Azərbaycan dünyada
kosmik əlaqələndirmələr
ölkəsi kimi də tanınıb
12 aprel 1961-ci il.
Bəşər tarixinə daxil
olan bu gün
kosmosun fəthi erasının əsasını
qoyub. Belə ki, tarixin
ilk kosmik gəmisi
"Voskot"la ilk yer
kosmonavt Yuri Qaqarin orbitə çıxıb.
Beləliklə, ilk dəfə insan
kosmosa çıxmış
olub. 1 saat
48 dəqiqə ərzində
Yuri Qaqarin yer kürəsi ətrafında
dövr edib və uğurla Saratov əyalətində yerə
enib. Kosmosa ilk uçuşuna görə, Yuri Qaqarinə
Sovet İttifaqı Qəhrəmanı adı
verilir.
Həmin gündən sonra kosmosun fəth olunması üzrə 250 proqram həyata keçirilib, orbitdə 36
ölkədən bir neçə yüz kosmonavt və astronavt olub. Sovet kosmonavtikasının
baniləri arasında
azərbaycanlı Kərim
Kərimovun da adı var. O, daha çox "R-2" raketlərinin
istehsalında müstəsna
rol oynayıb.
1957-ci il oktyabrın 4-də belə
raketlərdən birinin
köməkliyi ilə
dünyada ilk dəfə
olaraq yerin süni peyki kosmik fəzaya çıxarılıb və
bununla da planetimizdə kosmos dövrü başlanıb.
"AZƏRKOSMOS" AZƏRBAYCANDA
VƏ QAFQAZDA İLK PEYK OPERATORUDUR
Qeyd edək ki, Azərbaycan dövlət müstəqilliyini əldə
etdikdən sonra qısa zaman kəsiyində ölkəmiz
dünyanı həyatın
bütün sahələrində
əldə etdiyi uğurlarla, nailiyyyətlərlə
heyrətləndirməyə nail olub. Əsası Ulu Öndər
Heydər Əliyev tərəfindən qoyulan
inkişaf strategiyası
beynəlxalq aləmdə
Azərbaycanı neft-qaz,
turizm, tolerant və idman ölkəsi kimi tanıdıb. Azərbaycan innovasiyalar, informasiya-kommunikasiya
texnologiyaları, kosmik
əlaqələndirmələr ölkəsi kimi də nüfuz qazanıb.
Azərbaycan iqtisadiyyatında rabitə
və informasiya texnologiyaları ən inkişaf etmiş sahələrə çevrilib. Telekommunikasiya peyklərinin hazırlanması
və orbitə çıxarılması Azərbaycanı
regionda informasiyanın
ötürülməsi sahəsində
də lider dövlətə çevirib.
Azərbaycanda aerokosmik sənaye
yaradılıb. Bu sahənin inkişafı
2008-ci ildə Azərbaycan
Prezidenti Cənab İlham Əliyevin imzaladığı məlum
sərəncamından sonra
başlayıb. 2010-cu ildə isə Prezident İlham Əliyev "Azərkosmos"
Səhmdar Cəmiyyətinin
təsis edilməsi haqqında Sərəncam imzalayır və Yerüstü Peyk İdarəetmə Mərkəzinin
Yaradılması ilə
bağlı xüsusi
tapşırıq verib.
Beləliklə, "Azərkosmos" Azərbaycanda və Qafqazda ilk peyk operatoru kimi artıq fəaliyyət göstərir.
İNFORMASİYA-KOMMUNİKASİYA
TEXNOLOGİYALARININ İNKİŞAFI UĞURLU
GƏLƏCƏYİMİZİN TƏMİNATIDIR
Qafqazda ilk peyk operatoru olan "Azərkosmos" Səhmdar Cəmiyyəti bütün diqqəti ölkəmizdə ilk süni peyk - "Azərspase-1"in hazırlanmasına və orbitə buraxılmasına yönəltdi. Azərbaycan, Avropa və Amerika mütəxəssislərinin birgə səylərinin nəticəsi olan, amma Azərbaycan adıyla ərsəyə gələn, Azərbaycan bayrağının təsviri ilə kosmosa göndərilən "Azərspase-1" telekommunikasiya peykinin orbitə çıxarılması ölkəmizin daha bir nailiyyəti olaraq tarixə düşdü. Bu, Azərbaycanın elmi-texniki və iqtisadi qüdrətinin təntənəsi idi. İstismar müddəti 15 il olan "Azərspase-1" peyki Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionunu əhatə edir. Azərbaycanın ilk peyki 50-dən artıq ölkəni birləşdirən məkanda mühüm iqtisadi rola malikdir. Eyni zamanda, Azərbaycanın ilk telekommunikasiya peyki informasiya müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsi, ölkəmizdə kosmik sənayesinin inkişaf etdirilməsi ilə yanaşı, kommersiya xarakterli və gəlirli bir layihədir.
Fəxrlə deyirik ki, Azərbaycanın ilk telekommunikasiya peyki uğurla yerətrafı orbitə çıxarıldı. Bu gün Azərbaycan orbitdə özünün telekommunikasiya peyki olan azsaylı ölkələrdən biridir. Azərbaycanda kosmik sənayenin inkişafı üçün çox gözəl imkanlar mövcuddur. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı uğurlu gələcəyimizin təminatıdır. Müstəqil Azərbaycan dövləti sürətlə, hərtərəfli inkişaf edir.
Artıq uğur əldə edilib. 2014-cü ildən "Azərspace-1" peyki vasitəsilə Azərbaycanın bütün televiziya və radio kanalları keyfiyyətli yayıma başlayıb. Həmçinin, tələb və rəqabətin artması, peyk tutumlarının bazar qiymətlərinə uyğun təklif olunması "Azerspace-1" peykinin əhatə etdiyi regionlarla əməkdaşlığı gücləndirməyə, eləcə də Livan, əfqan, ərəb bazarında fəaliyyət göstərməsinə şərait yaradıb.
Hazırda "Azərspace -1" peyki vasitəsilə Azərbaycan, türk, ingilis, gürcü, fars, əfqan və digər dillərdə 121 televiziya kanalı yayımlanır. "Azerspace-1" peyki regionda kifayət qədər tanınıb. "Azerspace-1" peykinin resurslarının 66 faizi kommersiya yönümlü istifadədədir. Peyk xidmətləri bazarında hər bir peykin resurslarının satışının illər ərzində tədricən artdığını nəzərə alaraq, 2,5 illik bir dövrdə kommersiya fəaliyyəti göstərən "Azerspace-1" peyki üçün resursların 66 faizinin satılması dünya təcrübəsinə əsasən uğurlu bir göstərici hesab edilir. Ölkəmizi daha böyük uğurlar gözləyir. Yeni peyklərin orbitə çıxarılması istiqamətində işlər aparılır. Yaxın zamanda isə əlavə peyklərin də orbitə buraxılacağı nəzərdə tutulub.
Qafqazın ilk peyk operatoru olan "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən 2017-ci ildə ikinci telekommunikasiya və 2018-ci ildə çox yüksək ayırdetməyə malik olan müşahidə peykinin orbitə çıxarılması planlaşdırılır. Ekspertlərin qənaətinə görə, 2023-cü ildə Azərbaycanda İKT sektorundan əldə olunan gəlirlər neft gəlirlərini üstələyəcək.
Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan yaxın gələcəkdə regional kosmik sənaye mərkəzinə çevriləcək.
Zümrüd BAYRAMOVA
Səs.-
2016.- 12 aprel.- S.10