Hüquqi dövlət, qət etmək və
iradə azadlığı
Gerçəkliyin anlayışlar sistemində dərk edilməsi, dünyanın məntiqi formada inikası-insan azadlığının zəruri müqəddəm şərtidir. Bununla birlikdə bu, yalnız elə bir imkandır ki, özünün gerçəkliyə çevrilməsi üçün müəyyən şərtlər tələb edir. Azadlığın çox mühüm şərtlərindən biri iradədir.
Bəs iradə nədir? İradə azadlığı özünü nə də göstərə bilər və necə meydana çıxa bilər? "İradə" anlayışı insan psixikasının fəal tərəfini, onun daxili fəallığını, məqsədli səylərini, şəxsiyyətin bu və ya başqa bir məqsədə nail olmaq üçün mərkəzləşdirilmiş istiqamət aldığını xarakterizə edir. İradə həmişə səy göstərmək deməkdir, maneələrə üstün gəlmək, hərəkət etmək üçün subyektin daxili qüvvəllərini səfərbərliyə almaq deməkdir. İradənin spesifik xüsusiyyəti arzuları tənzim etmək, dəlillər seçib götürmək fəaliyyət hallarını təmizləmək qabiliyyətindən ibarətdir. V.Davidoviç yazır ki, iradə problemi iki prinsipin ən qədim antinomiyası, yəni ziddiyyəti ilə sıx əlaqədardır; bu prinsiplərdən biri, İncil postulatınla "Əvvəlcə söz olmuşdur", ikincisi isə Htenin "Əvvəlcə iş olmuşdur" tezisində ifadə edilmişdir. Bu məsələnin ardıcıl materialist həlli fəaliyyəti birinci yerə çəkməyi tələb edir. Fransız psixoloqu Hairi Vallon məsələnin belə anlaşılmasını öz əsaslı tədqiqi əsərinin sərlövhəsində çox yaxşı ifadə etmişdir: "Hərəkətdən düşün- "etiqadın psixoloji və doqmatik məzmununu" ifadə etməlidir. Bəs etiqad nədir? Pravoslav katexizmasi etiqada belə tərif verir: "Etiqad-gözə görünməzin sanki görünməsinə, arzu olunanın sanki mövcudluğuna əmin olmaqdır." "Bilik" təcrübəyə əsaslanır, etiqad isə həqiqətin şəhadətinə, inama", "Bilik əqlə mənsubdur, etiqad-qəlbə". "Nə üçün təkcə bilik deyil, başlıca olaraq etiqad tələb olunur? Təlimin predmeti əlçatmaz Allah olduğu üçün, onun bir çox hissələrini zəka əhatə edə bilməz"-Dialetik teologiya adlanan cərəyanın nümayəndəsi, İsveç teoloqu Karl Bart açıqcasına deyir ki, "etiqad nəhayət etibarilə. Allah qarşısında insanın ümumi təslim olmasıdır." Alman protestant ilahiyyətçisi Rudolf Bultman, etiqadın mahiyyətini, bizi maraqlandıran cəhətdən, bəlkə də daha qabarıq və açıq şəkildə xarakterizə etmişdir. O, etiqadı texnologiyanın mərkəzi kateqoriyalarından biri hesab edir və ona "insanın özünün özündən azad olması" deyə tərif verir. Bu anlayışın mahiyyətini daha dəqiq və aydın ifadə etmək çətindir.
Aydındır ki, bu doqmatlar əsas olaraq götürülürsə, mənəvi aksiomalar kimi nəzərə alınırsa, burada heç bir rasionalizmdən, fikir azadlığından söhbət gedə bilməz. Kor-koranə etiqadın tərəfdarları və müdafiəçiləri iddia edirlər ki, bu etiqad insana daxili sakitlik gətirir, qəlbin dincliyinə səbəb olur, onu şübhələrdən xilas edir, insana azadlıq verir. Etiqad edən bəxtiyardır-dünya onun üzünə gülər". Bəlkə, doğrudan da, etiqad insanı "azad" edir, insanın yaşamasını asanlaşdırır, onu çətin vəziyyətləri həll etmək zərurətindən uzaqlaşdırır, həyatın irəli sürdüyü müşküllərdən "azad edir". Fanatikcəsinə etiqad edənlər üçün hər şey tamamilə aydındır: hər şey Allahın iradəsindədir. Bu "azadlıq-insanı spesifik insani olan hər şeydən, bəşər nəslinin ən yüksək iftixar obyekti olan şeydən-maraq coşqunluğundan, idrak meyilindən, yaradıcılq ehtiyaclarından azad edir.
