"Heydər Əliyev Məktəbi"ndə növbəti mühazirə

Aydın Mirzəzadə: "Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev ölkəmizdə əmin-amanlığı və dinamik inkişafı təmin edib"

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı müasir Azərbaycan dövlətinin qurucusubanisi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə silsilə tədbirlərə start verib. Bu məqsədlə bu gün YAP Nizami rayon təşkilatının nəzdində fəaliyyət göstərən "Heydər Əliyev irsini öyrənirik" "Heydər Əliyev Məktəbi"nin növbəti mühazirəsi keçirilib.

"Heydər Əliyev Məktəbi"nin növbəti qonağı "Azərbaycan müasir beynəlxalq münasibətlər sisteminin fəal aktorudur" mövzusunda mühazirə ilə çıxış edən Yeni Azərbaycan Partiyasının Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə olub.

Mühazirədən öncə cəbhə xəttində Vətən uğrunda həlak olmuş, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi naminə canlarını qurban vermiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.

Çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva və Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov Azərbaycanda müasir müstəqil, demokratik dövlətin qurulmasında və inkişafında Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən, qazanılmış uğurlardan danışıblar. Bildirilib ki, müstəqil Azərbaycanın uğurları Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev ölkəmizdə əmin-amanlığı, dinamik inkişafı təmin edib.

Mühazirəsində beynəlxalq münasibətlər sisteminin formalaşması tarixindən bu günədək cərəyan etmiş ən mürəkkəb siyasiiqtisadi prosesləri təhlil edən Aydın Mirzəzadə dünyanı idarə edən güclərin geosiyasigeoiqtisadi planlarını üzə çıxarıb və Cənubi Qafqazdakı hadisələri və prosesləri detallı şəkildə gənclərin diqqətinə çatdırıb.

Son günlər ərzində cəbhə xəttində baş verən hadisələrə toxunan deputat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, son günlər cəbhədə baş verən hadisələrdən, erməni silahlı qüvvələrinin təxribatlarından, əsgərlərimizin qəhrəmanlıqlarından söz açıb. Bildirilib ki, aprelin 1-dən 2-sinə keçən gecədən başlayaraq işğalçı Ermənistan Azərbaycana qarşı növbəti silahlı təxribata başlayıb. Ermənistan hərbi qüvvələri Azərbaycan kəndlərini, yaşayış məntəqələrini atəşə tutur, hərbi mövqelərimizə ardıcıl zərbələr endirir. Ordumuz vətəndaşların təhlükəsizliyini və öz mövqelərini layiqincə qoruyur, düşmənə lazımi cavab verir. Vurğulanıb ki, strateji əhəmiyyətə malik bir neçə yüksəklik düşməndən azad olunub. Silahlı qüvvələrimizin fəaliyyətini yüksək dəyərləndirən natiq Azərbaycan Ordusunun uğurlarından danışıb.

Prezident İlham Əliyevin uğurlu daxilixarici siyasətindən söz açan deputat ölkəmizdə ordu quruculuğu sahəsində görülən işlərdən danışıb. Bu sahədə Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərini xüsusi qeyd edən YAP Siyasi Şurasının üzvü Ulu Öndərin bu siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyiniordumuzun gündən-günə gücləndiyini diqqətə çatdırıb.

Aydın Mirzəzadə gəncləri dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin ətrafında daha sıx birləşməyə çağırıb, tezliklə işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad olunacağına əminliyini bildirib.

Daha sonra gəncləri maraqlandıran suallar cavablandırılıb.

Tədbirin sonunda YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə partiyanın yaradıcısı, müasir Azərbaycanın banisi qurucusu Ulu Öndər Heydər Əliyevin siyasi irsinin təbliğ edilməsində, gənclərin Heydər Əliyev ideyaları ruhunda maarifləndirilməsində onlarda fəal vətəndaşlıq mövqeyinin formalaşdırılmasında xüsusi xidmətlərinə görə sertifikatla təltif olunub.

 

İntizarə Məmmədova

Səs.- 2016.- 9 aprel.-  S.10