Əlillərin sosial-hüquqi müdafiəsi

Azərbaycanda əlilliyi olan şəxslərin sosial müdafiasi ilə bağlı həyata keçirilən layihələrin səmərəli nəticələri görülən real işlər sayəsində mümkün olmuşdur. Bu layihələr sırasında əlillərin sosial müdafiəsi və statusu ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən mütərəqqi islahatlar mühüm yerlərdən birini tutur. Həmin islahatları aşağıdakı istiqamətlər üzrə təhlil etmək olar:

1. Əlilliyi olan şəxslərin sosial müdafiəsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi;

2.  Əlilliyi olan şəxslərin sosial-məişət şəraitini yaxşılaşdırmaqla onların cəmiyyətə inteqrasiyası;

3. Əlilliyi olan şəxslərin sosial reabilitasiyasının təmin edilməsi.

Bütövlükdə, əlilliyi olan şəxslər, əsasən aşağıdakı sosial müdafiə tədbirləri ilə əhatə olunmuşlar:

1. Əlilliyi olan şəxslərin fərdi qaydada tibbi, sosial və peşə reabilitasiyası;

2.  Əlilliyi olan şəxslərin təhsili;

3.  Əlilliyi olan şəxslərin məşğulluğunun təmini;

4.  Sosial infrastruktur obyektlərinin əlilliyi olan şəxslərin istifadəsi üçün;

5. Əlilliyi olan şəxslərə sosial yardımın göstərilməsi və onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması;

Hüquq elmləri doktoru Mayis Əliyev yazır: "Hazırda əlilliyi olan şəxslərin hüquqi statusu Azərbaycan Respublikası Konstitusiyası və "Əlilliyın və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

M.Əliyevin fikrincə, uzun müddət cəmiyyətdə əlilliyə və əlilliyi olan insanlara münasibət birmənalı olmamış, əlilliyə qarşı müxtəlif "xeyriyyə" və "tibbi" yanaşmalar formalaşmışdır. Xeyriyyə yanaşması əlilliyi olan şəxslərə xeyriyyəçilik və ya sosial müdafiə proqramları vasitəsilə qayğı göstərilməsi deməkdir. Tibbi yanaşma isə insanların müalicə və ya reabilitasiya yolu ilə "sağaldılması"nı nəzərdə tutur. Elmi ədəbiyyatlarda qeyd olunur ki, tibbi modelə əsaslanan dövlət siyasəti, qanunvericiliksosial proqramlar əlillərin hüquqlarının müdafiəsinə kompleks yanaşma olmadığından, problemlərin yalnız az hissəsinin həllini təmin edə bilir. M.B.LuşnikovaA.M.Luşnikov yazırlar: "Sosial siyasətin fərdi (tibbi) model əsasında təşkili, son nəticədə əlillərə münasibətdə mənfi ictimai stereotiplərin güclənməsinə, onların sosial yardım və tibbi xidmətlərdən tam asılı passiv istehlakçı hesab olunmalarına və təcrid olunmalara gətirib çıxarır. Bu modelin tətbiq edildiyi Şimali AmerikaAvropa ölkələrinin əksəriyyətində əlillərin hüquqları, adətən, sosial təminat, səhiyyə, xeyriyyə və himayəçilik prizmasından şərh olunur. Hesab edilir ki, əlilliyin fərdi (tibbi) modeli insan hüquqlarının müdafiəsi ilə bağlı müasir təsəvvürlərlə uzlaşmır və diqqəti əlillərin hüquqlarının təmini problemlərindən yayındırır".

Elmi ədəbiyyatda göstərildiyi kimi, sosial yanaşma ideyası BMT-nin "Əlillərin hüquqları haqqında" Konvensiyasının qəbulu ilə inkişaf edərək, əlilliyi olan şəxslərə münasibətdə "İnsan hüquqları yanaşması''nın əsas çağırışçısına çevrilmişdir.

