinə mühüm kömək edir.

Ə.Qəşəmoğlu yazır: "İndi ölkəmizdə Heydər Əliyev xətti baş strateji inkişaf istiqaməti olaraq qəbul edilmişdir. Dünyada gedən qlobal prosesləri dərindən duyan mərhum Prezidentimiz daima müstəqil Azərbaycanın qüdrətlənməsi qayğısına qalmış, bu sahədə müasir dövrün imkanlar balansı daxilində optimal yollar axtarmışdır. İstər ölkənin daxili siyasətinin, istərsə də xarici siyasətin formalaşmasında Heydər Əliyev zəkası daima sərt radikal, münaqişəli yollara yox, sabitlik və ahəng prinsipinə üstünlük vermişdir. Tanınmış dövlət xadimi, akademik R. Mehdiyevin son illər ardıcıl olaraq çap olunmuş kitablarında, məqalələrində ölkəmizin demokratiya yolunda inkişafının, idarə olunmasının əsas prinsiplərinin geniş fəlsəfi təhlilləri verilmişdir. İndiki dövrdə Azərbaycan alimləri qarşısında qüdrətli Azərbaycanın qurulması, dünya dövlətləri arasında daha əzəmətli yer tutması yolunda müasir dövrün tələblərinə uyğun mükəmməl bir elmi baza qurmaq vəzifəsi dayanır. Bu vəzifəni yerinə yetirmək üçün olduqca çoxlu variantlar hazırlanmalı, elmi ictimaiyyətin müzakirəsinə verilməlidir.

Habil Həzənmədov göstərir ki, iqtisadi böhranlarsabitsizlik dövründə, ümumiyyətlə yaranmış mürəkkəb vəziyyətdən çıxış yolları axtarıldığı təqdirdə idarəetmə problemı xususi aktuallıq kəsb edir. Belə bir şəraitdə idarəetmə proseslərinin tədqiqində muxtəlıf yanaşmametodlardan istifadə etmək vacib şərtdir. Lakin bu zaman  hadisələrin makrosəviyyədə tədqiqinin metodoloji əsasını formalaşdıran sosial-fəlsəfi təhlil xüsusi əhəmiyyətə malikdir. Belə bir təhlilə söykənmək idarəetməni bütün komponentlərini özündə vəhdət halında birləşdirən fəaliyyət sistemi kimi nəzərdən keçirməyə imkan verir. Fəaliyyətin sistem kimi komponentləri deyərkən biz aşağıdakıları nəzərdə tuturuq: subyektobyekt, vasitə və proses, nəticə, sistemmühit.

Q.Əhmədoğlu göstərir ki, bəzən tez tez "indiki dövr informasiya dövrüdür!" fikrini eşidirik. Amma əslinə qalsa bu fikir artıq köhnəlmişdir. İndiki dövr artıq elmi idarəetmə dövrüdür. İnformasiya idarəetmə üçün vacib olan bir materialdır. İnformasiyanı xammala bənzətsək, elmi idarəetməni fabrikə bənzətmək olar. Yaxşı fabrik olmayandan sonra, nə qədər qiymətli xammal olsa da elə bir əhəmiyyət daşımır. Diqqətlə fikir versək, artıq elmi idarəetmənin həyatımızın müxtəlif sahələrinə necə sürətlə daxil olduğunu hiss edə bilərik. SSRİ dağılandan sonra yer üzü artıq vahid idarəetmə obyektinə çevrilmişdir. Bununla da dünyada gedən qlobollaşma prosesi xeyli sürətlənmişdir. Eyni zamanda, təbii baş verən qlobollaşma prosesinə müxtəlif vasitələrlə, eyni zamanda, elmi idarəetmə yolu ilə subyektiv müdaxilələr də çoxalmışdır. Dünyadakı siyasətlə, iqtisadiyyatla, mədəniyyətlə, ekologiya, demoqrafiya ilə bağlı və s. proseslərin qlobal səviyyədə elmi olaraq necə idarə olunduğunu müşahidə etmək çətin deyil. Müxtəlif beynəlxalq təşkilatların bu sahədə topladıqları informasiyalar, apardıqları araşdırmalar, ortaya qoyduqları proqnozlar, etdikləri tövsiyyələr barədə ən azı elə kütləvi informasiya vasitələrindən tez-tez məlumat alırıq. Belə beynəlxalq təşkilatların keçirdikləri zirvə toplantılarında bir qayda olaraq elmi idarəetmə metodları ilə hazırlanmış Fəaliyyət Proqramları qəbul edilir və dünyanın əksər ölkələrində də elmi idarəetmə metodları ilə həyata keçirilməyə başlanır. Prinsip etibarilə bu yaxşı hadisədir. Elə elm insana ona görə lazımdır ki, insan onun köməyi ilə həyatda qarşısına çıxan problemləri həll edə bilsin. Elmi idarəetmə insana öz idrakının imkanlarından daha əhatəli səviyyədə istifadə etməyə imkan verir. Ölkəmizdə də elmi idarə metodlarından nə qədər geniş şəkildə istifadə etsək bir o qədər yaxşıdır. Elmi idarəetmə, mövcud resurslardan daha əhatəli şəkildə istifadə edərək, optimal qərarlar qəbul etməyə kömək edir. Biz artıq ölkəmizdə müxtəlif sahələrdə elmi idarəetmə metodlarından istifadə olunduğunu müşahidə edirik. Müasir dünya elmi idarəetmə əsridir və ölkəmiz də bu metodlardan nə qədər əhatəli, səmərəli şəkildə istifadə edərsə, əldə etdiyimiz uğurlar da bir o qədər çox ola bilər. Amma bu metodlardan daha da səmərəli istifadə etməmiz üçün ölkəmizdə bu metodları öyrənən, inkişaf etdirən uyğun elm və təhsil sahələri formalaşmalıdır.