Bu cəhətdən baptistlərin təskinlik vermək haqında, etiqadın ruhi yaraları sağaltmaq, onlara şəfa balzamı axıtmaq qabiliyyəti haqqında tezisləri səciyyəvidir. Həyatı nə isə əzab və əziyyətlərlə dolu olan və rəfedilməz bir faciə hesab edən baptizm idoloqları bu əziyyətləri Allahın sınağı kimi danışıqsız qəbul etməyə, Allaha minnətdar olmağa çağırırlar. Baptist vaizləri təlqin edirlər ki, əzab xeyirlidir, o, insanı təmizləyir, onu həyatın mənasızlığından azad edir. Baptizm ideologiyasının görkəmli tədqiqatçısı L.N.Mitroxin sədaqətli baptist haqqında danışarkən belə bir "azadlığı" çox dürüst qiymətləndirərək deyir: "O, həyat haqqındakı mühakimələrdə adazlıq əldə edir, bu azadlığın səmərəsi isə laqeydlikdir. Bu mənəvi miskinliyin sükut halıdır, şövqsüz quru arzulardır. Burada əzablarla laqeydlik insanın öz mənəvi aləmindən, onun özünü dünyada marağı olan fəal ictimai varlıq kimi anlamasından imtina etmək bahasına başa gəlir."
Məntiqsizliyi intuisiyanı göylərə qaldırıb onu məntiqə qarşı qoyan idealist fəlsəfə sistemləri sönməkdə olan etiqada yardım göstərməkdə dinə az kömək etmirlər. Bunların içərisində birinci yeri şübhəsiz ki, Berqsonun intuitiv fəlsəfəsi tutur. Bizim əsrimizdə elmi biliyi və məntiqi "məhv etmək" sahəsində bu qədər çox səy göstərmiş başqa görkəmli bir filosof olmamışdır. Məntiqsiz intuitivizm hələ XIX əsrdə geniş inkişaf etmişdi. Onun yayılmasında Şopenhauer xüsusi rol oynamışdır. Lakin onun mühakimələrindən intuisiya əgər, necə deyərlər, intellektuallaşmış halda idisə, bizim zəmanəmizdə intuitivizmdə zərrə qədər də rassonalizm yoxdur. Keçmişdə intuisiya zəkanın aləti, intellektual idrakın forması hesab edilirdisə, XX əsrdə onu intellektual olan hər şeyə, zəkanın özünə qarşı qoymağa başladılar. Belə sistemlər meydana az çıxmamışdır. Bunların içərisində Qusserlin fenomenologiyası da, Koçenin fəlsəfəsi də, praqmatizm, freydizm nəzəriyyəlri və s. də vardır.
Rasional fikrin suveren və azad olmasına qarşı öz hücumlarından ən ardıcıl Anri Berqson olmuşdur. Onların rəyincə, insan zəkası elə qurulmuşdur ki, öz-özünə zəncir hazırlayır. Bu zəncirlər elmin, məntiqin zəncirləridir, varlığın rasonal mənasını axtarmaqdadır. Əgər azad olmaq istəyirsənsə, bu zəncirləri qırıb at, varlığın mənasızlığını və axmaqlığını dərk et. Sənin "mən"ini tapdalayacaq, sənin "ekzistensiyanı" tamamilə məhv edəcək ölümdən ancaq etiqad vasitəsilə xilas ola bilərsən. Etiqad insana ümid verir, onu qanadlandırır, heç bir sübut tələb etmir, o, insanın ən məhrəm cəhətləri ilə qovuşur, xilas olmaq və azadlıq etiqadıdır. Belə bir konsepsiya ilahiyyatçılar üçün səciyyəvidir, lakin ilahiyyatçıların və teoloqların heç də hamısı belə düşünmür. Bizim üçün burada bir cəhət mühümdür: ekzistensializmin dini qolu dini baxışların bütün növlərinə xas olan bir şeyi-bilik ilə etiqadı bir-birinə əks qoymağı, azadlığı yalnız etiqadın verə bilməsi haqqındakı iddianı daha qabarıq şəkildə təcəssüm etdirir.