Əlilliyin sosial modelinin əsas müddəalarını yığcam şəkildə aşağıdakı kimi ifadə etmək olar:

1) Əlillərin üzləşdiyi problemlərin əksəriyyəti, ilk növbədə, funksional məhdudluğun deyil, sosial münasibətlərin nəticəsidir;

2)  Müvafiq dövlət siyasəti vasitəsilə əlillər üçün ətraf mühitin əksər zəruri şərtləri yaradıla bilər;

3) Demokratik cəmiyyətdə dövlət siyasəti əhalinin əsas hissəsinin dəyərlərini, inam və rəğbətini obyektiv şəkildə əks etdirir.

Sosial modelə görə, əlillərin cəmiyyət həyatında və öz talelərinin formalaşmasında iştirak  səviyyəsinin yüksəldilməsi üçün, ilk növbədə, həmin şəxslərin özlərini cəmiyyətin ictimai inkişafına töhfə verən və qərarların qəbulunda iştirak edən tamhüquqlu üzvü kimi hiss etmələri vacibdir. Əlillərin özünüdərki əhalinin digər təbəqələrində formalaşmış stereotiplərin də dəyişməsinə səbəb ola bilər. Əlilliyin sosial modeli son 20-25 ildə inkişaf etmiş ölkələrdə onların hüquqları ilə bağlı qanunverici islahatların prioritet istiqamətini təşkil edir. Müxtəlif ölkələrdə həyata keçirilən islahatların əsas istiqamətini məhdud imkanlara malik şəxslərin sosial diskriminasiyasına və cəmiyyətdən təcrid olunmasına yol verilməməsi məqsədilə ayrı-seçkilik əleyhinə qanunvericiliyin yaradılması təşkil edir".

BMT-nin "Əlillərin hüquqları haqqında" Konvensiyasında "əlilliyi olan şəxs" anlayışına ustünlük verilir. Bu tendensiya bir çox dövlətlərin siyasətində də əksini tapmağa başlamışdır. Məqsəd isə şəxsi "əlil" sözü ilə "damğalamaq"dan uzaqlaşıb, onun başqaları ilə bərabər hüquqlara malik insan kimi qəbul edilməsinə nail olmaqdır. Ümummilli Lider Heydər Əliyevin sosial siyasət sahəsində fəaliyyətinin əsas qayəsini də məhz bu ideya təşkil edir. Azərbaycan Respublikası 2008-ci il 2 oktyabr tarixli qanunla həmin Konvensiyanı ratifikasiya etmiş, sənəd 28 yanvar 2009-cu il tarixdən qüvvəyə minmişdir. Sözügedən Konvensiyanın 1-ci maddəsində göstərildiyi kimi, "Bütün əlil insanların insan hüquqları və əsas azadlıqlarına tam və bərabər imkanlarla yararlanmalarına təkan vermək, bunu müdafiə və təmin etmək, habelə onların ləyaqətinə hörmətlə yanaşılmasını dəstəkləməkdir".

M.Ə.Əliyevin fikrincə, danılmaz faktdır ki, müharibə əlillərinin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində görülən işlərin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşbu proses ilbəil sürətlənmişdir. Əgər 1997-ci ildə 81 əlil və şəhid ailəsi mənzillə təmin olunmuşdursa, 2003-cü ildə bu göstərici təxminən 2,5 dəfə artaraq, 200-ə qədər yüksəlmişdir. Ulu Öndərin diqqət və qayğısı əlliliyi olan vətəndaşların avtomobillə, müxtəlif reabilitasiya avadanlıqları ilə təminatının, onların tibbi-sosial reabilitasiyasına yönələn tədbirlərin ilbəil yiiksələn xətlə davam etməsini şərtləndirmişdir. Mənzillərin və avtomobillərin təqdimatı mərasimlərində, eləcə də ayrı-ayrı sosial müdafiə tədbirlərində Ulu Öndər Heydər Əliyevin dəfələrlə şəxsən iştirakı bu qrupdan olan insanlara yüksək diqqətin bariz nümunəsidir. 17 yanvar 1995- ci ii tarixdə Respublika Frotez-Ortopedik Bərpa Mərkəzinin kollektivi ilə görüşən, müəssisənin fəaliyyəti ilə yaxından tanış olan Ümummilli Liderimiz 6 noyabr 1997-ci il tarixdə Əlillərin III Respublika Yaradıcılıq Sərgi-Müsabiqəsinin, 15 noyabr 1997-ci il tarixdə Binəqədi rayonu 6-cı mikrorayonda əlil və şəhid ailələri üçün inşa edilmiş 81 mənzilli binanın, 30 noyabr 1998-ci il tarixdə Əlillərin Ümumrespublika Bədii Yaradıcılıq Baxış-Müsabiqəsi qaliblərinin yekun konsertinin, 10 oktyabr 1999-cu il tarixdə Naxçıvanda Ticarət-Tədris Mərkəzinin, 2 noyabr 2000-ci il tarxdə "Bakı Sos-uşaq kəndi"nin açılışlarında, 30 iyun 2001-ci il tarixdə Bakının Mehdiabad  qəsəbəsində əlil və şəhid ailələrinə 50 mənzilin təqdim olunması mərasimində və digər sosial "Sasial müdafiə əhəmiyyətli tədbirlərdə şəxsən iştirak etmişdir.