Ə.Qəşəmoğlunun fikrincə, cəmiyyətin, təşkilatın, hər hansı qurumun elmin köməyi ilə idarə olunması məsələsi təzə bir məsələ deyil. Ən qədim dövrün tarixinə nəzər saldıqda belə, ölkə başçılarının öz ölkələrini idarə etmək üçün elmdən nə şəkildə bəhrələndiklərinin şahidi olarıq. Əgər əvvəllər bu bəhrələnmə elmin müdrik tövsiyyələrindən bəhrələnmə şəklində idisə, zaman keçdikcə artıq qədim dövrün alimləri ölkənin, cəmiyyətin, hər bir sosial təsisatın idarə olunması üçün konkret mexanizmlər, tövsiyyələr hazırlamağa başladılar. Bunu həm ilahiyyat alimləri, həm də dünyəvi elm nümayəndələri edirdilər. Orta əsrlərdə Azərbaycanda da dünyəvi elm nümayəndələri, eyni zamanda, ilahiyyat elminin faydalı tövsiyyələrini də nəzərə alırdılar. Bunlara misal olaraq, azərbaycanlılara yaxşı məlum olan Nizamülmülkün "Siyasətnamə" və N. Tusinin "Əxlaqi nasirin" kitablarını göstərmək olar. Əmir Teymur uzun müddət elmlə məşğul olan, elmin tövsiyələrindən bəhrələnərək fatehlik zirvəsinə qalxan dünya şöhrətli bir sərkərdədir. Şah İsmayıl Xətai şair, ölkə başçısı olmaqla yanaşı, güclü bəsirətə malik dərin bir filosofdur, elm adamıdır. Sözsüz ki, onun böyük Azərbaycan qurmaq ideyasının, ölkəni idarə etməsi prinsiplərinin arxasında da elmi təfəkkür, elmi metodlar dayanırdı. Əmir Əlişir Nəvai böyük bir şair, mütəfəkkir olması ilə yanaşı, cəmiyyəti elmi əsaslarla idarə etmək sahəsində tarixdə fərqlənən bir siyasi xadimdir. Şərqin başqa xalqlarının tarixindən də belə misalları xeyli göstərmək olar. Elə tək bir onu demək kifayətdir ki, Çin xalqı hələ ta qədimdən idarəetmədəki bir çox məsələlərdə eramızdan əvvəl VI əsrdə formalaşan konfusilikdaosizm fəlsəfi nəzəriyyələrinin elmi tövsiyyələrindən istifadə etməkdədirlər. Qərb ölkələrinin tarixində də bu sahədə xeyli nümunələr göstərmək olar.

Demokratik sosial idarəetmə sayəsində uğur hüquqi dövlət quruculuğunu həyata keçirən Azərbaycan haqqında Ulu Öndər Heydər Əliyev demişdir: "Bu gün Azərbaycanın təhsili, maddiyyəti, ümumiyyətlə, iqtisadi, sosial, mədəni, mənəvi və siyasi həyatının bütün sahələri dünya sivilzasiyasına tam cavab verən bir səviyyədədir."

    

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2015.- 27 yanvar.- S.15.