Yeni Azərbaycan Partiyası beynəlxalq arenada böyük nüfuz sahibinə çevrilib

YAP nümayəndə heyətinin ÇKP ilə münasibətləri də bu amilin bariz nümunəsidir

Yeni Azərbaycan Partiyasının müxtəlif ölkələrin siyasi partiyaları və demokratik təsisatları ilə qurduğu işgüzar və səmimi münasibətlər ardıcıl olaraq inkişaf edir. YAP-ın beynəlxalq əlaqələrində dostqardaş Türkiyənin, MDB üzvü olan ölkələrin, Avropa və Asiyanın bir sıra aparıcı siyasi partiyaları və qurumları ilə münasibətləri prioritet istiqamət kimi əsas götürülüb. Yeni Azərbaycan Partiyası Türkiyə, Rusiya, Rumıniya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Kanada, Çin, Cənubi Koreya, Pakistan, Tacikistan və digər ölkələrin aparıcı siyasi partiyaları ilə uzun müddətdir sıx və qarşılıqlı münasibətlərə malikdir, partiyalar arasında intensiv görüşlər keçirilir, fikir və təcrübə mübadilələri aparılır.

Xüsusilə, Azərbaycanla Çin arasında hər zaman mehriban, işgüzar münasibətlər mövcud olmuşdur. Bu mövcudluq həm də partiyalararası ənənəyə çevrilib. Daha dəqiq desək, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq, o cümlədən, hökumətlərarası əlaqələr ən yüksək səviyyədə inkişaf etdirilməkdədir. Ölkələrimiz arasında partiyalararası əlaqələrin daha da gücləndirilməsi və inkişaf etdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılır, geniş fikir mübadilələri aparılır, qarşılıqlı səfərlər reallaşdırılır.

 

YAP-ÇKP arasındakı münasibətlər dərin tarixi köklərə malikdir

 

Söz yox ki, hakim Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası (ÇKP) arasında ikitərəfli münasibətlər də yüksək səviyyədə inkişaf edirbu inkişaf bütün sahələrdə əldə edilən uğurlara, səmərəli nəticələrə söykənir. ÇKP təmsilçilərinin Azərbaycana, YAP təmsilçilərinin də Çinə ardıcıl səfərləri də belə deməyə zəmin yaradır. Səfərlər çərçivəsində qeyd olunur ki, ölkələrimiz arasında qarşılıqlı münasibətlər dərin tarixi köklərə malikdir. Diplomatik əlaqələr yaradılandan sonra Azərbaycan və Çin arasında dostluq, bərabərhüquqlu əməkdaşlıq münasibətlərinin daha sürətlə inkişaf etməsi bunun bariz nümunəsidir.

YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov da çıxışları əsnasında vurğulayıb ki, YAP-ın cəmiyyətdəki və siyasi həyatdakı rolu hər zaman nailiyyətlərlə müşayiət olunur. O cümlədən, partiyalararası əlaqələrin daha da inkişaf etdirilməsini nəzərdə tutan təkliflər YAP tərəfindən dəstəklənir və bu istiqamətdə təşəbbüslərin reallaşması uğurla icra edilir.

Bu arada xatırlatmaq yerinə düşərdi ki, Yeni Azərbaycan Partiyasının təmsilçiləri Çin Xalq Respublikasına növbəti səfərlərini reallaşdırıblar. Səfərdə nümayəndə heyətinə İdarə Heyətinin üzvü, Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri Arif Rəhimzadə başçılıq edir.

Qeyd edək ki, səfər zamanı keçirilən görüşlərdə iki ölkənin münasibətlərinə, habelə hakim partiyalar arasında əməkdaşlığın növbəti dövrünə və perspektivlərinə dair fikir mübadiləsi aparılır.

Bu və digər faktlar YAP-ın aktivuğurlu fəaliyyətinin nəticəsidir.

 

Bu səfər bir daha sübut edir ki, YAP beynəlxalq nüfuza malik olan təkmilləşmiş, güclü siyasi təşkilat kimi hər zaman diqqət mərkəzindədir

 

Aprelin 6-dək davam edəcək səfər çərçivəsində nümayəndə heyəti paytaxt Pekindən sonra ŞanxayÇendu şəhərlərində yerli hakimiyyət orqanlarının rəhbərləri ilə görüşlər keçirəcək, qonaqlar sənaye obyektlərinin fəaliyyəti ilə tanış olmağı da nəzərdə tutublar. Bu səfər bir daha sübut edir ki, YAP, eyni zamanda beynəlxalq nüfuza malik olan təkmilləşmiş, güclü siyasi təşkilat kimi hər zaman diqqət mərkəzində qalmaqdadır.

Ümumiyyətlə, beynəlxalq arenada öz sözünü deyən Azərbaycan siyasi- iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal dialoq məkanına çevrilməkdədir. Hakim Yeni Azərbaycan Partiyası isə bu faktor ətrafında aparıcı rolunu oynamaqdadır. Belə ki, ölkədə hər il bir neçə mötəbər beynəlxalq siyasi-iqtisadi, yaxud mədəni-humanitar tədbirlər keçirilir. Müxtəlif ölkələdən çoxlu sayda nüfuzlu dövlət və din xadimlərinin, elm adamlarının qatıldığı bu cür tədbirlər Azərbaycanın dünyada tanıdılması, həmçinin müsbət imicinin formalaşdırılması baxımından çox böyük önəm kəsb edir. Bu, həmçinin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında vacib rol oynayır ki, YAP-ın burada müstəsna xidmətləri danılmazdır. Təbii ki, bu və digər faktlar YAP-ın aktivuğurlu fəaliyyətinin nəticəsidir.

 

Rövşən NURƏDDİNOĞLU

Səs.- 2016.- 1 aprel.- S.12