1997-ci ildən 2012-ci ilin sonuna qədər 5 minədək əlil və şəhid ailəsi dövlət hesabına mənzillə təmin olunmuşdur. l997-ci illə müqayisədə əlil və şəhid ailələri üçün inşa olunan mənzillərin illik sayı 10 dəfəyə yaxın artmışdır. 1997-ci ildə Qarabağ müharibəsi və Böyük Vətən müharibəsi əlillərinə 325 minik avtomobili verilmişdir. İndiyədək bu təbəqələrdən olan 3525 vətəndaş dövlət hesabına minik avtomobili ilə təmin edilmişdir. Mənzillərin və avtomobillərin təqdimat mərasimlərində Prezident İlham Əliyevin dəfələrlə şəxsən iştirak etməsi bu qəbildən olan insanlara qayğıkeşliyin real nümunəsidir.

Azərbaycan Prezidentinin təsdiqlədiyi "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrasına töhfə olaraq, Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində Gözdən Əlillər üçün Tədris Bərpa Mərkəzi, Yetkinlik Yaşına Çatmayanlar üçün Sosial Reabilitasiya Mərkəzi və Sosial Sığınacaq inşa etdirilir. Eyni zamanda, Bilgəhdə yerləşən müharibə və əmək əlilləri üçün pansionatda əsaslı təmir və yenidənqurma işləri yerinə yetirilməklə, 5 mərtəbəli 170 yerlik yeni korpus inşa olunur. Ramanadakı Gənc Əlillər Evində də, əsaslı təmir və yenidənqurma işləri aparılmaqla, burada yaşayan əlillərin peşə hazırlığının təşkili üçünmünasib şərait yaradılır.

Onu da bildirək ki, son illərdə Şağan 3 saylı, Saray 7 saylı, Buzovna 9 saylı internat evlərində oranın sakinləri üçün nümunəvi şərait yaradılmışdır. Eyni zamanda, yaxın vaxtlarda penitensiar müəssisələrdə cəzasını başa vurmuş şəxslər üçün Qobustan rayonunda 50 yerlik Sosial Adaptasiya Mərkəzinin tikintisinə Respublika Əlillərin Bərpa Mərkəzinin təmirinə başlanılacaqdır.

Bakı şəhərində səfillər üçün 50 yerlik müvəqqəti sosial sığınacağın və İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin inzibati binasının, Gəncə, Şəki və Masallı şəhərlərində əlillərin texniki vasitələrinin təmiri üçün xüsusi emalatxanaların, Mingəçevir şəhərində Çernobıl Əlilləri üçün İxtisaslaşdırılmış Reabilitasiya Mərkəzinin, Gəncə şəhərində, Ağcabədi, Quba, Masallı, Şəki, Tovuz, İsmayıllı və Salyan rayonlannda yetkinlik yaşına çatmayan kimsəsiz uşaqlar üçün hər biri 30 yerlik ixtisaslaşdırılmış reabilitasiya mərkəzlərinin və hər biri 25 yerlik sosial sığınacaqların tikintisi üçün, habelə 1 nömrəli Şamaxı İxtisaslaşdırılmış Ruhi-Əsəb İnternat Evinin əsaslı təmiri və yeni korpusunun tikintisi, Gəncədə Pensiyaçılar üçün Ərazi-Sosial Xidmət Mərkəzinin, 8 nömrəli Göygöl İxtisaslaşdırılmış Ruhi-Əsəb İnternat Evinin, Şağanda Müharibə Əlilləri üçün Müalicə Pansionatının, Mərdəkandakı Müalicə Pansionatının əsaslı təmiri üçün layihə-smeta hazırlanmışdır.

