İnsanlara nur bəxş edən alim
Aprelin 28-də görkəmli
oftalmoloq alim, Əməkdar Elm Xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93 illiyi tamam olur.
AZƏRTAC xəbər verir ki, bu
münasibətlə aprelin
21-də Azərbaycan Milli
Elmlər Akademiyasının
(AMEA) “Alimlər Evi”ində
Nəsimi Rayon İcra
Hakimiyyəti ilə birgə “İnsanlara nur bəxş edən alim” mövzusunda tədbir keçirilib. Tədbirdə
Milli Məclisin deputatları, AMEA-nın və ali
təhsil müəssisələrinin
nümayəndələri iştirak
ediblər.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə,
Nəsimi Rayon İcra
Hakimiyyətinin başçısı
Asif Əsgərov,
AMEA-nın Biologiya və Tibb Elmləri
Bölməsinin akademik-katibi,
akademik Əhliman Əmiraslanov Zərifə
xanım Əliyevanın
həyat və fəaliyyətinin müxtəlif
məqamlarından söz
açıb, onun Azərbaycan səhiyyəsinə
verdiyi töhfələrin
əhəmiyyətini yüksək
dəyərləndiriblər. Qeyd olunub ki, Zərifə
xanım Əliyeva tibb elminin inkişafına
mühüm töhfələr
verərək oftalmologiyanın
aktual problemlərinə
dair sanballı tədqiqatları ilə böyük şöhrət
qazanıb. Onun elmi-pedaqoji
və ictimai fəaliyyəti həkimlərin
yeni nəslinin yetişməsinə və
Azərbaycanda oftalmologiya
elminin inkişafına
güclü təsir göstərib.
Taleyini tibb elminə həsr edən akademik Zərifə xanım Əliyeva oftalmologiyanın aktual problemlərinə dair tədqiqatlar aparıb, fədakar həkim kimi bir sıra
göz xəstəliklərinin
müalicəsində, o cümlədən
Azərbaycanda traxomanın
kökünün kəsilməsində
böyük əmək
sərf edib, bu xəstəliyin müxtəlif mərhələlərinin
öyrənilməsi və
müalicə metodlarının
tapılması istiqamətində
böyük xidmətlər
göstərib.
Bildirilib ki, Zərifə xanım Əliyevanın elmi fəaliyyətinin əsas istiqamətlərindən
birini də peşə oftalmologiyası
təşkil edib. Alim dünyada ilk dəfə görmə orqanının
peşə patologiyasını
araşdıran elmi-tədqiqat
laboratoriyası yaradıb
və praktik olaraq elm aləmində yeni bir istiqamətin
- “peşə oftalmologiyası”nın əsasını
qoyub.
Görmə orqanının peşə
patologiyası sahəsində apardığı elmi-tədqiqat
işlərinin uğurlu nəticələrinə
görə akademik Zərifə Əliyeva
keçmiş SSRİ-nin
oftalmologiya sahəsində ən mötəbər
mükafat olan SSRİ
Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb. Keçmiş SSRİ-də bu
mükafatı alan ilk
qadın alim kimi onun adı oftalmologiya elminin tarixinə düşüb. Zərifə xanım Əliyeva təkcə
çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməyib, yüksək
ixtisaslı gənc alim kadrların
yetişdirilməsinə və oftalmoloq-həkimlərin
ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirib. Tədbirdə görkəmli oftalmoloq alim Zərifə
xanım Əliyevanın xatirəsinə həsr olunan musiqi nömrələri
səsləndirilib
Səs
.- 2016.- 22 aprel.- S.4