Bu mənada K.Kaspersin "fəlsəfi etiqad" adlanan şeyi əsaslandırmaq cəhdləri səciyyəvidir. 1948-ci ildən başlayarq K.Yaspers "Fəlsəfi etiqad", "Vəhy qarşısında fəlsəfi etiqad", "Fəlsəfəyə giriş" kitablarında etiqadın elə postulatlarını ifadə etməyə çalışır ki, bunlar elm-din alternativi çərçivələrindən kənara çıxmış olardılar. K.Yaspersin fikrincə, mövhumatsız, dini ehkamsız etiqad subyekt üçün "hər şeyi əhatə etən məkanı" saxlamalı, "dərk edilmiş varlıqda onu itib batmağa" qoymamalı "eksistensiyaya" (başqa sözlə ruha) transsendensiya" (oxu-"allah" ilə) ilə əlaqə saxlamağa imkan verməlidir. Demək lazımdır ki, elmilə dini, zəka ilə etiqadı "birləşdirmək" üçün edilən və heç də ilk olmayan bu cəhd də müvəffəqiyyət qazanmadı və qazana bilməzdi. İstər K.Yaspers özü, istərsə də onun, teoloqlar cəbhəsindən olan şərhçiləri nəhayət etibarilə etiraf edirlər ki, "fəlsəfə etiqadın" bütün quruluşu büsbütün ilahiyyət xarakteri daşıyır. Saflaşdırılmış bütün ilahiyyət xarakteri daşıyır. Saflaşdırılmış din isə heç bir başqa şey deyil, din olaraq qalır. Zəka üzərinə dinin hücumları lap qədimlərdən davam edir. Hələ II əsrdə Tertullian özünün məşhur kədərli formulunu elan etmişdi: "Buna inanıram, zira və sadəcə olaraq, bilik deyil, insanın iradəsi hissləri və səyləri ilə mayalanıb əqidəyə çevrilmiş bilikdir."
Heç bir şeyə inanmayan, heç bir şeyə sədaqətli olmayan, əziz bir şeyi olmayan bir adam-faydasız şübhələrlə yeyilib korlanmış olan abırsızdır. Bizim üçün etiqad eyni zamanda şəxsiyyətin məqsədini, onun əsas qayəsini müəyyən edən əxlaqi keyfiyyətlərdən biridir. Etiqad-insanın öz həyatı üçün meyar götürdüyü öz hərəkətlərini uyğunlaşdırdığı mənəvi və əxlaqi ideallardır. Seçilmiş olan həyat məqsədlərinin əxlaqi dəyərinə və elmi-siyasi həqiqiliyini şüurlu inam şəxsiyyətin bütövlüyünü müəyyən edir, onun azadlığının müqəddəm şərtlərinlən biri kimi meydana çıxır. Belə bir inamın, etiqadın quru fanatizm ilə heç bir əlaqəsi yoxdur, belə inam bilikdən ayrılmazdır. Bir zaman İ.İ.Meçnikovun çox yaxşı dediyi kimi "əgər etiqadsız yaşamaq olmazsa, bu etiqad biliyin qüdrətinə inamdan başqa ayrı bir şey ola bilməz."
Bizim rədd etidiymiz etiqad, tənqidə uyuşmayan din tərəfindən insana zorla qəbul etdirilən kor-koranə, məntiqə zidd, düşüncədən məhrum inamdır. Bu dini şüurun elə bir tərkib hissəsidir ki, reallığı xəyal ilə əvəz edir, şüurluluq üzərində şüursuzluğun üstünlüyünü təmin edir, xəyalları gerçəklik kimi qələmə verir. Dini hisslərin əsas psixoloji momenti olan etiqadsız din yoxdur.
Etiqad haqqında məhz belə təsəvvürlərə arxalanan ilahiyyat biliyi şəxsiyyət azadlığının "düşməni" adlandırıb ona hücumlar edir. İlahiyyatçıların və dinpərəst filosofların bir çoxu iddia edirlər ki, elmi bilik insanın azadlığı üçün təhlükəlidir. Belə bir mövqe ekzistensializmin dini qolunla daha aydın ifadə edilmişdir.
Hələ vaxtilə, eksiztensializm sələfi olan S.Kyerkeqor Hegelin bilik ilə azadlığı eyniləşdirən müddəasını tənqid etmişdi. Kyerkeqor yazır: "Zəka insan azadlığının qatilidir, şəxsiyyətin qatilidir. Zəka elə bir ümumilik, zərurət səltənəti yaradır ki, burada müxtəlif imkanlar arasında seçilmə ola bilməz, çünki imkanların özü yoxdur. İnsan şəxsiyyəti isə həmin səltənətin qurbanı olur." Qatı asketik fərdiyyətçi Kyerkeqor biliyi kor-koranə, zəka ilə bağlı olmayan etiqad ilə əvəz edir. O deyir ki, yalnız etiqada fərdilik aşkara çıxır, iradə özünü göstərir, azadlıq ifadə olunur. Elm insanı simasızlaşdırır, "tarazlaşdırır"-etiqad isə onun "öz daxili aləminə çəkilməsinə", özünü subyektiv surətdə başa düşməsinə imkan verir. Kyerkeqorun bu ideyaları müəyyən dərəcədə Haydegger və Yaspers tərəfindən qəbul edilən quruluşa qarşı azad surətdə çıxış edir, öz taleyini əsrin qabaqcıl idealları ilə bağlaya bilər. Bunları etməkdə o, həmişə azaddır və tərəqqini müdafiə etməkdən çəkinməkdə, haqq işi olmayan bir işi müdafiə edənlər cəbhəsinə keçməkdə heç bir şey ona bəraət qazandıra bilməz.
VAHİD
ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2015.- 28 yanvar.- S.15.