Əhalinin rifah halının yüksəlməsinə xidmət edən sosial siyasət Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən dövrün tələblərinə adekvat şəkildə, həm forma, həm də məzmun etibarilə daha da zənginləşdirilərək yeni keyfiyyət mərhələsinə daxil olmuşbu sahədə aparılan işlər xeyli intensivləşmişdir. Bu gün ümumi daxili məhsulun artım tempinə görə ölkəmizin dünya dövlətlərinin reytinq cədvəlinə başçılıq etməsi, yoxsulluğun azaldılması, regionalkonkret sahəvi inkişafın təmin edilməsi istiqamətində qəbul olunan çoxsaylı dövlət proqramları, aparılan iqtisadi islahatlar nəticəsində ötən illərlə müqayisədə son 9 ildə əhalinin maddi rifah halının və yaşayış, eləcə də məşğulluq səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsi danılmaz faktdır.

Ulu Öndərin əlilliyi olan şəxslərlə bağlı fəaliyyətinin əsas istiqamətlərindən birini onların təhsil hüquqlarının reallaşdırılması ilə bağlı tədbirlər təşkil edir. Bu sahədə əsas istiqamət kimi inklüziv təhsilə, yəni əlillərin ümumi təyinatlı təhsil müəssisələrində digər şəxslərlə birgə təhsil almalarına üstünlük verilir. Qanunvericilik tələb edir ki, dövlət ümumtəhsil məktəblərində sağlamlıq imkanları məhdud uşaqlar üçün normal təhsil maksimal səviyyədə təşkil olunsun və həmin şəxslərin xüsusi tələbatı nəzərə alınmaqla həyata keçirilsin. Bu zaman dövlət məktəbləri, həmçinin, müəyyən olunmuş xüsusi qaydada hər bir əlil üçün fərdi tədris proqramı hazırlamağa borcludur. Hal-hazırda inklüziv yanaşma ali təhsil sistemində də tətbiq olunur.

Əlillərin təhsilinə münasibətdə analoji yanaşma Kanada, İtaliya, İspaniya, Portuqaliya, İsveç, İslandiya, Norveç və digər inkişaf etmiş ölkələr üçünxarakterikdir. Məsələn, ABŞ-da qanunvericilik əlil uşaqların ümumtəhsil məktəbləri sistemində təhsil almaq hüququna təminat verir; əlil uşaqların xüsusi təhsil müəssisələrində və ya xüsusi siniflərdə təhsil almasına müstəsna hallarda yol verilir. Bir sıra ölkələrdə əlil uşaqların valideynlərinin seçim imkanı nəzərə alınmaqla, onların təhsili həm ümumi, həm də xüsusi məktəblərdə həyata keçirilir. Belə ölkələrə Böyük Britaniya, İrlandiya, Fransa, Danimarka, Avstriya, Finlandiya, Latviya, Lixtenşteyn, Çexiyas. aiddir. Bəzi ölkələrdə isə (məsələn, İsveçrə və Belçikada) əlil uşaqlar, bir qayda olaraq, xüsusi sistem üzrə təhsil alırlar.

Məhz aparılan məqsədyönlü sosial siyasət nəticəsində respublikamızda müdafiəyə ehtiyacı olan uşaqlara yardım məqsədilə sosial xidmət müəssisələri şəbəkəsi yaradılmışdır. Bu müəssisələr uşaqların ailə ilə bağlılığını qoruyub saxlamağa kömək edir, uşaqların inkişafı, sağlamlığı və həyatı üçün təhlükələri aradan qaldırmaq istiqamətində davamlı tədbirlər həyata keçirir.

 

Vahid Ömərov

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs- 2016.- 22 aprel.- S.15