AMEA-da "Molla Nəsrəddin" jurnalının 110 illiyi qeyd edilib

Dünən AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında "Molla Nəsrəddin" jurnalının 110 illiyinə həsr olunan "Sizi deyib gəlmişəm..." mövzusunda elmi konfrans keçirilib.Konfrans Ədəbiyyat İnstitutunun, AMEA-nın Alimlər Evinin Cəlil Məmmədquluzadənin ev-muzeyinin birgə təşkilatçılığı ilə baş tutub. Öncə tədbir iştirakçıları Cəlil Məmmədquluzadənin "Molla Nəsrəddin" jurnalının zəngin fəaliyyətini əks etdirən sərgi ilə  yaxından tanış olublar.

Tədbiri giriş sözü ilə açan institutun direktoru, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli "Molla Nəsrəddin" jurnalının fəaliyyətindən şərəfli tarixindən söz açıb.

Qeyd olunub ki, "Molla Nəsrəddin"in birinci nömrəsi 1906-ci il aprelin 7-də Tiflisdə çapdan çıxıb. Görkəmli mütəfəkkir Cəlil Məmmədquluzadənin müəllifliyi redaktorluğu ilə Azərbaycanın ilk satirik jurnalının, ümumilikdə 25 ildə 748 nömrəsi işıq üzü görüb. Dahi yazıçı bu jurnalın nəşri ilə Azərbaycanda tənqidi realizmin, satirik jurnalistikanın karikatura sənətinin əsasını qoyub. Jurnalda müstəqil dövlətçilik ideyaları, xalqın maarifləndirilməsi, milli-mənəvi özünüdərk prosesləri, cəmiyyətin demokratik inkişafı məsələləri mühüm yer tutub. Burada, əsasən, dövrün sosial-siyasi problemləri sadə xalq dilində, düşündürücü şəkildə, orijinal satirik vasitələrlə əks etdirilib. Jurnal, eyni zamanda, azərbaycançılıq ideyalarının alovlu təbliğatçısı olan "Molla Nəsrəddin"in tarixi mübarizəsinin böyüklüyü onda idi ki, onun XX əsr Azərbaycan həyatının eybəcərliklərinə qarşı çevrilmiş bu amansız qəzəb nifrətinin arxasında vətənə xalqa böyük məhəbbət dolu bir ürək dayanmışdı. Bu, vətəni xalqı hər cür ictimai rəzalətlərdən xilas etmək, onu müasir dünyanın qabaqcıl xalqları sırasına çıxarmaq arzusu ilə çırpınan ürək idi.

Konfransda vurğulanıb ki,  C.Məmmədquluzadənin rəhbərliyi ilə mollanəsrəddinçi şairlər Yaxın Orta Şərqdə "Molla Nəsrəddin" ədəbi məktəbi"ni yaradıb, milli istiqlal ideyaları realist-satirik ədəbiyyatın inkişafı uğrunda mübarizənin möhkəm ideya-siyasi cəbhəsini formalaşdırıblar.

 "Molla Nəsrəddin" jurnalı Azərbaycan xalqının mütərəqqi qüvvələrini, demokratik düşüncəli insanlarını ətrafında toplaya bilib. Dövrünün tanınmış sənətkarlarından Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Əli Nəzmi, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi, Mirzəli Möcüz Şəbüstəri, Əzim Əzimzadə, Oskar Şmerlinq başqaları mollanəsrəddinçi tənqidi-realist ədəbiyyatın inkişafında böyük xidmətlər göstəriblər.

Azərbaycan ədəbiyyatında böyük bir məktəb yaratmış Molla Nəsrəddin jurnalı, eyni zamanda təsviri sənətimizdə yeni bir məktəbin yaranmasına səbəb olub. Bu jurnal Azərbaycanda realist-demokratik satirik-realist ədəbiyyatın yaranmasına çox böyük təkan verib.

Konfransda "Molla Nəsrəddin" jurnalının Təbriz dövrü", "Cəlil Məmmədquluzadə "Molla Nəsrəddin" jurnalı" digər mövzularda məruzələr dinlənilib.

NƏZAKƏT

Səs.- 2016.- 20 aprel.- S.4